62
ilə ittiham olunur.
7.
Sedrak Vlasov - Sadıq bəy Ağalarovun ifadəsi ilə ittiham olunur.
8.
Samvel Doliyev - dəllək, yuxarıdakı şahidlərin ifadəsi ilə ittiham olunur.
9.
Petrosyants - Şamaxıda Qırmızı küçədəki baqaliyyə mağazasının sahibi, Hacı
Kərim Əziz oğlunun ifadəsi ilə ittiham olunur.
10.
Ata İvanov - Şamaxıda gön-dəri mağazasının sahibi, Alıxan bəy Əyyubovun
və Asif bəy Şıxəlibəyovun ifadəsi ilə ittiham olunur.
11.
Oğul İvanov - yuxarıdakı şahidlərin ifadəsi ilə ittiham olunur.
12.
Ovanes - Şamaxıda dəllək, yuxarıdakı şahidlərin ifadəsi ilə ittiham olunur.
13.
Sandrik Aqrayev - dəllək, yuxarıdakı şahidlərin ifadəsi ilə ittiham olunur.
14.
Artyom Ter-Matevosyans - Sadıq bəy Ağalarovun ifadəsi ilə ittiham olunur.
15.
Yaqub Martirosyants - dəllək, Süleyman Məşədi Rəhim oğlunun ifadəsi ilə
ittiham olunur.
16. Armenak Yaquboviç Martirosyants - həmin şahidlərin ifadəsi ilə ittiham
olunur.
17.
Aleksandr Xaçaturov – çəkməçi.
18.
Mixail Xaçaturov – çəkməçi.
19.
Dyuni bəy çəkməçi (pinəçi).
20.
David (soyadı bilinmir).
21.
Qaspar - Saqiyan kənd sakini, Abdulla Abdullayevin şahidliyi ilə ittiham
olunur.
22.
Gerasim Aqriyev - Mədrəsə sakini, Məlik Nemət oğlu Məlikovun şahidliyi ilə
ittiham olunur.
23.
Mixail Karabanov - malakan, Şamaxı xəzinədarlığın işçisi - Cəlil bəy
Cəbrayılov və Tərlan bəy Əliyarbəyovun şahidliyi ilə ittiham olunur.
24.
Gülbəndov - Zabit, Arşak Gülbəndovun oğlu, keçmiş poçt-teleqraf
kontorunun rəisi, 1) həkim Vladimir Pavloviç Sazanov; 2) Əliheydər Tağıyev; 3)
Asif bəy Şıxəlibəyovun; 4) Tərlanbəy Əliyarbəyovun şahidliyi ilə ittiham olunur.
25.
Xaçanov - Şamaxının keçmiş pristavı
26.
Şabanov - Şamaxı şəhər sakini həkim Sazanovun şahidliyi ilə ittiham olunur.
27.
Mixail Ter - Qriqoryev - Şamaxı şəhər sakini
28.
Arşak Tarasov – Şamaxı şəhər sakini
29.
Artamanov – rus, Cabanıda müəllim
30.
Boris Polovşekin
31.
Semyon Polovşekin
32.
Vladimir Domiev,
33.
Mamikon Doliv və s. 47 nəfər Çuxuryurd kənd sakinləri.
34.
Babacan Maçekislov – Şamaxı sakini Əliheydər Hacı Ağa oğlunun şahidliyi
ilə ittiham olunur.
35.
Atabəyov – Şamaxının keşmiş komissarı Siracəddin Əfəndiyevin şahidliyi ilə
itttiham olunur.
63
36.
Serebriyakov – Şamaxı şəhər sakini
37.
Artur Xaçaturov – bənna
38.
Kolye (Nikolay) – erməni, Şamaxıda silah ustası, Məşədi Heydər Sultanovun
şahidliyi ilə ittiham olunur.
39.
Tumas – Şamaxı şəhər sakini
40.
Marazyants - Şamaxı uyezdinin Saqiyan kənd sakini
41.
Matras - dəmirçi
42.
Nikitov Camiran oğlu - Şamaxı sakini Hacı Hüseyn Salamovun şahidliyi ilə
ittiham olunur.
Yuxarıda göstərilənlərə əsaslanaraq mən hesab edirəm ki, adları çəkilən
cinayətkarlar cəzalandırma və Baş Məclisin 13, 129, 927, 1633, 1636, 1607, 1153
maddələri ilə ittiham olunmalıdırlar.
Qeyd: Adları göstərilməyən cinayətkarlar Şamaxı şəhərində yaşamış və
tədqiqat zamanı iştirak edə bilməmişlər.
Komissiya üzvü: A.Novatski
75
Həmin cinayətkarların bir çoxu haqqında qəbul edilmiş qərarda isə
oxuyuruq:
“1919-cu il iyul ayının 12-də, Azərbaycan fövqaladə İstintaq Komissiyası,
həmin komissiyanın üzvü Novatskinin məruzəsini dinləyərək, Bakı şəhər sakini
Stepan Lalayev, Şamaxı şəhər sakinləri Qavril Qaraoğlanov, Arşak Gülbəndov,
Mixail Arzumanov, Karapet Karamanov, Simvel Doliyev, Petrosyans (adı məlum
deyil), İvanov-oğul (zabit, adı məlum deyil), Ovanes (dərzi, familiyası naməlum),
Armenak Yaqubov Martirosyans, Yaqub Martirosyans - Aleksandr Xaçaturov,
Mixail Xaçaturov, Allahverdi Minasov, Krikor (dəmirçi, familiyası bilinmir),
Karabanov (adı bilinmir - keçmiş Şamaxı Xəzinadarlıq işçisi), Gülbəndov (Arşak
Gülbəndovun oğlu), Xaçanov (keçmiş pristav, adı bilinmir), Şabanov (keçmiş
zabit, adı bilinmir). Vladimir Doliyev, Mamikon Doliyev, Babağan Mikakiyev,
Nikolay (silah ustası, familiyası bilinmir), Arutyun Xaçaturov (bənna), Artamanov
(Cabani-rus kəndinin keçmiş müəllimi), Gerasim Ağrıyev (Mədrəsə kənd sakini,
Sandrik Ağrıyev (Saqiyan kənd sakini), Qaspar və Ağamalovu (Qarabağ ermənisi,
üzüm istehsalı üzrə instruktor) Şamaxı şəhəri və Şamaxı qəzasının yüzlərlə
kəndlərində düşünülmüş surətdə, əvvəlcədən, bir neçə minlik güclü silahlanmış
dəstələr yaradaraq, dini köklərə əsaslanaraq, IX mart 1918-ci ildən başlayaraq bir
neçə gün ərzində, minlərlərə günahsız insanları - uşağı, qadını, qocanı, kişini
vəhşicəsinə məhv etdikləri üçün təqsirli bilir. Bu faciə törədilərkən, həmin
cəlladlar, qeyri-insani vəhşiliklərə əl atmışlar - insanların qulaqlarını burunlarını
kəsmiş, gözlərini çıxartmış, qadınların qarınlarını yırtmış, körpə uşaqları süngiyə
75
Az.R. DA f. 1061, 1. İş. 87, v. 6-8.
64
keçirmişlər.
Silahlar
əsasən
toplardan,
pulemyotlardan,
tüfənglərdən,
tapançalardan, qılınclardan ibarət olub. Basqın zamanı yüzlərlə zorlama hadisələri
qeydə alınmışdır. Daşınan əmlakın talan edilməsi, bir milyard manatdan çox
hesablanır.
Şamaxı şəhərinin müsəlman yaşayan hissələri tamamilə yandırılmış və ya
məhv edilmişdir. Şamaxı və onun qəzasında 13 məscid xarabaya çevrilmişdir.
Bütün bunlara əsaslanaraq, Azərbaycan Respublikasının 21 mart 1919-cu il tarixli
qərarı və Azərbaycan Ədliyyə Nazirliyinin 25 iyun 1918-ci il tarixli 3166 N-li
sərəncamına əsasən qərara alır:
Adları yuxarıda göstərilən müqəssirlər Cinayət Məcəlləsinin 13, 129, 922,
927, 1630, 1633, 1637, 1453 və 1607 maddələri ilə ittiham olunsunlar.
Komissiyanın sədri: (imzası) Kommisiyanın
üzvləri: (4 üzvün imzaları)
76
* * *
Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən hər ili mart ayının 31-i
soyqırımı – matəm günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev cənabları 26 mart 1998-ci il fərmanında bu işə xüsusi qiymət
verərək yazır: “Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan sonra 1918-ci
ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun
15-də bu faciənin tədqiqi məqsədilə fövqalədə İstintaq Komissiyasının yaradılması
haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilk ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır
cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici
İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının
31-i ilk dəfə Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən ümummilli matəm
günü kimi qeyd edilmişdir”.
77
Bu komissiya Şamaxıda soyqırımı törədən cinayətkarları müəyyən edəndən
sonra xeyli müddət istintaq aparılmışdır. Komissiya ilk əvvəl Şamaxıda bu işə
rəhbərlik edən Stepan Lalayevin mühakiməsi ilə bağlı 14 mart 1919-cu il tarixdə
cinayət işi başlamışdır. Erməni terrorçusunun törətdiyi bütün cinayətlər, şahidlərin
ifadəsi ilə sübuta yetirilmişdir. S.Lalayevin cinayətləri barədə məhkəmə müstəntiqi
Komarovskinin tərtib etdiyi bir çox sənədlər mövcuddur.
İş N-22 Əlahiddə işlər üzrə, məhkəmə müstəntiqi Komarovski, 13 1453 N-li
1525-1606 maddələr üzrə, ittiham olunan Stepan Lalayevin işi
Baş: 20
/
II-1919-cu il.
76
ARDA foid 1061 siy. 1, iş 108, s.15
77
Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Xalq qəzeti,
26.III.1998.
Dostları ilə paylaş: |