Sığorta fəaliyyəti haqqında



Yüklə 0,52 Mb.
səhifə4/9
tarix14.05.2018
ölçüsü0,52 Mb.
#44200
1   2   3   4   5   6   7   8   9

qaldırılması məqsədi ilə bu Qanunun VII Fəslində nəzərdə tutulmuş əlaqəli

şəxslərlə bağlanan əqdlərin müəyyənləşdirilməsi və araşdırılması üzrə təlimatı

təsdiq etmək;

30.1.3. müştərilərlə ədalətli rəftar olunması, o cümlədən, onlara müvafiq

məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin bu Qanuna uyğun

olaraq qorunması, sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli

qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin

sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddət ərzində

ödənilməsi, həmçinin sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında

baxılıb həll edilməsi üzrə təlimatı təsdiq etmək;

30.1.4. əhəmiyyətli risklərin mütəmadi olaraq müəyyənləşdirilməsi,

qiymətləndirilməsi və nəzarətdə saxlanması məqsədi ilə risklərin idarə edilməsinin

daxili siyasətini və qaydalarını təsdiq etmək;

30.1.5. böyük həcmli itkilərin baş verməsi risklərinin qarşısının alınması və

əvvəlcədən nəzərdə tutulan gəlir əldə edilməsi üçün bu Qanunun VI Fəslinin

tələblərinə cavab verən sığortaçının investisiya siyasətini təsdiq etmək;

30.1.6. təkrarsığorta əməliyyatları üzrə siyasəti, o cümlədən təkrarsığortanın

etibarlılığını, risklərin bölüşdürülməsinin ümumi səviyyəsini, hər bir risk üzrə

şəxsi tutumun və hər bir sığorta hadisəsi üzrə öhdəliyin yuxarı həddini və

təkrarsığortanın sığortaçı üçün məqbul hesab edilən digər meyarlarını təsdiq

etmək; 27

30.1.7. sığortaçının bu Qanunun 30.1.1-30.1.6-cı maddələrində nəzərdə

tutulmuş siyasətə, strategiyalara və təlimatlara ciddi riayət etməsinə, şəraitin

dəyişməsi nəzərə alınmaqla bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına

daimi nəzarəti həyata keçirmək.

Maddə 31. Sığortaçının İdarə Heyəti

31.1. Sığortaçının İdarə Heyəti üç nəfərdən az olmayan tək sayda fiziki şəxs

olan üzvlərdən ibarətdir.

31.2. İdarə Heyətinin üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər. İdarə

Heyətinin üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.

31.3. Digər hüquqi şəxsdə rəhbər vəzifə tutan şəxs sığortaçının İdarə

Heyətinin üzvü ola bilməz. Sığortaçının İdarə Heyətinin üzvü digər hüquqi şəxsdə

rəhbər vəzifəyə təyin olunduqda Səhmdarların Ümumi Yığıncağının qərarı ilə

İdarə Heyətinin üzvü vəzifəsindən azad edilir.

31.4. İdarə Heyətinin üzvləri sırasından İdarə Heyətinin sədri və onun bir,

yaxud bir neçə müavini seçilir. İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyətinin

əsasnaməsində müəyyən edilir.

31.5. İdarə Heyətinin iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə

səlahiyyətlidir.

31.6. İdarə Heyətinin qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu

ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı

bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə İdarə Heyəti sədrinin

səsi həlledici sayılır.

31.7. İdarə Heyəti fəaliyyətini Direktorlar Şurası tərəfindən işlənib

hazırlanan biznes strategiyasına, həmçinin bu Qanunun 29.1.10-cu maddəsinə

əsasən qəbul edilən qayda və prosedurlara uyğun olaraq həyata keçirir.

Maddə 32. Sığortaçının Təftiş Komissiyası, onun tərkibi və iclasları

32.1. Sığortaçının Təftiş Komissiyası üç nəfərdən az olmayan tək sayda

fiziki şəxs olan üzvlərdən ibarətdir. Bu üzvlərdən ən azı biri bu Qanunun 32.3-cü

maddəsinə uyğun olaraq seçilən müstəqil şəxs olmalıdır.

32.2. Təftiş Komissiyasının üzvləri 3 ildən çox olmayan müddətə seçilirlər.

Təftiş Komissiyasının üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər.

32.3. Sığortaçının və ya onunla əlaqəli şəxsin idarəetmə orqanının üzvü

olmayan, həmçinin özü və ya arvadı (əri) sığortaçının və ya onunla əlaqəli şəxsin

hər hansı səhminə malik olmayan şəxs Təftiş Komissiyasının müstəqil üzvü seçilə

bilər.

32.4. Təftiş Komissiyasının üzvləri sırasından Təftiş Komissiyasının sədri



və onun bir, yaxud bir neçə müavini seçilir. Təftiş Komissiyasının sədrinin

səlahiyyətləri Təftiş Komissiyası haqqında əsasnamə ilə müəyyən edilir. 28

32.5. Təftiş Komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak

etdikdə səlahiyyətlidir.

32.6. Təftiş Komissiyasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs

çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə

zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər bölündükdə Təftiş

Komissiyasının sədrinin səsi həlledici sayılır.

Maddə 33. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri

33.1. Sığortaçının Təftiş Komissiyasının səlahiyyətləri aşağıdakılardır:

33.1.1. sığortaçının audit strategiyasını və siyasətini müəyyən etmək;

33.1.2. daxili audit planlarını təsdiq etmək;

33.1.3. müstəqil auditorun təyin edilməsi ilə əlaqədar sığortaçının

səlahiyyətli idarəetmə orqanlarına təkliflər vermək;

33.1.4. Səhmdarların Ümumi Yığıncağına və Direktorlar Şurasına daxili

nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

33.1.5. daxili audit xidmətinin fəaliyyətinə nəzarət etmək;

33.1.6. səlahiyyətlərinə aid olan məsələlər üzrə Direktorlar Şurasının və

İdarə Heyətinin iclaslarının çağırılmasını tələb etmək, daxili audit xidmətinin

iclasını çağırmaq;

33.1.7. qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata

keçirmək.

Maddə 34. Sığortaçının Təftiş Komissiyasının vəzifələri

34.1. Sığortaçının Təftiş Komissiyasının vəzifələri aşağıdakılardır:

34.1.1. sığortaçının maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan

əməliyyatlara və ya şəraitə nəzarət etmək;

34.1.2. illik maliyyə nəticələrini müzakirə etmək üçün müstəqil auditorla

görüşlər keçirmək;

34.1.3. sığortaçının rəhbər işçilərinin müstəqil auditorla birgə işini təşkil

etmək, müstəqil auditorun aşkarladığı çatışmazlıqların aradan qaldırılması və

tövsiyələrinin tətbiqi üçün tədbirlər görmək;

34.1.4. sığortaçının idarəetmə orqanlarının müstəqil auditorlarla,

səlahiyyətli dövlət orqanları, o cümlədən sığorta nəzarəti orqanı ilə əməkdaşlığını

təmin etmək;

34.1.5. sığortaçının daxili nəzarət sisteminin səmərəliliyini İdarə Heyəti ilə

müzakirə etmək;

34.1.6. sığortaçının maliyyə hesabatlarına, o cümlədən illik balansına

baxmaq, müvafiq irad və tövsiyələrini Direktorlar Şurasına bildirmək;

34.1.7. Direktorlar Şurasının təqdimatı əsasında əlaqəli şəxslərlə

bağlanmasına bu Qanunla icazə verilən əqdlərə rəsmiləşdirilməzdən əvvəl baxmaq 29

və əqdin bu Qanunun tələblərinə və sığortaçının maraqlarına uyğunluğu barədə rəy

bildirmək.

Maddə 35. Sığortaçının daxili audit xidməti

35.1. Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili

nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir.

Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.

35.2. Daxili audit xidmətinin rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə

Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

35.3. Sığortaçılarda daxili auditin aparılması qaydaları sığorta nəzarəti

orqanı tərəfindən müəyyən edilir.

Maddə 36. Yardımçı komitələr

36.1. Direktorlar Şurası öz üzvləri sırasından yardımçı komitələr təşkil edə

və öz səlahiyyətlərinin bir hissəsini onlara həvalə edə bilər.

36.2. Yardımçı komitələrin təşkili və onlara müvafiq səlahiyyətlərin həvalə

edilməsi Direktorlar Şurasının səlahiyyətlərini və vəzifələrini məhdudlaşdırmır.

Maddə 37. Sığortaçının rəhbər işçilərinə dair tələblər

37.1. Sığortaçının Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş

Komissiyasının üzvləri, daxili audit xidmətinin rəhbəri, baş mühasibi və aktuarisi

sığortaçının rəhbər işçiləridir.

37.2. Sığortaçının rəhbər işçisi aşağıdakı tələblərə cavab verməlidir:

37.2.1. ali təhsili olmalıdır;

37.2.2. müvafiq rəhbər vəzifəyə təyin olunmaq üçün aşağıdakı iş

təcrübəsinə malik olmalıdır:

37.2.2.1. Direktorlar Şurasının sədri - istənilən sahədə rəhbər vəzifədə və ya

sığorta sektorunda ən azı 5 il;

37.2.2.2. İdarə Heyətinin sədri – sığorta sektorunda ən azı 3 il;

37.2.2.3. Direktorlar Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının

üzvləri, habelə daxili audit xidmətinin rəhbəri – maliyyə sahəsində ən azı 3 il,

yaxud sığorta sektorunda ən azı 2 il;

37.2.2.4. baş mühasib – maliyyə sahəsində baş mühasib kimi ən azı 3 il və

ya sığorta sektorunda mühasib kimi ən azı 2 il;

37.2.3. qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan olunaraq

məcburi ləğv edilmiş hüquqi şəxsin ləğvi haqqında qərarın qəbul edildiyi tarixdən

ən azı 12 ay əvvəlki dövrdə həmin hüquqi şəxsin Direktorlar Şurasının, Təftiş

Komissiyasının, İdarə Heyətinin və ya daxili audit xidmətinin üzvü, yaxud baş

mühasibi olmamalıdır. Bu tələb həmin hüquqi şəxsin qanunvericiliklə müəyyən 30

edilmiş qaydada müflis elan olunaraq məcburi ləğvi haqqında qərarın qəbul

edildiyi tarixdən etibarən 5 il müddətində tətbiq edilir;

37.2.4. sığortaçının rəhbər işçisi vəzifəsindən qanunvericiliklə müəyyən

olunmuş qaydada qeyri-qənaətbəxş fəaliyyətinə görə kənarlaşdırılmış olmamalıdır;

37.2.5. səhmdarların Ümumi Yığıncağı istisna edilməklə, sığortaçının digər

idarəetmə orqanının üzvü olmamalıdır;

37.2.6. bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu tələblərinə

uyğun gəlməlidir;

37.2.7. sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən

həmin orqanda müvafiq attestasiyadan keçməlidir.

37.3. Sığortaçının rəhbər işçilərinə dair bu Qanunun 37.2-ci maddəsinin

tələbləri sığortaçının rəhbər işçisi vəzifəsini müvəqqəti icra edən şəxslərə də şamil

olunur.

37.4. Bu Qanunun 37.2-ci maddəsində göstərilən tələblərə cavab verməyən

şəxslər rəhbər işçi vəzifəsinə uyğun hesab edilmir.

37.5. Bu Qanunun 37.2.7-ci maddəsinin tələbi Direktorlar Şurasının

üzvlərinə şamil edilmir.

Maddə 38. Sığortaçının rəhbər işçilərinin təyin edilməsi

38.1. Sığortaçının rəhbər işçisi vəzifəsinə sığorta nəzarəti orqanının razılığı

əsasında təyin edilir. Bu tələb sığortaçının idarəetmə orqanlarının üzvü vəzifəsinə

növbəti müddətə yenidən təyin edilən şəxslərə şamil olunmur.

38.2. Sığorta nəzarəti orqanının razılığı olmadan sığortaçının rəhbər işçisi

vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan

etibarsızdır.

38.3. Sığorta nəzarəti orqanı sığortaçının rəhbər işçisi vəzifəsinə təyinatla

bağlı müraciətin (şəxsin müvafiq tələblərə cavab verməsini təsdiqləyən

məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat

qaydasında təsdiq edilmiş surətləri ilə birlikdə) sığortaçı tərəfindən təqdim edildiyi

tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun 37.2-ci

maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə razılıqdan imtina barədə

sığortaçıya yazılı bildiriş göndərir.

38.4. Sığorta nəzarəti orqanının hər hansı şəxsin sığortaçının rəhbər işçisi

vəzifəsinə təyinatı ilə bağlı müraciətinə bu Qanunun 38.3-cü maddəsində nəzərdə

tutulmuş müddətdə yazılı etiraz etməməsi qeyd olunan təyinata bu orqanın razılığı

kimi qiymətləndirilir.

38.5. Aşağıdakı hallarda sığorta nəzarəti orqanı sığortaçıya rəhbər işçisinin

təyin edilməsinə verdiyi razılığın geri alınması və onun əsasında vəzifəyə təyin

edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimat verə bilər:

38.5.1. razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış

olması sonradan aşkar edildikdə; 31

38.5.2. rəhbər işçi sığortaçıdakı fəaliyyəti ilə bağlı yol verdiyi hüquq

pozuntularına görə son 1 il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə

cəlb edildikdə.

Maddə 39. Sığortaçının xarici fiziki şəxs olan rəhbər işçisi

Xarici fiziki şəxslər sığortaçının rəhbər işçisi vəzifəsinə Azərbaycan

Respublikasında xarici fiziki şəxslərin işə qəbul edilməsini tənzimləyən müvafiq

qanunvericiliyin tələbləri nəzərə alınmaqla təyin edilir.

Maddə 40. Sığortaçının rəhbər işçiləri üçün məlumatların açıqlığı

Rəhbər işçinin vəzifələrini yerinə yetirməsi üçün lazım olan məlumatlar, o

cümlədən maliyyə hesabatları və digər hesabatlar sığortaçı tərəfindən təmin

edilməlidir.

Maddə 41. Sığortaçının işçilərinin vəzifələri

41.1. Sığortaçının işçiləri, o cümlədən rəhbər işçiləri qanunvericiliyə,

sığortaçının nizamnaməsinə və daxili sənədlərinə, əmək müqaviləsinin şərtlərinə

riayət etməli, funksiyalarının icrası zamanı sığortaçının mənafelərinin yüksək

səviyyədə təmsil olunması üçün çalışmalı, müvafiq şəraitdə mümkün olan qayğı,

çalışqanlıq və bacarıqla hərəkət etməlidirlər.

41.2. Sığortaçının daxili sənədlərinin, həmçinin hər hansı müqavilənin

müddəaları sığortaçının rəhbər və digər işçilərini qanunvericiliklə müəyyən

olunmuş məsuliyyətdən azad etmir.

41.3. Rəhbər və digər işçilər öz funksiyalarını bu Qanunun 41.1-ci

maddəsinin tələblərinə müvafiq olaraq yerinə yetirdikdə onların hər hansı

məsuliyyətə cəlb edilməsi ilə, o cümlədən hüquqlarının müdafiəsi ilə bağlı

xərclərinin əvəzi sığortaçı tərəfindən ödənilə bilər.

Maddə 42. Sığortaçının rəhbər işçiləri və müstəqil auditoru barədə məlumat

42.1. Səhmdarların Ümumi Yığıncağının aşağıda göstərilən şəxslər barədə

qərar qəbul edilmiş hər iclasından sonra sığortaçı 10 iş günü ərzində sığorta

nəzarəti orqanına aşağıdakı məlumatları təqdim etməlidir:

42.1.1. sığortaçının Direktorlar Şurasının, Təftiş Komissiyasının və İdarə

Heyətinin üzvlərinin:

42.1.1.1. adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;

42.1.1.2. iş təcrübəsi və ixtisas keyfiyyətləri;

42.1.1.3. digər hüquqi şəxsin idarəetmə orqanının üzvü olub olmaması

barədə məlumat;

42.1.1.4. səlahiyyət müddətinin başa çatma tarixi; 32

42.1.2. sığortaçının müstəqil auditorunun:

42.1.2.1. adı, soyadı, atasının adı, yaşadığı yer və poçt ünvanı;

42.1.2.2. təyin olunma tarixi;

42.1.2.3. iş təcrübəsi və ixtisas keyfiyyətləri.

V Fəsil


Sığorta və təkrarsığorta fəaliyyətinin lisenziyalaşdırılması

Maddə 43. Lisenziyalaşdırmaya dair tələblər

43.1. Sığorta fəaliyyətinə və təkrarsığorta fəaliyyətinə lisenziyanın

verilməsi, lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması, məhdudlaşdırılması

və ləğv edilməsi bu Qanunla müəyyən edilmiş qaydada sığorta nəzarəti orqanı

tərəfindən həyata keçirilir.

43.2. Yeni təsis edilmiş açıq səhmdar cəmiyyətinin müvafiq olaraq sığorta

və ya təkrarsığorta fəaliyyətinə lisenziya 5 il müddətinə, lisenziya almaq üçün bu

Qanunun 57.1-ci maddəsinə əsasən müraciət edən sığortaçıların müvafiq olaraq

sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya isə müddətsiz verilir.

43.3. Sığorta fəaliyyətinə verilən lisenziya sığorta və təkrarsığorta fəaliyyəti

ilə, təkrarsığorta fəaliyyətinə verilən lisenziya isə yalnız təkrarsığorta fəaliyyəti ilə

məşğul olmaq hüququ verir.

43.4. Sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyanın verilməsi üçün

müraciətə sığorta nəzarəti orqanı tərəfindən iki mərhələdə baxılır:

43.4.1. təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs

(şəxslər) tərəfindən lisenziya verilməsi üçün edilən ilkin müraciətə baxılması;

43.4.2. açıq səhmdar cəmiyyəti kimi dövlət qeydiyyatına alındıqdan sonra

lisenziya verilməsi üçün yekun müraciətə baxılması.

Maddə 44. Lisenziya verilməsi üçün ilkin müraciət zamanı təqdim olunan

sənədlər

44.1. Lisenziya verilməsi üçün ilkin müraciət edilərkən sığortaçı olmaq

üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin təsisçilərinin və ya səhmdarlarının

bu Qanunun 19-cu maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlərlə

yanaşı, aşağıdakı sənədlər təqdim edilməlidir:

44.1.1. sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin bu

Qanuna uyğun şəkildə müəyyən edilmiş adı və ünvanı əks olunmaqla lisenziya

verilməsi barədə yazılı müraciət;

44.1.2. açıq səhmdar cəmiyyətinin nizamnaməsinin notariat qaydasında

təsdiq edilmiş surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq

qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti;

44.1.3. hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə

təsisçilərin: 33

44.1.3.1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında

şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

44.1.3.2. təsis sənədlərinin notariat qaydasında təsdiqlənmiş surəti;

44.1.3.3. son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə

isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən

əvvəlki rübün mühasibat balansları, mənfəət və zərərlər haqqında müstəqil auditor

tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları;

44.1.3.4. nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli

idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;

44.1.4. fiziki şəxs olan təsisçilərin şəxsiyyət vəsiqəsinin məlumatları, daimi

yaşayış yerini, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər,

səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər;

44.1.5. şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən,

müvafiq qaydada təsdiq olunmuş sənəd;

44.1.6. təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər

bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin

mühüm iştirak payları haqqında məlumatlar;

44.1.7. ən azı növbəti 3 il üçün aşağıdakı məlumatları əks etdirən biznesplan:

44.1.7.1. təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin

əsaslandırılmış məbləği;

44.1.7.2. fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə

vəsaitlərinin məbləği;

44.1.7.3. sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər;

44.1.7.4. marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal

olunan müştəri qrupları;

44.1.7.5. təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı;

44.1.7.6. təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz;

44.1.7.7. auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat;

44.1.7.8. biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması

planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və

strukturunun, sığorta haqlarının, komisyon mükafatların, işlərin aparılması

xərclərinin, sığorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin

proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi;

44.1.7.9. istifadə ediləcək ofis binasının, kompüter və telekommunikasiya

sistemlərinin, elektron mühasibat və digər kompüter proqramlarının təsviri;

44.1.7.10.daxili nəzarət mexanizmlərinin təsviri;

44.1.8. rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin

siyahısı və onların vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq

edilmiş ərizəsi.

44.2. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə

baxarkən sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə

kapitalında mühüm iştirak payını əldə etməyi nəzərdə tutan fiziki şəxs olan təsisçi

və hüquqi şəxs olan təsisçinin rəhbər işçiləri barədə maliyyə, vergi və hüquqmühafizə orqanlarından müvafiq məlumat ala bilər. Bu tələb sonradan mühüm 34

iştirak payını əldə etmək istəyən fiziki şəxsə, hüquqi şəxs olan istənilən səhmdarın

rəhbər işçilərinə də şamil edilir. Maliyyə, vergi və hüquq-mühafizə orqanları

sığorta nəzarəti orqanının tələb etdiyi məlumatları 10 gün müddətində verməyə

borcludurlar.

44.3. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı xarici təsisçinin xarici

ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sənədləri qanunvericiliklə

müəyyən edilmiş qaydada təsdiq olunmalıdır.

Maddə 45. Lisenziya verilməsi üçün ilkin müraciətə baxılması

45.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə bu

Qanunun 44.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 45.2-ci maddəsinə

uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən ən

sonuncusunun ona təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.

45.2. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı sənədlər tam həcmdə

təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış

olduqda sığorta nəzarəti orqanı sənədlərin tam həcmdə təqdim edilməsini,

məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.

45.3. Sığorta nəzarəti orqanının lisenziya verilməsi üçün ilkin müraciətə

müsbət cavab verdiyi tarixdən etibarən 6 ay müddətində lisenziya almaq üçün

yekun müraciət təqdim olunmalıdır.

45.4. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciətə

baxılmasının nəticəsi barədə müraciət edənə bu Qanunun 45.1-ci maddəsində

göstərilən müddətdə yazılı bildiriş göndərir.

Maddə 46. Lisenziya verilməsi üçün ilkin müraciətin rədd edilməsinin əsasları

46.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciəti

aşağıdakı hallarda rədd edir:

46.1.1. bu Qanunun 44.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam

həcmdə təqdim edilmədikdə və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar

aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 45.2-ci maddəyə uyğun olaraq

tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə;

46.1.2. bu Qanunun 18-ci, 19-cu və 20.1-ci maddələrinin tələbləri tam təmin

olunmadıqda;

46.1.3. təsisçilərin maliyyə vəsaitləri səhmlərin ödənilməsi və təşkilati

tədbirlər üçün kifayət etmədikdə;

46.1.4. biznes-plan gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə

qabiliyyətinin, təsis edilən sığortaçının normal fəaliyyət göstərməsinin təmin

edilməsi, habelə sığortalıların hüquqlarının müdafiəsi baxımından qənaətbəxş

hesab edilmədikdə;

46.1.5. sığorta nəzarəti orqanına bu Qanunun 45.2-ci maddəsinə uyğun

olaraq verilmiş tələbdən sonra da sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs və35

onun təsisçiləri barədə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz

olduqda.

46.2. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün ilkin müraciəti rədd

etdikdə bu Qanunun 45.4-cü maddəsində nəzərdə tutulmuş bildirişdə bunun

səbəblərini göstərməlidir.

Maddə 47. Lisenziya verilməsi üçün yeni ilkin müraciət

Lisenziya verilməsi üçün ilkin müraciət rədd edildikdə sığorta nəzarəti

orqanına təkrarən təqdim edilən lisenziya verilməsi üçün müraciətə yeni ilkin

müraciət kimi baxılır.

Maddə 48. Lisenziya verilməsi üçün ilkin müraciətlə bağlı müsbət cavabın

dəyişdirilməsinin əsasları


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə