Şeyx Abbas Qumi İmam əLİNİn fəZİLƏTLƏRİ


O (Həzrət Əli (ə)), Həzrət Mühəmməd Mustafanın (s) nəfsi və canıdır. Ondan başqa heç kəs bu cür deyil



Yüklə 0,52 Mb.
səhifə16/43
tarix26.07.2023
ölçüsü0,52 Mb.
#120007
1   ...   12   13   14   15   16   17   18   19   ...   43
İmam Əlinin fəzilətləri

O (Həzrət Əli (ə)), Həzrət Mühəmməd Mustafanın (s) nəfsi və canıdır. Ondan başqa heç kəs bu cür deyil.
Beşinci ayə «Məvəddət» ayəsidir. Bu ayədə Allah-Təala buyurur:

قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ


«(Ya Peyğəmbər!) De: «Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm».1
Ayədəki «Qurba» kəlməsindən məqsəd Əli (ə), Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə)-dır. Ayənin ikinci hissəsində buyurur:

وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ


«Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!» Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir!»
Burada «Həsənətən» حَسَنَةً kəlməsindən məqsəd onların məhəbbətidir.
Müəllif deyir: Əmirəl-möminin Əli (ə)-ın haqqındakı ayələr çoxdur. Məsələn:

وَالسَّابِقُونَ السَّابِقُونَ أُولَٰئِكَ الْمُقَرَّبُونَ


«Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir».2
Bu ayədən məqsəd Həzrət Əli (ə) və onun şiələridir.
Necə ki,

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ


«İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır».1 ayəsi də o Həzrət və şiələri haqqındadır.

أَفَمَنْ كَانَ مُؤْمِنًا


«Məgər mömin kimsə ilə fasiq eynidirmi?!»2 ayəsi Həzrət Əli (ə)-a işarə edir.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا


«Ya əyyühəlləzinə əmanu»3 cümləsi olan bütün ayələrin ən parlaq nümunəsi Həzrət Əli (ə)-dır.
Aşağıdakı ayədən məqsəd Əmirəl-möminin (ə)-dır:

وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاءِ بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə