Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə1/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
  1   2   3   4   5   6   7   8   9   ...   19


SEYFULLAYEV  QULU(CƏNNƏT) 

SEYFULLAYEV RUHİ

İSLAMDA İDMAN

-  № 5 4  '



I Azerbaycan Respublikası Prezidentinin 

İşlər İdarəsi

!  P R E Z İD E N T  

KİTABXANASI

BAKI - «NURLAN» - 2006


İnsanların islama və özünü tanımasına xidmət edə biləcək 

bilik  və sirləri onlardan gizlətməyib hamıya çatdırmağa çalışan 

bütün insanlara,  o cümlədən,  oxuduğumuz  kitabların hörmətli 

müəlliflərinə öz dərin minnətdarlığımızı bildiririk!

Seyfullayev Qulu (Cənnət), Seyfullayev Ruhi. 

İslamda idman.  Bakı, «Nurlan», 2006. -  82 səh.

Əlinizdəki  bu  kitabda  dünya  və  islam  idman 

tarixindən  söhbətlər  açılır.  Burada  idmanın  inkişaf 

dövrü  və  onun  insan  sağlamılığmda  rolu  göstərilir. 

Çoxlu  tarixi  faktlar  əsasında  İslam  Peyğənbərinin  və 

Məsum  imamlarımızın  idmana  verdiyi  önəm  və  bir  çox 

idman  növlərində  göstərdikləri  şücaətlər  geniş  nəzərdən 

keçirilir.

Kitab  islam  idman  tarixi  ilə  maraqlananlar  habelə 

geniş oxucu kütləsi üçün  nəzərdə tutulmuşdur.

4702000000 

л  

_  

,

------------------ Q n flı  n əşr 

© «N u rlan », 2006

N

 -  098 -  2006

Ruhi  Seyfullayev

İslamda idman

GİRİŞ

Tarix elminin tərkib hissələrindən biri də bədən tərbiyəsi və 

idmanın tarixidir.  Bu elm qədim zamanlardan bu günə qədər 

bədən  tərbiyəsinin  ümumi  qanuauyğunluqlarınm  yaranma­

sım  və  inkişafım  öyrənir.  İdmanın  tarixi  lap qədimlərə gedib 

çıxır.  Çünki  onun  da  insan  qədər keçmiş  vardır.  Hələ qədim 

zamanlardan  mağara  insanı  özünü  və  ailəsini  vəhşi  heyvan­

lardan, o cümlədən digər mağara insanlarından qorumaq  üç­

ün  onlarla  vuruşmağa  məcbur  idi.  Bu  səbəbdən  onlar  boş 

vaxtlarında  bir-biri  ilə idman  təmrinləri edərdilər.  Onlar əsa­

sən  qaçmaq,  tullanma  və  ağır  əşyaları  qaldırmaqla  məşğul 

olardılar.

Misir  ölkəsində  olan  firon  məqbərələrinin  divarlarında 

olan  təsvirlər də sübut edir ki,  insanlar hələ miladdan  3400 il 

qabaq  müxtəlif idmanla məşğul olmuşlar.  Bundan  başqa  qə­

dim  Aşurilər  do  idmana  hədsiz  maraq  göstərmiş  və  öz  ara­

larında idman yarışları keçirərmişlər.  Hələ ibtidai mədəniyyət 

beşiyi olan  Babil,  Akkad,  Aşur,  Yunan və Roma  ölkələrində 

idmanın  döyüş  növləri  keçirilərdi.  Məsələn:  Romada  bizim 

indiki  sirklərə  oxşayan  amfiteatrlarda  keçirilən  yarışlarda 

qladiatorlar adlanan  idmançı qulların bir-biri  ilə və ya yırtıcı 

heyvanlarla vuruşması buna əyani bir misaldır.

Bundan  başqa  bir  çox  mədəniyyətlərdə  o  cümlədən  Yu­

nanıstanda  oğlan  uşaqları  hələ  yeniyetmə  dövürlərindən  bə­

dənlərini  qüvvətləndirmək  üçün  atçılıq,  qılıncoynatma,  ox- 

atma  və  s.  bu  kimi  idmanlarla  məşğul  olardılar.  Onlar  bu 

hazırlıq dövürlərini keçdikdən sonra ordu sıralarına daxil ola 

bilərdilər.  Çünki  orduda  xidmət edən  əsgər şücaətli, cəsur və 

qorxmaz insan sayılırdı.

Spartlarda isə başqa xalqlara nisbətən idman qaydaları da­

ha  sərt  idi.  Bu  barədə qədim yunan  tarixçisi  Pulutarx  yazır: 

qədim  spartlar  yeni  doğulan  uşaqlara  xüsusi  diqqət  yetirər­

dilər.  Ata  öz körpə uşağını  ağsaqqalın  oturduğu  yerə gətirir­

di;  orada  ağsaqallar  körpəni  gözən  keçirirdilər.  Əgər  körpə




4  Cənnət  müəllim

İslamda idman

ayıq və sağlam olardısa,  ağsaqallar körpənin  anasına körpə­

yə xüsusi quluq yetirməsini tələb edərdilər.  Bu halda körpənin 

valideynləri də digər valideyləndən seçilərdi. Belə ki, körpənin 

anasına  digər  qadınlar  arasında  ona  xüsusi  hörmətlə  yana­

şılar,  atası  üçün isə  dövlət  tərəfindən  böyük  məvacib  və  tor­

paq sahələrə ayrılardı.  Bundan başqa qədim spartlarda yeddi 

yaşı təzəcə tamam olmuş uşaqları bir yerə yığıb, dəstələrə bö­

lürdülər.  Öz  fərasəti  ilə,  habelə  hərbi  yarışlarda  öz  cürəti  ilə 

başqa  uşaqlardan  fərqlənən  uşaq  dəstəbaşı  olurdu.  Qalan 

uşaqlar dəstəbaşıya baxıb, ondan nümunə almalı,  onun əmri­

nə sözsüz itaət etməli və verdiyi cəzaya mərdliklə dözməli idi­

lər;  belə  ki,  bu  itaət  məktəbi  idi.  Onların  qalan  tərbiyəsi  isə 

danışıqsız sözə baxıb, itaət etməkdən, bir bəla üz verdikdə da­

vamlı olmaqdan və müharibələrdə qalib gəlməkdən ibarət idi. 

Buna görə də il ötdükcə, uşaqlar böyüdükcə tərbiyə və idman 

hazırlığı  daha  da  sərt  olurdu.  Oğlan  uşaqlarının  yeməyi  də 

çox  az  idi,  çünki  onları  məcbur  edərdilər  ki,  sıxıntılara  qarşı 

öz  qüvvələri  ilə  mübarizə  edib,  cürətli  və  zirək  olsunlar.  Bü­

tün  bunlar  insanların  sağlamlığına  və  idmana  verilən  dəyər­

lərdən  irəli gəlirdi.

Əgər  biz İslam mədəniyyətinə  nəzər salsaq görərik  ki,  is­

lam dini də bədən tərbiyəsinə və insan sağlamlığına diqqət ye­

tirməklə  idmana böyük  önəm vermişdir.  Necə  ki,  əziz  islam 

peyğənbəri  bu  barədə  buyurmuşdur:  «Övlada  idman  öyrət­

mək  atanın  borcudur.  Övladın  haqqı  atanın  boynunda  bun­

lardan  ibarətdir,  ona  oxuyub-yazmaq  öyrədə,  halal  ruzi  ye- 

dirdə,  üzmək və  ox  atmaq  fənlərini  aşılaya».  Əziz  islam pey- 

ğənbərinin  bu  kəlamından  bəlli  olur  ki,  idmanla  məşğul 

olmaq  bədəni  ruhən  və  cismən  qüvvətləndirmək,  müqəddəs 

islam dinimizdə də elmin bir sahəsi kimi öyrənilməsinin  zəru­

riliyini vurğulayır.

Belə bir kitabın yazılmasında bizlərə öz lütfünü əsirgəmə­

yən Allaha həmd və şükürlər olsun!

MÜƏLLİFLƏR

'H °


i   il

il



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə