Seyfullayev qulu(CƏNNƏT) seyfullayev ruhi İslamda idman №5 4 '



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix25.06.2018
ölçüsü0,51 Mb.
#51021
1   2   3   4   5   6   7   8   9   ...   19

22

  Cənnət  müəllim

İslamda idman

Təkanla  qaldırma  da  iki  hərəkətdən  ibarətdir:  idmançı 

çöməlib,  ştanqı birdən-birə  birnəfəsə başı  üzərinə  qaldırır, 

yalnız bundan sonra qalxıb düzəlir. Qüvvət və sərtliyin belə 

birləşməsi  idmançıya  iki  növlü  mübarizənin  ümumi  hərə­

kətlərini  də  çox  böyük  bir  çəkini  qaldırmaq  imkanı  verir. 

Əlavə  edək  ki,  yarışda  birinci  yerə  çıxmaq  üçün  ştanqçı 

ağır  atletikanın  iki  növünün  ümumi  hesabında  daha  çox 

çəki qaldırmalıdır.

Beynəlxalq  Fedarasiyası 

1940-cı 

ildə  yaramışdır. 

Ağır atletika Olipiya oyunlaırna isə ilk dəfə  1896-cı ildə da­

xil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə 

keçirilmişdir.  Qalib gəlmək üçün idmançı  ştanqı  bir,  sonra 

iki  əli  ilə qaldırmalı idi.  Maraqlısı  budur ki,  çıxış  edənlərin 

hamısı eyni  çəkidə yarışmışdı.  İllər keçəndən  sonra qanun­

lar  indiki  hala  salınıb  və  indi  idmançılar  bir  yox,  on  çəki 

dərəcəsi üzrə yarışırlar.

Azərbaycan  ağır  atletikası  tarixində  ən  böyük  uğur 

1997-ci  ildə  Tailanda  keçirilən  dünya  çempionatında  qa­

zanılmışdır.  64  kq  çəkidə  çıxış  edən  Asif Məlikov  üçüncü 

yeri tutaraq bürünc medala layiq görülmüşdür.

YÜNGÜL  ATLETİKA

Yüngül  atletika  idmanın  ən  qədim  və  geniş  yayılmış 

növü hesab edilir. Arxeoloji, ədəbi və başqa qaynaqlar gös­

tərir ki, hələ qədim Misirdə və digər yerlərdə qaçış yarışları 

keçirilmişdir.  Disk  tullama  ilə  isə  üç  min  il  bundan  əvvəl 

məşğul olmuşlar.  Qədim Olimpiya oyunlarında qaçış,  uzu- 

nına tullanma və tullanma yarışları keçirilmişdir.

Yüngül  atletika bu  gün  bizim gördüyümüz şəkildə XIX 

əsrdən etibarən inkişaf etməyə başlamışdır.  Qədimlərdə ol­

duğu kimi,  o inidə də Olimpiya Oyunlarının ən əsas idman 

növüdür.  Bir  çox  ölkələrdə  idmanın  bu  növü  (yunanca 

«atlesis»-mübarizə) adlanır. Lakin artıq XIX  əsrdən Avro-



İslamda idman

 

23

Ruhi  Seyfullayev

panın  bir  çox  ölkələrində  yüngül  atletika  adı  işlədilməyə 

başlanıb.  Qeyd  edək  ki,  atletikaya  qaçış,  idman  yerişi  və 

tullanma daxildir.



GİMNASTİKA

Güc və çevikliyin, hərəkət gözəlliyinin inkişaf etdirilməsi 

üçün  gimnastika  əvəzedilməzdir.  «Gimnastika»  termini 

b.e.ə.  təxminən  V  əsrdə  qədim  Yunanıstanda  təhsil,  hərbi 

və sağlamlıq üçün kompleks hərəkətləri ifadə  edirdi.

Gimnastikanın  tarixi  kökləri  çox  qədimlərə  gedib  çıxır. 

Hələ  üç min  il  bundan  əvvəl  qədim  Misirdə müxtəlif gim­

nastika hərəkətləri  ilə məşğul  olurmuşlar.  Qədim  yunanlar 

belə  hesab  edirlər  ki,  gimnastika  bədənəçeviklik,  cəldlik, 

qədd-qamət,  gözəllik  verir,  insana  igidlik  və  nəciblik  his­

sləri aşılayar.  Yunanlar gimnastik hərəkətlərdən fiziki  inki­

şaf  üçün  deyil,  həm  də  hərbiçilərin  yetişdirilməsində  də 

istifadə  edirdilər.  Qədim  Romada  isə  legionerləri  döyüşə 

hazırlayarkən  onlara  dəstəkli  atlar  və  xüsusi  tirlərlə  təlim 

keçirdilər.  Qladiatorlar  məktəblərində  gimnastika  qladia- 

torun  çevikliyini  və dözümlüyünün yüksəldilməsində əvəz­

edilməz rol oynayırdı.

İntibah  dövründə  humanistlər  gənclərin  fiziki  tərbiyəsi 

və hərtərəfli inkişafında gimnastika böyük əhəmiyyət verir­

dilər.  16-cı  əsrdə  gimnastika  üzrə  görkəmli  mütəxəsis 

İ.Merkurialis  «Gimnastika  incəsənəti  haqqında»  əsərini 

nəşr etdirmişdi.

Gimnastikanın  inkişafında  ən  yüksək  təcrübi  və  nəzəri 

biliklərin  əsasını  alman  pedaqoqu  Fit  (1763-1836)  və 

F.Quts-Muts  (1759-1839)  qoyublar.  Onlar gimnastik  hərə­

kətlərin  biomexanikası  haqqında  təsəvvürlər,  alətlərlə gim­

nastik  hərəkətlər  metlodikasınm  işlənib  hazırlanmasına  öz 

layiqli tövhələrini vermişlər.




24  Cənnət  müəllim

İslamda idman

İsveç  gimnastikasının  əsasım  qoymuş  ata  və  oğul 

P.Q.linq  (1776-1839)  və  Y.Linq  (1820-1886)  gimnastikaya 

yeni  alətlərmüxtəlif  ölçülü  nərdivan  və  tir  daxil  edirlər, 

təmrinləri anatomik əlamətlərinə görə təsnifatlaşdırıblar.

İdman  gimnasitikasınm  sürətli  inkişafı  təşkilatlanma  ilə 

nəticələnib.  1881-ci  ildə  Beynəlxalq  Gimnastika  Fede­

rasiyası  (FİG)  yaradılıb.  Beş  ildən  sonra,  yəni  1896-cı  ildə 

Afinada  keçirilən  ilk  Olipiya  oyunlarının  proqramına  salı­

nan  idman  növləri  arasında  idman  gimnastikası  da  yer 

alıb.

İdman  gimnasitikası  üzrə  ilk  dünya  çempionatı  FİQ-in 



əsasım  qoymuş  belçikalı  N.C.Kuperusun  təşəbbüsü  ilə 

1903-cü  ildən  1913-cü  ilə  qədər  dünya  çempionatları  iki 

ildən  bir,  1922-ci ildən  çempioanatlarımn yenidən iki ildən 

bir keçirilməsi haqqında qərar qəbul edib.

Qadınlar  ilk  dəfə  dünya  çempionatlarında  1938-ci  ildən 

iştirak  etməyə  başlayıblar.  Avropa  çempionatı  isə  1969-cu 

ildən etibarən düzənlənir.

İdman  gimnastikası  Azərbaycanda  keçən  əsrin  30-cu  il­

lərindən  etibarən  inkişaf  etməyə  başlayıb.  1939-cu  ildə 

Bakıda  ilk  respublika  çempionatları  keçirilib.  50-ci  illərin 

sonundan  etibarə  isə  Azərbaycanda  güclü  idman  gim­

nastikaları  nəsli  yetişib.  Tofiq  Mehtiyev,  Dimitri  Filonov, 

Kamal Abdullayev,  Çingiz Şamilov,  Kamran  Fərzəliyev və 

Vaqif  Fərzəliyev,  Natalya  Abdinova  (Şetinkina),  Raisa 

Timinova  kimi  gimnastlar  Azərbaycanın  idman  şərəfini 

müxtəlif  beynəlxalq  turnirlərdə  layiqincə  qoruyublar. 

Azərbaycanın  idman  tarixində  ən  böyük  nəticəni  Valerii 

Velenski  göstərib.  1992-ci  il  Olimpiya  Oyunlarında  o, 

MDB  komandasının  heyətində  qızıl,  şəxsi  hesabda-növ­

lərin birində isə bürünc medal qazanıb.



Ruhi  Seyfullayev

İslamda idman

AKROBATİKA

Akrobatika çox qədim idman növüdür.  Akrobatik hərə­

kətlərin  motivləri  antik  dövrdəki  qədim  Yunan  poemaları 

«İliada» və «Odisseya»da da öz əksini tapıb.  Qədim Yunan 

teatrlarında  Aristofanın  komedyası  göstərilən  zaman  (bi­

zim  eradan  əvvəl  IV  əsrdə),  fasilələrdə  akrobatik  element­

lərdən  ibarət  məzhəkli  nömrələr  göstərilirmiş.  «Akrobat» 

termini  yunanca  «Akro bates»  sözündən  əmələ gəlmiş  «yu­

xarı qalxan» mənasını verir.

1573-cü  ildə  Fiziki  tərbiyədə  akrobatika  hərəkətəlrinin 

icrasını  göstərən  ilk  kitab  İ.Merkurialis  tərəfindən  yazılıb. 

XIX  əsrdə  idmanın  inkişafı  və  pkrobatika  hərəkətlərinin 

yeni  növlərinin  meydana  çıxması  idman  hərəkətlərinin  bir 

hissəsini təşkil edib.

Qədim  idman  növü  olmasına  baxmayaraq,  akrobatika 

(akrobatika tullanmaları) sərbəst növ kimi, yalnız bir dəfə, 

1932-ci  ildə  Los-Ancelesdə  (ABŞ)  keçirilən  X  Olimpiya 

oyunlarının proqramına daxil edilib.

1973-cü  ildə  Moskvada  10  ölkənin  (Bolqarıstan,  İngil­

tərə, Macarıstan, Almaniya Demokratik Respublikası,  Ku­

ba, Polşa, SSRİ, ABŞ, Almaniya Federativ Respublikası və 

Yuqoslaviya)  iştirakı  ilə  Beynəlxalq  idman  Akrobatika 

Fedarasiyası  (BİAF)  yaradılıb,  onun  əsasnaməsi  və  yarış 

qaydaları  təsdiq  edilib.  BİAF-ın  birinci  prezidenti  Stoil 

Satirov (Bolqarıstan) seçilib. İlk dünya çempionatı  1974-cü 

ildə Moskva şəhərində keçirilib.

Azəribaycanda  akrobatikanın  yaranma  və  inkişaf tarixi 

1920-30-cu  illərə  təsadüf  edir.  Bu  illərdə  Q.Səfərov, 

Q.Becanov,  Y.Yurfeld,  D.Dvoryankin,  İ.Kiselyov  və 

H.Ağayev  Azərbaycanda  akrobatikasınm  idman  növü  ki­

mi inkişafında mühüm rol oynayıblar.

1936-cı  ildə  Bakıda  birinci  qeyri-rəsmi  yarış  keçirilib  və 

bu  yarışın proqramına  ancaq kişilərin qurup halında  hərə-



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə