SeyfəDDİn qəNİyev tariyel qəNİ



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə1/56
tarix25.08.2018
ölçüsü2,34 Mb.
#64119
  1   2   3   4   5   6   7   8   9   ...   56


SEYFƏDDİN QƏNİYEV 
TARİYEL QƏNİ 
 
 
 
 
 
 
 
CƏFƏRZADƏLƏR OCAĞI – 
Əhməd Cəfərzadə 
 
 
 
 
 
 
 
 
 
 
 



 


Redaktor:  
 
 
M
əhərrəm QASIMLI 
            
 
fil. ü.e.d., professor 
 
R
əyçilər:  
 
 
Elxan 
MƏMMƏDLİ 
filologiya üzr
ə fəlsəfə doktoru 
 
M
ənsurə İSMAYILOVA 
         pedaqogika üzr
ə fəlsəfə doktoru 
 
 
 
 
 
 
 
Kitabda filologiya elml
əri  doktoru,  şair,  nasir,  gözəl 
pedaqoq, publisist, t
ərcüməçi, ötən  əsrin  40-50-ci illərində 
represiyanın  qurbanı  olmuş  Əhməd Cəfərzadənin ömür yolu 
Sibird
ə –sürgündə keçirdiyi əzablı illəri, pedaqoji sahə və elm 
al
əmindəki  uğurları,  folklor  sahəsindəki xidmətləri  işıqlan-
dırılmış, şeirləri, nəsr əsərləri və topladığı folklor nümunələri 
ilk d
əfə oxuculara çatdırılmışdır. 
 
 
 
 
 
 
 



 


Ön söz 
 
Min ild
ən artıq qüdrətli Şirvanşahlar dövlətinin paytaxtı 
olmuş  qədim  Şamaxı  şəhəri həm  poeziya,  muğam,  aşıq,  dini, 
pedaqoji, ticar
ət və  həm də  elmi  mühit  kimi  bütün  Yaxın 
Şərqdə məşhur olmuşdur. Apardığımız araşdırmalar nəticəsin-
d
ə mənbələr, şəxsi arxivlər, qədim əlyazmalar əsasında müəy-
y
ənləşdirmişik  ki,  XI  əsrdən üzü bu yana  Şirvan  bölgəsində 
yaşayıb-yaratmış  elm  adamlarının  sayı  min  nəfərdən  artıq 
olmuşdur.  XII-XIX  əsrlərdə  yaşamış  Şirvan  nisbəli alimlərin 
bir çoxunun sorağı Yaxın Şərq, Orta Asiya və Misirdən, hətta 
uzaq Hindistandan g
əlir. Müxtəlif səbəblər ucundan qərib 
ölk
ələrdə  məskunlaşmış  həmin istedad sahibləri uzaq ellərdə 
“Şirvani”  nisbəsi ilə  məşhur  olmuş,  sevilmişlər.  Şamaxının 
bel
ə  istedadlı  övladları  barədə  vaxtilə  yazdığımız  “Şamaxı”, 
“Şamaxı  alimləri, elm fədailəri”,  “Şirvanilər”  seriyası  ilə 
çap etdirdiyimiz otuz kitabda b
əhs etmişik. 
Apardığımız tədqiqatlar zamanı onu da müəyyənləşdir-
mişik ki, elm mərkəzi olan Şamaxıda elə ailələr olmuşdur ki, 
h
əmin evdə-ocaqda iki-üç, bəzən də  daha çox elm biliciləri, 
s
ərrafları  yetişmişdir.  Kafiyəddin Ömər ibn Osman,  oğlu 
V
əhiyyəddin,  Hacı  Zeynalabdin  Şirvani,  qardaşı  Hacı  Məm-
m
ədəli  Şirvani;  Ünsizadə  qardaşları  –  Səid, Cəlal, Kamal; 
Mahmudb
əyovlar  –  Mahmud bəy, Həmid bəy,  Böyük bəy, 
Ağalar  bəy,  Şamil  bəy, Bəylər bəy;  Əlizadələr  –  Ağasəməd, 
Əliəşrəf, Sənan;  Salamzadələr  –  Əbdulvahab, Musa; Abdul-
layevl
ər – Əlövsət, Şakir, Sənubər, Mikayılovlar – Nurqələm, 
Al
əm, Elxan və  başqaları  öz  dəyərli elmi əsərləri,  ixtiraları, 
imzaları ilə təkcə Azərbaycanda deyil, hətta xarici ölkələrdə də 
tanınmışlar... 
Öz t
ədqiqatları ilə elmimizə töhfələr verən belə alimlər 
ocaqlarından biri də Cəfərzadələr ocağıdır; Əzizə Cəfərzadə, 
M
əmməd Cəfərzadə, Əhməd Cəfərzadə. Bu ziyalılar ötən əsrin 



 


40-
cı  illərindən  sonra  Şirvan  ədəbi, elmi, folklor mühiti ilə 
bağlı ciddi tədqiqatlar aparmış, neçə-neçə monoqrafiyalar yaz-
mışlar.  Həmin istedadların  həyatı,  ömür  yolu,  elmi, pedaqoji 
f
əaliyyəti,  araşdırmaları  barədə  ayrı-ayrı  üç monoqrafiya  ha-
zırlamış,  qədirbilən  oxuculara  alimlərin  doğmalarına  tezliklə 
çatdırmağı nəzərdə tutmuşuq: 
1. C
əfərzadələr ocağı – Əzizə Cəfərzadə 
2. C
əfərzadələr ocağı – Əhməd Cəfərzadə 
3. C
əfərzadələr ocağı – Məmməd Cəfərzadə 
İlk  əvvəl  bu  monoqrafiyanın  birini  –  “Cəfərzadələr 
ocağı – Əhməd Cəfərzadə”ni oxuculara təqdim edirik... 
Haşiyə:  Qədim  Şamaxıdan,  təxminən,  40 km cənub 
m
əsafədə, Pirsaat çayının Ləngəbiz dağı ilə salamlaşan, görü-
şən yerində,  Güngörməz  dağına  baxan  səmtində  bir kənd 
bardaş  qurmuşdur  –  Tağılı  kəndi... Türk-müsəlman  ənənələri 
il
ə oturub-duran bu eldə belə istedadlı insanlar çox olmuşlar.  
Öt
ən  əsrin  ikinci  yarısından Azərbaycan elmi, ədəbi 
mühiti, dilçiliyi, pedaqoji al
əmdə  xüsusi çəkisi olan,  elin-
obanın adına-sanına şərəf gətirmiş bu alimlər sırasında Cəfər-
zad
ələr xüsusi yer tutmuşlar. Respublikamızın bu qüdrətli alim-
l
əri  –  iki  qardaş  və  bir  bacı  neçə  ki,  qədim  Tağılı  kənd qəb-
ristanlığında uyuyurlar. Bu üç alimdən sözsüz ki, azı birinin – 
xalq yazıçısı, professor, “Şərəf” nişanı, “Şöhrət” ordenli Əzizə 
xanımın  da  Bakıda    Fəxri xiyabanda dəfn  olunmağa  statusu 
çatırdı. Amma o, gözü-könlü tox, şöhrət nə olduğunu bilməyən 
Əzizə  xanım  bütün  doğmalarına  çox  əvvəldən  vəsiyyət etdi: 
“M
əni Fəxri xiyabanda (təkid etsələr də) yox, doğma torpağım, 
tutiy
ə  bildiyim  Şirvanda  –  ata-anamın,  alim  qardaşlarımın 
uyuduğu Tağılı qəbristanlığında dəfn edərsiniz. Yoxsa, ruhum 
sizl
əri bağışlamaz...” 
B
əli, hər birinin ömür  yolu maraqlı bir dastan olan üç 
alim  – 
Əzizə  xanım,  Əhməd, Məmməd  hal-hazırda  bu qədim 
q
əbiristanlıqda yan-yana uyuyurlar... 



 


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə