Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə1/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
  1   2   3   4   5   6   7   8   9   ...   128



 Sığınacaq, sərhəd və immiqrasiya 
məsələlərinə dair 
Avropa qanunvericiliyi
 üzrə vəsait 
2014-cü il nəşri
tərəfindən maliyyələşdirilir
BMqT tərəfindən həyata keçirilir


1951‐ci ildə yaradılmış Beynəlxalq Miqrasiya Təşkilati (BMqT) miqrasiya sahəsində aparıcı hökumətlər arası təşkilat 
olaraq 100‐dən artıq ölkədə dövlət orqanları, beynəlxalq və qeyri‐hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəraitində 
fəaliyyət göstərir. BMqT miqrantlara və cəmiyyətlərə fayda verən miqrasiya prosesinin humanist və nizamlı şəkildə 
təşkili prinsipinə aid müvafiq öhdəliklərinə sadiqdir və miqrasiya sahəsində operativ şəkildə yaranan təhdidlərin aradan 
qaldırılması işində müvafiq köməyin göstərilməsi, miqrasiya məsələlərinin mənimsənilməsinin qabaqcıl şəkildə təşkili, 
miqrasiya prosesləri vasitəsilə sosial‐iqtisadi inkişaf üçün lazımi şəraitin yaradılması, həmçinin miqrantların ləyaqət və 
rifahının təmin edilməsi istiqamətində beynəlxalq cəmiyyətdəki tərəfdaşları ilə birlikdə müvafiq fəaliyyətləri həyata 
keçirir. 
________________________________ 
Mətnin  əslinin 
 Fundamental  Hüquqlar  üzrə  Avropa  İttifaqı  Agentliyi  və  Avropa  Şurası/Avropa  İnsan  Hüquqları  
Məhkəməsinə aid olduğu “Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi  üzrə  Vəsait” 
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMqT tərəfindən həyata keçirilən “Azərbaycanda Miqrasiya və Sərhəd 
İdarəçiliyi üzrə Potensiallarin Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan dilinə tərcümə edilmişdir. Vəsait heç 
bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. BMqT “Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa 
Qanunvericiliyi üzrə Vəsait”in azərbaycan dilinə tərcüməsi zamanı yarana biləcək hər hansı bir uyğunsuzluq üçün heç 
bir öhdəlik qəbul etmir. Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi və Avropa Şurası/Avropa İnsan Hüquqları 
Məhkəməsi “Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait”in Azərbaycan 
dilinə 
 tərcüməsinə  görə  heç  bir  məsuliyyət  daşımır.  Vəsaitin  ingilis  dilindəki  versiyası  və  onun  azərbaycan  dilinə  
tərcüməsi arasında uyğunsuzluq yarandığı halda, ingilis dilindəki versiyası əsas götürüləcək. 
Bu vəsaitin ingilis dilindəki əslinin əlyazması üzrə işlər 2013‐cü ilin dekabr ayında tamamlanmışdır. İlk dəfə isə vəsait 2013‐cü ilin 
iyun 
 ayında  dörd  dildə  dərc  olunmuşdur.  Vəsaitin  hazırkı,  ikinci  nəşri  2013‐cü  ilin  yayında  dərc  edilmiş  Avropa  İttifaqının  
sığınacaq məsələləri üzrə qanunvericiliyinə edilən dəyişiklikləri özündə əks etdirir. Vəsaitin növbəti yenilənmiş variantları ilə 
Fundamental  Hüquqlar  üzrə Avropa  İttifaqı  Agentliyinin
 
http://fra.europa.eu/en/theme/asylum
-migration-borders
 
internet‐
səhifəsində  və  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin 
http://www.echr.coe.int
 
internet‐səhifəsinin  “Publications” 
bölməsində tanış olmaq mümkün olacaqdır. 
Vəsaitdə ifadə olunmuş fikirlər Avropa İnsan Hüquqları Məhkəməsinin üzərinə heç bir öhdəlik qoymur. Vəsaitdə seçilmiş bir sıra 
təfsirlərə  və  digər  vəsaitlərə  istinad  olunur.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  həmin  nəşrlərin  məzmununa  və  onların 
hansı formada təsdiq edilməsindən asılı olmayaraq əlavə olunmuş ədəbiyyat siyahısına daxil edilməsinə görə məsuliyyət daşımır. 
Bütün  nəşrlərin  siyahısı  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə  məxsus  kitabxananın  internet  səhifələrində 
(
http:/
/
www.echr.coe.int

verilir. 
“Sığınacaq, 
 Sərhəd  və  İmmiqrasiya  Məsələlərinə  dair  Avropa  Qanunvericiliyi  üzrə  Vəsait”in  mətninə  dair  müəllif  
hüquqları Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyinə və Avropa Şurasına aiddir: 
© Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi, 2014 
  Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 
Naşir: 
BMqT‐nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 
Azərbaycan Respublikası, Bakı şəhəri, AZ‐1069, Yaşar Hüseynov küç. 18 
Tel: +994 12 465 90 71/72 
Faks: +994 12 465 90 73 
E‐poçt: 
iombaku@iom.int
 
Veb‐səhifə: 
www.iom.int  / www.iom.az
 
ISBN 978‐92‐9068‐712‐2 
© iStock.com/jonathansloane (foto tərtibat‐üzlük) 
© Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), 2016 
Bütün  hüquqlar  qorunur.  Bu  nəşrin  heç  bir  hissəsi  naşirin  müvafiq  razılığı  olmadan  yenidən  dərc  edilə,  digər  informasiya 
sistemlərində saxlanıla, istənilən formada və ya elektron, mexaniki, surətçıxarma, yazma və ya digər vasitələrlə ötürülə bilməz.
 


5
 
 
 
ÖN SÖZ 
 
2011-ci  ilin  mart  ayında  Fundamental  Hüquqlar  üzrə  Avropa  İttifaqı  Agentliyi  və  Avropa  İnsan  Hüquqları 
Məhkəməsi ilk birgə layihənin nəticəsi olaraq ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrə məlumat kitabı dərc 
etdirmişdir. Əldə olunmuş müsbət rəyləri əsas götürərək bu cür əməkdaşlığın həddindən artıq maraq doğuran 
və  eyni  şəkildə  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  və  Avropa  İttifaqı  Ədalət  Məhkəməsinin  presedent 
hüququ,  həmçinin  Avropa  İttifaqının  müvafiq  əsasnamələri  və  direktivləri  üzrə  müfəssəl  bir  bələdçinin 
mövcudluğuna ehtiyac  duyulduğu başqa bir sahədə  davam etdirilməsi barədə  qərar qəbul olunmuşdur. Bu 
vəsait sığınacaq, sərhəd və immiqrasiya məsələləri ilə əlaqədar müvafiq Avropa standartları haqqında ümumi 
bir təsəvvür yaratmaq məqsədi daşıyır. 
 
Vəsait vəkillər, hakimlər, prokurorlar, sərhədçilər, miqrasiya xidməti əməkdaşları, həmçinin bu vəsaitlə əhatə 
olunan hər bir sahəyə aid suallarla rastlaşan dövlət orqanları, qeyri-hökumət təşkilatları və digər qurumların 
işçiləri üçün nəzərdə tutulur. 
 
2009-cu ilin dekabr ayında Lissabon Sazişi qüvvəyə mindikdən sonra Avropa İttifaqının Fundamental Hüquqlar 
Xartiyası tərəflər üzərinə hüquqi öhdəliklər qoyan bir sənəd səviyyəsinə yüksəlmişdir. Eyni zamanda, Lissabon 
Sazişi Avropa İttifaqının bu birliyə və Avropa Şurasına üzv olan bütün dövlətlər üzərinə hüquqi öhdəliklər qoyan 
Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmasını da nəzərdə tutur. Sözügedən iki Avropa məhkəməsinin 
presedent  hüququ  və  Avropa  İttifaqının  müvafiq  əsasnamələri  və  direktivləri  ilə  inkişaf  etdirilmiş  ümumi 
prinsiplərin mənimsənilməsi işinin təkmilləşdirilməsi əlaqədar standartların müvafiq qaydada tətbiq edilməsi 
və bununla da fundamental hüquqlara milli səviyyədə hərtərəfli hörmətin təmin edilməsi üçün çox önəmlidir. 
Biz bu vəsaitin belə bir vacib vəzifənin dəstəklənməsinə xidmət edəcəyinə ümid edirik. 
 
 
 
 
 
 
 
 
 
 
Erik Friberq 
 
 
Avropa İnsan Hüquqları  
Məhkəməsinin katibi 
 
 
Morten Kyarum 
 
 
Fundamental Hüquqlar üzrə 
Avropa İttifaqı Agentliyinin 
direktoru 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə