Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   2   3   4   5   6   7   8   9   ...   19

6  Cənnət  müəllim

İslamda idman

1  FƏSİL

BƏDƏN TƏRBİYƏSİ VƏ SAĞLAMLIQ

Orqanizmin  möhkəmləndirilməsi  və  ömrün  uzadılması 

bədən tərbiyəsi məşqlərinin rolu çoxdan məlumdur. X. Hu- 

felantın dediyinə gorə hələ antik yunanlar bu əqidədə idilər 

ki,  «təbiət  nemətlərindən  düzgün  istifadə  edilməsi  və  qüv­

vələrimizin  daim  məşqdə  olması  ömrü  uzatmaq  üçün  çox 

mühüm  vasitədir.  Hipokrat (104 il yaşamışdır),  o zamanın 

bütün  filosofları  və  həkimləri  mülayimliyi,  açıq  və  təmiz 

havadan,  vannalvrdan  istifadə  olunmasını,  hər  gün  bədə­

nin  sürtülməsini və  bədən məşqlərini  bunun  üçün  ən  yaxşı 

vasitə  hesab  edirdilər».  Yunanıstanda  mədəniyyət  tərəqqi 

edən  dövrdə  həkimlər  müalicə  gimnastikasını  təbabətin 

mühüm və ayrılmaz bir ünsürü kimi nəzərcdə tuturdular.

Qədim  yunanıstanın  məşhur  həkimlərindən  Hipokrat, 

Asklepiat  və  başqaları  belə  hesab  edirdilər  ki,  bədən 

tərbiyəsi məşqləri müalicə və profilaktika  təbabətinin müt­

ləq kompanentidir.

Qədim  Romanın  məşhur  həkimi  Klavdiy  Qalen  (e.  ə. 

131-200 illər) müalicə və profilaktika amili olmaq etibari ilə 

müxtəlif  gimnastika  məşqləri  ciddi  diqqət  verirdi.  O,  öz 

əsərlərində  sümük  və  əzələ  sistemlərinin  müxtəlif  xəstə­

likləri,  maddələr  mübadiləsi  xəstəlikləri,  tənasül  zəifliyi  və 

i.  a.  zamanı  tətbiq edilən  gimnastikanın  təsfiri  verir.  Bunu 

qeyd  etmək  maraqladar  ki,  Qalen  müalicə  məqsədi  ilə  id­

man  məşqlərindən,  məsələn,  avarçəkməkdən,  at  sürmək­

dən,  ovçuluqdan,  əməkdən,  meyvə  və  üzüm  yığmaqdan, 

masajdan, ekskursiyadan və s. - dən istifadə etmişdir.

Çinlilər də bədən məşqlərinə az diqqət verməmişlər.  On­

lar  hələ  eramızdan əvvəlki  II  əsrdə müxtəlif xəstəliklərdən 

qorunmaq  məqsədi  ilə  xüsusi  gimnastika  məşqləri  tətbiq



İslamda idman

 

7

Ruhi  Seyfullayev

edirlər.  Bu dövrün məşhur cərrahı  olan Xua Tu belə hesab 

edirdi  ki,  «insan  bədəni  üçün  həddində  əmək  və  hərəkət 

lazımdır,  zira,  səmərəli  əmək  qidanın  həzminə  kömək  edə 

bilər, qan dövranı yaxşılaşdırır,  bu isə insanı xəstəliklərdən 

qorumağa kömək edər».

Bir çox xalqlar qədim vaxtlardan bədən tərbiyəsi məşq­

lərinin  müxtəlif formaları  ilə-mərasim  rəqsləri,  ibadətetmə 

ünsürləri,  xalq  adətləri  və  xalq  oyunları  formaları  ilə  məş­

ğul  olmuşlar.  Bir  sıra  xalqlarda  kütləvi  şəkil  almış  oyun­

larda  fiziki  hərəkətə,  fəal  hərəkət  rejiminə  meyllər  təzahür 

etmişdir.  Eramızdan  1800 il əvvəl  Hindistanda «Vedı» (hə­

yat  kitabı)  adlı  müqəddəs kitablar  buraxılmış  və bunlarda 

dini  mərasimlərin  bir hissəsini  təşkil  edən  tənəffüs məşqləri 

müfəssəl təsfir olunmuşdur.

Təbabətdə  gimnastika  və  bədən  tərbiyəsi  məşqlərinin 

tətbiq  olunmasında  orta  əsr Avropasında  Avisenna  adı  ilə 

məşhur olan böyük tacik alimi Əbu Əli əl Hüseyn İbn-Sina 

(980-1037) xüsusi yer tutur. Avisenna «Tibb elmləri qanun­

ları»  adlanan  beş  cidlik  məşhur  əsərində  bədən  tərbiyəsi 

məşqlərini  müalicə  və  profilaktika  təbabətinin  mühüm 

amili kimi geniş təbliğ  edir.

Lakin  qədim  zamanlarda  adamların  cüzi  bir  hissəsi 

sağlamlığı şüurlu sürətdə möhkəmlətmək üçün bədən tərbi­

yəsi  ilə  məşğul  olmuşdur.  Qalanlarına  isə  ya  ictimai  şərait 

yol verməmiş, ya da tənbəllik hissi üstün olunmuşdur.

Bədən  tərbiyəsi  məşqləri  sağlamlığı  möhkəmləndirən 

bir  vasitə  olmaq  etibari  ilə  sonralar  planlı,  elmi  cəhətdən 

əsaslandırılmış halda tətbiq edilməyə başlanmışdır.

Müxtəlif  yaş  dövrlərində  fiziki  təmrinlərin  insan  orqa­

nizminə  müxtəlif və  faydalı  təsir  göstərdiyi  bir  sıra  tədqi­

qatlarla  sübut  edilmişdir.  Uşaqlıq və  gənclik  yaşlarında  fi­

ziki  təmrinlər orqanizmin inkişafına,  orta və ötmüş yaşlar­

da  isə  iş  qabiliyyətinin  artmasına  və  qüvvənin  mühafizə




8  Cənnət  müəllim

islamda idman

olunmasına  kömək  edir.  Fiziki  təmrinlər  bütün  yaşlarda 

sağlamlığı möhkəmləndirir.

Deməli, bədən tərbiyəsi və idman həyat boyu insanın sir­

daşı olmalıdır.

BƏDƏN TƏRBİYƏSİ VƏ İDMANIN 

ORQANİZMƏ TƏSİRİ

İnsan  orqanizmi  fiziki  gərginliyə  bir  sıra  ruhi,  fizoloji, 

biokimyəvi və morfoloji proseslərlə cavab verir.  Onlar həm 

hərəkət,  həm  də  vegatativ  dairədəki  dəyişdiklərlə  əlaqə­

dardır və fiziki iş qabiliyyətinin səviyyəsini əks etdirir.

Fiziki hərəkətləri müntəzəm surətdə yerinə yetirmək əzə­

lələrin iş qabiliyyətini artırır; bu, insanın ali əsəb sistemində 

yenidən qurulma ilə əlaqədardır.  Fiziki hərəkətlərlə məşğul 

olmaq prosesində ali əsəb fəaliyyətinin əsas funksiyası olan 

oyadıcı-tormozlaşma  funksiyasının  keyfiyyətə,  yəni  gücün, 

mütəhərikliyin, müvazinətin keyfiyyəti təkmilləşir.  Mərkəzi 

əsəb  sisteminin  müxtəlif  sahələrində  və  endokrin  orqan­

larında  əsaslı  dəyişdik  baş  verir,  bununla  əlaqədar  olaraq 

daxili əzaların işi, insan orqanizimində maddələr mübadilə­

si proseslərinin tənzim səciyyəsi təkmilləşir.

Məşqlərin  təsiri  ilə  əsəb-əzələ  aparatlarındakı  dəyişdik­

lərə uyğun olaraq,  nəfəs,  qan dövranı,  ifrazat,  daxili  serak- 

siya  vəziləri,  maddələr mübadiləsi və  s.  funksiyaları  müva­

fiq surətdə  yaxşılaşır.

Məsələn,  fiziki  hərəkətlərlə  müntəzəm  məşğul  olmaq 

nəticəsində  tənəfüs  orqanının  funksiya  qabiliyyəti  artır;  ağ 

ciyərlərin  həyat  tutumu  və  döş  qəfəsinin  ekskursiyası  ço­

xalır.  Tənəffüs  ahəngi  seyrəkləşir,  ürək  qan  damar sistemi­

nin  fəaliyyəti  yaxşılaşır.  Bu özünü  nəbzvurmanm  ahəngin­

də,  ürək  əzələlərinin  sıxılma  gücünün  artmasında,  ürəyin 

bir  dəfə  sıxılmasmda  dammar  şəbəkəsinə  vurulan  qanın 

həcminin artmasında  və s.  göstərir.  Bütün bunlar,  öz növ­

Ruhi  Seyfullayev

islamda idman

bəsində,  ürək  qan-damar sisteminin  fiziki  işə tez uyğunlaş­

masına, işdən sonra orqanizmin fiziki qüvvəsinin az vaxtda 

bərpa olunmasına kömək edir.

Orqanizmin  sümük,  əzələ  və  digər  sistemlərini  əhatə 

edən  mühüm  dəyişdiklər  bədən  tərbiyəsi  ilə  məşğul  olanın 

fiziki inkişafında öz əksini tapır.  Pisixi sfera da bu təsirdən 

kənarda qalmır,  insanın əqli qabiliyyətləri bir sıra hallarda 

öz  hərəkətlərini  dərindən  düşünməyi,  hafizənin,  diqqətin, 

iradənin,  inadlığın,  qavramanın  və  i.a.  lazımi  səviyyədə 

olmasını  tələb  edir.  Fiziki  hərəkətlərlə  müntəzəm  məşğul 

olmağın  təsiri  nəticəsində  insanın  əsəb  pisixi  sferasının  bu 

və digər keyfiyyətləri inkişaf edir və təkmilləşir.

Bədən tərbiyəsi təsiri ilə orqanizimdə müşahidə olunan 

müsbət dəyişdiklər onun ümumən möhkəmlənməsində, da­

xili  və  xarici  mühütün  mənfi,  xoşagəlməz  amillərinə  qarşı 

orqanizmin  sabitliyinin  artmasında  təzhür  edir.  Fiziki 

hərəkətlərlə  məşğul  olmağın  təsiri  nəticəsində  orqanizmin 

bəzi  zəhərli  maddələrə  qarşı  sabitliyi  xeyli  artır.  Bundan 

başqa  fiziki  məşqlər  əmək  qabiliyyətinin  sabitliyini  də  tə­

min edir.

X.Hufelandın  söylədiyi  kimi,  «Böyük  alimlər  və  filo­

soflar  unutmurdular  ki,  ruhun  məşqləri  bədənin  məşq­

ləri  ilə həmişə  bərabər  məzmunda  olmalıdır».  Əqli  fəaliy­

yətin  yaxşılaşması  üçün  fiziki  hərəktlərinin  əhəmiyyəti  bir 

çox görkəmli alimlər də qeyd etmişlər.

Bədən  tərbiyəsi  və  idman  tənəffüs  üzüvlərinə  də  yaxşı 

təsir edir.  Fiziki-əzələ işi tənəffüs üzüvlərinə yüksək tələblər 

verir, ağ ciyər ventiyasiyasmı, yəni bir dəqiqədə ağ ciyərdən 

keçən  havanın  miqdarını  artırır.  Çox  işləyən  orqanizmi 

oksigenlə  təmin  etmək  üçün  tənəffüsün  sürəti  artır  və  o, 

daha da dərin olur.

İdman  məşqlərinin  təsiri  altında  qaz  mübadiləsi  şiddət­

lənir,  idmançının  ağ ciyərindən  keçən havanın  miqdarı  ço­

xalır,  yəni udulmuş  oksigenin və ifraz edilmiş karbon qazı­



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə