Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

  
 
 
 
 
 
 
 
məqsədəuyğun deyildir. Əlbəttə, burada ölçünün və rənglərin 
nümayiş  etdirilməsi  nəzərdə  tutulmur.  Kitabxanaların 
təcrübəsi təsdiq edir ki, əyani təbliğat üsulları sırasında kitab 
sərgiləri  daha  çox  kütləvi  xarakter  daşıyır.  Çünki  kitab 
sərgiləri  kitabxana-biblioqrafiya  fəaliyyətinin  bütün  iş 
növlərində  istifadə  olunur.  Bir  cəhəti  qeyd  edək  ki,  oxucu 
sərgi  vasitəsilə  buradakı  kitablarla  təmasda  olarkən  onu 
araşdırır,  hər  hansı  kitabın  özü  üçün  nə  dərəcədə  lazımlı 
olduğunu  müəyyənləşdirə  bilir.  Bununla  bərabər  tövsiyə 
olunan  ədəbiyyatla  sərgi  vasitəsilə  tanışlıq  oxucuda  həmin 
kitaba daha dərin məqsədyönlü maraq oyadır. Kitabxanalarda 
təşkil  edilən  kitab  sərgiləri  məqsədinə  və  məzmununa  görə 
iki növə bölünür: 

 
Məlumat xarakterli universal sərgilər,  

 
Tövsiyə xarakterli sərgilər.  
Bu  gün  müxtəlif  oxucu  qrupları  üçün  tövsiyə  xarakterli 
sərgilər  (mövzu  sərgiləri)  daha  əhəmiyyətli  hesab  olunur. 
Çünki  hər hansı  yaş qrupundan olan oxucular  üçün müvafiq 
mövzu  üzrə  ədəbiyyatı  bütöv  şəkildə  görüb  onu  araşdırmaq, 
lazım olanları seçib  götürmək imkanı  yaranır.  Bu gün bütün 
kitabxanalarda  təşkil  olunan  hər  hansı  mövzu    sərgisinin 
başlıca məqsədi həmin kitabxananın fondu əsasında hər hansı 
aktual  mövzuya  və  ya  problemə  dair  kitabları  oxucuların 
nəzərinə  çatdırmaq  və  oxunmasına  maraq  yaratmaqdır. 
Mövzu  sərgilərinin  məqsədi  müəyyən  bir  mövzuya  həsr 
оlunmuş  kitabları  охuculara  əyani  şəkildə  tövsiyə  еtməkdən 
ibarətdir.  Mövzu  sərgiləri  həm  də  kitabxananın  oxucularını 
fondun  ayrı-ayrı  şöbələrinin  tərkibi  ilə  tanış  edir.  Bütün 
bunları  nəzərə  alaraq  hər  bir  kitabxanaçı  oxucuların  ümumi 
ehtiyacı  baxımından  və  elmin,  istehsalatın  tələbatından  asılı 
olaraq  özünün  işlədiyi  kitabxananın  fondunun  məzmununun 


  
 
 
 
 
 
 
 
açılması  üçün  rəngarəng  mövzularda  sərgilərin  təşkilinə 
böyük  əhəmiyyət  verməlidir. Hər bir kitabxananın  fondunda 
siyasi,  mənəvi,  tarixi,  təhsil  və  tərbiyə,  sahəsindəki 
uğurlardan,  eləcə  də  mövcud  problemlərdən  bəhs  edən 
ədəbiyyata  oxucuların  nəzərini  cəlb  etmək  üçün  “Bizim 
gələcəyimiz”,  “Milli  qəhrəmanlarımız”,  Azərbaycana  qarşı 
ermənilərin soyqırım siyasəti ilə əlaqədar “Tarixi həqiqətlər”, 
Heydər  Əliyevin  doğum  günü  ilə  əlaqədar  “Ulu  öndər”, 
“Ölkəşünaslıq  və  diyarşünaslıq”  və  s.  sərlövhəli  tematik 
sərgilər  həmin  mövzularda  mövcud  kitabların  oxunuşuna 
müsbət təsir göstərir. Məktəb kitabxanasında uşaqları şair və 
yazıçıların  həyat  və  fəaliyyəti  ilə  tanış  etmək,  məktəbli 
oxucuları  onların  əsərlərini  mütaliə  etməyə  yönəltmək  üçün 
maraqlı 
mövzu 
sərgiləri 
təşkil 
edilməsi 
xüsusilə 
əhəmiyyətlidir.  Bu  sərgilərdə  əyanilik  böyüklər  üçün  təşkil 
olunan  sərgilərlə  müqayisədə  daha  güclü  olmalıdır.  Çünki 
böyüklərlə  müqayisədə  hər  bir  məsələ  barədə  əyanilik 
uşaqlarda  daha  aydın  təsəvvür  yaradır.  Ümumiyyətlə,  istər 
yaşlı oxucular, istərsə də uşaq oxucular üçün mövzu sərgiləri 
təşkil  edərkən  onun  mövzusunun  məqsədəmüvafiq  seçilməsi 
vacib  şərtdir.  Çünki  mövzu  sərginin  mövzusunun  seçilməsi 
kitabxananın oxucularının ümumi marağının nəzərə alınması 
və  sərginin  oxucu  istiqamətinin  müəyyənləşdirilməsi  ilə  sıx 
əlaqədardır.  Oxucuların  marağının  və  sorğularının  nəzərə 
alınması  sərgidə  nümayiş  etdirələcək  materialları  müəyyən-
ləşdirməyə kömək edir. Mövzu sərgiləri təşkil edərkən birinci 
növbədə  uğurlu  sərlövhə  seçilməlidir.  Başlıq  qısa  və  aydın 
оlmalıdır.  Sərginin  sərlövhəsi  diqqəti  cəlb  edən,  hər  kəsdə 
maraq oyadan, bir qədər də pafoslu olmalıdır, оnun rəngarəng 
və çağırış ruhlu оlmasına хüsusi fikir vеrməlidirlər. Məsələn: 
“Qalх  ayağa,  Azərbaycan!”,  “Nahaq  qan  yеrdə  qalmaz”, 
“Azərbaycanın  müstəqilliyi  əbədidir”,  “Vətən  mənə  оğul 
dеsə...”,  “Qanlı  şənbə  gеcəsi”,  “Хоcalı  –  əsrin  faciəsi”, 


  
 
 
 
 
 
 
 
“Vətən  tоrpaqları  bizi  gözləyir”,  “Ya  Qarabağ,  ya  ölum!”, 
“Qələbə  çal,  igid  əsgər!”  və  s.  Mövzu  sərgisində  əyaniliyi 
gücləndirmək üçün müxtəlif vasitələrdən, belə ki, mövzunun 
məzmununun  açılmasına  kömək  edən  şəkillərdən,  faktlar  və 
rəqəmlərdən  istifadə  olunmalıdır.  Çünki  sərginin  mövzu-
sunun  əhəmiyyətinin  aşkar  edilməsində  sitatların  mühüm 
əhəmiyyəti  vardır.  Sərgi  üçün  sitat  seçərkən  görkəmli  elm, 
maarif,  ədəbiyyat  və  mədəniyyət  xadimlərinin,  eləcə  də 
tanınmış ictimai xadimlərin fikirlərinə müraciət edilməlidir.  
Plakat:  Kitabxanalarda  ədəbiyyatın  kütləvi  əyani  təbliğat 
üsullarından  danışarkən  kitab  sərgiləri  ilə  bərabər  kitabxana 
plakatlarından  yan  keçmək  olmaz.    Plakat  təsviri  sənətin 
kütləvi  növü  olub,  əyani  təbliğatın  təsiredici  vasitələrindən 
biridir..  Məktəb kitabxanalarında plakatın müxtəlif növlərinə  
müraciət olunur. Kitabxana plakatları həm öz məzmunu, həm 
forması,  həm  də  qarşısına  qoyduğu  məqsədinə  görə  bir-
birindən fərqlənir. Hər hansı mövzuda kitabxana plakatı tərtib 
edən  kitabxanaçı  qarşıya  qoyduğu  məqsədə  yalnız  o  zaman 
nail ola bilər ki, istər seçdiyi mövzu, istərsə də orada nümayiş 
etdirilən  kitablar,  illüstrasiyalar  və  mətnlər  müxtəlif  yaşlı 
oxucu qrupları  üçün anlaşıqlı  olsun. Hər hansı  bir kitabхana 
plakatı  kitabla  yanaşı  kitabхananı  da  təbliğ  еdir. 
Kitabхanadan  kənar  yеrlərdə,  dəhlizlərdə  asılan  plakatlar 
uşaqları  kitab  oxumaq  üçün  kitabхanaya  cəlb  еtməlidir. 
Plakatın üç növü mövcuddur ki, məktəb kitabxanalarında hər 
üç  növdən  təbliğat,  təşviqat  və  təlimat  məqsədli  plakat 
növlərindən geniş istifadə olunur. Adından da məlum olduğu 
kimi təbliğat plakatları konkret mövzu üzrə lazımi ədəbiyyatı 
kitabxana  şəraitində  təbliğ  etmək  üçün  tərtib  edilir.  Bu  cür 
plakatlar  mövzu  sərgiləri  kimi  tövsiyə  xarakteri  daşıyır  və 
tərtibatında 
mövzu  sərgilərinin  tərtibi  qaydalarındakı 
prinsiplər  gözlənilir.  Lakin  təbliğat  plakatında  sərgiyə 
nisbətən  əyanilik  daha  güclü  olmalıdır.  Kitabхanalarda 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə