SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad


Şəbhaye deraz bi ibadət çe konəm



Yüklə 2,82 Mb.
səhifə4/24
tarix28.06.2018
ölçüsü2,82 Mb.
#51976
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   24

Şəbhaye deraz bi ibadət çe konəm,

Təbəm begonah kərde adət çe konəm.

Quyənd xuday gonəhra bəxşəd,

U bəxşədo mən əz xəcalət çe konəm.

Uzun gecələr bi ibadət nə edim mən


Etmişəm günaha adət nə edim mən

Deyirlər günahı bağışlar Allah

O bağışlar, çəkirəm xəcalət nə edim mən.

Arif insanlar Allah-təalanın nəzərini daima Öz bəndələri üzərində olduğunu və onların əməllərini görüb bildiyini dərk edirlər. Beləliklə özünü aqil sayan hər insan Allahın ondan hər bir zaman və hər bir yerdə xəbərdar olduğunu bilməlidir.

2. Allaha qəlbən iman gətirməyin ikinci əlaməti budur ki, insan həmişə Allahı öz pusqusunda görməli və bilməlidir ki, Allah onun hər bir əməl və hərəkətini izləyir. Allah-təala Fəcr surəsinin 14-cü ayəsində bu məsələyə işarə edərək belə buyurur:

إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ

“Şübhəsiz ki, sənin Rəbbin (bütün bəndələrin əməllərini) güdür.”

Bu ayə onu bildirir ki, insan günah edərkən Allahın cəzasından canını qurtara bilməz. Çünki Allah bütün varlıq aləmini əhatə edir və ondan heç bir şey gizli deyildir. Allah-təalanın elmi o qədər çoxdur ki, bütün yaratdıqlarının hərəkətlərini və nə etdiklərinin hamısını Öz elmilə əhatə edir və Onun üçün gizli qalan bir şey yoxdur. İnsan Allahın ona şahid olduğunu bilsə heç vaxt günah etməz və bu əqidə öz sahibini daim günahlardan saxlayar.

3. Qəlbən Allaha iman gətirməyin üçüncü əlaməti budur: İnsan bilməlidir ki, Allah onun ürəyindən keçənləri bilir, və onun düşüncələrindən və nə edəcəyindən xəbərdardır. Hətta əgər insan Allahı öz başı üzərində nəzarət edən bilirsə və Allahın onun əməllərini güddüyünü bilərsə, lakin Allahın onun qəlbindən keçənləri və nə edəcəyindən xəbərdar olduğunu başa düşüb dərk etməzsə, o biri əlamətlərin ona yetərincə faydası olmayacaq. Yəni, insanda qəlbən Allaha iman gətirməyin birinci və ikinci əlaməti var ikən üçüncü əlaməti olmazsa, o iki əlamət onu günahdan kifayət qədər qoruyub saxlaya bilməz. İnsan bilməlidir ki, Allah-təala onun fikrindən keçənləri bilir və ürəyində olanlardan xəbərdardır. Bu əlamət də Allaha qəlbən iman gətirməyin əlamətlərindən biridir. Allah təala “Mumin” surəsinin 19-cu ayəsində buyurur:

يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ

“Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir.”

Bu ayədə olan “gözlərin xəyanəti” sözünü hədislərdə belə açıqlamışlar.

قَالَ الصَّادِقُ(ع): اَلَمْ تَرَى اِلَى الرَّجُلِ يَنْظُرَ اِلَى شَيْئٍ وَ كَأَنَّهُ لا يَنْظُرَ اِلَيْهِ فَذالِكَ خَائِنَةَ الْأَعْيُنْ

İmam Sadiq(ə) buyurur: Bir şəxs gözünün ucu ilə bir şeyə baxır, lakin özünü elə aparır ki, guya görmür. Bu gözləin xəyanətidir.1

4. Qəlbən Allaha iman gətirməyin dördüncü və sonuncu əlaməti budur ki, insan Allahı özünə hər şeydən hətta özündən də yaxın olmasını bilməlidir. Allah-təala Qaf surəsinin 16-cı ayəsində buyurur:

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ

“Biz ona (insana) şah damarından da yaxınıq...”

Bu ayədə Allah təala insanlara onların özlərindən də yaxın olduğunu vurğulayır və insanların başa düşəcəyi dərəcədə misal çəkir. İnsanın orqanlarından ona ən yaxın və mürüm olan onun şah damarıdır ki, əgər o kəsilərsə insanın həyatı sona yetər. Allahın insana yaxın olması məkan cəhətdən yaxınlıq deyildir. Allah təala bunu insanlar başa düşsün deyə Quranda misal çəkərək buyurur: “Biz ona şah damarından da yaxınıq...”

Fəlsəfə alimləri Allahın insana yaxın olması barədə belə demişlər: Bir şey çox uzaq olduğundan insan onu görə bilmədiyi kimi, həmin şey insana çox yaxın olduqda da insanın onu görməyə qüdrəti olmur. Məsələn, günəş insanın gözündən itənə qədər uzaqlaşarsa insan onu görə bilmədiyi kimi, bir o qədər yaxına gələrsə, insan onu yaxınlığın çoxluğundan görə bilmir.

Deməli belə nəticə alırıq ki, Allah təala insana o qədər yaxındır ki, bizim gözlərimizin Onu görməyə gücü-qüvvəsi çatmır. Lakin insan qəlbi ilə Onu hiss bilər. Həzrət Əli(ə) duaların birində belə buyurur:

Ərəbcə.................................................................................

“Ey nurunun şiddətindən bizim görmədiyimiz Allah!”

Həzrət Əlinin(ə) buyurduğu bu ibarə ən gözəl ibarələrdən biridir. Ümumiyyətlə Allah insana o qədər yaxın və insan da Allaha o qədər bağlıdır ki, bu yaxınlıq və bağlılıq nəticəsində insanın gözləri onu görməkdə aciz qalır. Fəlsəfə alimləri Allahın insana yaxın olmasını belə bir bənzətmə ilə misal çəkərək belə buyururlar: “İnsan Allaha o qədər yaxındır ki, elə bil bütün aləm cism, Allah isə Ruhdur.” Yəni insan ruhunun özünə sox yaçın və bağlı olduğundan görmədiyi kimi Allahı da görməyə qadir deyil. Allahın insana yaxın olmasını Alimlər bundan artıq bənzətmə və misal çəkə bilmirlər.

Həzrət Əlinin(ə) bu barədə olan gözəl bir hədisi vardır.

قَالَ عَلِىُّ(ع): مَعَ كُلِّ شَيْئٍ لا بِمُقَارَنَةٍ وَ غَيْرُ كُلِّ شَيْئٍ لا بِمُزايَلَةٍ

“O, (Allah) bütün varlıqlarla olmaqla bərabər onlarla bir deyil. Və bütün varlıqlardan ayrıdır lakin onlardan uzaq deyildir.”

Odur ki, Allah-təala insana o qədər yaxındır ki, bu yaxınlığın şiddətindən insanın Onu görməyə qüdrəti çatmır. Şair demişkən:

Dust nəzdiktər əz mən be mən əst

Ve in əcəbtər ke mən əz vey durəm.

Çe konəm ba ke təvan qoft ke dust

Dər kənare mən o mən məhcurəm.1

Mənnən də yaxındur mənə yarım bu nə sirrdür.

Onnan uzağam mən, bu müəmmayi kəbirdür.

Mən atəşi hicranidə, O, vəslidə ya Rəbb.

Vəslə necə hicranilə bu nüktədə birdür.

Buna əsasən də insanın Allahı özünə yaxın bilməsi Allaha qəlbən iman gətirməyin dördüncü əlamətidir. Ümumiyyətlə yuxarıda adlarını çəkdiyimiz əlamətlərin dördü də qəlbən iman gətirməyin əlamətləridir.



İslamla imanın fərqi

Müsəlman olmaqla imanlı olmağın böyük fərqi vardır. Mümkündür ki, bir şəxs İslamı qəbul etsin, lakin onun qəlbinə iman daxil olmasın. Allah təala Hücərat buyurur:

قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ

“(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...1

Müsəlman olmaq odur ki, insanın ağıl, dəlil və sübutla islamı qəbul etməsinə deyilir. Lakin imanlı olmaq bundan fərqlənir. İman gətirmək odur ki, insan qəlbən Allahı dərk edib tam yəqinliklə Ona inansın. Bir sözlə desək İslamı dəlil və sübut vasitəsilə qəbul edən şəxs müsəlman, lakin onu sidq ürəklə qəbul edən, qəlbən ona inanan şəxs mömin adlanır.

İslamı qəlbən qəbul edib, tam incəlikləri ilə ona əməl edən və qəlbinə iman və yəqinlik daxil olan şəxsin bəsirət gözləri açılar, avam camaatın və başqalarının görmədikləri qeyri-adi şeyləri görə bilər. Və elə şeyləri görüb dərk edər ki, avam camaat onu başa düşməzlər.

İmam Sadiq(s) buyurur: “Bir gün Həzrət Peyğəmbər(s) məsciddə sübh namazından sonra, gördü ki, məsciddə rəngi saralmış, arıq bir cavan oğlan əyləşdiyini gördü. Həzrət oğlana yaxınlaşıb soruşdu: “Gecəni necə keçirmisən.” Oğlan dedi: Ya Rəsuləllah mən gecəni Allaha tam yəqinliklə səhərə çatdırdım. Həzrət buyurdu: Hər yəqinliyin bir həqiqəti vardır. Bəs sənin Allaha yəqinliyinin həqiqət və əlaməti nədir? Oğlan dedi: Ya Rəsuləllah, mənim yəqinliyimin həqiqət və əlaməti budur ki, yəqinlik məni qəmgin edib, gecələr yatmağa qoymur. Məni dünyaya rəğbətsiz və meyilsiz edib. Dünyanın ləzzətində, mal-dövlətində əsla gözüm yoxdur. Ya Rəsuləllah mənim qəlbimdə o qədər iman və yəqinlik yaranıb ki, elə bil Allahın ərşini gözlərimlə görürəm. Elə bil qiyamət gününün qopduğunu, camaatın hesab-kitab çəkmək vermək üçün məhşər ayağına gəldiyini və özümü də onların içərisində olduğumu görürəm. Ya Rəsuləllah mənim qəlbimdə o qədər iman və yəqinlik yaranıb ki, elə bil Cənnət əhlinin Cənnətdə ləzzətli nemətlərlə ruziləndiklərini və çəkdikləri keyfi gözlərimlə görürəm. Cəhənnəm əhlinin Cəhənnəmdə necə əzaba düçar olub nalə etdiklərini görürəm. Həzrət Peyğəmbər(s) buyurdu: Bu elə bir bəndədir ki, Allah bunun qəlbini imanla nurani edib. Sonra üzünü oğlana tərəf tutub buyurdu: Sən çalış həmişə bu halı özündə saxla. Oğlan dedi: Ya Rəsuləllah dua et Allah mənə şəhadət nəsib etsin.

Peyğəmbər(s) onun üçün dua etdi və bu hadisədən az bir vaxt keçdikdən sonra müharibələrin birində doqquz nəfər şəhid olandan sonra onuncu şəhid həmin oğlan oldu.

Bu mərhələdə yəqinlik vasitəsilə insanın qəlbində iman yaranır. Əgər insanda qəlbən iman yaranarsa, Cənnəti və Cəhənnəmi qəlbində hiss edib başa düşüb görərsə, belə bir iman insanı bütün hallarda nəfsani qüvvələrin coşub daşdığı zaman günahlardan qoruyub saxlayar və insanı idarə və islah edərək kamillik mərhələlərinə gətirib çıxarar. Lakin insanın qəlbində Allaha inam və iman olmasa heç bir islahedici amil onu gizli günahlardan qoruyub saxlaya bilməz. Hətta polis və mühafizə qüvvələri belə insanı gizli günahlardan qoruyub saxlaya bilməz. Polis mümkündür ki, aşkarda günah edən şəxsi tutub cəzalandırsın. Lakin gizli günah edən şəxsi imandan başqa heç bir şey idarə və islah edə bilməz və nəfsani qüvvələrin qarşısını ala bilməz. Bir sözlə desək insanı bütün günah və xətalardan qoruyub saxlayan iman və yəqinlikdir.

YƏQİN

Qəlbi imanın bir mənası da yəqinlikdən ibarətdir. Yəni Allaha qəlbən iman gətirməyə yəqinlik deyilir. Əxlaq alimləri yəqin barədə bir çox tədqiqat aparmış və Peyğəmbər(s) və imamlardan(ə) bu barədə bir çox hədis və rəvayətlər nəql etmişlər. O hədislərdən bir neçəsini nəzərnizə çatdırıram.

1.قَالَ رَسُولَ اللهِ(ص): اَلْيَقِينُ اِيمَانٌ كُلُّهُ

1. Həzrət Peyğəmbər(s) buyurur: “İmanın hamısı yəqindir”

Əgər insan yəqin mərhələsinə çatarsa, artıq dünyanın çətinliklərini, qəm-qüssəsinini və dünyəvi problemləri özünə qəm-qüssə və çətinlik bilməz. Yəqinliyə çatan şəxsin çəkdiyi qüssə və kədər Allaha olan eşq və məhəbbətinin qəm qüssəsi və narahatlığıdır. Yəni Allahı özündən razı salmaq üçün nigarançılıq və qəm-qüssə çəkir.

2.قَالَ الصَّادِقُ(ع): إِنَّ اللهَ تَعالى بِعَدْلِهِ وَ قِسْطِهِ جَعَلَ الرُّوحَ وَ الرّاحَةَ فِى الْيَقِينِ وَالرِّضا, وَ جَعَلَ الْهَمَّ وَالْحُزْنَ فِى الشَّكِّ وَ السَّخَطِ

2. İmam Sadiq(ə) bu barədə buyurur: Allah-təala Öz ədaləti ilə rahatlığı yəqin və razılıqda, qəm-qüssəni isə şək və narazılıqda qərar vermişdir.

Bu hədisdə nəticə alırıq ki, yəqin insanı elə bir dərəcəyə gətirib çıxarır ki, Allah ondan, o da Allahdan razı qalır. Əgər insan yəqinlik tapıb Onun hökmlərindən razı olarsa, Allah da ondan razı qalıb hər bir çətinlik və günahdan nicat verər.

Buna əsasən də insan kiçik bir işi belə yəqinliklə yerinə yetirsə daha yaxşı və fəzilətlidir.

3.قَالَ الصَّادِقُ(ع): إِنَّ الْعَمَلَ الدَّائِمَ الْقَلِيلَ عَلَى الْيَقِينِ أَفْضَلٌ عِنْدَاللهِ تَعَالى مِن الْعَمَلِ الْكَثِير عَلَى غَيْرِ يَقِينِ

3.İmam Sadiq(ə) bu barədə buyurur: “Allah yanında yəqinlə edilən az əməl, yəqinsiz edilən çox əməldən fəzilətlidir.

4.عَنْ أَبِى جَعْفَرٍ(ع) قَالَ: وَلَمْ يُقَسِّمْ بَيْنَ النَّاسِ شَيْئٌ أَقَلٌّ مِنْ الْيَقِينِ

قِيلَ: مَا اليَقِين؟ قَالَ: اَلتَّوَكُّلُ عَلَى اللهِ وَالتَّسْلِيمُ لِلّهِ وَالرِّضا بِقَضَاءِ اللهِ وَالتَّفْوِضُ إِلَى اللهِ

4. İmam baqir(ə) buyurdu: “İnsanlar arasında ən az bölünüb paylanan şey yəqindir.” Soruşdular: Bəs yəqin nədir? Həzrət buyurdu: Yəqin - Allaha təvəkkül edib, Ona təslim olub, qəzavətindən razı qalıb, işləri ona həvalə etməkdir.

Ümumiyyətlə yəqin insan üçün zəruridir və insanın imanı yəqinlik vasitəsilə tamamlanır. Allah-təala bizlərə yəqinə çatmaq üçün kömək olsun.

Yəqinin mərhələləri

Alimlər yəqini üç mərhələyə bölmüşlər. Quran da bu üç mərhələnin hər birinə işarə edərək onları təsdiqləyir. Yəqinin mərhələləri elmül yəqin, eynül yəqin və həqqül yəqindən ibarətdir.



1. Elmül-yəqin

İnsanın bir şeyə elm, dəlil və sübutla iman gətirməsinə elmül-yəqin deyilir. Məsələn, uzaqdan tüstü görüb yanğın baş verməsinə inanarsa, bu inama elmül-yəqin deyilir.

Elmül-yəqin yəqinin birinci mərhələsidir. Bu yəqin qəlbə nüfuz etdikdə insan həqiqəti və axirəti görə bilər. O, elə bir məqama yüksələr ki, Allahı bəsirət gözü ilə görüb hiss edər. Buna misal olaraq susuz insanı misal çəkmək olar. Susuz insan susuzluğu dərk etdiyi kimi, yəqinə çatan şəxs də Allahı həlbi ilə görüb dərk edir.

Burada bir mətləbi qeyd etməyi lazım bilirəm. Bəzən insan çıxılmaz vəziyyətə düşdükdə onun qəlbində Allaha iman olmasa da belə, o halda ona yəqinlik gəlir və Allahı yardımçı bilib Ona yalvarır. Allah təala Ənkəbut surəsinin 65-ci ayəsində buyurur:

فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

“(Müşriklər) Gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub, əlləri hər yerdən üzülərək dində ixlas sahibi olan möminlər kimi) yalnız Allaha dua edərlər. Allah onları sağ salamat quruya çıxaran kimi, yenə də müşrik olarlar.”

Ümumiyyətlə insan çıxılmaz vəziyyətə düşüb, əli hər bir şeydən üzüldüyü zaman Allahdan kömək diləməsi onun fitrətindədir. Yəni bu hal insanda inistinqdir. Allahı təkcə möminlər xatırlamırlar. Bu hal kafirlərin də başına gəlir. Lakin kafir şəxs yalnız çətinliyə düşdüyü zaman və ya əli hər şeydən üzüldüyü zaman Allahı çağırır. Amma mömin həmişə, istər çətinlik zamanı istərsə də elə belə vaxtlarda Allah yadında olur və Allahın ona nəzarət etdiyini hiss edir.

Yəqin insan hər zaman harada olduğundan asılı olmayaraq Allahı səsləyib çağırmağı və Allaha dua etməyidir. İnsan ömürdə bir dəfə və ya 5 ildən, 10 ildən bir çətinliyə düşdüyü zaman Allahı səsləyib çağırmaqla yəqinliyə çatmaz. İnsan gərək hər dəfə Allahı səsləsin və həmişə özünü Allahın hüzurunda hiss etsin. İnsanın özünü həmişə Allahın hüzurunda olduğunu başa düşməsinə və Onun qorxusundan günahlardan çəkinməsinə yəqin deyilir.

Allah təala “Nur” surəsinin 37-ci ayəsində buyurur:

رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ

“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar.”

Bu ayə bizə bildirir ki, Allaha yəqini olan insanlar heç vaxt Allahı yaddan çıxarmazlar və heç bir şey onları Allah zikrindən ayra bilməz.

Ümumiyyətlə insanın daima Allahdan qorxmasına, Allaha sığınmasına və özünü həmişə Allahın hüzurunda hiss etməsinə yəqinlik deyilir.

2. Eynül yəqin

Yəqinin ikinci mərhələsi eynül-yəqindən, yəni gözlə görüb yəqinliyə çatmaqdan ibarətdir. Yəqinin bu mərhələsi birinci mərhələdən bir pillə üstündür. Çünki bu mərhələdə insan əvvəlkindən daha artıq həqiqətə yaxınlaşır. Məsələn, uzaqdan tüstünü görüb orada yanğın baş verməsinə elm tapırıqsa, eləcə də yaxına gedib yanğının alovlarını gözlə müşahidə edirik. Bir şeyi gözlə görüb dərk etməyə eynül-yəqin deyilir.

Əxlaq elmində yəqinin bu mərhələsinə “Təxliyə” və “Təhliyə” mərhələsindən çıxıb “Müşahidə” mərhələsinə yetmək deyilir. Təxliyə və təhliyə insanın çirkinlik və napaklıqdan çıxıb təmizlənib və zinətlənməsinə deyilir. Əlbəttə təxliyə və təhliyə yəqinin birinci mərhələsinə, yəni, elmül yəqinə aiddir. İnsan elmül-yəqin mərhələsində çirkinlikdən təmizliyə çıxır və öz daxilini yəqinlik vasitəsilə təmizlədikdən sonra eynül-yəqin mərhələsinə çatır. Bu mərhələ artıq “Müşahidə” mərhələsidir. Allah-təala “Taha” surəsinin 11,12-ci ayəsində belə buyurur:

فَلَمَّا أَتَاهَا نُودِي يَا مُوسَى إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى

“(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! Mən, həqiqətən, sənin Rəbbinəm. “Nəleynini (çarıqlarını) çıxart. Çünki sən müqəddəs vadidə – Tuvadasan!”

“Nəleynini (çarıqlarını) çıxart” kəlməsindən məqsəd budur ki, ya Musa dünyanın, mal-dövlətin, əhli-əyalının məhəbbətini qəlbindən çıxart. Çünki sənin daxil olduğun məqam yüksək mənəvi bir məqamdır və bu məqamda sənin qəlbində gərək Mənim məhəbbətim olsun. Qəlbinə Mənim məhəbbətimdən başqa heç bir məhəbbət salma.”

Ümumiyyətlə bu elə bir məqam və mərhələdir ki, insan bu mərhələnin vasitəsilə özünü rəzil sifətlərdən təmizləyib, insaniyyət və fəzilətli sifətlərlə zinətləndirir və insanda “mələkə” yaradır. “Mələkə” elə bir xüsusiyyətdir ki, insan bir işə adət edirsə, mələkə ondan da yüksək bir səviyyədir. Belə ki, adəti tərk etmək mümkündür, lakin mələkəni yox. Məsələn 40 il sürücülüklə məşğul olan bir şəxs artıq sürücülüyü adət halından mələkə halına gətirib çıxara bilər. Mələkə halını aldıqdan sonra heç vaxt onun yadından çıxmır. Əgər bu sürücü xəstəlik üzündən və ya həbsxanada qalığı üçün bir neçə illik sürücülükdən məhrum olarsa, müddət keçdikdən sonra yenə də sükan arxasına əyləşən kimi maşını idarə edə bilir. Çünkü artıq sürücülük onda adət yox, mələkə halını almışdır.

Bu misalı çəkməkdən məqsədim budur ki, əgər bir insanda ədalət və ya fəzilət sifətləri mələkə halını alarsa, onun qəlbində Allahın nuru yaranar və bu nur da onu hidayət edər. Allah təala “Hədid” surəsinin 28-ci ayəsində buyurur:

وَيَجْعَل لَّكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ

“Allah sizə elə bir nur verər ki, siz o nurun vasitəsilə (zülmət gecədə əlində çıraq tutub yol gedən şəxs kimi) yol gedərsiniz (və haqqı batildən seçə bilərsiz.) Və Allah sizi bağışlayar. Allah bağışlayan, rəhm edəndir.”

Başqa bir ayədə belə buyurur:

أَوَ مَن كَانَ مَيْتًا فَأَحْيَيْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاسِ كَمَن مَّثَلُهُ فِي الظُّلُمَاتِ لَيْسَ بِخَارِجٍ مِّنْهَا كَذَلِكَ زُيِّنَ لِلْكَافِرِينَ مَا كَانُواْ يَعْمَلُونَ

“Heç ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz adam zülmət içində qalıb oradan çıxa bilməyən şəxs kimi ola bilərmi?”1

Buna əsasən də əgər insanda belə bir hal olarsa yəni Allahın nuru onun qəlbinə daxil olub onu hidayət edərsə, bu yəqinin ikinci mərhələsidir. İnsan yəqinin bu mərhələsinə çatarsa haqqı batildən ayıra bilər və bütün vəziyyətlərdən çıxış yolu tapa bilər.



3. Həqqül-yəqin

Yəqinin üçüncü mərhələsi həqqül-yəqindən ibarətdir. Həqqül-yəqin həm elmül-yəqindən, həm də eynül-yəqindən üstün olan bir mərhələdir. Məsələn, tüstü görüb yanğın baş verməsinə elm tapırıqsa bu elmül-yəqindir. Eynül-yəqində isə alovun özünü görürük. Amma həqqül-yəqin mərhələsində artıq alova əl vururuq və onun yandırıcı olduğunu dərk edirik. Bu mərhələdə insanda bir şeyin varlığı barədə heç bir şəkk-şübhə qalmır. Yəqinin bu mərhələsində insan tamamilə idraka yetişir və Allahın məhəbbəti onun qəlbinə nüfuz edir. Bu mərhələ elə bir mərhələdir ki, insanın qəlbində Allahın məhəbbətindən başqa heç bir məhəbbət qalmır. Yəni hədislərə əsasən insanın qəlbi yəqinin bu mərhələsində Allahın ərşi olur.

İnsanın qəlbinin Allahın evi olması barədə hədisdə belə buyurulur: “Qəlb Allahın evidir. Allahdan başqasını ora daxil olmağa qoymayın.”

Yəqinin bu mərhələsi elə bir mərhələdir ki, ev sahibi öz evinə daxil olmalıdır. Və şəkk-şübhə tamamilə aradan getməlidir. Əgər Allah məhəbbəti bir şəxsin qəlbinə bütünlüklə daxil olarsa, eşq atəşin onu yandırıb fəna dərəcəsinə çatdırar. Belə olduqda onun qəlbinə yalnız Allah hakimlik edər. Allah-təala Bəqərə surəsinin 257-ci ayəsində belə buyurur:

اللَّهَ وَلِى الَّذِينَ آمَنُوا

“Allah iman gətirənlərin (qəlblərinin) hakimidir.”

Əgər insan həqqül-yəqinə çatarsa Allah onun qəlbinə hakim olar və Alladan başqa heç kəsi görməz və hər yerə nəzər saldıqda yalnız Allahı görər.

    



Səhraya baxdım səni gördüm.

Dəryaya baxdım Səni gördüm.

Dağa-daşa hər yerə baxdım,

Yalnız sənin gözəlliyini gördüm.

Həzrət Əli(ə) buyurur: “Hər yerə baxdımsa, ondan əvvəl Allahı gördüm.”

Əllamə Təba-Təbai yəqinin bu mərhələsinə çatdıqdan sonra yəqin barədə belə yazır. “Aləmdə olan bütün şeylərin mehvəri (əsası) yəqindir. Ümumiyyətlə insanın Allaha yəqinliyi artdıqca bütün dünyanın əşyaları onun qulluğunda olar və onun əmrinə tabe olar.

Allah-təala hədisi qüdsidə bəndələrə xitab edərək belə buyurur:

عبدى اطعنى حتى اجعلك مثلى

“Ey Mənim bəndəm mənə itaət et! Mən də səni Özüm kimi edərəm. (Necə ki, Mən “ol!” deyən kimi olur, sən də o cür olarsan).”

Mərhum Əllamə Təba-təbai bu məsələyə uyğun olaraq belə bir hədis nəql edir.

Həzrət Peyğəmbər(s)-ə dedilər: Ya Rəsuləllah, biz eşitmişik ki, Həzrət İsa peyğəmbərin bəzi səhabələrinin imanları möhkəm olduqları üçün su üzərində gəzirdilər. Bu mümkündürmü? Həzrət Peyğəmbər(s) buyurdu: “Əgər onların Allaha olan yəqinləri bundan da artıq olsaydı onlar havada da gəzərdilər.”

Odur ki, əgər insan Allaha itaət edərsə və insanın qəlbi yalnız Allahın məkanı olarsa, yəni onun qəlbində yalnız Allah məhəbbəti olarsa, Allah-təala belə insanı Özü buyurduğu kimi (Özü kimi) edər.

Bu bəhsimizin nəticəsində qeyd etmək lazımdır ki, insanı hər bir halda (istər cəmiyyət arasında, istərsə də xəlvətlikdə olanda) idarə və islah edən yeganə amil Allaha qəlbən iman gətirməkdir.

Qeyd etmək lazımdır ki, əgər insan yəqinə çatmasa belə, amma qəlbində Allaha qarşı imanı olarsa, belə bir iman onu idarə və islah edib hidayət edər. Əgər insanın qəlbində Allaha və qiyamətə inam və iman olarsa, bu cür iman insanı hidayət edər. Amma yəqinin mərhələlərini keçərsə onun üçün daha da yaxşı olar və onun qəlbinə yalnız Allah hakimlik edər və Allah-təala belə insanlara qeyri adi sirrləri öyrədər və təkamülə çatmaqda xüsusi kömək edər.

QƏLBDƏ İMAN YARADAN SƏBƏBLƏR

Keçən bəhslərdə qeyd olundu ki, insanı bütün hallarda idarə və islah edən yeganə amil qəlbən iman və inamdır. Lakin qəlbən imanlı olmağın dörd yolu vardır.



  1. Keçmiş günahlara tövbə.

  2. Allaha ibadət etmək.

  3. Əməldə ixlaslı olmaq.

  4. Əhli beytə təvəssül etmək.

1. Tövbə

Qəlbdə iman yaradan amillərin birincisi keçmiş günahlardan tövbə edib, bir daha həmin günahlara qayıtmamaqdan ibarətdir. Çünki imanla günah bir qəlbdə heç vaxt qərar tutmaz. Günah iş görən və haram yeyən insanın qəlbində Allaha iman və inam olmaz. Tövbə əsl mənada üzr istəməyə deyilir. Lakin üzr istəməyin də üç yolu vardır. Yəni insan pis bir iş gördükdə üç cür üzr istəyə bilər.

Birincisi budur ki, insan pis iş gördükdən sonra etdiyi əməli boynuna almasın və desin ki, bu işi mən görməmişəm. Bir sözlə desək, yalan danışsın.

Üzr istəməyin ikinci yolu budur ki, insan pis iş gördükdən sonra etdiyi günaha bəhanə gətirərək özünü təmizə çıxarmaq istəyir. Məsələn, günah bir işi gördükdən sonra deyir ki, dostum bunu mənə təklif etdi, mən də o günahı elədim. Bu kimi misallar çoxdur. Bir sözlə desək, etdiyi günahların üstünü min cür bəhanə ilə ört-basdır edir.

Üzr istəməyin üçüncü mərhələsi budur ki, insan etdiyi günahı boynuna almaqla yanaşı peşman olub, bağışlanmasını istəsin. Yəni qəflət üzündən bir günah iş gördükdə üzünü Allaha tutub desin ki, İlahi, məni bağışla, şeytan məni yoldan çıxartdı.

Üzr istəməyin birinci və ikinci mərhələsi və yolu insanın öz-özünü aldatması və dünyasını düzəldib aqibətini pis günə qoymaqdır. Lakin üzr istəməyin üçüncü yolu isə tövbə adlanır və bizim əsas söhbətimiz də bu barədədir.

Alimlərin dediklərinə əsasən tövbənin tərifi belədir:

التَّوْبَةُ وَ هِيَ الرُّجُوعُ مِنَ الذُّنُوبِ القَوْلِيّ وَ الْفِعْلِيّ وَ الْفِكْرِيّ

“Tövbə-dildə, əməldə və fikirdə olan günahlardan qayıtmağa deyilir.”

Tövbənin ikinci tərifi belədir:

وَ هِيَ تَنْزِيهِ الْقَلْبِ عَنِ الذُّنّوبِ وَ الرُّجُّوعُ مِنَ الْبُعْدِ إِلَى الْقَرْبِ

“Tövbə qəlbi günahlardan təmizləmək və Allahdan uzaq düşənləri Ona yaxınlaşdırmaq deməkdir.”

Ayətullah Nəraqi tövbəni belə tərif edir:

وَ هِيَ تَرْكُ الْمَعاصِي فِى الْحَالِ وَالْعَزْمِ عَلَى تَرْكِهَا فِى الْإِسْتِقْبَالِ وَ تَدارُكُ مَاسَبَقَ مِنَ التَّقْسِيْرِ

“Tövbə - olduğu halda günahı tərk etmək, gələcəkdə bir daha günah etməyəcəyinə söz vermək və keçmişdə etdiyi günahları cübran etməyə (qılmadığı namazları qılmağa, tutmadığı orucları tutmağa və s.) deyilir.”1

Yeri gəlmişkən, burada tövbə bəhsinə aid olan bir mətləbi qeyd etməyi lazım bilirəm. O da budur ki, insan gərək tövbəni təxirə, bu gün sabaha salmasın və bacardığı qədər günahlardan tövbə edib tez qayıtsın. Çünki özlərini günaha bələmiş və günah dəryasında qərq olan insanların yeganə nicat yolu tövbə gəmisidir. Əgər bir şəxs günahdan qayıtmasa və tövbə etməsə, özünə zülm etmişdir. Allah-təala tövbə etməyənləri Hucurat surəsində zalım adlandırmışdır.

وَمَنْ لَمْ يَتُبْ فَأُوْلَئِكَ هُمُ الظَّالِمُونَ

“Məhz tövbə etməyənlər zalimlərdir! (Özlərinə zülm edənlərdir!)”2

Həzrət Peyğəmbər(s) İbn Məsuda buyurdu:

يَابْنَ مَسْعُود لا تُقَدِّم الذَّنْبَ وَ لا تُؤَخّْر التُّوبَةَ

“Ey İbn Məsud! Günahı qabağa salıb, tövbəni təxirə salma.”

قَالَ الصَّادِقُ(ع): إِنْ فَارَقْتَ سَيِّئَةَ فَعَجِّل مَحْوَهَا بِالتُّوْبَةِ

İmam Sadiq(ə) buyurur: “Günaha düşdüyün zaman, onu tövbə ilə məhv etməyə tələs”1

Buna görə də insan gərək günahlardan tezliklə tövbə etsin

قَالَ عَلِىٌّ(ع): عاص يقر بذنبه, خير من عامل يفتخر بعمله

İmam Əli(ə) buyurur: “Günahını boynuna alıb, tövbə edən günahkar şəxs öz ibadəti ilə fəxr edən şəxsdən yaxşıdır.”2

قَالَ الْبَاقِرُ(ع): ما أراد الله من الناس الا خصلتين: ان يقرا له بالنعم فيزيدهم, و بالذنوب فيغفرها لهم

İmam Baqir(ə) buyurur: “Allah insanlardan iki xüsusiyyət və xisləti istəmişdir:

Birincisi budur ki, Allah istəyir ki, insanlar Onun verdiyi nemətlər qarşısında şükr etsinlər, O da onları bağışlasın. İkincisi də budur ki, Allah istəyir ki, insanlar etdiyi günahlarına iqrar edib tövbə etsinlər, O da onları bağışlasın.”3

Buna əsasən də tövbə edən şəxs günahlardan nicat tapmış olur. İnsanın günahı çox da olsa belə təmiz niyyətlə tövbə edərsə Allah onun tövbəsini qəbul edər. Lakin əgər bir şəxsin boynunda camaatın haqqı olarsa gərək birinci camaatın haqqını ödəsin, sonra tövbə etsin. Çünki həqqun-nasa riayət etməyən şəxsin tövbəsi qəbul olmur.

Üsuli-Kafi kitabında belə bir rəvayət olmuşdur ki, Nəxə vilayətindən bir nəfər İmam Baqir(ə)-ın hüzuruna gəlib dedi: Mən Həccac ibn Yusifin zamanından bu günə qədər onlar üçün işləmişəm. İndi mən tövbə etsəm qəbul olarmı? İmam bir söz danışmadı və sükut etdi. Həmin şəxs bir də imamdan soruşdu: Mən tövbə etsəm tövbəm qəbul olarmı? İmam Baqir(ə) buyurdu: Xeyr. Sənin boynunda hər kimin haqqı varsa və hər kimin malını qəsb etmisənsə gərək onların haqqını ödəyəsən. Sənin tövbən haqqı haqq sahibinə ödədikdən sonra qəbul olar.1

Burada qeyd etmək lazımdır ki, tövbə iki cür olur. Biri həqqullah, yəni, Allahın qayda-qanunundan kənara çıxan şəxsin peşman olub tövbə etməsinə deyilir. İkincisi isə həqqün-nas adlanır. Həqqünnas odur ki, camaatın malını qəsb edən bir şəxs peşman olub camaata qəsb etdiyi mallarını verir və etdiyi bu günahlara görə də tövbə edir.

Əli ibn Əbi Həmzə deyir: Mənim bir dostum var idi. o bəni Üməyyənin işçilərindən idi. Bir gün İmam Sadiqin(ə) hüzuruna gəlib dedi: Ey Peyğəmbər nəvəsi, mən bəni Üməyyənin qapısında işləmişəm. Bu yolla çoxlu mal dövlət qazanmışam. Mənim üçün bir nicat və tövbə yolu varmı? İmam Sadiq(ə) buyurdu: Desəm əməl edəcəksənmi? Dedim: Bəli. İmam buyurdu: Sən hər kimin malını qəsb etmisənsə, gərək hamısını qaytarasan. Əgər tanıdığın adamların malını qəsb etmisənsə oparıb onların malını özlərinə qaytar. Yox əgər mallarını qəsb etdiyin adamları, tanımırsansa, onda apar onların adından sədəqə ver. Əgər belə etsən mən sənə Allah yanında Cənnətə getməyinə zamin duraram.”1

Bu hədis və rəvayətlərdən belə məlum olur ki, insanı günahdan təmizləyən yeganə əməl tövbədir. Allah-təala Təhrim surəsinin 8-ci ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا

“Ey iman gətirənlər! Allaha səmimi qəlbdən nəsuh tövbəsi edin.”

Nəsuh tövbəsi odur ki, insan etdiyi günahdan peşman olub əl çəksin və bir daha həmin günaha qayıtmasın.

İmam Kazim(ə) buyurur: “Nəsuh tövbəsi odur ki, insan etdiyi günaha tövöbə edib bir daha həmin günaha tərəf qayıtmasın.”1

İmam Sadiq(ə) buyurur: “Nəsuh tövbəsi odur ki, insan bir günaha tövbə etdikdən sonra bir daha həmin günaha qayıtmamasına söz versin.”

İmam Sadiqdən(ə) nəsuh tövbəsi nədir soruşduqda – İmam misal çəkərək belə cavab verdi: “Nəsuh tövbəsi odur ki, heyvanın döşündən sağılan südün bir daha geri qayıtmsı mümkün olmadığı kimi, eləcə də insan günahdan əl çəkdikdən sonra bir daha həmin günaha qayıtmasın.”

Əhməd ibn Hilal deyir: İmam Riza(ə)-dan nəsuh tövbəsinin nə olduğunu soruşdum.

İmam Riza(ə) belə cavab yazdı: “Nəsuh tövbəsi odur ki, insan onu etdikdən sonra daxili zahirindən gözəl olsun.”

Bu bəhsimizin nəticəsində qeyd etmək lazımdır ki, Allaha qəlbən imanlı olmağın birinci səbəbi günahlara tövbə etməkdir.

2. İbadət

Qəlbən imanlı olmağın ikinci yolu və səbəbi Allaha ibadət etməkdən ibarətdir. Allaha ibadət etdikcə tədricən insanda güclü iman yaranır və belə bir iman insanı bütün hallarda günahlardan qoruyub saxlayır və islah edir. Allah-təala “Hicr” surəsinin 99-cu ayəsində buyurur:

وَاعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينُ

“Sənə yəqin hasil olanacan öz Rəbbinə ibadət et!”

Mərifət tapmaq (Allahı tanımaq) istəyən şəxs Ona ibadət etməlidir. Əgər bir kəs istəsə ki, Allah onun qəlbinə hakim olsun, gərək Allahın qarşısında səcdə edib, Ona ibadət etsin. Übudiyyət (Allaha ibadət və bəndəlik etmək) insanın yeganə nicat yoludur. Bəqərə surəsinin 21-ci ayəsində buna belə işarə edilir.

يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

“Ey insanlar! Sizin və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə bununla müttəqi (təqvalı) olasınız.”

Ümumiyyətlə insanın yaranışından məqsəd elə həmin ibadətdir ki. Allah təala “Zariyat” surəsinin 56-cı ayəsində buyurur:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

“Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım.”

Buna əsasən də insan Allaha ibadət edərkən eşq və məhəbbətlə ibadət etsin.

قَالَ رَسُولُ اللهِ(ص): أَفْضَلُ النَّاسِ مَنْ عَشَقَ الْعِبَادَةَ فَعَانَقَهَا وَ أَحَبِّهَا بِقَلْبِهِ وَ بَاشَرَهَا بِجَسَدِهِ وَ تَفَرَّغَ لَهَا...

Həzrət Peyğəmbər(s) buyurur: “İnsanların ən fəzilətlisi Allaha eşq və məhəbbətlə ibadət edən, ibadəti tamam qəlbilə sevən, öz bədən üzvlərilə əmələ gətirən və ibadət üçün müəyyən bir vaxt təyin edən şəxsdir...”

İbadətin ikinci rükn və əsası günahlardan çəkinməkdən ibarətdir. Günah elə bir şeydir ki, insanın imanını yandırıb ruhunu fasidləşdirər.

Peyğəmbərin(s) buyurduğu kimi ibadət edənlərin dünyada heç bir narahatlığı olmaz. Onun üçün gecələri rahat və ya narahat yatmaq fərq etməz. Çünki Allaha ibadət edən şəxsin Allahdan başqasına heç bir ehtiyacı olmaz.

قَالَ الصَّادِقُ(ع): فى التوراة مكتوب: يابن آدم تفرغ لعبادتى أملأ قلبك غنى لى طلبك و على أن أسد فاقتك و أملأ قلبك خوفا منى وإ لا تفرغ لعبادتى أملأ قلبك شغلا بالدنيا ثم لا اسد فاقتك و أكلك الى طلبك

İmam Sadiq (ə) buyurur: “Tövratda yazılmışdır: (Allah buyurur): Ey Adəm övladı, Mənə ibadət etmək üçün müəyyən bir vaxt ayır ki, sənin qəlbini (hər bir şeydən) qəni(ehtiyacsız) edim. Belə etsən səni öz başına buraxmaram və hər bir ehtiyac duyduğun şeyi sənə verərəm. Və sənin qəlbini Öz qorxu və məhəbbətimlə dolduraram. (Məndən başqa heç kəsdən qorxmazsan.) Əgər mənə ibadət etməsən və mənə ibadət etmək üçün vaxt ayırmasan, sənin qəlbini dünya (mal-dövlət) eşqi ilə dolduraram. Belə olduqda, sənin ehtiyaclarını ödəmərəm və səni başlı-başına buraxaram.”1

İbadətin mənası

İndi biz bilməliyik ki, ibadətin mənası nədir? Yaxşı olar ki, ibadətin mənasını məsumların hədislərindən öyrənək.

عن عسى ابن عبدالله قال: قلت لأبى عبدالله(ع) جعلت فداك ما العباد؟ قال: حسن النية بالطاعة من الوجوه التى يطاع الله منها

İsa ibni Abdullah deyir: Bir gün İmam Sadiqin(ə) hüzurunda idim. O Həzrətdən –ibadət nədir? deyə soruşduqda, belə cavab verərək buyurdu_______________________________________

______________________________________________

______________________________________..1

قَالَ الرضا(ع): اول عبادة الله معرفتة و صل معرفة الله توحيده

İmam Rza(ə) buyurur: “Allaha ibadətin birinci dərəcəsi Onu tanımaqdır. Mərifətin (Allahı tanımağın) əsli isə Onun vəhdaniyyətini qəbul etməkdir. (Ona şərik qoşmamaqdır.)2

Ümumiyyətlə insan gərək ibadətdə Allahla öz arasında fasilə görməsin. Yəni insan həmişə bunu bilməlidir ki, Allah onun bütün əməllərini görür və onun nə edəcəyindən xəbərdardır. Allah-təala “Yunis” surəsinin 61-ci ayəsində buyurur:

وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُو مِنْهُ مِن قُرْآنٍ وَلاَ تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلاَّ كُنَّا عَلَيْكُمْ شُهُودًا

“Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq.”

قَالَ رَسُولَ اللهِ(ص) اوصى النبى(ص) بأبى ذر: أُعْبُدُاللهَ كَأَنَّكَ تَرَاهُ فَإِنْ لَمْ تَراهُ فَإِنَّهُ يَراكَ

Həzrət Peyğəmbər(s) Əbuzərə vəsiyyət edərkən belə buyurdu: “Ey Əbuzər! Allaha elə ibadət et ki, guya Onu görürsən. Əgər sən Onu görməsən, bil ki, O səni görür.”1

Odur ki, insan əgər hər bir yerdə olursa olsun və hər hansı bir işi gərərkən başa düşsə ki, Allah onun əməllərinə şahiddir, o heç vaxt günah etməz.

İmam Baqir(ə) Yusif(ə)-la Züleyxanın əhvalatı barədə belə buyurur: “Züleyxa öz bütünün üstünə bir parça saldı. Yusif soruşdu: Niyə belə edirsən? Züleyxa dedi: Bütdən həya etdiyimə görə, bizi görməsin deyə üstünə parça saldım. Yusif dedi: Sən görməyi və eşitməyi bacarmayan bir bütdən həya etdiyin bir halda, mən öz Allahımdan həya etməyimmi?”

Həzrət Yusifi orada günahdan qoruyan qəlbində Allaha olan imanı oldu.



İbadətin rüknləri

Alimlərin tədqiqatına əsasən ibadətin üç rüknü vardır və hər bir ibadət edən şəxs bu üç rüknə əməl edərsə onun ibadəti öz kamil formasını almış olar. İbadətin rüknləri aşağıdakılardır:



  1. Şəri vacib olan əməlləri yerinə yetirmək.

  2. Günahdan qorunmaq.

  3. Müstəhəb olan əməlləri yerinə yetirmək.

1 Şəri vacib olan əməlləri yerinə yetirmək

İnsan Allahın ona vacib etdiyi əməlləri mütləq yerinə yetirməlidir. Əgər bir şəxs dinin vacibatına əməl etməsə heç bir məqam və mərhələyə çatmağa nail olmayacaqdır. Mümkündür ki, bir şəxsnamaz qılmır, oruc tutmur və vacib əməlləri yerinə etirmir, lakin xəyalında özünün yüksək məqamda olduğunu və müqəddəs bir insan olduğunu fikirləşir. Xeyir belə insanlar heç vax yüksək məqama çata bilməzlər. Onların öz beyinlərində fikirləşdikləri məqamlar sadəcə olaraq bir xəyaldır və bu xəyal və təsəvvürlər şeytanın hiyəsidir ki, insanı Allahdan uzaqlaşdırır. Allahın vacib etdiyi əməlləri yerinə yetirməyən şəxsdə zərrə qədərdə olsun müqəddəslik yoxdur. Allahın ən acığı gəldiyi insan vacib əməlləri yerinə yetirməyən şəxslərdir.

قَالَ الصَّادِقُ(ع): يقول الله تعالى... ابن آدم اعمل بما افترض عليك تكن من اعبدالناس

İmam Sadiq(ə) bu barədə belə buyurur: Allah təala buyurur: ”Ey Adəm övladı, Mənim sənə vacib etdiyim əməlləri yerinə yetir ki, insanlar içərisində ən yaxşı ibadət edənlərdən olasan.”1

قَالَ رَسُولُ اللهِ(ص): من اتى بما افترض الله عليه فهو من اعبد الناس

Həzrət Peyğəmbər(s) buyurur: “İnsanlar arasında Allahın vacib etdiyi əməlləri yerinə yetirən şəxs hamıdan gözəl abiddir.”2

قَالَ عَلِىٌّ(ع): لا عبادة كأداء الفرائض

İmam Əli(ə) buyurur: “Vacib əməlləri yerinə yetirməkdən üstün ibadət yoxdur.”1



2 Günahdan qorunmaq.

İbadətin ikinci rüknü günahlardan çəkinməkdən ibarətdir. Günah elə bir şeydir ki, insanın imanını yandırıb ruhunu fasidləşdirər.

قَالَ السَّجَّادُ(ع): عجبت لمن يحتمى عن الطعام لمضرته و لا يحتمى من الذنوب لمعرفته

İmam Səccad(ə) buyurur: “Yeməyin ziyanından qorxub çəkinən, lakin günahın ziyanından qorxub çəkinməyən şəxslərə təəccüb edirəm.”2

Bu hədisin mənasını daha aydın olması üçün bir misal çəkmək yerinə düşərdi. İnsanın qurluşu ruh və csimdən təşkil tapmışdır. Necə ki insan öz cisminin sağlamlığını qorumaq üçün zərərli yeməklərdən çəkinir, eləcə də ruhun sağlamlığını qorumaq üçün günahlardan çəkinməlidir. Məsələn şəkər xəstəliyinə tutulmuş şəxs şirin yeməklərdən çəkinir ki, xəstəliyi daha da artmasın. Eləcə də gərək günahlardan çəkinsin. Çünki günah insanın ruhunu fasid və xarab edir.

قَالَ عَلِى(ع): عجبت لأقوام يحتمون الطعام مخافة الأذى كيف لا يحتمون الذنوب مخافة النار

İmam Əli(ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, bəzi yeməklərin ziyanına görə onlardan qorxub çəkinirlər, lakin niyə görə günahın onları Cəhənnəmə aparmasından qorxub çəkinmirlər?”

Günahın insana ən böyük ziyanı odur ki, günah insanın qəlbini ləkələyir və insanın ruhunun nuraniyyətini aradan aparır. Allah-təala “Mütəffifin” surəsinin 14-cü ayəsində buyurur:

كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ

“Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları günahlar pasla örtmüşdür.”

Ümumiyyətlə insan günah etdikcə qəlbin nuraniyyəti aradan gedir və qəlb qaralır.

قَالَ البَاقِرُ(ع): ما عبد الا فى قلبه نكتة بيضاء فإذا أذنب ذنبا خرج فى النكتة نكتة سوداء فإن تاب ذهب تلك السواد و إن تمادى فى الذنوب زاد ذالك السواد حتى يغطى البياض فإذا غطى البياض لم يرجع صاحبه الى خير أبدا و هو قول الله عزوجل "كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُونَ"

İmam Baqir(ə) buyurur: “Hər insanın qəlbində ağ bir nöqtə vardır. İnsan günah etdikdə o nöqtədən bir qara nöqtə əmələ gəlir. Əgər insan etdiyi günaha tvbə edərsə qəlbində yaranan qara nöqtə pozulur. Əgər günaha davam edərsə, o, qara nöqtə o qədər çoxalar ki, qəlbin bütün ağlığını örtər və qəlbi tamamilə qaraldar. Qəlbin ağlığı aradan getdikdən sonra və qəlb tamamilə qaraldıqdan sonra, o qəlbin sahibi bir daha xeyir və səadətə çatmaz.

Sonra Həzrət buyurdu: Bu Allahın sözüdür “Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları günahlar pasla örtmüşdür.”1

Bu ayə və hədislərdən belə məlum olur ki, insan günah etdikcə qəlbi qaralır və öz nuriyyətini əldən verir.

قَالَ عَلِى(ع): ما جفت الدموع الا القسوة القلب وما قست القلوب الا لكثرة الذنوب

Həzrət Əli(ə) bu barədə buyurmuşdur: “Allah qorxusundan ağlamağın səbəbi qəlbin paslanmasından, qəlbin paslanması isə günahların çoxluğundan irəli gəlir.”

Ən əsası budur ki, insan gərək həmişə Allahı öz başı üzərində nəzarətçi olduğunu başa düşüb hətta kiçik günahlardan belə çəkinsin. Çünki insan istər kiçik, istərsə də böyük günahları etmək fikrinə düşdükdə, başa düşməlidir ki, Allah onu görür. Ümumiyyətlə Allah qarşısında giçik günah etməyin özü Allaha cəsarət və hörmətsizlik sayılır. Və kiçik günahla Allaha cəsarət və hörmətsizliyin özü də böyük günahlardan hesab olunur. Çünki böyük günahın bir neçə əlaməti vardır ki, onlardan biri də kiçik günahların təkrar olunmasıdır.

قَالَ الرِّضا(ع): اصغائر من الذنوب طرق الكبائر و من لم يخف الله فى القليل لم يخفه فى الكثير

Bu barədə İmam Riza(ə) buyurur: “Kiçik günahlar böyük günahlara yol açır. Kiçik və az günahı edərkən Allahdan qorxmayan şəxs, böyük və çox günah etməkdən belə qorxmaz.” 1

قَالَ الصَّادِقُ(ع): اتقوا المحقرات من الذنوب فإنها لا تغفر

قلت: و ما المحقرات؟ قال: الرجل يذنب الذنب فيقول طوبى لى لو لم يكن لى غير ذالك

İmam Sadiq(ə) buyurur: “Günahı kiçik saymaqdan çəkinin! Çünki o bağışlanmaz. Soruşdular: Günahı kiçik saymaq nədir?

Həzrət buyurdu: Bir şəxs günah iş gördükdən sonra deyə ki, mənim günahlarım etdiyim bu kiçik günahdırsa, xoş mənim halıma.

Kiçik günahları ardıcıl şəkildə edən və onları yüngül sayan şəxsi Allah bağışlamaz.

Həzrət Peyğəmbər(s) buyurur: “Allah-təala Üzeyr peyğəmbərə vəhy edərək buyurdu: Siz günahın kiçik olmasına baxmayın, lakin baxın görün ki, o günahı kimin qarşısında edirsiniz.”

Bu bəhsin nəticəsində Həzrət Əli(ə)-dan gözəl bir hədisi qeyd etmək yerinə düşər.

قَالَ عَلِى(ع): اتقوا معاصى الله فى الخلوات, فإن الشاهد و هو الحاكم

Həzrət Əli(ə) buyurur: “Gizlində də olsa belə Allaha günah etməkdən çəkinin! Çünki sizə şahid olan (Allah Özü də Qiyamət günü sizə) hakim olacaq.”1

Müstəhəb olan əməlləri yerinə yetirmək.

İbadətin üçüncü rüknü müstəhəb əməlləri yerinə yetirməkdən ibarətdir. Ümumiyyətlə müstəhəb olan əməllər çoxdur. Lakin onların əsasları dörd əməldən təşkil olunmuşdur.



  1. Ölümü(xatırlamaq) yada salmaq.

  2. Quran oxumaq.

  3. Gecələr ibadət etmək.

  4. Camaata xidmət (qulluq) etmək.

  1. Ölümü(xatırlamaq) yada salmaq.

Ölümü yada salıb xatırlamaq müstəhəb olan əməllərdən biridir. Ölümü yada salmaq insanın qəlbini təmizləyər və imanın artmasına səbəb olar.

قَالَ رَسُولُ اللهِ(ص): إِنَّ هَذِهِ الْقُلُوبُ تَصْدَأُ كَمِا يَصْدَءُ الْحَدِيْدُ إِذَا أَصَابَهُ الْمَاءُ قِيْلَ: وَمَا جَلاؤُهَا؟ قَالَ(ص): كَثْرَةُ ذِكْرُ الْمَوْتِ وَتَلاوَةُ الْقُرْآنِ,

Həzrət Peyğəmbər(s) buyurmuşdur: “Həqiqətən, bu qəlblər dəmirə su dəydikdə paslandığı kimi paslanar. Dedilər: “Ya Rəsulallah, onun cəlası nədir?” Həzrət buyurdu: “Ölümü çox yada salmaq və Quran oxumaq.”2

قَالَ عَلِيٌ(ع): ذِكْرُ الْمَوتِ جِلاءُ الْقُلُوبِ

İmam Əli(ə) buyurur: “Ölümü xatırlamaq qəlbin qaralığını təmizləyər.”1

Ümumiyyətlə İslamın böyük şəxsiyyətləri, Peyğəmbərlər, imamlar, müctehid və alimlər həm özləri ölümü xatırladıblar, həm də insanlara bu əməli tövsiyə etmişlər.

قَالَ رَسُولُ اللهِ(ص): من اكثر ذكر الموت احبه الله

Həzrət Peyğəmbər(s) buyurur: “Hər kəs ölümü çox xatırlayarsa, Allah onu sevər.”2

قَالَ عَلِى(ع): من اكثر ذكر الموت رضى من الدنيا باليسير

Həzrət Əli(ə) buyurur: “Ölümü çox yada salan şəxs bu dünyanın azına belə qane və razı olar.”3

قَالَ عَلِيٌ(ع): وَيْلٌ لِمَنْ غَلَبَ عَلَيْهِ الْغَفْلَةُ فَنَسَى الْرِّحْلَةَ وَ لمَْ يَسْتَعِد

Həzrət Əli (ə) buyurur: “Vay olsun qəflətin qalib gəldiyi, dünyadan köçəcəyini yaddan çıxaran və özünü ölümə hazırlamayan şəxsin halına.”4

قَالَ رَسُولُ اللهِ(ص): (معاشر الناس) التقوى التقوى...

أذكرو الممات و الحساب و الموازين و المحاسبة بين يدى رب العالمين و الثواب و العقاب فمن جاء بالحسنة أثيب عليها و من جاء بالسيئة فليس له فى الجنان نصيب

Həzrət Peyğəmbər(s) buyurur: “Camaat! Allahdan qorxun! Allahdan qorxun!... Ölümü yadınıza salın. Bilin ki, qiyamət günü Allahın hüzurunda sizdən etdiyiniz savab, xeyirli və pis əməllərnizdən hesab alınacaq. Hər kəs Qiyamət günü yaxşı əməllə hesaba gələrsə ona əcr və savab verilər və hər kimin əməli düzgün olmazsa ona Cənnət nəsib olmayacaq.”1

İnsan bir vaxt öləcəyini və Qiyamət günü dirilib hesab-kitab verəcəyini yadına salıb düşünərsə, onun qəlbi nurani olar. Ölümü xatırlamağı Allah-təala öz peyğəmbərlərinə təkid etmişdir. Allah-təala bu barədə İsa peyğəmbərə belə moizə etmişdir:

يَا عِيسَى وَ إِذا ضَحِكَ الْبَطَّالُونَ فَقُمْ عَلَى قُبُورِالْأَمْوَاتِ فَنَادِهُم بِالصَّوْتِ الرَّفِيْعِ لَعَلَّكَ تَأْخُذ مَوْعِضَتَكَ مِنْهُم

“Ya İsa! Batil insanlar boş-boş danışıb güldükləri zaman, sən get qəbristana. Orada ölüləri uca səslə çağır. Bəlkə onların sənə verdiyi nəsihətləri eşidəsən.”

İslamda böyük şəxsiyyətlər də qəbristana gedib ölümü yadlarına salardılar. O böyük şəxsiyyətlərdən bir də İmam Əli(ə) olmuşdur. İmam Əli(ə) qəbristana gedər və ölüləri belə səsləyərdi:

السلام على اهل لا اله الا اللهِ من اهل لا اله الا اللهِ كيف و جدتم قول لا اله الا اللهِ

Salam olsun la ilahə illəllah əhlinə, la ilahə illəllah əhlindən! (Ey la ilahə illəllah deyib bu torpaq altında yatanlar) dünyada dediyiniz la ilahə illəllah sözünü orada necə gördünüz?!…

İmam Əli(ə) ölülərlə belə söhbət edərək ölümü xatırlayardı.

İmam Əli(ə)-dan belə bir rəvayət nəql olunmuşdur ki, o Həzrət Siffeyn müharibəsindən qayıdarkən Kufə qəbristanlığının yanında durub üzünü qəbrlərə tutaraq belə buyurdu:

يَا أَهْلَ الدِّيارِ الْمُوهِشَةِ وَ الْمِحَالِ الْمُقْفِرَةِ والقُبُورِ الْمُظْلِمَةِ يَا أَهْلَ التُّرْبَةِ يَا أَهْلَ الْغُرْبَةِ يَا أَهْلَ الْوَحْدَةِ يَا أَهْلَ الْوَحْشَةِ أَنْتُمْ لَنَا فَرَطٌ سَابِقٌ وَنَحْنُ لَكُمْ تَبَعٌ لاحِقٌ أَمَّا الْدُورُ فَقَدْ سُكِنَتْ وَ أَمَّا الْأَزْوَاجُ فَقَدْ نُكِحَتْ وَ أَمَّا الْأَمْوَالُ فَقَدْ قُسِمَتْ هَذَا خَبَرٌ مَاعِنْدَ نَا وَ مَا خَبَرٌ مَا عِنْدَكُمْ ثُمَّ الْتَفَتَ إِلى أَصْحَابِهِ فَقَالَ: أَمَّا لَوْ أُذِنَ لَهُمْ فِى كَلامِى لَأَ خْبِرُوكُمْ إِنَّ خَيْرَ الزَّادِ التَّقْوى

“Ey vəhşətli evlərin sakinləri! Ey zülmət qəbrlərin əhli! Ey torpaq altında yatanlar! Ey qürbət əhli! Ey tənha evlərin əhli! Ey vəhşət əhli! Siz bizdən əvvəl bu diyara gəldiniz və biz də sizə qovuşacağıq. Əgər burda olan xəbərləri eşitmək istəyirsinizsə, sizə çatacaq xəbərlər budur: Siz öləndən sonra evlərinizdə başqaları sakin oldu. Həyat yoldaşlarınız başqaları ilə evləndi. Vərəsələriniz mallarınızı öz aralarında bölüb dağıtdılar. Buradan sizə çatacaq xəbərlər yalnız bunlardar. İndi orada olan xəbərləri siz deyin.” Sonra o Həzrət üzünü əshabına tərəf çevirib buyurdu: “Əgər onlara danışıq icazəsi verilsəydi, onlar durub belə deyərdilər: “Ya Əli, burada hər şeydən mühüm və dərdə dəyən əməl yalnız təqvadır.”1

2. Quran oxumaq

Müstəhəb əməllərin əsaslarından olan ikinci əməl çox Quran oxumaqdan ibarətdir. Quran çox oxumaq insanın qəlbini ağardıb nurani edər.

قَالَ رَسُولُ اللهِ(ص): نَوِّرُوا بُيُوتَكُمْ بِتَلاوَةِ الْقُرْآنِ,

Həzrət Peyğəmbər(s) buyurur: “Öz evlərinizi Quran oxumaqla nurlandırın.” 1

قَالَ عَلِيٌّ(ع): أَلْبَيْتُ الَّذِى يُقْرَأُ فِيْهِ الْقُرْآنُ وَيُذْكَرَاللهَ عَزَّ وَ جَلَّ فِيْهِ تُكْثَرُ بَرَكَتُهُ وَيَحْضُرْهُ الْمَلائِكَةُ وَيَهْجُرْهُ الشَّياطِانُ يَضِيْئُ لْأَهْلِ السَّمَاءِ كَمَا يَضِيْئُ الْكَوَاكِبُ لَأَهْلِ الْأَرْضِ

İmam Əli(ə) buyurur: “Quran oxunan və Allaha zikr edilən evin bərəkəti çoxalar. Və o evə mələklər gəl-get edərlər, şeytanlar o evə yaxın düşməzlər. Göyün ulduzları yer əhlinə nur saçan təki, Quran oxuyub, Allahı zikr edən şəxsin nuru da göy əhlinə nur saçar.”2

Ümumiyyətlə, Quran oxumaq insanlara təkid olunmuşdur. Allah-təala Müzzəmmil surəsində buyurur:

فَاقْرَؤُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ

“Qurandan bacardığınız qədər oxuyun!”3

َقالَ الْرِّضَا(ع): مَا تَيَسَّرَ مِنْهُ لَكُمْ فَيْهِ خُشُوعُ الْقَلْبِ وَصَفَاءُ السِّرِ

İmam Rza(ə) buyurur: “Bacardığınız qədər çox Quran oxuyun ki, qəlbləriniz rahat və batininiz saf və tər-təmiz olsun.”

Quran oxumaq insanın qəlbinin qaralığını aradan aparar və insana müsbət təsir bağışlayar.



3 Gecələr ibadət etmək.

Müstəhəb əməllərin əsaslarından üçüncüsü olan və insanının imanının artmasında böyük rol oynayan əməllərdən biri də gecələr Allaha ibadət etməkdən ibarətdir.

İnsan gərək gecələr az da olsa belə Allahla xəlvətlikdə münacat etməli və Ona ibadət etməlidir ki, imanı artsın. Bu müstəhəb əməl insanda çox böyük və dərin təsir qoyur. Çünkin insan gündüzlər gəzib dolanır, cürbəcür günahlarla qarşılaşır və insanda olan heyvani xüsusiyyətlər, şəhvət onun ruhunu çirkləndirir. Lakin gecə yarısı sübh azanından əvvəl insana xüsusi bir hal-əhval və xoş ruhiyyə gəlir. Həmin anlar insanın sakitlikdə və xəlvətlikdə hüzuri-qəlblə riyasız olaraq Allah qarşısında durub ibadət etməsi insanı təkamülə çatmağa böyük köməklik göstərir. Böyük şair, həm də böyük alimlərdən biri olan Moləvi deyir. “Yağışın suyu göydən pak və təmiz bir halda yerə tökülərək yeri dirildir, lakin özü çirklənir. Onun yenidən təmizlənib pak olması üçün buxara dönüb göyə qalxması lazım gəlir. Əgər yağışın suyu yenidən buxar olub göyə qalxaraq bulud şəklinə düşərsə, təmizlənib pak olar. O su paklanıb təmiz olduqdan sonra yenidən yerə enərək bütün canlılara həyat bəxş edir.”

Bu böyük alim bu ibarə ilə demək istəyir ki, insana beş vaxt vacib olan namaz da insanı ruhi çirkinliklərdən təmizləyir. Çünki insanda ruh tez-tez çirklənir. Ruhun təmizliyi üçün də insana beş vaxt namaz təyin olunmuşdur. Əgər insan ruhunu tez-tez təmizləməzsə onun ruhu çirkinlik nəticəsində məhv olar. Məsələn, bir nəfər aşbazlıq sənətinə adət edir və onun peşəsi mətbəxdə müxtəlif yeməklər bişirməkdir. O yemək hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edir və hər ərzaqı doğrayıb hazırladıqdan sonra əllərini tez-tez sabunla yuyur ki, əllərindən iy gəlməsin. Əgər əllərini tez-tez yumasa doğradığı soğan, ət və s. ərzaqların iyi əlindən getməyəcək. İnsanın ruhu da tez-tez çirklənir və onun təmizlənməsi üçün də Allah-təala gündə beş dəfə namaz qılmağı əmr etmişdir. insan hər dəfə namaz qıldıqca göylərə qalxaraq təmizlənib yerə qayıdır. Bu barədə Həzrət Peyğəmbər buyurmuşdur: “Namaz möminin meracıdır”

Buna əsasən də insanın ruhunun təmizliyi üçün namaz ən gözəl amildir. Xüsusilə gecələr yuxudan durub namaz qılmaq insanın ruhunun təmizlənməsində daha böyük rol oynayır. Allah-təala gecələr ibatət etməyin barəsində İsra surəsinin 79-cu ayəsində buyurur:

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

“(Ya Məhəmməd!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə namaz qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdəki ən böyük şəfaət məqamına) göndərsin!”

Qeyd etmək lazımdır ki, müstəhəb olan nafilə namazları Həzrət Peyğəmbərə(s) vacib olunmuşdur. Qeyd olunan ayədə Allah-təala Öz peyğəmbərinə gecə yarsı əlavə namaz qılmağı sifariş etmişdir. Çünki bu əməllə Həzrət Peyğəmbər(s) bəyənilmiş (məhmud) bir məqama çatmışdır.

Ümumiyyətlə gecə yarısı durub namaz qılmaq insanı təkamülə çatdırar və insanın qəlbini ağardar.

قَالَ رَسُولُ اللهِ(ص): من اطاب لكلام و اطعام الطعام و صلى باليل و الناس نيام

Həzrət Peyğəmbər(s) buyurur: “Sizlərin ən yaxşısı öz dilinə sahib olan (dilini günahlardan qoruyan), ac insanlara yemək verən və camaat yuxuda olan zaman namaz qılan şəxsdir.”1

قَالَ الصَّادِقُ(ع): لا تدع قيام الليل فإن المغبون من حرم قيام الليل

İmam Sadiq(ə) buyurur: Gecə namazı qılmağı unutma. Həqiqətən gecə namazından məhrum olan kəs məğbundur (ziyan çəkənlərdəndir). 2

قَالَ رَسُولُ اللهِ(ص): من صلى بااليل حسن وجهه بالنهار

Həzrət Peyğəmbər(s) buyurur: “Gecələr namaz qılan şəxsin siması gündüzlər nurani olar.”3

Burada qeyd etmək lazımdır ki, gecə namazının bir xüsusiyyəti vardır. Gündüzlər günah edən insan gecə namazı qılmağa müvəffəq olmur. Çünki günahlar onu gecə namazı qılmağa maneəçilik törədir.

Bir nəfər Həzrət Əlinin(ə) hüzuruna gəlib dedi: Ya Əmirəl-möminin, mən gecə namazı qılmaqdan məhrum olmuşam.

İmam buyurdu: “Sən elə bir insansan ki, günahlar sənin əllərini qandallayıb (və səni gecə namazı qılmaqdan məhrum edib).4

Həzrət Peyğəmbər(s) imam Əlinin(ə) etdiyi vəsiyyətlərin birində belə buyurur:

أصيك و نفسى بخصال فاحفظها... و عليك بصلوة الليل و عليك بصلوة الليل و عليك بصلوة الليل

“Ya Əli! Sənə bir neçə xisləti tövsiyə edirəm ki, onları həmişə qoru.” Həzrət Peyğəmbər(s) bir neçə vəsiyyət etdikdən sonra buyurdu: “Sənə gecə namazı qılmağı tövsiyə edirəm! Sənə gecə namazı qılmağı tövsiyə edirəm! Sənə gecə namazı qılmağı tövsiyə edirəm!”1

Buna əsasən də insan gecələr Allaha ibadət etməyi və gecələr durub namaz qılmağı öz həyati proqramlarına salması daha mühüm işlərdən sayılır.



4 Camaata xidmət (qulluq) etmək.

Müstəhəb olan əməlləin dördüncü əsas hissəsi Allhın bəndələrinə xidmət etməkdən ibarətdir. Həqiqətən, Allahın bəndələrinə xidmət göstərib onlara qulluq etmək insanın imanının möhkəmlənməsində böyük rol oynayır və insanın təkamülə yetməsində mühüm amillərdən hesab olur. İnsan Allah bəndələrinin çətinliyə düşdüyü zaman gərək bacardığı qədər əlindən gələn köməkliyi onlardan əsirgəməsin. Ümumiyyətlə, harada olduğundan asılı olmayaraq, Allah bəndələrinə kömək etmək və onlardan bir şey ummamaq şərtilə yaxşılıq etməyin Allah yanında çox böyük savabı vardır. Allah-təala camaata yaxşılıq edən və onların dərdinə şərik olan şəxsi sevər və onu hər bir işdə, xüsusilə təkamülə çatmaqda müvəffəq edər.

Həzrət İbrahim peyğəmbərin xüsusiyyətlərin-dən biri də bir Allah bəndəsi qapısına gəldikdə onu əliboş yola salmaması idi. Həzrət İbrahim(ə) hər yerdə möhtac bir insan gördükdə ona mümkün qədər yardım edərdi. Bir sözlə, camaat üçün əlindən gələn köməkliyi əsirgəməz və onların əziyyətlərinə dözüb, səbr edərdi.

Əgər insan öz yaşadığı məntəqədə və ya başqa yerdə camaatın əziyyətinə dözüb onlara əlindən gələn köməkliyi əsirgəməzsə, Allah onun üzünü ağardar və harada olsa ona kömək edər. Böyük alimlərin yüksək mərhələlərə çatmasında da məhz bu kimi xüsusiyyətlər və xislətləri, yəni camaata xidmət göstərib onların əziyyətinə dözmələri olmuşdur.

Ayətullah əl-üzma Mərhum axund Molla Hüseynqulu Həmədani görkəmli alim və ariflərdən biri idi. O, Ayətullah Məhəmməd Hüseyn Təba-Təbainin usdadı olmuşu. Onun Ayətullah seyyid Seyyid Əli Qazi adlı bir şagirdi var idi. Seyyid Əli Qazi belə bir əhvalat nəql edir: “Bir gün Molla Hüseynqulu Həmədani öz şagirdləri ilə Kərbəlaya İmam Hüseyn(ə)-ın ziyarətinə yola düşür. Lakin onun Seyyid Səid adlı şagirdinin işi olduğundan onlarla birlikdə gedə bilmir və deyir ki, siz gedin, mən də sonradan gəlib sizə qoşularam. Onlar birilikdə gəmiyə minib Kərbəlaya yola düşürlər. Seyyid Səid işlərini qurtardıqdan sonra, sahilə gəlib görür ki, artıq gəmilər gedib. Kərbəlaya gedən yalnız bir gəmi qalmışdır. Seyyid Səid gəmiyə minib bir yerdə əyləşir. Onun ardınca bir zənci ərəb gəmiyə minir və gəlib onun yanında oturur. O ərəbin paltarları çox çirkli idi, bədənindən və ağzından pis iy gəlirdi. Ərəb Seyyidin yanında əyləşən kimi onu yuxu tutur və başını onun çiyninə qoyub yatır. Seyyid öz ürəyində fikirləşir ki, bunun bədənindən və ağzından pis iy gəlir və məni narahat edir. Əvvəl istəyir onu oyatsın. Sonra öz-özünə fikirləşir ki, ola bilsin yorğundur, onu narahat etməyim. Səhərə qədər özü oyaq qalıb o ərəbi oyatmır. Bu minvalla gəlib Kərbəlaya çatırlar.

Molla Hüseynqulunun yanında olan şagirdləri deyirlər ki, biz gecə onun yanında əyləşib söhbət edirdik. Söhbət əsnasında Molla Hüseynqulu bir neçə dəfə “Afərin sənə, seyyid Səid” dedi. Ustad bu sözləri təkrar edirdi, lakin biz onun bu sözü niyə görə dediyini başa düşmürdük. Səhər açıldı. Seyyid Səid içəri daxil oldu və bizimlə salamlaşdı. Molla Hüseynqulu onu görən kimi dedi: “Afərin sənə, seyyid Səid! Sən əlli illik yolu bir gecədə getdin.” Ondan sonra biz seyyid Səiddən necə gəldiyini soruşduqda, o, gecə yolda başına gələn əhvalatı danışdı. Sonra Molla Hüseynqulu bizə buyurdu ki, hər kim möminin əziyyətinə dözüb səbr edərsə, Allah-təala ona böyük əcr və savab bəxş edər.”1

Beləliklə də İslamın və Quranın insanlara etdiyi təkidlərin əsası buna görədir ki, onlar cəmiyyətdə bir-birinə xidmət edərək bir-birlərinin çətinliklərinə dözüb səbr etsinlər.

قَالَ رَسُولُ اللهِ(ص): أَيُّمَا مُسْلِمٍ خَدَمَ قَوْمًا مِنَ الْمُسْلِمِيْنَ إِلاّ أَعْطَاهُ اللهُ مِثْلَ عَدَدِهِمْ خُدّآمًا فِىالْجَنَّةِ

Bu barədə Həzrət Peyğəmbər(s) belə buyurur: “Hər bir müsəlman bir dəstə müsəlmana qulluq edib, onlara xidmət göstərərsə, Allah ona Cənnətdə o dəstənin sayı qədər xidmətçi verər.”2

İnsan gərək etdiyi yaxşılıqları ixlasla yerinə yetirsin və kiməsə etdiyi yaxşılıqları minnətlə etməsin. Belə olduqda insanın qəlbində iman nuru yaranar və bu əməl insanı günahlardan qoruyub saxlamaqda kömək edər.



3. İxlas

Qəlbi imanın ələ gəlməsinin üçüncü yolu hər bir ibadəti ixlasla yerinə yetirməkdən ibarətdir. İxlas odur ki, insan etdiyi hər bir ibadəti yalnız və yalnız Allaha görə yerinə yetirsin və etdiyi ibadətlərdə Allahdan başqasını şərik qoşmasın. Alimlər ixlas üçün belə bir tərif də qeyd etmişlər. “İxlas odur ki, insanın niyyəti Allahdan başqa bütün şeylərdən pak olsun.”

Bir nəfər Həzrət Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, mən Allah yolunda infaq edirəm və sileyi rəhm edirəm. Mən bu əməlləri Allaha görə edirəm, lakin camaat bu işlərimə görə tərif edəndə xoşhal olub sevinirəm. Mənim bu əməlim yaxşı işdirmi?

Həzrət Peyğəmbər(s) bir söz deməyib sükut etdi. Allah-təala O Həzrətə bu ayəni nazil etdi:

فَمَن كَانَ يَرْجُو لِقَاء رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا

“Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə, yaxşı işlər görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın.”1

Peyğəmbərə nazil olan bu ayə həm həmin şəxsin sualına cavab oldu və həm də insanlara bildirdi ki, Allaha görə etdiyi ibadətdlərində başqalarını şərik qoşmasınlar. Əgər insan Allaha görə etdiyi ibadətlərdə kiminsə onu tərifləməsindən xoşu gəlirsə, artıq o ibədət Allaha xatir yox, onu tərifləyən üçündür.

Şiə və sünni alimlərinin buyurduqlarına əsasən Quranda Həzrət Əlinin(ə) barəsində 300 ayə nazil olmuşdur. Alimlər buyurmuşlar ki, Maidə surəsinin 55-ci ayəsinin o həzrət barədə nazil olmasının xüsusi bir mənası vardır. Allah-təala bu ayədə belə buyurur:

إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

“Həqiqətən sizin vəliniz (hakiminiz) Allah, Onun peyğəmbəri və iman gətirib, namaz qılan və rüku halında zəkat verənlərdir.”

Burada belə bir sual irəli çıxır. İndinin özünə qədər namaz qılan zaman, rüku halında zəkat verən kimlərdir ki, Allah-təala bir üzük verməyə görə onların barəsində belə bir ayə nazil etmişdir?

Bütün alimlərin hamısı təsdiq etmişlər ki, namazda rüku halında zəkat verən yeganə şəxs Həzrət Əli(ə) olmuşdur.

İmam Əlinin(ə) verdiyi üzüyün maddi qiymətinə baxdıqda bəlkə onun bir dirhəm də olsa qiyməti olmazdı. Lakin onun mənəvi qiymətinə nəzər saldıqda isə o üzüyün elə bir qiyməti vardı ki, onun qiymətini Allahdan başqa heç kəs verə bilməz. Həzrət Əli(ə) o üzüyə elə bir rəng vurmuşdu ki, qiyamət gününə qədər o rəng ondan getməyəcək. Həzrət Əli(ə) o üzüyü bizim istifadə etdiyimiz boyalarla yox, ixlas rəngi ilə rəngləmişdir. Məhz onun üzüyü barmağından ixlasla çıxarıb Allah yolunda verdiyinə görə Allah-təala bu ayəni onun barəsində nazil etdi.

Əllamə Təba Təbai buyurur: “Hər hansı bir əmələ ixlas rəngi dəyərsə, yəni o əməl ixlasla görülərsə, o əməlin qiymətini Allahdan başqa heç kəs verə bilməz. Bəlkə elə bir dərəcəyə gələr ki, o əməlin qiyməti yalnız Allahın Özü olar. İmam Hüseyn(ə) “Ya sarəllah” ləqəbi verildiyi kimi. “Ya Sarəllah” sözünün mənası Allahın qanı deməkdir. Burada belə bir sual çıxır. Məgər Allahın qanı vardır ki, Allah-təala İmam Hüseyn(ə)-ı Öz qanı adını vermişdir?

Bu sualın cavabı belədir. Allahın qanı yoxdur. Lakin İmam Hüseyn(ə)-ın qanının qiyməti Allahın Özü olduğu üçün bu ləqəbi almışdır. Allah-təala İmam-Hüseyn(ə)-a xitab edərək buyurur: “Sənin ixlasla tökülən qanının qiyməti Mən Özüməm.”

Oruc tutan şəxsin əcri, savabı və qiyməti Allahın özü olduğu kimi, ixlasla görülən hər bir əməlin də savabı və qiyməti Allahın Özü olar. Allah-təala Zümər surəsinin 2,3-cü ayələrində buyurur:

إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ

أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ...

“(Ya Peyğəmbər!) Biz kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha and edərək yalnız ona ibadət et! Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...”

Bir nəfər Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, biz malımızı camaata paylayıb camaata kömək edirik ki, bizi tərifləsinlər və bizim adımızı hər yerdə çəksinlər. Allah-təala bizim bu əməlimizə savab verərmi? Həzrət Peyğəmbər(s) buyurdu: Xeyr. Həmin şəxs dedi: Ya Rəsuləllah, biz malımızdan camaata veririk ki, həm Allah bizə əcr və savab versin, həm də camaat bizi tərifləsinlər. Bizim bu əməlimizə savab düşürmü?

Həzrət Peyğəmbər(s) buyurdu: Allah ixlasla görülən əməldən başqa heç bir əməli qəbul etməz. Sonra həzrət Zümər surəsinin 3-cü ayəsini oxudu: “ Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...”

Allah-təala Zümər surəsinin 11-ci ayəsində buyurur:

قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ مُخْلِصًا لَّهُ الدِّينَ

“(Ya Peyğəmbər!) De ki, Mənə dini məhz Allaha məxsus edərək yalnız (ixlasla) Ona ibadət etmək üçün əmr olunmuşam.”

قَالَ الصَّادِقُ(ع): من قال لا اله الا اللهِ مخلصا دخل الجنة و اخلاصه أن يحجزه لا اله الا اللهِ عما حرم الله

İmam Sadiq(ə) buyurur: “Hər kim xalis niyyətlə la ilahə illəllah desə Cənnətə daxil olar. Və onun ixlası o qədər təmiz olmalıdır ki, onunla Allahın haram etdiyi şeylər arasında pərdə və maneə olsun.”1

Yəni hər kim la ilahə illəllah kəlməsini ixlasla dilinə gətirsə, gərək Allaha günah etməsin və Ona xatir etdiyi ibadətlərdə heç kəsi şərik qoşmasın.

Həqiqi ixlas

Həqiqi ixlas odur ki, insan başqalarını onu tərifləməsinə görə ibadət etməsin.

قَالَ رَسُولُ اللهِ(ص): إن لكل حق حقيقة و ما بلغ عبد حقيقة الإخلاص حتى لا يحب أن يحمد على شيء من عمل الله

Həzrət Peyğəmbər(s) buyurur: _______________________________ ___________________________________________________________________________________________.1

Ümumiyyətlə insan gərək xəlvətdə etdiyi ibadətləri heç kəsə bildirməsin və aşkarda etdiyi ibadətlərdə isə heç kəsin onu tərifləməsini istəməsin. Çünki ibadətin qəbul olmasında əsas meyar təmiz niyyətli olmaq və ixlasdır.

Həvarilər İsa Peyğəmbərə dedilər: Ya İsa! Allaha müxlis (ixlasla ibadət edən) kimdir?

İsa peyğəmbər buyurdu: “Müxlis o kəsdir ki, Allaha ibadət edər və onun bu əməlinə görə kiminsə tərifləməsini sevməz.”

Müxlisin əlamətləri

قَالَ رَسُولُ اللهِ(ص): اما علامت المخلص فأربع: 1.يسلم قلبه, 2.و تسليم جوارحه, 3. و بذل خيره, كف شره

Həzrət Peyğəmbər(s) buyurur: “Müxlis insanın dörd əlaməti vardır: 1.Qəlbi təmiz olar, 2. əməlləri düzgün olar, 3. xeyirxah olar, 4. camaat onun şərrindən amanda olar.1

قَالَ عَلِىٌّ(ع): من لم يختلف سره و علانيته, و فعله و مقالته, فقد ادى الأمانه, و اخلاص العبادة

İmam Əli(ə) buyurur: “Hər kəsin daxili ilə zahirinin və əməli ilə danışığının ixtilafı olmazsa (yəni, düzgün və bərabər olarsa) demək həm Allaha öz borcunu vermiş olur, həm də ibadətini ixalasla yerinə yetirmiş olur.”2

Allah ixlasla əməl edən insanı sevər. Lakin ixlası olmayan şəxs həmişə qəflətdə, hər bir şeydən qafil olar. Ona görə də Allah təala qəflətdə olanlara heç bir muz və savab vermir.

قَالَ الصّادِقُ(ص): لابد للعبد من خالص النية فى كل حركة و سكون لأنه اذا لم يكن هذا الغنى يكون غافلا والغافلون قد وصفهم الله تعالى فقال: "الئك كا الأنعام بل هم اضل الئك هم الغافلون"

İmam Sadiq(ə) bu barədə belə buyurur: “Əlbəttə, gərək bəndənin əməli istər hərəkət edən halda, istərsə də hərəkət etməyən halda olsun, xalis olmalıdır. Çünki əgər insan bütün işlərində xalis niyyətli olmasa, qafil olar. Qafil insanları da Allah-təala Quranda belə vəsf etmişdir: “Onlar heyvan kimidirlər, bəlkə (ondan) daha alçaqdırlar. Qafil olanlar da məhz onlardır!”1

Ümumiyyətlə insanların əməlləri məhz onların ixlasına görə ölçülüb, qiymət verilir. Xalis niyyətli olan insanın qiymətini Allahdan başqa heç kəs verə bilməz.

قَالَ حَسَنْ عَسْكَرِى(ع): لو جعلت الدنيا كلها لقمة واحدة و لقمتها من يعبد الله خالصا كرأيت انى مقصر فى حقه

İmam Həsən Əskəri(ə) buyurur: “Bütün dünyanın hamısını bir tikə yemək edib Allaha xalis niyyətlə ibadət edən şəxsə versəm, yenə də özümü onun haqqını ödəmədiyim üçün müqəssir hesab edirəm.1

قَالَ الصَّادِقُ(ص): إن العبد المؤمن الفقر لييقول يا رب أرزوقنى حتى افعل كذا و كذا من البر و وجوه الخير فإذا علم الله عز و جل ذالك منه نية كتب الله له من الأجر مثل ما يكتب له لو عمله إن الله واسع كريم

İmam Sadiq(ə) buyurur: “Kasıb bir mömin xalis niyyətlə Allaha dua edib desə ki, Ey Rəbbim, mənə ruzi ver. Əgər mənə mal dövlət versən, mən filan, filan xeyirli işləri görərəm. Elə ki, Allah bilir bu bəndəsi təmiz ürəklə deyir və ona mal dövlət verərsə, həqiqətən o dediyi sözləri həyata keçirəcək, Allah ona onun əcr savabını yazar. Elə bil ki dediyi sözləri əməllə həyata keçirib. Həqiqətən Allahın kəraməti genişdir.2

Allah bütün ibadət edənləri müxlis insanlardan qərar versin.



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə