Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 5. Sığorta fəaliyyəti sahəsində qadağanlar



Yüklə 290,22 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix14.09.2018
ölçüsü290,22 Kb.
#68247
1   2   3   4   5   6   7

 

Maddə 5. Sığorta fəaliyyəti sahəsində qadağanlar  

 

1. Sığorta sahəsində aşağıdakılar qadağandır:  



1.1. Xüsusi razılıq olmadan sığorta fəaliyyəti; 

 

1.2. Sığortaçının sığorta xidmətləri bazarını inhisara alması, habelə  sığorta fəaliyyətində 



rəqabətin məhdudlaşdırılmasına yönəldilmiş sazişlər və müqavilələr bağlaması. 

 

1.3. Sığortaçının bank, istehsal və ticarət fəaliyyəti ilə məşğul olması.  



 

Maddə 6. Sığortaçının adı  

 

1. Sığortaçının Azərbaycan dilində tam rəsmi adı olur. Onun tam adında «sığorta» sözü və 



təşkilati-hüquqi forması göstərilməlidir. Sığortaçının adı həmçinin xarici dildə tam və ya qısaldılmış 

formada yazıla bilər.  

2. Sığortaçının adında Azərbaycan Respublikasının rəmzlərindən və «Azərbaycan 

Respublikası», «dövlət», «milli», «mərkəzi» sözlərindən qanunvericiliyə müvafiq surətdə istifadə 

olunur. Eyni addan müxtəlif sığortaçıların istifadə etməsinə yol verilmir. 

 

II fəsil. Sığorta işinin təşkili 

 

Maddə 7. Sığortaçıların təsisçiləri  

 

Siyasi partiyalar, ictimai birliklər və fondlar (qeyri-kommersiya təşkilatları) istisna 



edilməklə, bir və ya bir neçə hüquqi və ya fiziki şəxs, bilavasitə sığorta fəaliyyətini həyata keçirmək 

üçün qanunvericilikdə nəzərdə tutulan bütün təşkilati hüquqi formalarda sığortaçını təsis edə bilərlər.  

 

Maddə 8. Nizamnamə kapitalı barəsində tələblər  

 

1. Sığortaçının və  təkrar sığortaçının nizamnamə kapitalının minimum məbləğini 



qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, 

sığortaçı nizamnamə kapitalını dövlət qeydiyyatına alınmazdan əvvəl tamamilə ödəməlidir.  

3. Sığortaçının nizamnamə kapitalını formalaşdırmaq üçün kredit şəklində cəlb olunmuş pul 

vəsaitindən, habelə qanunvericilikdə  nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və  bələdiyyə 

büdcələrinin, büdcədənkənar fondların pul vəsaitindən və dövlət hakimiyyəti orqanlarının 

sərəncamında olan digər vəsaitdən istifadə edilə bilməz.  

4. Nizamnamə kapitalına pay şəklində qoyulan əmlakın və ya əmlak hüquqlarının dəyərinin 

nizamnamə kapitalına nisbəti 25 faizdən çox ola bilməz.  

5. Sığortaçının pul şəklində ödənilmiş nizamnamə kapitalı beynəlxalq kredit reytinqlərindən 

müvafiq icra hakimiyyəti orqanının göstərdiyi reytinqdən aşağı olmayan banklarda tam həcmdə 

saxlanıla bilər.  

6. Nizamnamə kapitalına qoyulan əmlakın qiymətinin bazar qiymətinə üyğunluğuna müvafiq 

icra hakimiyyəti orqanı nəzarət edir.  

 



Maddə 9. Hüquqi şəxslərin nizamnamə kapitalında sığortaçının iştirakı üçün məhdudiyyət  

 

Qanunvericilikdə daha yuxarı faiz nəzərdə tutulmayıbsa, sığortaçının bilavasitə  və ya 



dolayısı ilə  hər hansı hüquqi şəxsin nizamnamə kapitalında iştirakı  sığortaçının öz vəsaitinin 20 

faizindən artıq və bütün belə  iştirakın məcmu məbləği onun öz vəsaitinin 50 faizindən artıq ola 

bilməz.  

 

Maddə 10. Sığortaçının nizamnaməsi  

 

Sığortaçılar bu Qanuna uyğun olaraq tərtib edilmiş nizamnamə əsasında fəaliyyət göstərirlər. 



Nizamnamədə edilən dəyişikliklər barəsində qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatı 

orqanına və müvafiq icra hakimiyyəti orqanına 15 gün müddətində  məlumat verilir. elan edilmiş 

nizamnamə kapitalının dəyişməsi barədə  məlumat həmin müddətdə müvafiq icra hakimiyyəti 

orqanına verilir.  

Nizamnamədə  dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən 

edilmiş qaydada üçüncü şəxslər üçün qüvvəyə minir.  

 

Maddə 11. Sığortaçının təşkilati strukturu  

 

1. Sığortaçının idarəetmə  və daxili nəzarət strukturu qanunvericiliyə uyğun olaraq onun 



nizamnaməsi ilə müəyyən edilir.  

2. Sığortaçının Azərbaycan Respublikasında və xarici ölkələrdə filialları,  şöbələri və 

nümayəndəlikləri müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə, qanunvericiliklə  nəzərdə 

tutulmuş qaydada açıla bilər.  

3. Filiallar, şöbələr və nümayəndəliklər sığortaçının təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət 

göstərirlər.  

4. Filialların, şöbələrin və nümayəndəliklərin rəhbərləri sığortaçı tərəfindən təyin edilir.  

 

Maddə 12. Sığortaçının rəhbərlərinə qoyulan tələblər  

 

1. Sığortaçının rəhbərləri aşağıdakı tələblərə cavab verməlidirlər:  



1.1. ali iqtisadi, texniki, hüquqi və ya dəqiq elmlər sahəsində  təhsilin və  sığorta 

əməliyyatlarının aparılması ilə  əlaqədar sığorta sahəsində azı iki il iş  təcrübəsinin, yaxud bu 

şərtlərdən asılı olmayaraq, ali təhsilin və belə sahədə azı dörd il iş təcrübəsinin olması; 

1.2. mülkiyyət  əleyhinə  və iqtisadi fəaliyyət sahəsində, habelə dövlət hakimiyyəti, dövlət 

qulluğu mənafeyi və ya yerli özünüidarəetmə orqanlarında qulluq mənafeyi  əleyhinə olan 

cinayətlərin törədilməsinə görə məhkumluğun olmaması  

 

Maddə 13. Xüsusi razılıq  

 

Sığortaçılar və sığorta broker təşkilatları müvafiq sığorta növləri üzrə xüsusi razılıq aldıqdan 



sonra fəaliyyətə başlaya bilərlər.  

Sığorta fəaliyyəti göstərmək üçün xüsusi razılığın verilməsi, onu verməkdən imtina edilməsi

müvəqqəti dayandırılması və ləğv edilməsi qaydası və şərtləri qanunvericiliklə müəyyən edilir.  

 

Maddə 14. Təkrar sığorta 




Yüklə 290,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə