Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   2   3   4   5   6   7   8   9   ...   33


 
boyunca  yerləĢdiyindən  onun  Ģimal  və  cənub  bucaqlarını  möhkəmləndirirdi. 
Qalanın Ģimal bürcü isə Lənkəran çayının ağzında yerləĢirdi. 
Daha  sonra  alim  göstərir  ki,  Lənkəran  qalası  istehkamlarının  baĢ  planı 
1833-cü ildə tərtib və təcdiq edilmiĢdir. Qalanın istehkamları bir – biri ilə sədlər və 
su dolu xəndəklərlə birləĢən iki bürcdən ibarət olmuĢdur. 
Azərbaycanın  tarixi  Ģəhərlərindən  olan  Lənkəran  1747-ci  ildən  TalıĢ 
xanlığının baĢ Ģəhəri olur. Lənkəran Ģəhərini 1813-cü ildə  rus orduları istila edir, 
1828-ci ildən isə o, Rusiya imperiyası tərkibinə qatılıb yeni sosial – iqtisadi inkiĢaf 
yoluna  düĢür.  Köhnə  qalanın  yerində  yenisi  tikilir  ki,  onun  da  əsasında  Bakı 
quberniyasının  qəza  Ģəhəri  yaranır.  Köhnə  planlaĢma  yox  olub  aradan  gedir, 
Ģəhərin  tikintisi  1853-cü  ilin  layihəsində  özünün  son  həllini  tapır.  Ancaq  o  vaxta 
qədər Ģəhərin bir neçə quruluĢ planı olmuĢdur.  
1853-  cü  ilin  planı. 
Lənkəran  qalası  istehkamlarının  baĢ  planı  1853-cü 
ildə  tərtib  və  təsdiq  olunmuĢdur.  Qalanın  istehkamları  bir  –  biri  ilə  sədlər  və  su 
dolu xəndəklərlə birləĢən iki bürcdən ibarət idi. Bir tərəfdən Ģimal bürcündən çıxan 
istehkam  sədləri  sahil  boyunca  Lənkəran  çayı  ağzınacan  keçib  sonra  müəyyən 
bucaq  altında  dönürdü  və  çay  sahilindəki  cənub  bürcünə  yönəlirdi.  Beləliklə, 
qalanın hakim mövqeyi və ətraf düzənlik yerə nəzarəti qorunub saxlanmıĢdı.  
ġəhər  mərkəzində  planlaĢmanın  təĢkiledici  elementi  kimi  məscid  və  117 
dükanlı  iki  bazar  yerləĢirdi.  Mərkəzi,  bağların  yaĢıllığı  içində  olan  birmərtəbəli 
yaĢayıĢ  məhəllələri  dövrələyirdi.  ġəhərdə  1836-cı  ildə  cəmi  470  ev  vardı: 
məmurların yaĢayıĢ evləri, əsgər kazarmaları və baĢqa qarnizon xidməti binaları. 
1840-ci  illərin  baĢlanğıcında  qala  və  bayır  Ģəhər  məhlələrinin  mütəĢəkkil 
planlaĢdırılması geniĢ vüsət aldı. Qalanın ərazisi əsasən, mərkəzində geniĢ meydan 
olan  düzbucaqlı  məhlələrə  bölünmüĢdü.  Kənarlarda,  ordunun  və  artileriyyanın 
hərəkəti  üçün  dövrələmə  yol  çəkilmiĢdi.  Məhlələrin  planlaĢdırma  toru  sahil 
zolağına paralel iki və ona perpindikulyar beĢ küçədən yaranmıĢdı. Sonralar, 1869-
cu  ildə  Lənkəran  qalasının  ləğv  edilməsi  və  onun    23  may  1875-ci  ildən  Ģəhər 
idarəsinə  verilməsi  nəticəsində  məhlələrin  bütün  yığcam  planlaĢma  quruluĢu 
Lənkəran rayonunun mərkəzi özəyinə çevrildi. 
1840-cı  illərdə  qalanın  planlaĢması  üzrə  iĢ  prosesində  qaladan  1280  m 
məsafədə olan bayır Ģəhər hərbi nazirliyin tələb etdiyi kimi yenidən planlaĢdırıldı. 
Köhnə  tikililərin  yerində  altı  məntəqəyə  bölünən  iki  düzbucaqlı  məhlə  qrupunun 
tikilməsi nəzərdə tutulmuĢdu. Qala istehkamına paralel yerləĢmiĢ üç sıra məhlələr 
qrupu  Lənkəran  çayı  ilə  kəsilirdi,  o biri  iki  sıralı  qrup  isə  tini  ilə  Xəzər  dənizinin 
sahil  zolağına  yönəlmiĢdi.  Yeni  mütəĢəkkil  planlaĢma  sonralar  bu  istiqamətdə 
inkiĢaf üçün mühüm əhəmiyyət daĢımıĢdır.  
1850-ci  illərin  baĢlanğıcında  Lənkəran  bir  –  birindən  ayrı  dayanan  və 
mərkəzində torpaq sədlə dövrələnmiĢ və xəndəklə halaylanmıĢ kiçik qalası olan üç 
kənddən  ibarət  idi.  Qalanın  əsas  müdafiəsini  gözəl  tikilmiĢ  iki  daĢ  bürc  təĢkil 
edirdi.  



 
1853-cü ilin planı. 
Lənkəranın 20 noyabr 1853-cü il tarixli baĢ planı qala 
məhlələrinin tikilmə dərəcəsi və iki planlaĢma qrupunun birləĢməsinin baĢlanğıcını 
qoyan  bayır  Ģəhər  bazar  meydanı  və  ticarət  sıraları  yaranmasını  qeydə  almıĢdır. 
Beləliklə, bu baĢ planda Ģəhər mərkəzinin yaradılması ideyası qoyulmuĢdur. 
1855-ci  il  planı.
  Lənkəran  istehkamının  6  noyabr  1855-ci  il  tarixli  baĢ 
planı  qalanın  və  ətraf  yerlərin  vəziyyətini  daha  dolğun  əks  etdirir.  Bu  plan  üzrə 
Lənkəranın  ərazisi  üç  hissəli  bölgüsünü  saxlamıĢdı:  1.  Qala,  2.  Lənkərana 
yaxınlaĢan cənub bayır Ģəhəri, 3. YaĢayıĢ tikililəri olan Ģimal bayır Ģəhəri. 
Sonralar  bütün  bu  planlaĢma  elementləri  Lənkəran  Ģəhərinin  baĢ  planının 
tərkib hissəsinə daxil oldu və onun tikintisində müəyyənləĢdirici rol oynadı. Ancaq 
baxılan çağda ümumi Ģəhər planlaĢması əslində hələ yox idi. 
ġəhərin bu dövr inkiĢafından bəllidir ki, onun dənizdən görünüĢü çox yaxĢı 
olmuĢdur.  ġəhərin  hər  iki  tərəfində  keĢikçi  daĢ  bürclər  tikilmiĢdi.  Qala  içinin 
yaĢıllığı göz oxĢayırdı. 
O  zaman  Ģəhər  ərazisi  1050  ha  idi  ki,  bu  da  ġuĢa,  Salyan  və  baĢqa 
Ģəhərlərdən  xeyli  çox  idi.  Binalar  320  ha  sahəni  tutmuĢdu,  qalan  ərazi  –  730  ha 
sərbəst idi. 1856 –cı ildə Lənkəranda fərdi evlərin sayı 833 olub, Salyandan (1125), 
ġuĢadan  (3040),  ġəkidən  (2646)  az  idi.  ġəhərcikdə  meydan  və  küçələr  də  çox 
deyildi: cəmi bir meydan və altı küçə salınmıĢdı. Ġctimai və dini binalar içərisində 
beĢ hamam, bazar, üç məscid vardı. 
Lənkəranın  baĢ  planda  göstərilməyən,  ancaq  XVIII  –  XIX  əsrlərin 
qovĢağında mövcud olan bir tikilisindən də danıĢmaq gərəkdir. Bu, nə naturada, nə 
də  qrafik  materiallarda  qalan  TalıĢ  xanlarının  sarayıdır.  Onun  haqqında  yalnız 
1890-cı  ildə  Lənkəranda  olmuĢ  rus  yazıçısı  V.  Sidorovun  təsvirindən  məlumat 
almaq olar. 
O.  sarayı  belə  təsvir  edir:  ―Bizə  xoĢ  gələn  bu  tatar  Lənkəranında  TalıĢın 
qədim xanlarının kərpicdən tikilmiĢ nəhəng yarı uçuq sarayı var. Divarlardan xeyli 
irəli  çıxan  kirəmidli  çardaqla  örtülən  və  iri  pəncərələrlə  deĢilən  bütün  saray  nə 
vaxtsa  bağ  olmuĢ  çöllüyün  ortasındadır...  Binanın  ortasının  bir  tərəfini  baĢdan  – 
baĢa əlvan pəncərələr olan qəbul salonu tutur. Onun tavan və karnizləri yuvacıqlar, 
gözəl  medalyonlar  və  incə  rəsmlər  əmələ  gətirən  güzgü  ĢüĢəciklərdən  tərtib 
edilmiĢdir.  Qabartmaların  ağ  salxımları  güzgülərdə  əks  olunub  böyük  effekt 
yaradır.  Necə  də  qəmli  və  atılmıĢ  görünür  bu  iri  salon!..  Yuvacıqlardan  qara 
deĢiklər buraxan güzgü ĢüĢəcikləri  sallanır və  yavaĢ  –  yavaĢ dağılır  və  nə  vaxtsa 
süslü olan xan sarayı məhv olur‖. 
Bu  saray  Ġrəvandakı  (indiki  Yerevanda)  Sərdar,  ġəkidəki  ġəki  xanlarının, 
ġuĢada Qarabağ xanlarının sarayları ilə həm planlaĢma, həm də memarlıq cəhətdən 
ümumi  xüsusiyyətlər  daĢımıĢdır.  Bu,  XVIII  –  XIX  əsrlərin  qovĢağında 
Azərbaycanın saray memarlığı üçün səciyyəvi olmuĢdur. 
Lənkəranın  hərbi  qalasının  ləğvi  (1869),  onun  Ģəhər  idarəsinə  verilməsi 
(1875)  və  Ģəhər  upravasının  təĢkili  (1897)  Ģəhərin  ümumi  inkiĢafına  səbəb  oldu. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə