Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa qanunvericiliyi üzrə vəsait



Yüklə 159,61 Kb.
Pdf görüntüsü
səhifə64/128
tarix29.10.2017
ölçüsü159,61 Kb.
#7525
1   ...   60   61   62   63   64   65   66   67   ...   128

Sığınacaq, Sərhəd və İmmiqrasiya Məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə Vəsait
 
98
 
etdiklərini  nəzərə  alaraq  ailənin  Qanada  bütövlükdə  məskunlaşması  və  ya  ən  azı  iddiaçı  ilə  müntəzəm 
əlaqələrin saxlanması üçün kənar edilə bilməyən maneələrin mövcud olmaması qənaətinə gəlmişdir. 
 
Misal: Əmrollahinin Danimarkaya qarşı işində
252
 iddiaçı Danimarkada daimi yaşamaq üçün icazəsi olan İran 
vətəndaşı idi. Onun Danimarkalı partnyorundan iki və əvvəlki münasibətindən Danimarkada yaşayan bir 
uşağı var idi. O, narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunaraq cəzasını çəkib azadlığa 
çıxdıqdan  sonra  dövlət  orqanları  onu  İrana  deportasiya  etməyə  çalışırdı.  Avropa  İnsan  Hüquqları 
Məhkəməsi  iddiaçının  Danimarkadan  təklif  olunan  daimi  çıxarılması  nəticəsində  ailəsinin  dağılması 
səbəbindən  Avropa  İnsan  Hüquqları  Konvensiyasının  8-ci  maddəsinin  pozulacağı  qənaətinə  gəlmişdir. 
İddiaçının  həyat  yoldaşının  heç  zaman  İranda  olmaması,  fars  dilini  bilməməsi  və  müsəlman  olmaması 
səbəbindən bu ailənin öz həyatını Danimarkadan kənarda davam etdirməsi səmərəsiz hesab olunmuşdur. 
Danimarkalı qadının İranlı kişi ilə nikahda olmasından başqa həmin ölkə ilə heç bir əlaqəsi yox idi.
253
 
 
Misal:  Həsənbaşiçin  İsveçrəyə  qarşı  işində
254
  iddiaçı  cüzi  hüquqpozmalara  görə  bir  neçə  dəfə  məhkum 
edilmişdir. Lakin ehtimal olunurdu ki, onun ölkədən çıxarılması bu məhkumluqlarla deyil, onun çox böyük 
borcları və özü ilə ailəsinin əldə etdikləri sosial təminat müavinətləri ilə əlaqədar idi. Avropa İnsan Hüquqları 
Məhkəməsi yuxarıda sadalanan meyarardan birini tətbiq edərək ölkənin iqtisadi rifah maraqlarının şəxsi 
həyata və ailə həyatına hörmət hüququna müdaxiləni əsaslandıran zəruri hal kimi Avropa İnsan Hüquqları 
Konvensiyasında birmənalı şəkildə əks olunduğunu nəzərə almışdır. Bununla əlaqədar olaraq sosial təminat 
sistemindən asılılığın ölkənin iqtisadi rifahına mənfi təsir göstərməsi səbəbindən İsveçrənin dövlət orqanları 
tərəfindən iddiaçının borclarının və onun ailəsinin sosial təminat sistemindən asılılığının nəzərə alınmasını 
əsaslandırımaq mümkündür. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi bu amillə yanaşı iddiaçının və onun 
ailəsinin kifayət qədər uzun müddət ərzində İsveçrədə yaşadığını və İsveçrə cəmiyyətinə inteqrasiya etdiyini 
nəzərə alaraq onun çıxarılması ilə Avropa İnsan Hüquqları Konvnesiyasının 8-ci maddəsinin pozulacağını 
müəyyən etmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                
252
Ə
mrollahin
in Danimarkaya qarşı 
(Amrollahi v. Denmark) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
əki 56811/00 saylı, 11 iyul 2002
-ci il 
tarixli işi.
  
253
 
Buna oxşar qərarlarla tanış olmaq üçün
 Belcudinin Fransaya 
(Beldjoudi v. France)

Boultifin İsveçrə
y
ə
 
(Boultif v. Switzerland)
 
v
ə
 
Udehin İsveçrə
y
ə
 
qarşı 
(Udeh v. Switzerland) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki müvafiq olaraq 12083/86, 54273/00 v
ə
 12020/09 
saylı, 26 mart 1992
-ci il, 2 avqust 2001-ci il v
ə
 16 aprel 2013-
cü il tarixli işlə
rin
ə
 
baxın.
 
254
H
ə
s
ənbaşiçin İsveçrə
y
ə
 
qarşı 
(Hasanbasic v. Switzerland) 
Avropa İnsan Hüquqları Mə
hk
ə
m
ə
sind
ə
ki 52166/09 say
lı, 11 iyun 2013
-cü il 
tarixli işi.
 


99
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əlavə presedentlər və ədəbiyyat 
 
Əlavə  presedentlərlə  tanış  olmaq  üçün  zəhmət  olmasa  bu  vəsaitin  174-ci  səhifəsində  verilmiş  təlimatlara 
diqqət yetirin. Bu fəsildə nəzərdən keçirilmiş məsələlərə aid əlavə materiallarla vəsaitin 157-ci səhifəsindəki 
"Əlavə ədəbiyyat" hissəsində tanış olmaq mümkündür. 
 
 
 
 
 
 
 
 
Əsas məqamlar 
 

Hərəkət  etmək  azadlığından  irəli  gələn  hüquqlarını  icra  etməyən  Avropa  İttifaqı  vətəndaşlarının 
ailələrinin  yenidən  birləşməsi  məsələsi  Avropa  İttifaqı  qanunvericiliyi  ilə  əhatə  olunmur.  Avropa 
İttifaqına üzv olan bəzi dövlətlərdə hərəkət etmək azadlığından irəli gələn hüquqları icra edən Avropa 
İttifaqı vətəndaşları həmin dövlətlərin vətəndaşları ilə müqayisədə daha geniş hüquqlardan istifadə 
edirlər (bu fəslin "Giriş" bölməsinə baxın). 

Hərəkət etmək azadlığı Direktivi
 Avropa İqtisadi Zonası və Avropa İttifaqı vətəndaşlarının müvafiq 
hüquqlara malik ailə üzvlərinə o dərəcədə şamil olunur ki, onlar öz vətəndaşlığından asılı olmayaraq 
hərəkət etmək azadlığından irəli gələn hüquqları icra etmiş olsunlar. Direktiv çıxarılmaya qarşı Avropa 
İqtisadi Zonası vətəndaşları tərəfindən istifadə olunan müdafiəyə bərabər səviyyəli müdafiəni onların 
müvafiq hüquqlara malik ailə üzvlərinə də şamil edir (Bölmə 5.2-ə baxın). 

Üçüncü ölkə vətəndaşları olan zəmanətçilərin ailələrinin yenidən birləşməsi məsələsi 
Ailənin yenidən 
birləşməsi  Direktivi
  ilə  tənzimlənir.  Bu  Direktiv  prinsip  etibarı  ilə  müvafiq  ailə  üzvünün  əlaqədar 
dövlətdən kənarda olmasını tələb etsə də üzv dövlətlər belə bir tələbdən geri çəkilə bilər (Bölmə 5.3-
ə baxın). 

Avropa İttifaqı qanunvericiliyi ailə münasibətlərinin əlaqədar zəmanətçinin Avropa İttifaqı ərazisində 
yaşamağa başlamasından əvvəl və ya sonra yaranması məsələləri arasında fərq qoymur (Bölmə 5.3-
ə baxın). 

Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə təmin 
olunan şəxsi həyata və ailə həyatına hörmət hüququnu nəzərə alaraq çıxarılma barədə qərarların 
mütənasibliyini  qiymətləndirmək  üçün  meyarlar  işləyib  hazırlamışdır.  Avropa  İnsan  Hüquqları 
Məhkəməsinin ailə üzvlərinin çıxarılmasına və ya ailənin yenidən birləşməsinə yanaşması hər bir işin 
konkret və faktiki hallarından asılıdır (Bölmə 5.2-ə və/və ya 5.4.1-ə baxın) 

Avropa  Sosial  Xartiyası  ailənin  yenidən  birləşməsi  hüququnu  nəzərdə  tutur,  Sosial  Hüquqlar  üzrə 
Avropa  Komitəsinin  presedent  hüquqi  isə  bu  cür  yenidən  birləşmələrlə  əlaqədar  tətbiq  edilməsi 
mümkün olan şərtləri və məhdudiyyətləri müəyyən edir (Bölmə 5.3-ə baxın). 

Avropa  İnsan  Hüquqları  Konvensiyasına  əsasən  şəxsin  immiqrasiya  statusu  ilə  əlaqədar  nikahının 
qeyd-şərtsiz qadağan olunması qəbul edilməzdir (Bölmə 5.1-ə baxın). 
 


Yüklə 159,61 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə