SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad


İMAM HÜSEYNİN(Ə) KƏRBƏLADA İNSANLARA ÖYRƏTDİYİ DƏRSLƏR



Yüklə 2,82 Mb.
səhifə9/24
tarix28.06.2018
ölçüsü2,82 Mb.
#51976
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

İMAM HÜSEYNİN(Ə) KƏRBƏLADA İNSANLARA ÖYRƏTDİYİ DƏRSLƏR

- 1 -

İMAM HÜSEYN(Ə) BİZƏ HƏR ŞEYİ ALLAHA NECƏ QURBAN VERMƏYİ ÖYRƏTDİ

Məhərrəm, Aşura, Kərbəla hadisəsi və İmam Hüseynin(ə) Kərbəlada yaratdığı inqilab bütün dünya müsəlmanlarına müəyyən dərslər öyrədir. O həzrətin insanlara öyrətdiyi dərslərdən biri budur ki, insan Allah yolunda canından, malından, övladından bir sözlə desək hər şeyindn keçməyi öyrətdi. İmam Hüseyn(ə) öz hərakatı ilə bütün müsəlmanlar bildirdi ki, Allahın dinin əgər insanın canına, malına və s. ehtiyac duyulduqda insan əlindən gələni əsirgəməməlidir.

Əgər bir insan bunları Allah yolunda lazım olduqda qurban verməyi bacırırsa demək o şəxs həm imanlı, həm də Allah dininə kömək edən bir şəxsdir. Yox əgər qurban verməyi bacırmırsa o şəxsin imanı çox zəifdir və Allahın dininə də kömək etməmişdir. İnsanın dildə müsəlmançılığı qəbul etməsi ilə dini tamamlanmır və tam müsəlmançılıq dildə deyilən sözlər və dindarlıq deyildir. O əməllər adət-ənənə kimi insanlar arasında yayılmış əməllər hesab olunur. Kommunist rejimi dövründə tarix kitablarında müsəlmançılıq bir din kimi yox bəlkə qəbilə tayfa kimi qələmə alınmış və özünə məxsus bir sıra adət-ənənələri ilə tanıtdırılmışdır. Məsələn; tat, talış və s. Qəbilələrin bir sıra adət-ənənələri olduğu kimi İslam dinini də qəbilələşdirib bir-neçə adət-ənənə ilə tanıtdırmışlar. O ənənələrdən biri uşağa sünnət toyu etmək idi. Bu əməli İslamın qayda-qanunu və Peyğəmbərin buyurduğuna əsasən deyil, bəlkə bir sıra adət kimi bildirmişlər. Bu ənənələrdən biri bu idi ki, müsəlman dünyadan gedərkən onu kəfənə büküb dəfn edərdilər. Müsəlmançılığı bu kimi ənənələrlə qəbilələşdirmişdilər. Onların bu işi görməkdə məqsədi müsəlmançılığı aradan aparıb dini hörmətdən salmaq.

Lakin müsəlmançılıq din, islam təkcə bu kimi əməllər və ənənələrlə tamamlanmır. Müsəlmançılıq odur ki, əgər uşağı sünnət edirlərsə və meyiti kəfənə bükərlərsə adət-ənənə kimi yox, Allahın hökmünü və dinin qanunlarını icra etmək niyyəti ilə olmalıdır. Dindarlıq odur ki, insan Allahın göndərdiyi şəri hökmləri oxuyub öyrəndikdən sonra onlara əməl etsin.

İmam Hüseyn (ə) Kərbəla qiyamında bizə əsl müsəlmançılığı və dindarçlığı öyrətmişdir. O həzrət öz qiyamı və şəhadəti ilə bütün müsəlmanları başa saldı ki, insan Allahın dinini qoruyub saxlamaq üçün canından, malından, qanından, övladından bir sözlə hər şeydən keçməyi və Allaha qurban verməyi bacarmalıdır.

Bəzən Allahın dinini qorumaq üçün insana mal-dövlətin, bəzən övladını, bəzən də canını qurban verməsi lazım olur. Məsələn; Vətəni, dini qorumaq üçün insanın övladı əsgər getməlidirsə, gərək getsin. Əgər insanın pulu Allah yolunda xərclənməsinə ehtiyac duyularsa, əlindən gələni əsirgəməməlidir.

İmam Hüseyn (ə) öz qiyamı və hərəkatı ilə bunları açıq şəkildə bizə öyrədir və başa salır ki, Allahın dinini qorumaq üçün hər nə lazım olarsa onu qurban verməyi bacarmalıdır.

İNSAN ALLAHIN ONDAN NƏ İSTƏDİYİNİ BİLMƏLİDİR

Əlbəttə ötən bəhslərdə qeyd olundu ki, insan bu işi görmək üçün və bu mərhələyə çatmaq üçün iki səbəb lazımdır. O səbəblərdən biri odur ki, insan Allahın ondan nə istədiyini düşünüb bilməlidir. Yəni insan bilməlidir ki, Allah ondan nə istəyir. Bunu bilmək üçün insan Allah yaxın olamlıdır. Əgər yaxın olmazsa onda Allahın ondan nə istədiyini tapa bilməz. Əgər insan Allaha bəndə olarsa və Onun buyurduqlarına əməl edərsə onda o şəxs düzgün fikirləşib, Allahın ondan nə istədiyini və haqq yolu tapa bilər. Yox əgər Allaha iman olmazsa və Ona ibadət etməzsə heç vaxt Allahın ondan nə istədiyini tapa bilməycək.

Allah-təala Qurani-Kərimdə buyurur:

إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ

Həqiqətən, kafirləri əzabla qorxutsan də, qorxutmasan da, onlar üçün birdir: iman gətirməzlər.

Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir.

O ayədən açıq-aşkar məlum olur ki, qəlbi və gözü möhürlənmiş gözlərinin önünə pərdə çəkilmiş insanlar heç vaxt Allahın onlardan nə istədiyini başa düşməzlər.

Burada bir incəliyi qeyd etmək lazımdır ki, Allaha dildə iman gətirib onun hökmlərinə əməl etməyən insanlar da Allahın onlardan nə istədiyini bilməzlər. Çünki təkcə dildə iman gətiməyi insana olan faydası budur ki, müsəlmançılıq qəbul etmiş və belə şəxslər ölən zaman müsəlman qəbirstanlığında dəfn olunmalıdır. Dildə islamı qəbul etməyin insana olan faydası yalnız budur. Əsas bəhsimiz budur ki, bir şəxs Allahın ondan nə istədiyi bilmək üçün insan gərək Allahın varlığına və Onun ədlinə şəhadət versin, sonra Peyğəmbərin(s) nübüvvətini, sonra imamın imamətini və məadı qəbul etdikdən sonra dinin hökmlərini də öyrənib əməl etməlidir. İnsan Allaha iman gətirdikdən sonra gərək özünü haram olan əməllərdənqorusun və ona vacib olunan əməlləri yerinə yetirsin. Çünki təkcə dildə iman gətirmək insanın düzgün fikirləşməsi üçün kifayət etmir.

Ümumiyyətlə insan qarşısına çıxan hər bir hərəkətinə fikir verməli, və qarşısına çıxan haram əməllərdən mütləq çəkinməlidir.

İNSANIN QARŞISINI MANEƏLƏR KƏSMƏMƏLİDİR

İnsan Allaha iman gətirib, şəriət qanunlarına riayət etməklə Allahın ondan nə istədiyini başa düşdükdən sonra ikinci səbəb irəli çıxır. O da budur ki, insanın qarşısına müxtəlif maneələr. Yəni Allahın dinini qoruyub saxlamaq üçün onun qarşısını heç bir maniə almamalıdır.

İmam Hüseyn(ə) Ömər Sədə buyurdu: Ömər Səd, heç Allahdan qorxmursan?! Məni öldürmək istəyirsən?! Bir halda ki, mənim kim olduğumu sən hamıdan yaxşı bilirsən. Ömər Səd! Sənə nəsihət edirəm ki, bu çirkin əməllərini kənara qoyub haqqa tərəf gələsən.

Ömər Səd dedi: Ağa, mənim hicazda evim və mal dövlətim var. Əgər sənə qoşulsam, qorxuram ki, mal-dövlətimi əlimdən alıb, evimi dağıtsınlar.

Həzrət buyurdu: Sənə söz verirəm ki, Hicaza qayıdandan sonra sənin evini əvvəlkindən də gözəl düzəltdirib, öz malımdan sanə səninkindən də çox verərəm. Razısanmı?

Ömər Səd dedi: Ağa, mənim mənim əhli-əyalım və uşaqlarım oradadır. Qorxuram ki, sənə qoşulsam onlara bir ziyan vursunlar.

Həzrət buyurdu: Ömər Səd, Allah səni bağışlamasın.

Abdullah ibn Hürr Cüəfi də Yezidin tərəfdarlarından idi. Mənzillərin birində İmam Hüseyn(ə) onunla rastlaşdı. Həzrət ona buyurdu: Mən bilirəm ki, sən çox günahkar bir adamsan. Amma səni elə bir tövbəyə dəvət edirəm ki, bütün günahların təmizlənər.

Cüəfi dedi: Ağa, mən hamıdan gözəl bilirəm ki, hər kim gəlib sənə qoşulsa və kömək etsə, izzət və səadətə çatacaq. Mən gəlib sənə qoşuldum qoşulmadım onsuz da səni öldürəcəklər. Buna görə də sənə qoşulmağımın heç bir xeyri olmayacaq. Amma mənim gözəl və bərk qaçan bir atım var. Əgər istəyirsənsə onu sənə bağışlayım. Bundan əlavə gözəl və möhkəm bir qılıncım var ki, hər kəsə bir zərbə endirsən, ikinci zərbəyə ehtiyac olmaz. Onu da sənə verirəm.

Həzrət ona baxıb buyurdu: Ey Hürrün oğlu, elə bilirsən sənin atına və qılıncına ehtiyacım var? Mən səni hidayət etmək istəyirəm. İstəyirəm ki, sən Peyğəmbərin əhli-beytinə kömək edəsən. Əgər özün gəlmək istəmirsənsə, sənin at və qılıncın mənə lazım deyil.

Həzrət yolda kimi görürdü, moizə edirdi, başa salırdı. Aşura gününün xütbələrində də onlara xeyli moizə etdi. Həzrət istəyirdi ki, onlara hər şey aydın olsun. Bilsinlər ki, kimin əleyhinə qılınc çəkiblər və kiminlə oturub dururlar. Lakin onların nəfsləri, onlara verilən dünya vədləri onların qarşısında böyük bir maneə olub onları haqqdan uzaqlaşdırdı. Onlar İmam Hüseynin(ə) haqq olduğunu və Allahın onlardan nə istədiyini yaxşı bilirdilər. Lakin övlad, möl-dövlət məhəbbəti və vəzifəpərəstlik şəhvəti haqqı qəbul etməkdə onların qarşısında böyük bir mane olduğundan İmamı atıb Allahın dinindən çıxdılar.

Buna görə də əgər mal-dövlət, vəzifəpərstlik şəhvəti, övlad bir sözlə nəfsani istəklər Allah dinini qorumaqda insan üçün maneə olarsa, onda belə insanın imanı olmaz.

Allah-təala Quranda buyurur:

يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

O gün ki, (Qiyamət günü) nə mal dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!1

Bu ayədən açıq aydın məlum olur ki, hər kəs dünyadan saf niyyətlə və təmiz qəlblə dünyadan getsə övlad, mal-dövalət onun dərdinə dəyəcək. Yox əgər dünyada mal-dövlət, övlad məhəbbəti və bu kimi şeylər insanı Allaha günah etməyə səbəb olarsa, onda Qiyamət günü o mal-dövlət, övlad və s. ona heç bir fayda verməyəcək. Hətta dünyada onu Allaha günah etməyə məcbur edən maniələrdə nifrət edib qaçacaq.

Bunun aydın olması üçün bir misalı nəzərinizə çatdırıram. Məsələn xəstə bir şəxsə yemək gətirdikdə, o, yeməyə baxır lakin ürəyi istəmir. Amma xəstəliyi çox olan şəxs nəinki yemək istəmir hətta ən xoşladığı yeməyi gördükdə belə ürəyi qalxır və halı dəyişir.

Buna görə də əgər insan öz ata anasına, övladına, möal-dövlətinə və bu kimi ünsürlərə görə Allah hökmündən çıxıb günaha düşərsə qiyamət günü nifrət edib onlardan qaçacaq.

Allah-təala bu barədə Quranda belə buyurur:

يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ

O gün insan qaçacaq öz qardaşından; Anasından atasından; zövcəsindən və oğullarından.

Sual oluna bilər ki, nəyə görə Allah-təala bu ayədə insanın Qiyamət günü əvvəl ata anasından qaçacağını buyurur? Bu sualın cavabı belədir ki, Allah-təala Quranda Özündən sonra Ata-anasına itaət etməyi əmr etmişdir. Allahdan sonra insan üçün Ata-ana əzizdir və onların hörmətini saxlamaq da vacibdir. Lakin insan valideyinnə görə günaha düşərsə və valideyn Allaha itaət etmək üçün insanın qarşısında maneə olarsa, onda qiyamət günü onlardan nifrətlə qaçacaq.

Ümumiyyətlə insan harada olduğundan asılı olmayaraq gərək onun qarşısını kəsən maneələri kənara qoyub Allaha itaət etməyi hər bir şeydən üstün tutsun. Valideyn də olsa belə əgər insanı Allaha itaət etməyə mane olarsa onların sözlərini qəbul etməməlidir.

İmam Əli(ə) Müaviyə ilə döyüşə gedərkən öz səhabələrini onunla müharibəyə çağırdı. İmamın qoşununda Əbuzər, Miqdad, Malik Əştər və bu kimi imanlı şəxslər İmamın hər bir sözünə ləbeyyk deyib o Həzrətə öz sədaqətlərini göstərirdilər. Lakin qoşunda bir çox naxələf insanlar da var idi ki, hər bir bəhanə ilə Allah-dinini qorumaqdan boyun qaçırırdılar. Onların bu bəhanələri axırda o Həzrəti təngə gətiri. İmam onlara buyurdu:

فإِذا أَمَرْتُكُمْ بِالسَّيرِ إِلْيهِم فِى أَيامِ الْحَر قُلْتُمْ: هذِهِ حَمّارَةَ الْقَيْظ, أَمْهِلنا يُسَبِّحْ عَنّا الْحَر, و إِذا أَمرتكم بالسَّيْر إِليهم فِى الشِّتاءِ قلتم: هذه صَبارَّةُ الْقُرّ, اَمْهِلنا ينسَلِخ عَنّا الْبَرد: كُلُّ هذا فرارا من الحر و القرَّ, فاذا كنتم من الْحَرِّ و القُرِّ تَفِرُّونَ: فَاَنتم و اللهِ منَ السيف اَفرّ

Elə ki, sizi isti günlərdə düşmənlə müharibə etmyə çağırıram, deyirsiniz hava çox istidir. Möhlət ver bu istilər ötüb getsin. Qışda döyüşə çağırdıqda isə deyirsiniz ki, möhlət ver soyuqlar ötüb getsin. Bütün bunlar isti və soyuqdan qaçmaq üçündür. İsti və soyuqdan belə qaçırsınızsa, and olsun Allaha ki, qılıncdan daha çox qaçarsınız.

Sonra İmam ürəkyanğısı ilə üzünü onlara tutub buyurdu:

يا اَشْباهَ الرِّجَالِ وَلا رِجالَ! حُلُومُ لأْطْفالِ وَ عُقُولِِ رَباتِ الْحِجالِ لَوَدِدْتُ أَنِّى لَمْ أَعْرِفْكُمْ مَعْرِفَةً

Ey kişiyə oxşayıb, kişi olmayanlar! Ey uşaq və təzə gəlin ağlında olanlar! Kaş sizi tanımayaydım.

Tarixin bu hadisələri bir daha sübut edir ki, bir çox insanlara öz nəfsani istəkləri Allaha itaət etməkdə mane oldu və onları dindən uzaqlaşdırdı.

İmam Hüseyn(ə) Kərbəlada öz qiyamı və hərəkatı ilə bütün dünaya müsəlmanlarına bildirdi ki, Allahın dinini müdafiə etmək üçün istər yay, istərsə də qış olsun və istər kiçik maniələr, istərsə də böyük maniələr insanın qarşısını kəsməməlidir. O Həzrətə nə mal-dövlət, nə övlad məhəbbəti və bu kimi şeylər Allah dinini qorumaqda mane ola bilmədi. İmam Hüseyn(ə) Allahın dinini qorumaq üçün hər şeydən hətta öz körpə balasından keçməyə hazır oldu. Əli Əsğər İmamın kiçik övladı idi. On yeddi günlük olarkən İmam bütün əhli-əyalı ilə hicrət etməyə başladı. Beş ay yollarda olduqdan sonra nəhayət Kərbəlada Əli Əsğər təqribən altı aylığa gəlib çatmışdı. İmam Hüseynin(ə) bütün səhabələri şəhid olduqdan sonra axırda Əli Əsğəri də qurban verdi.

İmam Hüseynin(ə) bu hərəkatı və qiyamı ilə bütün aləmə elan etdi ki, Allah dinini qorumaq üçün öladın da qurban olması lazım olarsa gərək bu yolda əsirgəməsin. Allahın dinini qorumaq üçün İmamın bütün qohum-əqrəbası və əhli əyalın Kərbəlaya gəlmişdi. Onlardan heç biri İmamı tək qoyub qaçıb gizlənmədi. Çünki onlar da bilirdi ki, Allahın dinini qorumaq üçün onların canlarına da ehtiyacı var.

Kərbəlada qəhrəmanlıq və şücat göstərən şəxsiyyətlərdən biri də Xanım Zeynəb(s.ə) olmuşdur. Həzrət Zeynəbin(s.ə) gözəl mətiqi və idarəçiliyi vardı. Xanım Zeynəb buyurur ki, Aşura gecəsi iki xeymədə olan hadisə mənim ömür yaddaşımda qaldı. Aşura gecəsi idi. Mən bir xeymənin kənarından keçərkən oradan səs gəldiyini eşidib, içəri daxil olduqda gördüm ki, Həzrət Əbülfəzl(ə) Haşim övladlarını ətrafına yığıb onlara tapşırıq verərək buyururdu: ey haşim övladları, sabahkı döyüşdə məbada qeyri bəni-haşim övladlarından geridə qalasınız. Sabahkı döyüşdə mütləq onlardan əvvəl döyüşə gedib şəhid olun. Qoy onlar elə fikirləşməsinlər ki, biz onları ölümə göndərib özümüzə dünya qazanmaq istəyirik. Haşim övladları Həzrət Əbülfəzlin(ə) sözlərinə canları ilə əməl edəcəklərinə söz verdilər.

Xanım Zeynəb(s.ə) buyurur: Mən o xeymədən çıxıb bir az uzaqlaşmışdım ki, başqa bir xeymədən səs gəldiyini eşitdim. İçəri daxil olub gördüm ki, Həbib ibn Məzahir1 qeyri-bəni Haşimi başına yığıb onlara deyir ki, sabah döyüş başlanarkən məbada Haşim övladlarından geri qalasınız. Çünki onlar bizim ağalarımızdır. Belə olmasın ki, onlar bizdən əvvəl döyüşə getsinlər. Əgər onlar bizdən əvvəl şəhid olsalar, biz isə sağ qalsaq, onda Allaha və Peyğəmbərə nə cavab verərik? Qeyri bəni Haşim də Həbib ibn Məzahirin sözlərinə əməl edəcəklərinə söz verdilər.

Səhəri gün hamı birinci döyüşə getmək üçün İmam Hüseyndən(ə) icazə verməsini xahiş edirdi. İmam kimə icazə versəydi o da gedərdi və kimə icazə verməsəydi getməzdi.

Aşura günü Bəni-Haşimdən şəhid olan ilk kəs İmamın öz oğlu Əli Əkbər (ə) olmuşdur. İmam onu hamıdan çox istəyirdi. Onu döyüş meydanına yola salarkən əlini mübarək saqqalına aparıb buyurdu:

İlahi, meydana elə cavan göndərirəm ki, xilqət əxlaq və məntiq cəhətdən hamıdan çox peyğəmbərə oxşayırdı.

Kimin ürəyi peyğəmbəri görmək istəsəydi, Əli Əkbərin mübarək camalına tamaşa edərdi. O şəhid olarkən İmam onun başı üzərinə gəldi. Gördü ki, uşağın bədəni parça-parça olub. İmam Bəni-Haşim övladlarından bir neçəsini səsləyib buyurdu: Bir əba gətirin Əli Əkbərin cənazəsini içərisinə qoyub aparaq. Çünki mən hansı tərəfdən tuturamsa o biri tərəf yerə tökülür.

Kərbəlada Aşura günü İmamın bütün səhabələri milliyyətindən asılı olmayaraq iman bayrağı altına yığışmış və canlarını Allah dinini müdafiə etmək üçün qurban verdilər. Onların qarşısını heç bir maniə, yəni mal-dövlət, övlad məhəbbəti və bu kimi ünsürlər ala bilmədi. Çünki onlar imanın yüksək mərhələsinə gəlib çatmışdılar.

Bəzi insanlar elə düşünməsinlər ki, İmam Hüseyn (ə) mal dövləti və yaxud heç bir şeyi olmayıb. Belə fikirləşənlər tarixlərə müraciət edib, İmamın meyvə bağları xurmalıqları olduğunu öyrənə bilərlər. İmam Hüseynin (ə) gözəl balaları var idi. Əli Əkbərin misal çəkmək olar ki, onun heyranedici camalı var idi. İmam Hüseynin (ə) həyat yoldaşı İmam Səccadın (ə) anası xanım Şəhrəbanu İranda Yəzdigürd padşahı İmrəül Qeysin qızı idi. Lakin bütün bunlar o həzrət üçün Allahı dinini qorumaqda heç bir maneə ola bilmədi.

İmam Hüseyn (ə) ömrünün son anlarında bu şeri oxudu.

تَرَكْتُ الْخَلْقَ تُرًّا فِى هَواكا وَ اَيْتَمْتُ الْعَيال لِكَى اَراكا

وَلَو قَطَّعْتَنِى فِى الْحُبِّ عِرْبا وَما حَنَّ الْفُؤاد اِلاّ سِواكا

tərcümə------------------------------ -------------------------------

----------------------------- -------------------------------- --

- 2 -

İMAM HÜSEYN(Ə) BİZƏ YALNIZ ALLAHA İBADƏT ETMƏYİ ÖYRƏTDİ

Allah-təala Qurdanın Casiyə surəsinin 23-cü ayəsində buyurur:

أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَى عِلْمٍ وَخَتَمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً فَمَن يَهْدِيهِ مِن بَعْدِ اللَّهِ أَفَلَا تَذَكَّرُونَ

Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər. Məgər düşünüb ibrət almırsınızmı?

İmam Hüseyn(ə) Aşura günü Kərbəla qiyamında bütün insanlara öyrətdiyi dərslərdən biri budur ki, insan öz nəfsani istəklərinin qulu olmamalı və onları özünə məbud (tanrı) etməməlidir. O həzrət öz qiyamı ilə yuxarıda qeyd olunan ayəni bir daha açıq aydın təfsir etdi və bütün dünyaya bildirdi ki, insan öz nəfsinin qulu olmamalıdır. İmam Hüseyn(ə) hətta ömrünün son anlanıda belə qılıncların altında belə həqiqi məbuda ibadət etməyi bir daha sübuta yetirdi. O Həzrət ömrünün son anlarında Allahla münacat edərək bu sözləri zikr edirdi:

لا مَعْبُودَ سِواكَ يا غِِياثَ الْمُسْتَغِثِينَ

Səndən başqa məbud yoxdur Ey pənahsızların ən ulu pənahı.

Məbud insanın inandığı və ibadət etdiyi şeyə deyilir. Elə insanlar vardır ki, onların məbudu yalnız Allahdır. İmam Hüseyn(ə) ömrünün son anlarında da belə Allahla münacat edib yalnız Ona ibadət etdiyini öz qanı ilə imzaladı. İmam Hüseyn(ə) necə ki, evində asudəçiliklə namaz qılarkən Allaha “yalnız Sənə ibadət edirəm və yalnəz Səndən kömək diləyirəm” deyirdisə, eləcə də Kərbəla meydanında qılıncların altında da son nəfəsinə qədər bu sözləri dedi.

Tasua günü İmam Hüseyn(ə) günortadan sonra öz xeyməsinin qarşısında qılıncına söykənmişdi. Həzrəti bir qədər yuxu apardı. Qılınca söykənmiş halda bir az mürgülədi. Bu vaxt xanım Zeynəb(s.ə) gəlib İmama müraciətlə dedi: Elə bil düşmən ordusu hücuma keçmək istəyir. İmam başını qaldırdı və bacısına buyurdu: Bacı yuxuda cəddim Peyğəmbəri(s) gördüm. O Həzrətin yanında bir neçə mələk var idi. Onların birinin əlində yaşıl şüşədən bir qab var idi. Həzrət Peyğəmbər(s) mənə buyurdu ki, sabah Cənnətdə mənə qonaq olacaqsan1. Sonra yanındakı mələkləri mənə göstərib buyurdu: Mələklərin əlində o yaşıl qabı görürsənmi? Sən şəhid olandan sonra boğazından tökülən qanı o qaba yığıb ərşi-əlaya aparacaqlar.

Aşura günü İmam Hüseyn(ə) şəhid olarkən onun qanı üç qismə bölündü. Birinci qismi bədəninə dəyən oxların və qılıncların yarasının qanı ikinci qismi boğazından tökülən qan idi ki, mələklər onu yaşıl şüşə qabın içinə töküb ərşi-əlaya apardılar. Çünki o qan yerə tökülməməli idi. Hədislərdə vardır ki, əgər İmam Hüseynin(ə) boğazının qanından bir damla yerə tökülsəydi, yer üzündə bir nəfər də olsun insan qalmazdı.



O qan məxsusidür pərvərdigarə,

O qan getdi hüzuri kerdigarə,

Qarışmaz xakzarə, rigzarə,

Asıldı ərşidən çü güşvarə

O qan məhşərdə eylər inqilabi.

Qeyd etmək lazımdır ki, qiyamət günü Həzrət Fatimeyi Zəhra(s.ə) İmam Hüseyn üçün toxuduğu köynəyi gətirəcək və o qan da ərşdən gələcək. Orada hər şeydən öncə İmam Hüseynin(ə) növhəsini oxuduqdan sonra, hesab kitab başlanacaq və günahkarlar günahsızlardan ayrılacaq.

وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ

“Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın!”

İmam Hüseynin(ə) qanının üçüncü qismi isə ürəyindən axan qan idi. Hərmələ üç tirəli oxu o Həzrətin ürəyinə vurdu. Ox ürəyinə dəyəndə İmam buyurdu:

بِاسْمِ اللَّهِ وَ بااللهِ وَ على مِلَّتِ رَسول الله لا حَولَ وَلا قُوَّةَ اِلاّ باللهِ العَلِىِّ العَظِيم

Sonra əlini kürəyinə aparıb oxu çıxartdı. Çünki, ox o Həzrətin ürəyinə elə dəymişdi ki, onu qabaq tərəfdən çıxartmaq mümkün deyildi. İmam oxu çıxartdıqdan sonra ovucunu ürəyindən axan qanla doldurub göyə səpdi.

İmam Hüseyn(ə) son anlarında da belə yalnız Allaha ibadət etdi. O özünə Allahdan başqa heç bir şeyi məbud etməmişdi. O Həzrət evində asudəçiliklə Allaha ibadət etdiyi kimi, Kərbəla meydanında ox, nizə və qılıncların altında da belə o cür ibadət edirdi. Allah təala onu Kərbəlada imtahan imtahan edirdi.

Aşura günü İmam Hüseynin(ə) səhabələrinin hamısı, qardaşı Əbülfəzl, oğlanları Əli Əkbər və Əli Əsğər şəhid olmuşdu. İmam Hüseyn(ə) atını minib izzət və əzəmətlə düşmən qoşununa tərəf irəlilədi. Gəlib düşmən ordusunun qarşısında onlarla üz-üzə dayandı. Tarixlərdə düşmən qoşununun sayı 30 min nəfərdən 500 min nəfərə qədər olduğu qeyd olunmuşdu. Onların hamısı qılınclarını çəkib İmamla döyüşə hazır dayanmışdı. Qılınclar günəşin parlaq şüalarını əks etdirirdi. İmam Hüseyn(ə) onların əllərində parlayan qılınclara baxıb uca səslə buyurdu:

إِنْ كانَ دِينُ مُحَمَّدٍ لا يَسْتَقِيمُ إِلاّ بِقَتْلِى يَاصُيُوفُ خُذُونِى

Əgər cəddim Mühəmmədin dini mənim ölməyimlə diri qalacaqsa, elə isə ey qılınclar, doğrayın məni!

İmamın bu sözü tarixin səhifələrində göydəki ulduzların parıltısından da daha parlaqdır. İmam Hüseyn(ə) Kərbəla qiyamında öz hərəkatı ilə bütün müsəlmanlara bildirdi ki, insan çətinlikdə olsa belə gərək nəfsinin könüllərinə yox yalnız Allaha ibadət etməlidir.

Lakin dünyada elə insanlar da vardır ki, mal-dövləti, pulu, qızılı, vəzifəni və bu kimi şeyləri özlərinə məbud etmişlər. Belə insanlar artıq haqq yoldan uzaqlaşan şəxslərdir. Tarix boyu bir şəhvətin və ya bir vəzifənin üstündə insanların bir-birini qırması və müharibələrə səbəb olması dəfələrlə müşahidə olunmuşdur. Bunların hamısı həvayi nəfslərinə qul olduqlarından müxtəlif cinayətlərə əl atıb özlərini alçaltmışlar. Allah-təala Quranda onların barəsində belə buyurur:

أَفَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ وَأَضَلَّهُ اللَّهُ عَلَى عِلْمٍ وَخَتَمَ عَلَى سَمْعِهِ وَقَلْبِهِ وَجَعَلَ عَلَى بَصَرِهِ غِشَاوَةً فَمَن يَهْدِيهِ مِن بَعْدِ اللَّهِ أَفَلَا تَذَكَّرُونَ

Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər. Məgər düşünüb ibrət almırsınızmı?

Bu ayə barədə bəziləri elə fikirləşməsinlər ki, Allah-təala insanları zəlalətə və bədbəxtçiliyə çəkib onların yoldan çıxarır. Allah-təala özlərini zəlalətə atıb öz nəfslərinin qulu olduğunu və özləri üçün heç bir hidayət çırağı qoymadığı insanları gördükdə onların daha azğınlığa çəkir.

Sual oluna bilər ki, Allah-təala belə insanları hansı yollarla azğınlığa çəkir.?

Cavab belədir ki, əgər bir insan həvayi nəfsini özünə məbud edərsə və özü üçün heç bir hidayət yolu qoymazsa, onda Allah-təala həmin şəxsdən (təşxis) seçim qüvvəsini alar. İnsan bu qüvvənin vasitəsilə yaxşını pisdən, halalı haramdan, haqqı batildən, pakı napaklıqdan seçə bilir. Əgər bir insandan seçim qüvvəsi alınarsa onda öz vəzifəsinin nədən ibarət olduğunu anlamaz və belə olduqda isə artıq onun nəfsi onu hansı səmtə yönəltsə o tərəfə də gedəcək. Çünki belə insanda artıq seçim qüvvəsi yoxdur. Bu Allahın göndərdiyi ən böyük bəlalardan biridir ki, həvayi nəfslərini özünə məbud edən insanlara nazil edir. Allah-təala belə insanların azğınlığını bu yolla artırır.

Buna əsasən də əgər bir insandan seçim qüvvəsi alınarsa artıq belə şəxs öz vəsifəsinin nədən ibarət olduğunu və Allahın ondan nə istədiyini başa düşməyəcək. Həvayi nəfsini özlərinə məbud edən şəxslər özlərini heyvan səviyyəsinə bəlkədə ondanda alçaq bir səviyyəyə gətirib çıxarırlar ki, Allah-təala Quranda onların barəsində belə buyurur:

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ إِنْ هُمْ إِلَّا كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا

“Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayar).

İnsan nəfsani istəklərinə itaət etdikdə nəfs onu çəkib yavaş-yavaş bədbəxtlik dərəsəinə yuvarladar. Ondan sonra artıq onun üçün çıxış yolu tapılmaz.

Buna görə də İmam Hüseynin(ə) Kərbəlada Aşura günü etdiyi inqilabla bütün insanlara başa saldı ki, insan gərək öz nəfsani istəklərini özünə məbud etməməli və yalnız Allahı özü üçün həqiqi məbud qərar verməlidir.

Nəfsani istəklər insanın daxilində olan qərizələrdir ki, əgər insan onu azad buraxsa o, insanı Allahdan uzaqlaşdırıb bədbəxt edər. Bu barədə Peyğəmbər və İmamlardan bir çox hədis və rəvayətlər nəql olunmuşdur.

Həzrət Peyğəmbər(s) bu barədə belə buyurmuşdur: Ümmətim üçün ən çox iki şeydən qorxuram. Həvayi nəfs və uzun-uzadı arzular. Həvayi nəfs insanı haqq yoldan uzaqlaşdırar.

Aşura günü Həzrət Əbülfəzl fərat çayından su gətirib xeymələrə paylayan idi. O Həzrət fərat çayının kənarına gəldi, su məşkini doldurduqdan sonra iki ovucunu su ilə doldurub içmək üçün dodaqlarına tərəf apardı, lakin içmədi. Ovuclarına doldurduğu suya baxıb bu şeri oxuduqdan sonra onu yerə tökdü.

يا نَفْسُ مِنْ بَعْدِ الْحُسَينِ هَـوْنى وَ بَعْدَهُ لا كُـنْتِ اَنْ تَكُـونى

هذا الحُسَـيْنُ وارِدُ الْمَنُـونى وَتَشْرَبِـينَ بارِدَ مَعِـينى

تااللهِ ما هَذا فِعـالُ دِين

Tərcümə................................................

..........................................................................................................................................................................................................................................

Aşura günü xanım Zeynəb(s.ə) şəhid olanların analarını çağırıb onlar üçün ağlayırdı. Hər dəfə xeymələrə bir şəhid gəldikdə xanım Zeynəb(s.ə) o şəhidin anasını və qadınları çağırıb əzadarlıq edirdi. Əli Əsğərin(ə) anası Rübab Xanım Zeynəbin(s.ə) xeyməsinə daxil olub onun oğlanlarının şəhadət xəbərini verdi və dedi: Xanım çıx, sənin oğlanların üçün də ağlayıb növhə deyək. xanım Zeynəb(s.ə) buyurdu: Hüseyndən(ə) ayıbdır ki, mən xeymədən çıxıb onun yanında öz oğlanlarıma ağlayım.



Buyurdu xaneyi səbri bilün yıxan deyiləm.

Min oğlum ölsə də mən xeymədən çıxan deyiləm.

Rübab deyir ki, mən xeymədən çıxdım. Lakin gördüm ki, Zeynəb(s.ə) xeymədə Allahla münacat edərək belə deyir: İlahi Sənin məndən razı olmağın mənə kifayət edər. Əsas budur ki, sən məndən razı qalasan.



Nisbəti-lütfüvə naçizdür, neynim, olanım,

Sən riza ol, vəli mən çöldə oğulsuz dolanım.

Xanım Zeynəb bu sözlə demək istəyir: “Ey uca yaradan! Oğlanlarımın şəhid olması ilə Sən məndən razı qalacaqsansa, mən bu işə razıyam.”

Bu bəhsdən belə nəticə aldıq ki, Kərbəla hadisəsinn insanlara öyrətdiyi dərslərdən biri insanın öz nəfsani istəklərini deyil həqiqi Məbudu yəni Allahı özünə tanrı etməlidir.


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə