Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   ...   11   12   13   14   15   16   17   18   19

56  Cənnət  müəllim

İslamda idman

Əsgərlər Davudun sözünü Taluta çatdırdılar.  Talut onu 

öz yanına çağırıb  soruşdu:  -  «sənin  gücün nə qədərdir? Öz 

qüvvəni  necə  təcrübə  etmisən?»  Davud  dedi:  -  «Bir  dəfə 

yırtıcı  bir  şir  qoyunlarıma  hücum  edib  onlardan  birini 

götürüb  aparır.  Mən  şirin  ardıyca  gedib  şirin  başını  bədə­

nindən  ayırmışam.  Öz  əllərimlə  şirin  çənəsini  bir-birindən 

ayırıb qoyunu ağzından çıxarmışam.»

Bundan  əvvəl  Allah-təala  Taluta  vəhy  etmişdi  ki,  Ca- 

lutun  qatili  sənin  zirehini  geyinəcək  və  əyninə  də  yaxşı 

qalacaq.  Bu  zaman  Talut  öz  zirehini  Davuda  geyindirdi. 

Gördü  ki,  zireh  onun  əyninə yaxşı  qalır.  Bu  hadisə Talutu 

və  onun  yanındakılarım  təəccübə  gətirdi.  Talut  dedi:  - 

«ümüdvaram ki, Allah-təala Calutu bu cavanın əli ilə məhv 

edəcək».

Başqa bir gün iki qoşun döyüşə hazırlaşdı. Davud dedi:

- «Calutu mənə göstərin».

Calutu  ona  göstərdilər.  Davud  daşı  sapanda  qoyub 

Calutun  alnını  nişan  aldı.  Daşı  atdı.  Daş  Calutun  başını 

yardı.  Davud  ikinci  və  üçüncü  daşı  da  sapanda  qoyub 

Calutu vuraraq onu öldürdü və onun qoşununa vəlvələ sal­

dı. Calutun qoşunu məğlub oldu.

Davudun  adı  dillərə  düşdü.  O,  zaman  keçdikcə  məh- 

şurlaşdı.  Bəni-İsrail  onu  özlərinə  rəhbər  seçdi.  Allah  təala 

da Davudu peyğənbərliyə çatdırdı.

HƏDİSİ SƏRİF VƏ RƏVAYƏTLƏRƏ GÖRƏ

İDMAN

İdmanın,  bədən  tərbiyəsinin  rolu  hədisi  şərif  və  rəva­

yətlərimizdə  dəfələrlə  təkrarlanır.  Təkcə  bədən  möhkəm­

liyi,  qüvvətlilik,  sağlamlıqla  yetinilməyib  bədən  tərbiyəsi 

növlərinə  də  işarə  olunur.  Yeri  gəlmişkən  peyğənbərimiz 

Rəsuli-Əkrəmin və Məsum imamlarımıza aid olan idmanla 

bağlı hədisi şərif və rəvayətlərlə tanış olaq:

Ruhi  Seyfullayev

İslamda idman

ATÇILIQ İDMANI

İslamda  atçılıq  sənəti  də  ən  geniş  yayılmış  sənətlərdən 

biri  hesab  olunurdu.  İslami  mənbələrinə  görə  ilk  dəfə  ata 

süvar  olan  şəxs  həzrəti  Adəmin  (ə)  oğlu  Qabil  olmuşdur. 

Yazırlar  ki,  qardaşı  Habili  öldürdükdən  sonra  ata  süvar 

olaraq qaçıb getdi.  Ondan sonra atları  ilk əhliləşdirən  şəxs 

həzrəti  Süleyman  (ə)  olub.  Tarixi  mənbələrə  görə  Hz. 

Süleyman  atçılıq  sənətinə  böyük  önəm  verdiyindən  bu 

sənətin  inkişafnda  böyük  işlər  görmüşdür.  Ərəb  dünya­

sında,  o  cümlədən  islamda  isə  atları  əhliləşdirən  və  ata 

süvar  olan  ilk  şəxs  isə  həzrəti  İsmail  (ə)  olmuşdur.  Atçılıq 

idman növünə islam peyğənbəri də böyük önəm verirdi.  Bu 

barədə  Rəsuli-Əkrəm  buyurmuşdur:  «At  sürməkdə,  ox  at­

maqda  və  dəvə  sürməkdə  müsabiqə  var».  İbn  Ömərdən 

rəvayət  olunur  ki,  6  millik  məsafəni  keçən  at  sürənə 

Peyğənbər-Əkrəm bəxşiş verərdi.

İslam  mənbələrinin  verdiyi  məlumatlra  görə  müsəl­

manlar  arasında  atçılıq  ilə  bərabər  dəvə  yarışları  da  keçi­

rilərdi.  Bu  yarışlarda  hətta  Rəsuli-Əkrəmin  özü  də  iştirak 

edərdi.  Ənəsdən  rəvayət  olunub  ki,  Rəsuli-Əkrəm  Əzba 

adlı  dişi bir dəvəyə minərdi və müsabiqədə heç bir dəvə on­

dan  irəli  keçə  milməzdi.  Dəvəyə  minmiş  ərəb  yoldan 

yetişib,  müsabiqədə  Əzbadan  irəli  keçdi.  Bu  iş  müsəlman­

ları  narahat  etdi.  Ərəb  onların  üzündə  nigarançılıq  gör­

dükdə  ərz  etdi:  -  Ya  Rəsulullah!  Dəvəm  Əzbadan  irəli 

keçdi.  Peyğənbərimiz buyurdu: «Dünyada hər bir şeyi ucal­

dan və xar edən yeganə qüdrət Allahdır».

Quran-Kərim  də  bu  barədə  göstəriş  verir  ki,  döyüşə 

ayıq  və sayıq olmaq üçün  həmişə döyüş  atlarını  hazır sax­

layın.



58  Cənnət  müəllim

İslamda idman

AĞIRLIQ QALDIRMA

Ağırlıq  qaldırma  islam  dünyasında  ən geniş  yayılmış  və 

sevilən  idman  növlərindən  birdir.  Tarixi  kitablara  nəzər 

salsaq  görərik  ki,  bu  idman növünün  ən bariz nümunəsini 

Hz.  Əli  (ə)  Xeybər  döyüşündə  göstərmişdir.  Bu  barədə 

tarixçilər  yazırlar:  Mədinədən  120  kilometr  şimalda  yə­

hudilərin  sakin  olduğu  bir  məntəqə  vardı.  Buranın  sakin­

ləri  bir neçə möhkəm qalada yaşayırdılar.  Bu qalaların hər 

birinin  öz  adı  vardı.  Bu  yeddi  qüllədən  ən  məşhuru  isə 

«Naim»  və  «Qəmus»  idi.  Ona  görə  də  bu  yer  «Xeybər»1 

adlandırılırdı.  Şeyx  Müfld  Əbdüllah  Cədəlidən  belə  nəql 

edilir.  Əmirəl-möminin  (ə)  deyirdi:  «Xeybərin  qapısını  çı­

xartdıqdan  sonra  onu  özümə sipər edib yəhudilərlə döyüş­

düm.  Onları  məğlub  etdikdən  sonra  qapım  qala  ətrafında 

qazılmış  xəndəyin  üzərinə  qoyub  onun  üzərindən  keçdim. 

Müsəlmanlar  da  xəndəyi  adladılar.  Geri  qayıdan  zaman 

həmin qapım yetmiş müsəlman güclə qaldırdı».

OXATMA

İslam  aləmində  ox  atmaq  sənəti  ən  çox  diqqətə  layiq 

sənətlərdən  biri  hesab  olunurdu.  Bu  sənətlə məğul olanları 

qorxmaz və böyük şücaətli  hesab edərdilər.  İslam xəlifələri 

də bu  sənətə böyük önəm verirdilər.  Bu barədə yazırlar ki, 

İmam  Baqir  aleyhissəlamın  həm  əsri  olmuş  Hişam  ibn 

Əbdülməlik  İmam  Baqir  əleyhisəlamın  camaat  arasındakı 

məhəbbət  və  nüfuzunudan  daima  qorxmuş,  o  həzrətin 

ardıcıllarının (şiələrinin)  onu «imam» kimi tanınmasını bil­

diyi  üçün  həmişə  onun  mənəvi  nüfuzunu  və  eləcə  də,  şiə­

lərinin artmaşınm qarşısı almağa çalışmışdır.

1 Xeybər - qala, möhkəm hasar deməkdir.

Ruhi  Seyfullayev

İslamda idman

 

59

İmam  Baqir  aleyhissəlamı  öz  höküməti  üçün  daima 

təhlükəli hesab edən hişam Mədinənin valisinə əmr edir ki, 

İmam  Baqir  (ə)  və  oğlu  İmam  Sadiq  aleyhissəlamı  Şama 

(Dəməşqə) göndərin.

İmam Baqir (aleyhissəlam) məcbur olub əzəz oğlu İmam 

Sadiq aleyhissəlamla birgə şmam getdi.  Hişam öz əzəmətini 

göstərmək  və  eləcə  də,  öz  xəyalına  əsasən,  İmam  Baqir 

aleyhissəlamın  məqamını  azaltmaq  üçün  üç gün  o  Həzrətə 

görüş icazəsi vermədi.  Bəlkə də,  bu üç gün ərzində o, İmam 

əleyhissəlamla  necə  üz-üzə  gəlmək  və  o  həzrətin  məqamını 

camaat  arasında  necə  gözdən  salmaq  haqda  tədbir  tökür­

dü.  Buna  görə  də,  belə  qərara  gəldi  ki,  (öz  fikrində  qələbə 

qazanacağına yəqin edib) başqa bir yolla mübarizə etsin.

Bəli,  təəccüblü də olsa,  Hişam ox  atma yarışı təşkil edib 

İmam  Baqir  əleyhissəlamı  da  ora  dəvət  etmək  qərarına 

gəldi.  O  bu  yolla  İmam  aleyhissəlamı  məğlub  edib  cama­

atın  gözündə kiçiltmək istəyirdi.  Bu məqsədlə İmam  Baqir 

(ə) hökümət sarayına daxil olmazdan qabaq Hişam sarayın 

bir  neçə  işçisinə  əmr  etdi  ki,  nişangah  qoyub  ox  atmaqla 

məşğul olsunlar.  İmam  Baqir (ə) məclisə daxil olub  bir qə­

dər  əyləşdi.  Birdən  Hişam  üzünü  İmam  Baqir  aleyhis­

səlama  tutub  dedi:  «Ox  atma  yarışında  iştirak  etmək  istə- 

yirsinizmi?»  İmam  Baqir  (aleyhissəlam)  buyurdu:  «mən 

artıq  qocalmışam,  ox atmaq vaxtıb ötüb keçib,  məni  üzür- 

lü  sayın.»  Yaxşı  fürsət  tapıb  İmam  Baqir  əleyhissəlamı 

məğlubiyyətin  iki  addımlığında  durduğunu  güman  edən 

Hişam  israr  edib  ona  and  verdi.  Eyni  zamanda  Bəni  - 

Üməyyə  böyüklərindən  birinə  işarə  edib  etdi  ki,  öz  ox 

kamanını  İmam  Baqir  aleyhissəlama  versin.  İmam  əlini 

uzadıb  kamanı  tutdu,  bir  ox  qoyub  dartdı.  Ox  düz  nişan­

gahın  ortasına  sancıldı.  Sonra  ikinci  oxu  qoyub yayı  dart­

dı.  Ox  düz  nişangahın  ortasına  sancıldı.  Sonra  ikinci  oxu 

qoyub  atdı,  ox  birinci  oxun  ortasına  batı  bonu  sındıraraq 

hədəfə  sancıldı.  Üçüncü  ox  da  ikinci  oxu  sındırıb  nişan­



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə