Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 290,22 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.09.2018
ölçüsü290,22 Kb.
#68247
1   2   3   4   5   6   7

2. Broker təşkilatları Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün qanunvericiliklə 

nəzərdə tutulmuş qaydada xüsusi razılıq almalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilmiş miqdarda və qaydada öz məsuliyyətini sığortalamalıdırlar.  

3. Azərbaycan Respublikasında brokerlər sığorta risklərini (24-cü maddənin 2-ci bəndində 

nəzərdə tutulan sığortalar istisna olmaqla) yalnız Azərbaycan Respublikasında olan sığortaçıların 

vasitəsi ilə xarici ölkələrdə sığorta və təkrar sığorta etdirə bilərlər.  

4. Mülkiyyətə qarşı, təsərrüfat və  vəzifə cinayətləri törədilməsinə görə  məhkum olunmuş 

şəxslər broker fəaliyyəti ilə məşğul ola bilməzlər.  

5. Brokerlərin fəaliyyətinin qaydası müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən 

edilir.  

 

Maddə 21. Aktuari və sığorta eksperti  

 

1. Aktuari sığorta qaydalarına, habelə investisiya, maliyyə, demoqrafik və digər sahələrə aid 



nəzəriyyə və statistik məlumatlara əsasən normativ mənfəət və ehtiyatların yaranmasının zəruriliyini 

nəzərə almaqla sığorta haqları və tarifləri hesablayan və şərtlərini hazırlayan şəxsdir.  

2. Sığorta eksperti sığorta hadisəsi nəticəsində vurulan zərərin miqdarını, səbəblərini

xüsusiyyətlərini müəyyənləşdirmək üçün ekspertiza, yoxlama və ya araşdırmanı  həyata keçirən 

mütəxəssisdir.  

3. Aktuari və  sığorta ekspertinin fəaliyyət göstərməsi qaydasını  və onlara verilən ixtisas 

tələblərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  

 

Maddə 22. Produktor  

 

Produktor həm sığortalı, həm də  sığortaçıya münasibətdə bitərəf olan, sığortalıya 



müqavilənin  şərtlərini aydınlaşdırmaqla sığortaçıya təqdim edilən təklifnaməsini hazırlamaqda 

kömək edən və  sığorta hadisəsinin baş verməsinə  təsir göstərə biləcək amillərdən ona məlum 

olanlarını sığortaçıya bildirməsi şərti ilə vasitəçilik fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxsdir.  

 

Maddə 23. Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasında sığorta fəaliyyəti  

 

1. Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının  ərazisində Azərbaycan 



Respublikasının hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq ancaq birgə  sığorta 

təşkilatlarını yaratmaq hüququ vardır. Bu təşkilatların nizamnamə kapitalında xarici hüquqi və fiziki 

şəxslərin məcmu iştirak payı 49 faizdən artıq ola bilməz. Azərbaycan Respublikasında xarici 

sığortaçıların bilavasitə sığortaçı qismində fəaliyyəti qadağandır.  

2. Xarici sığorta brokerləri Azərbaycan Respublikasında yerli broker təşkilatları yarada 

bilərlər. Azərbaycan Respublikasının sığortaçıları öz üzərinə götürdükləri riskləri yerli və xarici 

sığortaçılarda, o cümlədən yerli və xarici broker vasitəsilə təkrar sığortalaya bilərlər.  

3. Xarici kapitalın iştirakı ilə yaradılan birgə  sığortaçıda və  sığorta brokeri təşkilatlarında 

rəhbər və ya onun müavinlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.  

 

Maddə 24. Azərbaycan Respublikasında və xarici ölkələrdə edilə bilən sığortalar  

 



1. Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər Azərbaycan 

Respublikasının ərazisində olan sığorta obyektlərini (bu maddənin 2-ci bəndində sadalananlar istisna 

olmaqla) yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçılarda sığortalamalıdırlar.  

2. Xarici ölkələrdə aşağıdakı sığortalara yol verilir:  

2.1. idxal-ixrac edilən malların nəqliyyat sığortaları; 

2.2. təyyarə, vertolyot və  gəmilərin xarici kreditlə satın alındıqları  təqdirdə  həmin kredit 

ödənilənədək, xarici ölkədən lizinq yolu ilə  gətirildiyi halda isə lizinq müqaviləsinin müddəti 

bitənədək ediləcək sığortaları;  

2.3. gəmilərin sahiblərinin məsuliyyətinin sığortaları;  

2.4. həyat sığortaları;  

2.5. vətəndaşların Azərbaycan Respublikasından xaricə etdikləri səfər üçün bağladıqları fərdi 

qəza, xəstəlik və mühərrikli nəqliyyat vasitəsi sığortaları.  

 

III fəsil. Sığorta müqaviləsi 

 

Maddə 25. Sığorta müqaviləsinin bağlanması  

 

1. Sığorta müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində 



sığortaçıya yazılı təklif verir, yaxud bu niyyətini şifahi bildirir.  

2. Sığorta müqaviləsinin bağlanması faktı  sığorta qaydaları  əlavə edilməklə, sığortalıya 

verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.  

3. Sığortaçı, agent və brokerin sığorta müqaviləsi bağlamaq üçün fiziki və ya hüquqi şəxslərə 

onların hüquq və  vəzifəsi haqqında, habelə broşurada, izahat kitabçalarında, reklam və elanlarda 

yalan, çaşdırıcı və ya aldadıcı məlumatı verməsi qadağandır.  

 

Maddə 26. Sığorta müqaviləsinin məzmunu  

 

1. Sığorta müqaviləsində (sığorta şəhadətnaməsində) aşağıdakılar göstərilməlidir:  



1.1. sığortaçının adı və ünvanı;  

1.2. sığortalının adı və ünvanı;  

1.3. sığorta obyekti və onun olduğu yer;  

1.4. sığorta riskləri;  

1.5. sığorta məbləğinin və sığorta ödənişinin verilməsi qaydası;  

1.6. sığorta haqqının məbləği, onun verilməsinin qaydası və müddəti;  

1.7. müqavilənin qüvvədə olduğu müddət;  

1.8. müqavilə üzrə  sığorta münasibətlərinin digər iştirakçıları varsa, onlar barədə  məlumat 

(sığorta olunan, fayda götürən, lazım gəldikdə sığorta agent və brokerləri);  

1.9. müqavilənin dəyişdirilməsi və ona xitam verilməsi qaydası. 

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, habelə tərəflərin razılığı 

ilə müqavilədə başqa şərtlər də göstərilə bilər.  

 

Maddə 27. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət 

 

1. Müqavilə ilə  və ya qanunla başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi 



müqavilənin bağlandığı gün saat 24-00-də qüvvəyə minir.  


Yüklə 290,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə