SeyiD ƏZİM Şİrvani seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/73
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48874
1   ...   56   57   58   59   60   61   62   63   ...   73

                                            
300 
Girami qardaşıdır müctəhid ki, bu çahan içrə  
Zəbani-şiəvü sünni onun mədhində guyadır. 
Həsən namü Həsən xülqü Hüseynü Mürtəzasövlət- 
Ki, nuri-Əhmədı-Mürsəl onun vəchində peydadır. 
Məgər kim, bürci-vahiddə tülu etmiş iki kövkəb,  
Biri guya Ütariddir, biri guya ki, Şiradır. 
Bulardır şəxsi-ruhani, bulardır Müstəfa cani,  
Bulardır bədri-sübhani, səlili-mahi-Bəthadır! 
Bulardır nəsli-Taha, hasili-məzmuni-zülqübra,  
Cahan bır ləfz tək peyda, bular ol ləfzə mənadır! 
Nə qəm bədxahi olsa bir neçə nakəs bu mövlanın,  
Düşərmi rütbəsindən kimsə ki, nəslilə mövladır? 
Nə nöqsan şahi-Bəthayə Əbuçəhlin məxafindan,  
Kəmali-şəmsi-vəhdət kim, onun vəsfində guyadır. 
Həzaran şükr kim, gəldi yenə ol alimü kamil- 
Ki, feyzi-məqdəmindən şəhri-Şirvan cənnət-asadır. 
Bu il getmişdi "Beytullah"a bir şəxsi-kərim ilə- 
Ki, bir əhli-kərəmdir əşrəfi-hər pirü bürnadır. 
Xəlili-xüllətəfza beytini etdi təvaf ol kim,  
Simayili-nəsəbdir, xülqi rəşki-müşki-saradır. 
İlahi, baqi ülsun izzü cahi, şövkətü şani- 
Ki, zatən baisi-təzvici-şəri-paki-qərradır! 
Hüseyni-Kərbəla həqqinə, yarəb, rəhmlər eylə,  
Hüseynü həm Rəhimə lütflər kim, zati-valadır! 
Bağışla sən imami-Cəfərə həm Cəfəri, yarəb,  
Bu övladə əta qıl ta ki, ərşü fərş bərpadır! 


                                            
301 
Edərlər ehtiramü lütflər övladi-Zəhrayə,  
Bulardan şadxatir Müstəfavü ruhi-Zəhradir.  
Əgərçi dəhrdə çox kimsələr səyyah olub, əmma  
Səyahət alim ilə eyləmək bir feyzi-üzmadır. 
Onun əfzun qılsın əcrini, həm səyini məşkur,  
Bəridir reybü nöqsandan ki, bir əhli-təvəlladır. 
Əla ya ey yeganə müctəhid kim, bülbüli-təbim  
Həvayi-vəsfi-gülzari-kəmalatında şeydadır. 
Keçən il eydi-novruz idi, gördüm lütfü ehsanın,  
Bir ildir indi zövqü xatiri-zanmda peydadır. 
Yenə vardır ümidim kim, bu il, ey mürşidi-kamil,  
Görüm əltafü ehsanın ki, xatir pürtəmənnadır. 
Dualər eylə, Seyyid, ol əmini-həzrəti-həqqə- 
Kim, oldur sahibi-xülqi-Həsən ismi-müsəmmadır. 
Həmişə ta ki bülbül şad olur gülzari-fəzlində,  
Həmara rəşkdən kim, zağ ilə ol xar bərpadir. 
Ola əhbabüvüz dilşad, dərdü qüssədən azad, 
Nə nifrin eyləyim bədxahə kirn, peyvəstə rüsvadır. 
Zükami var cüəl kim, buyi-güldən eyləyir nifrət,  
O yüzdən istəməz xurşidi kim, xəffaş əmadır. 
  


                                            
302 
UĞURLU BƏY ŞIXƏLİBƏYOVA 
Qəsidə 
Alişana, sənə daim ola Allah kömək,  
Hökmüvə tabe ola əmri-qəza, dövri-fələk;  
Gər sənin lcamın ilə eyləməsə dövr zəmin,  
Olsun əczayi-fələk biri-birindən münfəkk.  
Varmı yadında ki, ol məclisi-işrətdə mənə  
Keçən il mülki-Qəşətdə nə bərat eylədi bəg?  
Bir tağar buğda idi şəfqəti alişanın,  
Bir də yazda aparam yanı buzovlu bir inək.  
Evə gəlcək elədim nəql inək söhbətini,  
Nəhrəsin çalxamağı başladılar öyrənmək.  
Bir neçə kəndi dəxi buğdaya hazır elədik- 
Ki, gələn vəqt sərəncam olunsun bişək.  
Bir neçə vəqt keçib olmadı buğda hasil,  
Fikr qıldım ki, hələ yaxşı deyildir dinmək.  
Doğmuyubdur o inək bəlkə hələ, səbr eylə,  
Səbr "müftahi fərəcdir", kişidə səbr gərək.  
Bəlkə çox palçıq olubdur Qəşətin yolları,  
Çixa bilmir yoxuşu yüklü olan at, eşşək.  
Gözləyək bəlkə inəklə belə gəlsin buğda,  
Yaz olar yol quruyar, səhl olu buğda əkmək.  
Leyk bir il ki tamanı oldu, bu oldu məlum:  
Alişanın qərəzində yox imiş şey vermək,  
Fikr qıldim ki, bu əhvali-xəcalətxəbəri  
Filhəqiqət ki, deyil yaxşı Kərim bəy bilmək.  
Həm bu keyfiyyəti filcümlə Uğurlu bəydən  
Vacib oldur ki, yazıb künhünü təhqiq eləmək.  
Fikri verməkdir əgər, bir belə təxir nədir,  
Var isə özgə xəyalı, onu da fikr etmək?  
Seyyida, bəsdi bu bihudə xəyalından usan, 
 Lövhi-dildən bu xəyalat rüqumin elə həkk [?]  
Bu nə buğdadi ki, hər ləhzə təmənnası ilə 
  


                                            
303 
Gah un tək ağanb, gəh sarahrsan cov tək.  
Bu haman buğdadı kim, Adəmi cənnətdən edıb,  
Bu haman buğdadı, Həvva başına gətdı kələk.  
Ol ki təqdir sənə qismət edibdir ruzı,  
Olasan qane əgər "la təxəfəllahü meək'". 
  


                                            
304 
KƏRİM BƏY ŞIXƏLİBƏYOVA 
Qəsidə 
Həzar şükr, könül, mövsümi-bahar gəlir.  
Fəzayi-gülşən-ara nəğmeyi-həzar gəlir.  
Çəməndə sünbül açar türrə zülfi-dilbər tək,  
Məşamə buyi-xoşü nafeyi-tatar gəlir. Nəvayi- 
Barbüdü ləhceyi-Nəkisa tək,  
Bu mürğzardə fəryadə mürği-zar gəlir.  
Dəməndə ləxləxeyi-tar müşkü ud olur,  
Çəməndə zümzümeyi-çəngü udü tar gəlir.  
Nisar edir çəmənə dürrü gövhər əbri-bahar.  
Bəsani-sail açıb pənçəsin çinargəlir.  
Bənofşə pişrəvi-ləşkəri-bahar olur,  
Təsəvvür eylə ki, Rum üzrə Zəngibar gəlir.  
Kəmani-Rüstəmi qövsi-qüzeh edər zahir,  
Dey Əşkbusi kimi tirə zəxmdar gəlir.  
Bahar Gavə kimi nagəhan xüruc eylər,  
Şükuhi-sövləti-Zöhhak tarümar gəlir.  
Dəridə pəhluyi-Söhrab tək olur qönçə,  
Səhab dideyi-Rüstəm tək əşkbar gəlir.  
Diyari-bağə Firiduni-gül olur sultan,  
Sürudi-təhniyətə əndəlibü sar gəlir.  
Görəndə gülşən-ara sünbüli-dilaranı,  
Xəyalə türreyi-pürpiçi-zülfi-yar gəlir.  
Xoşa ol aşiqi-xoşbəxtə kim, bu mövsümdə  
Büsati-işrətinə yari-gülüzar gəlir.  
Nə qönçə tək ciyəri hicrdən dönər qanə,  
Nə xatirinə qəmü-dərdə xar-xar gəlir.  
Mənim də dövrü bərim rövzeyi-cinanə dönər,  
Əgər kənanına ol rəşki-novbahar gəlir.  
Görəndə qənd ləbin ol büti-şəkərdəhənin  
Gözümə cümlə cahan mülki-Qəndəhar gəlir.  
Şərabi-nab məni-zarə ol şəkərləbsiz 
Fəraqi-əfiyi-zülfilə zəhrimar gəlir.  
O tari-türreyi-pürpiçü xəm fəraqında, 
   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə