Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   2   3   4   5   6   7   8   9   ...   19

18

  Cənnət  müəllim

İslamda idman

OLİMPİYA MƏSƏLİ

Olimpiya oyunlarında qaldırılan bayraqlarla yanaşı, açı­

lış günü stadionda yandırılan alov da yadda qalır.  Məşəlin 

əldən  ələ  keçməsinin  maraqlı  tarixixçəsi  vardır.  Rəvayətə 

görə  insanlar  alovun  nə  olduğunu  bilmirdilər.  Buna  görə 

də  Protomey  Hefesdən  alovu  oğurlayıb  insanlara  verir və 

buna görə də onu Zevs cəzalandırır.  Onu qafqazda bir da­

ğa  zəncirlətdirir.  Qartala  əmr edir ki,  Protomeyin  böyrək­

lərini  dimdikləməklə  ona  əzab  versin.  Ənənəyə  görə,  bu 

alov  Yunanastanın  Afina  şəhəri  yaxınlığında  yerləşən 

Olimpiya  məbədindən  götürülür.  Bundan  sonra  xüsusi 

seçilən  oğlan  və qızlar bu  məşəli Olipiya  oyunları  keçirilən 

şəhərə  doğru  qaça-qaça  bir-birilərinə  ötürürlər.  Son  anda 

məşəl  adlı-sanlı  bir  idmançıya  verilir,  o,  stadiona  daxil 

olub, Olipiya oyunlarının məşəlini yandırır.  Bu məşəl yarış­

ların açılışından bağlanışma qədər yanır.

İlk Olipiya Oyunları zamanı stadionda məşəli əsasən kişi 

idmançı  yandırırdı.  Qadın  idmançılar  arasında ilk  dəfə  bu 

şərəfə  1968-ci  ildə  mexikoda  keçirilən  Olimpiyadada  mek- 

siyalı  enriketta  Basilio  Sotelo  layiq  görülmüşdür.  Maraq­

lıdır  ki,  BOK  rəhbərliyi  məşəli  əlində  tutan  idmançını  se­

çəndə  əsasən  onun  ad-sanına,  qazandığı  uğurlara  və 

yaraşıqlı olmasına fikir verir.  Ancaq  1958-ci ildə Melburun 

Olimpiadasında  məşəli  18  yaşlı,  heç  kimin  tanımadığı  avs- 

talyalı  Ronald  Klark yandırdı.  Səkkiz il sonra Tokioda isə 

məşəli  yandırmaq  hüququ  Yaponyanın  Xirosima  şəhərinə 

atom  bombası  düşən  gün  anadan  olmuş  İosinori  Sakaiyə 

verilmişdi.



OLİMPİYA ANDI

«Bütün  idmançılar  adından  mən  Olipiya  Oyunlarında 

idman qanunlarına hörmət edib,  əsl  idman  ruhunda və ko-

Ruhi  Seyfullayev

İslamda idman

 

19

mandalarımzm  uğurunu  düşünərək  çıxış  edəcəyimizə  and 

içirəm!».  İlk  dəfə  1920-ci  ildə  Antverpində  keçirilən  Olim- 

piydada  yerli  qılmcoyanadan  Viktor  Buan  bu  andı  söy­

ləmişdi.  Və  həmin  vaxtdan  indiyədək  hər  Olipiya  oyun­

larında  bir  idmançı  bu  yarışların  təmiz  qanunlarla  keçirə- 

ləcəyinə and içir.

1968-ci  ildə  meksikada  keçirilən  Olimpiyadada  idman­

çılarla  yanaşı,  hakimlər  də  ilk  dəfə  and  içir.  Onun  məz­

munu  belədir:  «Hakimlərin  adından  mən  Olimpiya  yarış­

larının  bitərəf kçirələcəyinə  və  yarışların  qanunlarına  hör­

mət ediləcəyinə and içirəm».

Onu  da  əlavə  edək  ki,  Olipiya  Oyunlarını  yarışların 

keçirildiyi  ölkə  priztenti  açır  və  «Mən  ...  nömrəli  Olim- 

piyadanı açıq elan edirəm», - deyə nitqini tamamlayır.

Dörd  illiyin  ən  əsas  yarışını  beynəlxalq  Olipiya  komi­

təsinin  priztenti  bağlayır.  1952-ci  il  Helsinkdə  keçirilən 

Olipiya  Oyunlarından  sonra  yeni  bir  ənənə  yarandı.  Yarış 

bağlı elan edilən kimi stadionda olan tabloda «Əlvida,  Hel­

sinki, Melburn bizi gözləyir» sözləri yazıldı.



OLİMPİYA BAYRAĞI

Hər bir Olipiya Oyununun açılışı keçirilən stadionda ha­

vaya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı qal­

dırılır.  Ağ  rəngli  bu  bayraqda dünyanın  beş  qitənin  rəmzi 

rənglərində - mavi  (Avropa), sarı (Asiya), yaşıl (Avstralya), 

qırmızı  (Amerika)  və  qara  (Afrika)  olan  bir-birinə  ke­

çirilmiş  dairələr  təsvir  olunub.  Bu  5  dairə  dünyanın  bir­

liyini  təmsil  edir.  Bu  çəmbərlər  müasir  döviirdə  yaranmış 

simvol  deyil,  o  da  qədim  köklərə  malikdir.  Onu  müasir 

Olimpiya  oyunlarının  banisi  sayılan  Pyer  Kuberten  adlı 

şəxs  Delf məbədində  axtarıb çıxarmışdı.  Bu  5  çəmbərlərlə 

bəzədilmiş  bayraq  ilk  dəfə  1920-ci  ildə  belçikanın  Antvern 

şəhərində keçirilən Olimpiya Oyunlarında qaldırıb.  Məhz o



20

  Cənnət  müəllim

İslamda idman

vaxtdan  etibarən,  ənənəyə  görə,  əvvəlki  Olimpiya  oyun­

larının  keçirildiyi  şəhərin  nümayəndəsi  bayrağı  BOK  prez- 

tentinə  təqdim  edir.  Beynəlxalq  Olipiya  Komitəsinin  rəh­

bəri  isə bayrağı yeni  Olimpiyada keçiriləcək şəhərin merinə 

təhvil verir.  Bu ənənə  o  vaxtdan indiyədək saxlanılıb.  Onu 

da əlavə edək ki, yarışların açılışından  sonuna  qədər Olim­

piya  bayrağı  stadionda  dalğalanır.  Olipiya  oyunları  başa 

çatandan  sonra isə  bayraq  şəhərin  merində  dörd  il  ərzində 

saxlanılılır.  Olipiya  bayrağı  ideyasını  1913-cü  ildə  BOK 

prezidenti Pyer de Kulberten vermişdir.

OLİMPİYA MEDALLARI

Olipiya  Oyunlarında  and,  bayraq  və  məşəllə  yanaşı, 

medallar  da  byük  məna  kəsb  edir.  İlk  belə  medalı  1896-cı 

ildə Afinada keçirilən  yarışda ameriyalı  yüngülatlet Ceyms 

Brendon  Konnoli  qazanıb.  Üç  təkanla  tullanışda  13,71 

metr nəticəylə birinci olan Ceymsin adi tarixə düşüb.

Qadınlar  arasındca  isə  ilk  medalı  1900-cü  ildə  Parisdə 

amerikalı  tennisçi Şeyla Kuper qazanıb.  Onu da əlavə edək 

ki,  ilk Olipiyadalardan indiyəcən kişi və qadın yarışlarında 

medalların  sayı eyni deyil.  Kişilər bir qədər çox medal əldə 

ediblər.

OLİMPİYA REKORDLARI

İdmanın  «şah»ı  hesab  olunan  Olipiya  oyunları  özünün 

rekordları  ilə də yadda  qalıb.  Çoxları  hesab edirlər ki,  bu­

rada  ancaq  cavanlar  iştirak  edə  və  medal  qazana  bilərlər. 

Lakin  1972-ci  ildə  Almaniyanın  Münhen  şəhərində  keçi­

rilən  Olipiya1  Oyunlarında  iştirak  edən  ingiltərəli  Xilda 

Lorna  Consonun  ...  70  yaşı  olub.  Bu  yaşa  baxmayaraq, 

Xilda atıcılıq idmanının çıxışetmə növündə böyük məharə­

tini göstərir.

Ruhi  Seyfullayev

İslamda idman

Kişilər  arasında  ən  yaşlı  Olipiya  iştirakçısı  isə  isveçrəli 

Oskar  Svan  olub.  O,  1920-ci  ildə  Stokholmda  keçirilən 

Yay  Olipiyadasında  73  yaşında güllə atıcılığı  proqramında 

iştirak edib.  Maraqlıdır ki, Oskar svan dörd il sonra Paris­

də  keçirilən  Olipiya  Oyunlarına hazırlaşırmış,  ancaq xəstə­

lənir.  Məhz  Svan  Olipiya  Oyunlarının  tarixində  ən  yaşlı 

qalib  olmuşdur.  O,  1908-ci  ildə  61  yaşında  iki  qızıl  medal 

qazanmışdır.

Olipiya  tarixinə  Norveç  gəmisürəni  (yaxtsmen)  maqnus 

Konovun  adı  da  daxil  olub.  O,  40  il  ərzində  -  1908,  1912, 

1920,  1936  və  1948-ci  illərdə  keçirilən  beş  Olipiya oyunun­

da iştirak edib, iki qızıl və bir gümüş medal qazanıb.

Məşhur  macar  qılıncoynadanı  Aldar  Qereviç  isə  altı 

Olimpiya  oyununda medallara layiq görülüb.  O,  1932-60 - 

cı  illərdə  keçirilən  oyunlarda  7  qızıl,  1  gümüş və  2  bürünc 

medal qazanıb.

AĞIR ATLETİKA

Hələ  ibidai  icma  vaxtı  insan  ağır  daşları  qaldırır,  yeri 

şumlayır və özünə yem tapmaqla məşğul olurdu.  Yəqin  ki, 

o  vaxtdan  insanlar  arasında  pəhləvanlar  hörmət  qazan­

mışlar.  Ağır  atletika  idmanında  isə  daşlar  ştanqla  əvəz 

olunmuşdur.  Burada  idmançı  üçün  güc  hələ  başlıca  şərt 

deyiil.  Ağır  atletika  üzrə  yarışlarda  ştanqçı  gücdən  əlavə, 

hərəkətləri kəskin və bir-biri lə əlaqəli yerinə yetirməlidir.

Ağır atletikada idmançılar iki proqramm üzrə çıxış edir­

lər.  Bu, tədricən və təkanla qaldırmadır. Birinci proqramda 

idmançı  ştanqı  əvvəlcə  yerdən  sinəsinə  qaldırır,  sonra 

qollarını  açaraq  ağırlığı  başı  üzərinə  qaldırır.  Bütün  bun­

ları  o,  yalnız  əzələlərinin  gücü  ilə  etməlidir.  Bu  zaman  id­

mançı azça çöməlib,  bədəni ilə  yorulmuş  qollarına kömək 

edərsə,  hakimlər  işıq  yandırıb  bu  hərəkəti  hesaba  almaya­

caqlar.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə