Şeytani Mərhəmət Duyğusu



Yüklə 14,14 Kb.
tarix21.06.2018
ölçüsü14,14 Kb.
#50283

Şeytani Mərhəmət Duyğusu
Şeytanın vəsvəsələrinə uyan insanlar Allahın bir gözəllik olaraq verdiyi mərhəmət duyğusunu da bəzən azdıraraq tamamilə səhv istiqamətlərə yönəldə bilərlər. Allahın hökmləri ilə ziddiyyət təşkil edən bir mərhəmət anlayışı şeytani bir mərhəmətdir. Duyğusal insanlar rəhbər olaraq Quranı deyil, duyğularını əsas götürdükləri üçün şəfqət və mərhəmət duyğuları da yanlış şəkildə istiqamətlənər.

Məsələn, bir insan kiçik uşaqların, günahsız sevimli heyvanların ölümlərindən, insanların dərdlərindən kədərlənər. Ancaq burada şeytani mərhəmət dövrəyə girər və qarşılaşdığı hadisələr onu Allaha qarşı üsyana və şirk qoşmağa aparar. Halbuki bu cür bir təlqindən ağlını istifadə edib xilas olan insan reallığı təmiz və aydın bir şəkildə görəcək. Ölüm mömin üçün bir zülm, əziyyət və əzab olmadığı kimi, bir qurtuluş və sonsuz gözəl bir həyata atılan addımdır. Allahın qullarını öz Qatına aldığı bir qapıdır. Şeytan və onun dostları baxımından isə ölüm dünyadakı azğınlıqlarının, nəfslərinin, sərhədsiz ehtiraslarının sona çatdığı və özlərinə vəd edilən əbədi əzab qapısının açıldığı andır. Buna görə şeytan ölümü çirkin bir pislik olaraq görür və elə də göstərməyə çalışır. Bu cür qiymətləndirmə onun prizmasından doğrudur, lakin günahsızlara və möminlərə aid deyil. Cəhənnəmə gedəcək biri baxımından ölüm həqiqətən pis bir hadisədir, cənnətə gedəcək üçün isə sevindiricidir.

Şeytani mərhəmət, eyni zamanda, adamı qarşı tərəfə fayda deyil, tam əksinə zərər verəcək bir mərhəmət göstərməyə yönəldər. Dindən uzaq cəmiyyətlərdə insanlar qarşılarındakı adamın axirətdə zərərə uğrayıb-uğramayacağını düşünmədən hər şeyi etmələrinə göz yumarlar. Məsələn, pis bir əxlaq göstərməsinə izn verər, Allahın haram etdiyi bir hərəkətin edilməsinə səs çıxarmaz, hətta bu mövzuda köməkçi olarlar. Məsələn, oruc tuta biləcək yaşa gəlmiş olan uşağının "aç qalmasına dözə bilmədiyi üçün" oruc tutmasına icazə verməyən ana-ata, ya da əlində olduğu halda "oyandırmağa qıya bilmədiyi üçün" yaxınındakı insanı sübh namazına qaldırmayan bir kimsə əslində şeytani bir mərhəmətə malikdir.

Möminlərin bu mövzuda özlərinə götürdükləri ölçü isə göstəriləcək mərhəmətin qarşı tərəfin axirətinə mütləq müsbət istiqamətdə təsir etməsidir. Bəzən bir möminə olan sevgiləri və mərhəmətləri onlara qarşı bəzi tədbirlər almağı, ya da tənqid etməyi tələb edə bilər. Qarşılarındakı adamın etdiyi pis rəftarda onu tənqid edə bilər, olduğu vəziyyətdən daşındıracaq söhbətlər edə bilər, Quranın bir əmri olaraq pislikdən uzaqlaşdıra bilərlər. Əsl mərhəmət də budur. Çünki möminlər qarşılarındakı adamın nəfsinə ağır gələcək bir söz söyləyərək, onun Quran əxlaqından uzaq hərəkətinə mane olmaqla, o adamın sonsuz həyatını cəhənnəm kimi geri dönüşü olmayan bir əzab içində keçirmələrinə razı olmazlar. Bu səbəblə də Allahın ən bəyənəcəyi və ən çox məmnun olacağı əxlaqı yaşaması istiqamətində təşviq edərək onu cənnətə hazırlayar və dolayısı ilə də ola biləcək ən üstün mərhəmət nümunəsini göstərlər. Unutmamaq lazımdır ki, əsl mərhəmətsizlik qarşı tərəfin axirətini düşünmədən etdiyi səhvlərə bilə-bilə göz yummaqdır.

Şeytani mərhəmət özü ilə bərabər haqsızlıq və ədalətsizliyi də gətirər. Ağıl sahibi bir mömin hər vəziyyətdə ədalətlə və Allahın razılığına uyğun qərar verərkən, duyğusal insanlar şeytani mərhəmət hisslərinə və yazığı gəlmə duyğularına qapılaraq asanca ədalətsiz davrana bilər, haqsızlıq edə bilərlər. Nəfslərinin, duyğularının, istək və ehtiraslarının göstərdiyi istiqamətdə hərəkət edərlər. Şahid olduqları bir hadisə qarşısında haqlı-haqsız bilmədən, ədalətli və ağıllı qiymətləndirmə etmədən və ən əhəmiyyətlisi Quranın hökmlərini güdmədən cahilcə bir kədərlənmə duyğusuna qapılar və bu dünyagörüşlə hərəkət edərlər. Ümumiyyətlə, həm özlərinə, həm də qarşılarındakı insanlara zərər verəcək cəhdlər edər, yanlış istiqamətləndirmələr edər və səhv qərarlar verərlər. Bu səbəbdən də yaşadıqları mərhəmət Quranın əmr etdiyi gözəl əxlaqdan çox uzaq bir quruluş ortaya çıxarar.

Duyğusal insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri də eqoist olmalarıdır. Bu cür insanların xaricdən fədakarlıq kimi görünən rəftar və davranışları da əslində duyğularını təmin etmək üçün göstərdikləri davranışlardır. Bu səbəblə duyğusal bir insanın ədalətli davranmasını, haqqa niyyətli olmasını gözləyə bilmərik. Romantik bir kimsə özünün, yaxınlarının və sevdiklərinin əleyhinə çıxmamaq üçün ədalətli olmaq yerinə birtərəfli və haqsız hökm edər. Hətta ona müraciət edilən bir mövzuda həqiqətləri əks etdirməyən bir şahidlik etməsi, yaxını olduğu üçün edilən yanlış bir hərəkəti gizlətməsi də mümkündür.

Halbuki ədalətli davranmaq möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Belə ki, Allah Quranda hər şəraitdə, adam özü, yaxınları ya da düşməni bildiyi biri olsa belə, ədalətlə davranmağı əmr edir:
Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)


Yüklə 14,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə