Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   2   3   4   5   6   7   8   9   ...   19

Г]

ОШ Ш ЯГ!


Ruhi  Seyfullayev

İslamda idman

 

15

11  FƏSİL

OLİMPİYA TARİXİ

Qədim  Yunanıstanda  hələ  28  əsr  bundan  əvvəl  kimin 

daha güclü, çevik və cəldə olduğunu aşkara çıxarmaq üçün 

atletlərin  yarışı  keçirilərmiş.  Bu  oyunlar  müxtəlif yarışlar­

dan  ibarət  idi  və bayram zamanları  Yunanıstanın müxtəlif 

yerlərində  Olimpiyada,  Delfı  və  Korinf bərzəxində  keçiri­

lirdi.  Ən  böyük və  məşhur idman  yarışlar  isə  Olimpiya  şə­

hərində keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları  ad­

lanırdı.

İlk  Olipiyada  bizim  eradan  əvvəl  776-cı  ildə  qədim  Yu- 

nanıstanda  Pelopennes  yarımadasındakı  Olimp  şəhərində 

keçirilib.  Onun  əsasını  tanrılar  tanrısı  Zevsin  göstərişi  ilə 

yarı  insan-yarı  tanrı  Herakl  qoymuşdur.  Rəvayətə  görə 

Herakl  həm  Yunanıstanda  idman  yarışlarının  keçirilməsi 

üçün  birinci  stadionu  tikmiş,  həm  də  qaçış  üzrə  ilk  olim- 

pionik  (olimpiya  çempionu)  olmuşdur.  Olimpiya  oyunları 

yunanıstanda  böyük  bir  bayram  sayılırdı  və  1417  gündən 

bir, yəni dörd ildən bir keçirilirmiş.  Bu yarışlarda iştirak et­

mək  istəyənlər  yarışdan  bir  il  əvvəl  xüsusi  siyahılara  yazı­

lırdılar.  Hətta  məktəblərdə də yarış  üçün  xüsusi  hazırlıqlar 

aparılardı.

Olimpiya  oyunlarının  təntənəli  açılışına  yunan  aləminin 

müxtəlif yerlərindən çoxlu xalq axışıb gələrdi.  Bütün yunan 

dövlətləri  bu  oyunlara  öz  elçi  və  nümayəndələrini  gön­

dərərdilər.  Oyunlar  müddətində  ayrı-ayrı  dövlətlər  ara­

sındakı  çəkişmələr və  hətta müharibər dayandırılırdı.  Tən­

tənəli  oyunlar  müddətində  «müqəddəs  barışıq»  deyilən  bir 

vaxt  qoyulurdu.  Bunların  hamısı  yunanların  keçirilən 

Olimpiya  oyunlarına verilən dəyərdən irəli  gəlirdi.  Əvvəllər



16  Cənnət  müəllim

İslamda idman

olimpiyaçılar yalnız qaçışın sürətinə görə yarışırmışlar.  La­

kin  illər  keçdikcə  Olimpiya  Oyunları  yarışlarının  proq­

ramına  həmçinin  pentatlon  (beşnövçülük:  qaçmaq,  nizə və 

disk tullamaq, uzununa tullamaq, güləşmə),  yumruq döyü­

şü,  ikitəkərli  arabalarda  yürüşdə  daxil  edilir.  Qaliblər  isə 

ömürlük  vergidən  və  yüksək  əmək  haqqı  ilə  bərabər  baş­

larına zeytun budağından hörülmüş çələng qoyularaq yarı- 

insan-yarı  tanrı statusuna da layiq görülmüşlər.  Buna görə 

də  çox vaxt  onların  heykəlləri  qoyularıdı.  Yunanların  adə­

tinə  görə,  Olimpiya  oyunları  günlərində  hətta  müharibər 

dayandırılırdı.  Olimpiya  bayramlarında  incəsənət  müsabi­

qələri də keçirilirmiş,  məsələn, şairlər Olimpiya oyunlarının 

şərəfmə  qoşduqları  şerləri  və  himnləri  oxuyar,  natiqlər 

qalibləri  tərifləyərmişlər.  Yunanlar  Olipiya  oyunlarına  o 

dərəcə  böyük  əhəmiyyət  verirdilər  ki,  il  hesabım  da  ilk 

oyunlardan  başlayaraq  hesablaardılar.  Lakin  eramızdan 

əvvəl  146-cı  ildə  Roma  inperiyasının  təsiri  altında  düşən 

Yunanıstan  müstəqiliini  itirir.  Xristianlığın  Roma  im­

periyasının  dövlət  dininə  çevrilməsi  müqəddəs,  çoxəsirlik 

tarixə malik olan Olipiya oyunlarının süqutu ilə nəticələnir.

Eramızın  393-cü  ilində  keçirilmiş  Olipiya  oyunları 

çoxəsirlik  oyunların  sonuncusu  olub.  Belə  ki,  393-cü  ildə 

Roma  inperatoru  Feodosinin  qərarı  ilə  Olimpiada  tur­

nirləri  ləğv  edilir.  Bunun  nəticəsində  Olmpiada  yarışları 

unudulmağa  başlamış  və  olmpiadaları  xatırladan  abidələr 

demək  olar  ki,  tamamiylə  silinmişdi.  Nəhayət  1875-ci  ildə 

alman arxeoloqu Ernest Kertis qədim tikililərin özəyini üzə 

çıxartdı.  Bu  səbəbələdə  1894-cü  ildə baron  Pyer de  Kuber- 

ten  oimpiada  turnirlərini  yenidən  bərpa  etməyi  təklif etdi. 

Həman  dövrdə  də  Beynəlxalq  Olipiya  Komitəsi  yaradıldı. 

1924-cü ildə isə ilk dəfə olimpiadaların devizi yarandı «Da­

ha sürətli, daha hündür, daha güclü!»

Müasir Olimpiya Oyunlarının tarixi XIX əsrin axırların­

dan  başlanır.  1896-cı  ildə  Afina  şəhərində  antik Olimpiya-

/A

S

5

*

f

Ruhi  Seyfullayev

İslamda idman

dalarının  nümunəsi  əsasında  çox  böyük  beynəlxalq  idman 

yarışları keçirilirdi.  O vaxtdan  hər dörd  ildən bir Olimpiya 

Oyunları keçirilir.  Yalnız  1916,  1940 və  1944-cü illəTdə mü­

haribə ilə əlaqədar olaraq yarışma təxirə salınmışdı.

Yay Olimpiya Oyunlarının proqramına ən kütləvi yayıl­

mış  idman  növləri-yüngül  atletika,  üzgüçülük,  gimnastika, 

basketbol,  boks,  səbəst və  klassik  güləş,  velosiped  idmanı, 

voleybol,  avarçəkmə  idmanı,  atçılıq  idmanı,  müasir  beş- 

növçülk,  ağır  atletika,  futbol,  ot  üzərində  hokkey  və  baş­

qaları  daxildir.  Yay  Olipiya  oyunlarına  aid  ilk  yarışlar 

1896-cı  il  aprelin  5-də  Yunanıstanın  Afina  şəhərində  keçi­

rilib.  Burada  13  ölkənin  311  idmançısı  medallar  uğrunda 

mübarizə  aparıb.  İndiyədək  sayca  27-ci  Yay  Olimpiya 

oyunları  keçirilib  (Olipiya  oyunlarının  keçirilmədyi  hallar­

da  da  olimpidaya  nömrə  verilir).  1924-cü  ildən  isə  Ağ 

Olimpiada  adlanan  Qış  Olimpiya  Oyunları  keçirilir.  Onun 

proqramına  xizəksürmə  idmanı,  konki  ilə  qaçmaq,  biaton, 

fiqurlu  sürüşmə,  şaybalı  hokkey  və  s.  daxildir.  «Ağ  Olim­

piya»  adlanan  ilk  yarışlar  1924-cü  ildə  fransanın  Şamoni 

şəhərində  keçirilib.  Burada  16  ölkənin  293  idmançısı 

medallar  uğrunda  mübarizə  aparıb.  İndiyədək  sayca  20-ci 

Qış Olipiya oyunları keçirilib.

Bizim dövrümüzdə  Olimpiya  Oyunları  əsl idman  bayra­

mına çevrilmişdir.  Bu oyunlarda dünya ölkələrinin əksəriy­

yətinin ən yaxşı  idmançıları iştirak edirlər. Olimpiya oyun­

ları  müxtəlif  vaxtlarda  Avropa,  Amerika,  Asiya  və  Avs­

traliyanın  ayrı-ayrı  şəhərində  keçirilmişdir.  Antik  Olim- 

piyadaları  xatırlamaq  üçün  növbəti  oyunlar  başlanan  gün 

Olimpiya  Oyunlarının  keçirildiyi  baş  stadionda  olimpiya 

məşəli yandırılır.

Azərbaycanın  bir  sıra  idmançıları  da  Olimpiya  oyunla­

rında müvəffəqiyyətlə çıxış edirlər.

sbm . 


  ■'  '  ı—



f i w f l  

—***v .•»' 

»

Azərbaycan  Respublikası 

Prezidentinin

İşlər İdarəsi

PREZİDENT  KİTABXANASI



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə