Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   2   3   4   5   6   7   8   9   ...   33


 
Bol  yaĢıllığı  və  gözəl  sahilləri  o  vaxtın  qələm  əhli  N.  Zeydlis  obrazlı  təsvir 
etmiĢdir: ―12 il ərzində mənə dəfələrlə Lənkəran sahilinin füsünkarlığından ləzzət 
almaq nəsib olub. Ġlahi, əbədi bahar hökmranlıq edən bu rütubətli və əlvan ölkə ilə 
AbĢeron  yarımadasının  səhralı  qayalıq  sahilləri  arasında  nə  qədər  böyük  əkslik 
var!‖. 
Qala  –  Baloğlan  Abbasov  və  Lenin  küçələri  ilə  Lənkəran  çayı  sahili 
küçələri  sərhədində  yerləĢmiĢdi.  Qala  ərazisinin  məhlələrinin  nizamlı  düzbucaqlı 
Ģəbəkəsi mərkəzi rayonun əsas özəyini təĢkil edirdi. Burada az saylı inzibati ictimai 
tikililərlə bir – ikimərtəbəli əsaslı yaĢayıĢ evləri toplanmıĢdı. 
Qaraçılar  məhləsindəki  Böyük  Bazar  B.  Abbasov  küçəsi  və  cənub  – 
qərbdən  Lənkəran  çayının  sahili  ilə  hüdudlanırdı.  Bu  rayon  ―Cənub  bayır  Ģəhəri‖ 
adlanan  qədim  Lənkəranın  yerində  formalaĢdı.  Böyük  bazarın  tikintisi  sərbəst 
planlaĢması  ilə  seçilirdi.  Burada  mərkəzi  rayonun  davamı  kimi  Ģəhər  bazarı  da 
yerləĢmiĢdi.  Təbiidir  ki,  tikili  mərkəzdən  uzaqlaĢdıqca  planlaĢma  xarakteri  ilkin 
mərhələlərin dəqiqliyini itirir, dalan və döngələr Ģəbəkəsinə çevrilirdi. 
Mərkəzdən  baĢqa,  demək  olar  ki,  bütün  rayonların  tikintisi  həyətli  evlər 
tipində  idi.  Küçəyə  nisbətən  evlər  ya  qırmızı  xətt  boyunca,  ya  da  sahənin 
dərinliyində dayanırdı. YaĢayıĢ evinin memarlıq kompozisiyasının ənənəvi fəndləri 
divar hörgüsü, sütunlar – dayaqlar üçün iĢlədilən kərpicin xarakteri və uca damlar 
üçün  kirəmidlərin  parlaq  çalarları  ilə  bağlı  idi.  YaĢayıĢ  evinin  həyat  fasadına 
ĢüĢəbənd  yönəlirdi.  Həyatyanı  sahənin  ümumi  kompozisiyasına  çox  vaxt  ―ləmə‖ 
(istirahət  üçün  nəzərdə  tutulan  ikimərtəbəli,  buruğa  bənzər  tikili)  tez  –  tez  daxil 
edilirdi. 
Xalq memarlığı olan həyətli ev tipli kütləvi yaĢayıĢ evləri ilə yanaĢı, Ģəhərin 
mərkəzi  rayonunda  XX  əsrin  baĢlanğıcında  yerli  əhalinin  varlı  təbəqələrinin,  o 
sıradan  TalıĢ  xanlarının  varislərinin  moderdə,  eklektikada  və  baĢqa  üslublarda 
iĢlənmiĢ iqamətgahları meydana gəlir. 
Lənkəran əhalisinin artım dinamikası: 
1843-cü  il  –  2377  nəfər,  1850-ci  il  –  2500  nəfər,  1856-cı  il  –  3970  nəfər, 
1865-ci il – 4608 nəfər, 1878-ci il – 3785 nəfər, 1891-ci il – 7455 nəfər, 1900-cü il 
– 8768 nəfər, 1906-cı il – 9945 nəfər, 1908-ci il – 10463 nəfər, 1917-ci il – 17801 
nəfər. 
Lənkəran  baĢqa  kiĢik  Azərbaycan  Ģəhərləri  ilə  (ġuĢa,  ġəki,  Quba) 
müqayisədə nə inkiĢaf etmiĢ Ģəhər təsərrüfatı ilə,nə də xüsusi abadlığı ilə seçilirdi. 
Ancaq burada memarlıq baxımından çoxlu maraqlı yaĢayıĢ evləri və dini məzmun 
daĢıyan binalar tikilmiĢdi. 
Beləliklə, XIX  - XX əsrlərin qovuĢuğunda Lənkəran müxtəlif planlaĢdırma 
quruluĢuna malik dörd tarixi rayondan ibarət olmuĢdur: Qala, Böyük bazar, Kiçik 
bazar və Sutəmurdov. 
TalıĢ mahalı. 
Bu ölkəni Ģərq tərəfdən Xəzər dənizi, cənubdan Ġranın RəĢt 
mahalının  Kasdərər  və  Bədçala  kəndləri,  bir  tərəfdən  də  Ərdəbil  mahalının 



 
Siyahrud çayı hövzəsi və Vilkəç mahalı, qərbdən isə Zəxənd – dric və Çinr çayının 
qurtaracağı əhatə edir. 
Lənkəran Ģəhəri əsasən iki hissədən ibarətdir: 
1.
 
Böyük bazar” (bu hissəyə bəzən Yuxarı bazar da deyilir); 
2.
 
―Kiçik  bazar‖  (―Gilək  bazarı‖  –  Giləkon.  Bu  hissəyə  bəzən  ―AĢağı 
bazar‖ da deyilir). 
Böyük bazar bir neçə məhlədən ibarətdir: 
Ələkçilər  məhləsi,  Qalayçılar  məhləsi,  Çörəkçilər  məhləsi,  Çarıqçılar 
məhləsi,  EĢĢəkçilər  məhləsi,  Təndirçilər  məhləsi,  Cındıra  məhlə,  Dabbağlar 
məhləsi,  Alaboxça  məhləsi,  ġəkililər  məhləsi,  Qarabağlılar  məhləsi,  Tacirlər 
məhləsi, ġəĢguĢə və ya Talıbi məhlə, Ağalar məhləsi, Əhəngçilər məhləsi. 
Böyük bazar məhlələri qurtarandan sonra ―Qala‖ deyilən məhlə baĢlanır ki, 
bura  da  Böyük  bazar  və  Kiçik  bazarın  mərkəzi  hissəsində  geniĢ  bir  sahəni  tutur. 
Qədim tarixə malik Qalanın iki böyük gəzinti bağı vardır. 
Kiçik  bazar  aĢağıdakı  məhlələrdən  ibarətdir:  Mirəhməd  məhləsi, 
Hacıqurban məhləsi, Ġpəkçilər məhləsi, DaĢ körpü məhləsi, Kərəcivanlar məhləsi, 
FaraĢtad məhləsi, ġındıra məhləsi, Hacı Zöhrab məhləsi və.s. 
Ġndi  Lənkəranda  göstərilən  məhlələri  adları  ilə  tanıyanlar  çox  azdır.  Onlar 
küçələrə verilən verilən adlarla tanınırlar. 
Lənkəranın  iqtisadi  həyatında  mühüm  rol  oynamıĢ  ―Böyük  bazarda 
Qapandibi‖  deyilən  yerin  maraqlı  tarixi  var.  Qapan  (yəni  böyük  tərəzi)  Böyük 
bazarın  ortasında  geniĢ  bir  meydanda  yerləĢirdi.  Hazırda  Qapandibinin  yerində 
dördmərtəbəli  bina  ucalır  ki,  onun  da  birinci  mərtəbəsi  bazardır.  Qapandibi 
meydanının eni və uzunu – 160 – 170 metrə çatardı. 
Bu  tərəzi  ilə  camıĢ,  öküz,  qoyun  və  tondan  artıq  olan  taxıl  çəkirdilər. 
Qapanın  yüzdən  çox  ikipudluq  (32  kq)  daĢı  vardı.  Burada  qoç,  xoruz,  bildirçin 
döyüĢdürərdilər,  it  boğuĢdurardılar.  DərviĢlər  meydan  açıb  qəribə  hadisələr 
danıĢardılar.  Bəzən  də  üz  –  üzə  durub  deyiĢərdilər.  Hərdən  buraya  Ġrandan 
meymun,  ilan  gətirib  oynadardılar.  Çox  vaxt  arzu  edənləri  burada  ilanla 
ovsunlayardılar ki, daha o adamı baĢqa ilan çalmasın. Sıra ilə düzülmüĢ hamballar 
iĢsizlikdən  bir  –  biri  ilə  dərdləĢərdilər.  Kəndlərdən  arabalarda  Ģıplarla  (iri 
səbətlərlə) gətirilən yemiĢ, qarpız, boranı, soğan və taxıl həmin meydanda satılardı. 
Demək  olar  ki,  qapanın  ətrafı  həmiĢə  taxılla  dolu  olardı.  Kəblə  Əbdülkərimin 
(Fətəliyevlərin) hamanı da bu meydanda qapanla üzbəüz idi. Hamam yer səthindən 
xeyli aĢağı idi. Ġndi həmin hamamın yerində kolxoz bazarının toyuq satılan hissəsi 
yerləĢir.  Qapandibindən  bazar  baĢına  qədər  sağ  tərəfdə  cərgə  ilə  düzülmüĢ 
dükanlar ancaq baĢmaqçılardan, dübəndiçilərdən, dərzilərdən ibarət idi. Bu sırada 
bir çayçı dükanı vardı, sol tərəfdə isə çayçılar, pitiçilər, yağ satan, əttarlar, sıra ilə 
düzülən  qəssab  dükanları,  yəhudilərin  xırdavat  dükanları,  Qəmbərov  MəĢədi 
Hüseynin bəzzaz dükanı, giləklərin qənnadı dükanları, ləbləbi, çız – bız satanlar və 
baĢqa dükanlar yerləĢirdi. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə