SeyġDAĞa onullahġ



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə90/116
tarix11.07.2018
ölçüsü1,6 Mb.
#55001
1   ...   86   87   88   89   90   91   92   93   ...   116

189 
 
Ģəhərinə  çevrilməsinə  səbəb  oldu.  Müharibələr  nəticəsində  məhsuldar  əməklə 
məĢğul olan xeyli adam ölmüĢ, sağ qalanların bir hissəsi isə Ģəhəri tərk etmiĢ, 
Ģəhərin təsərrüfat həyatı dağılmıĢdı. 
XV  əsrdə  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətinin  paytaxtı  olan 
Təbrizdə  yenidən  iqtisadi  dirçəliĢ  baĢ  verdi.  Lakin  XV  əsrin  əvvəllərində 
Sultaniyyə, həmin əsrin ortalarında isə ġamaxı ticarətin inkiĢafına görə Təbrizi 
ötüb keçmiĢdi. XIV əsrin 10-30-cu illərində Təbriz əhalisinin sayı 500-600 min 
nəfərə  çatırdısa,  XIV  əsrin  sonu  XV  əsrin  əvvəllərində  burada  cəmi  200  min 
adam yaĢayırdı. 
XVI  əsrin  əvvələrində  Azərbaycan  Səfəvilər  dövlətinin  təĢəkkülü, 
Təbrizin həmin dövlətin paytaxtına, iqtisadi-siyasi mərkəzinə çevrilməsi,  yerli 
feodal  əyanlarının  Ģəhərin  idarə  edilməsindəki  rolunun  artması  onun  iqtisadi 
həyatının  canlanmasına  səbəb  olmuĢdu.  Digər  tərəfdən,  XVI  əsrin  birinci 
yarısında Təbrizin bir neçə dəfə Osmanlı ordusu tərəfindən iĢğal edilməsi, istər 
iĢğalçılar,  istərsə  də  QızılbaĢ  qoĢunları  tərəfindən  Ģəhərin  dağıdılması  onun 
iqtisadi inkiĢafına ağır zərbə endirdi. 
1555-ci  ildə  Amasiya  sülhündən  sonra  müvəqqəti  də  olsa,  əmin-
amanlıq  dövrünün  yaranması  Azərbaycan  Ģəhərlərinin  iqtisadi  inkiĢafına 
müsbət  təsir  göstərdi.  1555-ci  ildə  paytaxtın  Təbrizdən  Qəzvin  Ģəhərinə 
köçürülməsi onun iqtisadi inkiĢafı üçün mənfi rol oynasa da, müvəqqəti dinclik 
dövründə  Ģəhər  xeyli  abadlaĢmıĢdı.  XVI  əsrin  60-80-ci  illərində  Təbrizdə 
sənətkarlıq və ticarət inkiĢaf etmiĢdi. Təbrizin uzun müddət xassə olması, Ģəhər 
əhalisinin  Osmanlı  iĢğalçılarına  qarĢı  fədakarcasına  vuruĢması,  Səfəvilər 
dövlətinin  xəzinəsi  üçün  Təbrizin  əsas  gəlir  mənbəyi  olması,  bütün  bunlar 
Səfəvi Ģahlarını Təbrizə xüsusi diqqət yetirməyə vadar edirdi. 
XVI əsrin sonunda Təbrizin Osmanlı ordusu tərəfindən iĢqal olunması 
və bu Ģəhərin 17 ilə yaxın bir müddətdə Osmanlı iĢğalı altında qalması Ģəhərin 
iqtisadi  həyatına  sarsıdıcı  zərbə  endirmiĢdi.  Lakin  XVII  əsrin  əvvəllərində 
Təbrizin yenidən Səfəvilər dövlətinin ərazisi tərkibinə daxil edilməsi, mərkəzi 
hakimiyyətin qüvvətlənməsi,  I ġah  Abbasın islahatları,  uzun  müddət  (1635-ci 
ildə  Osmanlı  ordusunun  Təbrizə  hücumunu  nəzərə  almasaq)  əmin-amanlığın 
olması,  məhsuldar  qüvvələrin  inkiĢafı  Təbrizin  iqtisadi  inkiĢafı  üçün  əlveriĢli 
Ģərait yaratmıĢdı. XVII  əsrin 40-80-ci illərində Təbrizdə sənətkarlıq və ticarət 
xeyli tərəqqi etmiĢdi. Bu dövrdə Təbriz təkcə Azərbaycan və Ġranda deyil, hətta 
Yaxın  və  Orta  ġərq  arasında  iqtisadi  cəhətdən  xeyli  inkiĢaf  etmiĢ  ticarət  və 
sənətkarlıq  mərkəzlərindən  biri  hesab  olunurdu.  Daxili  və  xarici  ticarət 
sahəsində  Təbriz, demək olar ki,  Azərbaycan və  Ġranın  ürəyi sayılırdı.  Bunun 
əsas səbəblərindən biri Ģəhərin ticarət karvan yolu üzərində yerləĢməsi, ġərq ilə 
Qərb  ölkələri  arasında  ipək  ticarətinin  baĢlıca  mərkəzi  olması  idi.  Bundan 
əlavə,  Ģəhərin  hərbi-strateji  əhəmiyyətini,  əhalinin  Osmanlı  iĢğalçılarına  qarĢı 
qəhrəmancasına  mübarizəsini  nəzərə  alaraq,  Səfəvi  hökmdarları  Təbriz 


190 
 
Osmanlı iĢğalçılarından azad olunduqdan sonra Ģəhər əhalisinin bir neçə illiyə 
divan vergilərindən azad etdilər. 
XVII əsrin sonlarında Yaxın və Orta ġərq ölkələrini bürümüĢ iqtisadi 
böhran  Azərbaycan  Ģəhərlərinin,  o  cümlədən  Təbrizin  iqtisadi  həyatına  mənfi 
təsir göstərməyə bilməzdi. Xüsusilə Səfəvilər dövlətinin zəifləməsi, baĢ karvan 
yolunun  dəyiĢməsi,  ipəyin  keyfiyyətinin  aĢağı  düĢməsi,  vergi  və 
mükəlləfiyyətlərin miqdarının artması, yollardakı təhlükə Təbrizdə sənətkarlıq 
və  ticarətin  inkiĢafına  mane  olurdu.  Lakin  ticarət  və  sənətkarlığın  inkiĢafı 
baxımından  XVII  əsrin  sonu  -XVIII  əsrin  əvvəllərində  Təbriz  yenə  Səfəvilər 
dövlətinin  paytaxtı  Ġsfahandan  geri  qalmırdı.  O,  Azərbaycan  və  Ġran  Ģəhərləri 
arasında iqtisadi inkiĢaf cəhətdən birinci yeri tuturdu. 
4) 
Bəhs  etdiyimiz  dövrlərdə  Təbrizdə  sənətkarlıq  xeyli  inkiĢaf 
etmiĢdi.  Burada  soyuq  və  odlu  silah  istehsalı,  toxuculuq,  zərgərlik,  mis 
məmulatı istehsalı, boyaqçılıq və s. tərəqqi etmiĢdi. XV əsrin ortalarından top, 
XVI  əsrin  ortalarından  isə  tüfəng  istehsalı  sahəsində  Təbriz  Azərbaycan 
Ģəhərləri arasında  birinci  yeri tuturdu. Odlu silah istehsalı  sahəsində  Təbrizdə 
mahir ustalar  yaĢayırdılar. Burada  hazırlanan  toxuculuq  malları daxili tələbatı 
ödəməklə yanaĢı, xarici ölkələrə də ixrac olunurdu. 
Sənətkarlığa nisbətən ticarət daha üstün mövqeyə malik idi. Daxili və 
xarici ticarətdə xam ipək ticarəti əsas yer tuturdu. Təbrizin iqtisadi inkiĢafında 
ticarət həlledici rol oynamıĢdır. 1565-ci ildə tamğa vergisinin ləğvindən sonra 
bu  özünü  daha  açıq  Ģəkildə  təzahür  etdirirdi.  Təbriz  üç  istiqamətdə  -  Rusiya, 
Türkiyə  və  Ġsfahan  -  Hürmüz  yolunda  ġərq  ölkələri  ilə  Avropa  ölkələri 
arasındakı  ticarət  mərkəzi  idi.  Bu  Ģəhər  habelə  ġirvan,  Gilan,  Mazandaran 
ipəyinin satıĢ mərkəzi sayılırdı. 
5) 
Təbriz  Ģəhərinin  quruluĢu,  xüsusilə  məhəllələri,  yaĢayıĢ 
evləri,  ictimai  binaları  əhalinin  iqtisadi-sosial  vəziyyətinə  uyğun  Ģəkildə 
yerləĢirdi.  ġəhərdə  sənətkarlar,  xırda  tacirlər,  müxtəlif  peĢə  sahibləri  və 
yoxsullar  əksəriyyət  təĢkil  edirdi.  Təbriz  uzun  müddət  feodal  dövlətlərin 
paytaxtı olduğu üçün tez-tez iĢğalçı qoĢunların hücumuna məruz qalır və döyüĢ 
meydanına  çevrilirdi.  Həmin  müharibələrin  bütün  ağırlığı  geniĢ  xalq 
kütlələrinin üzərinə düĢürdü. Vergi və mükəlləfiyyətlərin miqdarı getdikcə artır 
və biyari iĢlərə xeyli adam cəlb olunurdu. Buna görə də burada sinfi mübarizə 
daha kəskin xarakter alırdı. Sənətkarlıq təĢkilatı Təbrizdə daha qüvvətli idi. Bu 
təĢkilatın  Avropa  sənətkarlıq  təĢkilatı  ilə  müəyyən  uyğun  cəhətləri  olsa  da, 
əsasən onlardan fərqlənirdi. 
Təbrizdə sinfi mübarizənin bütün fəal və passiv formalarından istifadə 
olunurdu.  Bəhs  etdiyimiz  dövrdə  öz  əzəmətinə,  kəskinliyinə,  aĢağı  təbəqəni 
əhatə  etmə  dairəsinə  görə  geniĢ  vüsət  tapmıĢ  1571-  1573-cü  il  silahlı  üsyanı 
nəticəsində Təbrizin sənətkar və yoxsulları iki ildən artıq bir müddətdə Ģəhərin 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə