Sığorta haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 290,22 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.09.2018
ölçüsü290,22 Kb.
#68247
1   2   3   4   5   6   7

3. Sığorta müqaviləsinin  şərtlərində  sığorta ödənişinin verilməsindən imtina üçün 

qanunvericiliyə zidd olmayan başqa əsaslar da göstərilə bilər.  

4. Sığorta ödənişinin verilməsindən imtina edilməsi barəsində qərar sığortalıya yazılı şəkildə 

verilir və burada imtinanın səbəbləri əsaslandırılır.  

5. Sığortalı  sığortaçının sığorta ödənişini verməkdən imtina etməsi barədə  məhkəməyə 

şikayət edə bilər.  

 

Maddə 33. Tələb olunmamış sığorta məbləği  

 

Sığortalının müəyyən yaşınadək sağ qalması və ya ölümü şərti ilə həyat sığortası üzrə sığorta 



məbləği sığortalı  və ya onun qanuni vərəsəsi tərəfindən ödəniş vaxtı çatandan etibarən 10 (on) il 

ərzində  tələb edilməzsə, onuncu il başa çatdıqda sığortalıların siyahısı müvafiq icra hakimiyyəti 

orqanına verilməklə dövlət büdcəsinə köçürülür.  

 

Maddə 34. Sığortalının vəzifələri  

 

Sığortalının vəzifələri aşağıdakılardır:  



1.1. sığorta haqqını vaxtında ödəmək;  

1.2. sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə  sığortaçıya 

məlumat vermək;  

1.3. sığorta hadisəsi baş verdikdə, bu barədə  sığorta müqaviləsində müəyyən edilmiş 

müddətdə sığortaçını xəbərdar etmək;  

1.4. ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək;  

1.5. sığorta müqaviləsi bağlanarkən riskin qiymətləndirilməsi üçün əhəmiyyəti olan hallar və 

riskin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat vermək. 

2. Sığorta müqaviləsində sığortalının başqa vəzifələri də nəzərdə tutula bilər.  

 

Maddə 35. Sığortaçının vəzifələri  



 

1. Sığortaçı:  

1.1. sığortalını sığorta qaydaları ilə tanış etməli; 

1.2. sığortalı  sığorta hadisəsinin baş verməsi riskini və  sığortalanmış  əmlaka dəyə biləcək 

zərərin miqdarını azaldan tədbirlər gördükdə, yaxud əmlakın həqiqi dəyəri artdıqda sığortalının 

ərizəsi üzrə bu halları nəzərə almaqla sığorta müqaviləsini yenidən bağlamalı; 

1.3. sığorta ödənişini müqavilədə  və ya qanunda müəyyən edilmiş müddətdə verməli,  əks 

halda, sığortalıya hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0,2 faizi miqdarında dəbbə pulu 

(cərimə) ödəməli;  

1.4. sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəyə bilən zərərin qarşısının alınması 

və ya azaldılması üçün sığortalının xərclərini ödəməli, bir şərtlə ki, bu, sığorta qaydalarında nəzərdə 

tutulsun, həm də dəyən zərərin miqdarından artıq olan xərclərin əvəzi ödənilməməli;  

1.5. sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı, o cümlədən kommersiya sirri olan 

məlumatı yaymamalıdır.  

2. Sığorta müqaviləsində sığortaçının başqa vəzifələri də nəzərdə tutula bilər.  

3. Təkrar sığorta müqaviləsi bağlamış  sığortaçı  sığortalı qarşısında öz öhdəlikləri üzrə tam 

məsuliyyət daşıyır. Təkrar sığortaçı  sığortaçı qarşısında götürdüyü öhdəliklər üzrə  məsuliyyət 



daşıyır. Təkrar sığorta müqaviləsi sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə ilə eyni vaxtda 

qüvvədən düşür.  

4. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçıların yalnız xüsusi razılıq 

aldığı sığorta növü üzrə riskləri təkrar sığortaya qəbul etmək hüququ vardır.  

5.  İcbari sığorta növləri üzrə  təkrar sığortaya verilən risklərin Azərbaycan Respublikası 

ərazisində fəaliyyət göstərən sığortaçılarda saxlama payının həcmi və onun saxlama qaydası qanunla 

müəyyən edilir.  

6. Könüllü sığorta növləri üzrə risklər təkrar sığortaya verilərkən sığortaçı bir müqavilə üzrə 

sığorta haqlarının azı 15 faizini (frontiq sazişləri üzrə azı 5 faizi) özündə saxlamalıdır, bir şərtlə ki, 

riskin məbləği bu qanunun 46-cı maddəsinin 1.2-ci yarımbəndində müəyyən edilmiş normativə 

uyğun olsun.  

7. Sığortaçı bir müqavilə üzrə  qəbul etdiyi riskin qanunvericiliklə müəyyən edilmiş 

nizamnamə kapitalının minimum məbləğinin 50 faizindən artıq olan hissəsini xarici təkrar 

sığortaçılarda təkrar sığortalaya bilər.  

8. Əgər bir müqavilə üzrə qəbul edilən riskin məbləği Azərbaycan Respublikasında fəaliyyət 

göstərən sığortaçıların nizamnamə kapitalının minimum məbləğinin 50 faizindən azdırsa, belə risklər 

üzrə  təkrar sığorta haqlarının 70 faizindən çox olmayan hissəsi xarici təkrar sığortaçılara ödənilə 

bilər.  


9. Xarici təkrar sığortaçı ilə bağlanan mütənasib təkrar sığorta müqavilələri üzrə komisyon 

mükafatı hesablanmış sığorta haqqının 10 faizindən az olmamalıdır.  

10. Beynəlxalq reytinq təşkilatları  tərəfindən müəyyən edilən reytinqlərdən müvafiq icra 

hakimiyyəti orqanının göstərdiyi və ya göstərdiyindən yuxarı reytinqə malik olan xarici təkrar 

sığortaçılarla əqdlər bağlayan sığortaçılara bu maddənin 10-cu bəndi şamil edilmir.  

 

Maddə 36. Sığorta müqaviləsində sığortalının əvəz edilməsi  

 

1.  Əmlak sığortası müqaviləsini bağlamış  sığortalı  vəfat etdikdə onun hüquq və  vəzifələri 



vərəsəlik qaydasında bu əmlakı  qəbul edən  şəxsə keçir. Sığorta obyekti olan əmlak satıldıqda, 

dəyişdirildikdə, bağışlandıqda, icarəyə verildikdə  sığortalının hüquq və  vəzifələri sığortaçının 

razılığı ilə, müqavilədə və ya qanunda başqa şərtlər müəyyən edilməmişdirsə, həmin əmlakı qəbul 

edən şəxsə onun razılığı ilə keçir.  

2. Üçüncü şəxsin xeyrinə  həyat sığortası müqaviləsi bağlamış  sığortalı  vəfat etdikdə, onun 

hüquq və vəzifələri həmin şəxsin razılığı ilə ona keçir. Bu şəxs sığorta müqaviləsi üzrə vəzifələrini 

yerinə yetirə bilmədikdə, onun hüquq və  vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə 

müvafiq surətdə onun hüquqlarının və mənafelərinin qorunması vəzifələrini yerinə yetirən şəxslərə 

keçə bilər.  

3.  Əgər müqavilənin qüvvədə olduğu dövrdə  sığortalı  məhkəmə  tərəfindən fəaliyyət 

qabiliyyəti olmayan sayılmışdırsa, yaxud onun fəaliyyət qabiliyyəti məhdudlaşmışdırsa, belə 

sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir. Bu zaman mülki 

məsuliyyət sığortası  sığortalının fəaliyyət qabiliyyətinin olmadığı hesab edildiyi və ya 

məhdudlaşdırıldığı andan bitir.  

4. Sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil 

edildikdə, onun bu müqavilə üzrə hüquq və vəzifələri sığortaçının razılığı ilə qanunvericiliyə uyğun 

olaraq müvafiq hüquqi varisinə keçir.  



Yüklə 290,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə