Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   2   3   4   5   6   7   8   9   ...   33

10 
 
Əllərində  mal  satan  dəllallar,  bazarı  bu  baĢ  –  o  baĢa  gəzərdilər.  Bazar 
dalında  neft  və  duz  dükanları  vardı,  bir  də  bazarın  sağ  tərəfinin  arxasında 
Fətəliyevlərin  və  həmin  sıranın  qurtaracağından  sonra  Kərimovların  böyük  taxıl 
anbarları yerləĢirdi. 
 
*** 
 
 
 
1917-ci il Oktyabr  inqilabı öz təsiri Lənkəranda da göstərmiĢ oldu. Bu vaxt 
qarmaqarıĢıqlıq olduğundan təhsilimi davam etdirə bilməyib dəmirçixanada iĢləyir, 
eyni  zamanda  dayımın  dükanında  ona  kömək  edirdim.  ADR  dövründə,  xüsusən 
türklər  Lənkərana  gəldikdən  sonra  bolĢeviklər  gizli  fəaliyyətə  keçdilər.  AĢağıda 
gizli təĢkilatın bir qrup üzvünün adı verilir: 
 
Rəhbəri – Ağaməmmədəli  
Qva Haqverdiyev 
Həmidxan TalıĢinski 
Mustafa Quliyev 
Siviridov Moisey 
Ġsazadə Ġbrahim Xəlil 
Yaqub ġahbazi 
Səmədzadə Ġskəndər 
Medvedova Sara 
TalıĢlı Əkbərxan (Masallının Ərgivan kəndindən) 
MeĢə Mikayıl Bağırov 
Karapetov 
Xudadat 
Qəmbərov Ġsmayıl 
Ələkbər Əliyev 
Əliyev Hacıbaba 
Salman Məmmədəli oğlu Əkbərov 
Fərzəliyev Ələsgər Yusif oğlu 
Ağayev Musa Xanməmməd oğlu 
Zülfüqar Əhməd oğlu Əhmədzadə 
HaĢım Sadıqov 
Mütəllim Kələntərli 
Əli Məmmədov 
Panamayev Ġosif 
ġefer Fridrix 
TapıĢkin 
ġirəli Axundov 
Əhməd Axundov 


11 
 
Çəkməçi Abdulla Mirzəyev 
Bəhram Ağayev 
Ağaxan TalıĢinski 
Abdülxalıq 
Ġzzət Əliyev  
Qasımov Qulamhüseyn 
Süleyman oğlu 
Kazımov Ağamir Bağır oğlu 
Səfərəli Köçəri oğlu 
Axundov Musa 
 
Adlarını  çəkdiyim  38  bolĢevikin  hamısı  repressiya  qurbanı  oldu.  Onlara 
―xalq  düĢməni‖  damğası  vurularaq,  1937  –  1938  –ci  illərdə  həbs  olundular.  Bir 
qismini  Bakıda  güllələdilər,  bir  qismini  sürgünə  göndərdilər.  Sürgündən  yalnız 
dörd  nəfər  qayıtmıĢdı:  Axundov  ġirəli,  Səmədzadə  Ġskəndər,  Sadıqov  HaĢım  və 
ġefer  Fridrix.  Onların  da  cansağlıqları  tamam  pozulmuĢ!  Odur  ki,  çox  yaĢaya 
bilməyib, iki – üç ilin içində dördü də həyatdan köçdü. 
Bunlardan  iyirmi  nəfərini  özüm  görmüĢəm  və  tanıyırdım.  Qalanlarını 
Sadıqov HəĢim, Səmədzadə Ġskəndər, ġirəli Axundov, Ağayev Musa, Haqverdiyev 
Qvanın söhbətlərindən eĢidib tanımıĢam. 
Muğan  dəstəsinin  iĢçilərindən  bir  qrup: 
1.  Sədr  –  ġıvkunov,  2. 
Çepayev (Alekseyevkada yaĢayırdı), 3. Səmsənov (özü iranlı idi, amma adını belə 
qoymuĢdu).  Guya  bu  Ģəxslər  bolĢevik  idilər,  amma  bunlar  yoxlama  bəhanəsi  ilə 
gedib  –  gələnləri  qarət  edərdilər  və  bəzən  nahaq  yerə  günahsız  adamları 
öldürürdülər.  Həmin  dövrdə  Ġran  inqilabçılarına  kömək  etməyə  gedən  Otryadnev 
Lənkərandan  keçərkən  bu  qanunsuz  iĢləri  görərək  məcbur  oldu  ki,  müvəqqəti 
olaraq Lənkəranda qalıb, belə hərəkətlərin qarĢısını alsın. ġıvkunov bu iĢdən duyuq 
düĢüb  Otryadnevi  vurdurur,  sonra  Ģayiə  yaydırır  ki,  guya  onu  qaçaqlar  vurublar. 
Bir  neçə  müddətdən sonra bunlar  yoxa çıxıb qaçırlar. Deyilənlərə  görə, ġıvkunov 
yəhudi  imiĢ,  adı  da  Ġlyas.  Bu  sözün  doğruluğu  barədə  mənə  Bala  ġürüklü 
Qulamhüseyn və sonra HaĢım Sadıqov ətraflı söhbət ediblər.  
 
 
ġIVKUNOVUN TÖRƏTDĠYĠ BĠR FACĠƏ 
 
1917-ci  ildə  ġıvkunov  özünü  bolĢevik  kimi  qələmə  verərək  Mir  Əhməd 
xanın birmərtəbəli evlərini özünə qərargah etmiĢdir. Əvvəllərdə yazdığım kimi,  o 
dövrdə  Lənkəran  ətrafında  meĢə  və  kəndlərdə  qaçaq  –  quldur  dəstələri  əmələ 
gəlmiĢdi.  Onlardan  böyük  dəstələr  təĢkil  edənlər  bunlar  idi:  Astaralı  Çer  Hüseyn, 
ġüvülü  Fəttah,  Lerikli  ġahverən,  Pensərli  Ġbrahim  Xəlil  və  Təngərüdlü  Hacı 
Osman. Bunlar Lənkəran ətrafına qədər gəlir, soyğunçuluq edib qayıdırdılar. Hətta 


12 
 
bir  dəfə  Lənkəran  bazarını  ələ  keçirmiĢdilər.  Lənkəran  bolĢevikləri  onlarla 
mübarizə aparırdılar. Qaçaqlar çox vaxt Sutəmurdov kəndinə gəlirdilər. AxĢamlar, 
bəzən də gündüzlər ġıvkunovun dəstəsi Sutəmurdovu atəĢ altında saxlayırdı. Buna 
görə də ara güllədən çoxlu adam ölüb və yaralananlar da olurdu. 
Bir  müddət qaçaqlar Sutəmurdovu tərk etdilər.  Amma ġıvkunovun dəstəsi 
atəĢi  saxlamırdı.  Buna  görə  bir  dəstə  Sutəmurdov  ağsaqqalı  yığıĢıb  ġıvkunovun 
yanına xahiĢə gedib deyirlər ki, daha bu kənddə qaçaq yoxdur, atəĢi saxlayın. Bu 
on üç ağsaqqalı ġıvkunov girov saxlayaraq Sutəmurdova üç nəfər kəĢfiyyatçı əsgər 
göndərir.  Əsgərlər  kəndə  gəlib,  bəzi  nalayiq  iĢ  tutmaq  və  xalqa  hədə  -  qorxu 
gəlmək  istəyirlər  ki,  gözlənilmədən  ġahverənin  dəstəsindən  üç  –  dörd  nəfər  gəlib 
bura çıxır, atıĢma baĢlanır. 
Əsgərlərin birini ġahbağı  yanında, birini  məscidi keçəndən sonra  vururlar, 
biri isə qaçıb ġıvkunova xəbər verir ki, iki əsgəri qaçaqlar öldürdülər. Bunu eĢidən 
ġıvkunov elə həmin axĢam, yəni 1917-ci il iyun ayının 19-da aĢağıda adları qeyd 
olunan on üç nəfər günahsız Sutəmurdov ağsaqqalını qolları bağlı çayın dəhnəsinə 
apararaq,  qılıncla  baĢlarını  kəsir,  bədənlərini  tikə  -  tikə  etdirir.  Onların  hamısını 
dəhnədə  basdırırlar.  Bir  neçə  gündən  sonra  bir  dəstə  itin  meyidlər  ətrafında 
ulaĢmasını  eĢidən  camaat  gəlib  yoxlayır,  bu  qanlı  faciəni  görür.  Sutəmurdovlular 
onların  meyitlərini  çıxarıb  yeĢiklərə  dolduraraq  gətirib  kəndin  məscidi  qabağında 
dəfn edirlər. Həmin ağsaqqallar bunlardır: 1. Alim Fazil axund – molla həmid usta 
Məmmədəli  oğlu,  2.  Hacı  baba  Kəlbəlayı  Məhəmmədqulu  oğlu,  3.  Əli  Nağı 
MəĢədi  Əbdül  Hüseyn  oğlu,  4.  Xəlil  MəĢədiəliqulu  oğlu,  5.  ĠbrahimpaĢa  MəĢədi 
Mikayıl  bəy  oğlu  Kələntərov,  6.  Kəlbəlayi  Əkbər  Məhəmməd  oğlu,  7.  Kəlbəlayi 
Hüseyn Əhməd oğlu, 8.Kəlbəlayi Məlik MəĢədi Bağır oğlu, 9. Mirsadığ Kərbəlayi 
Mir Tahir oğlu, 10. Xəlil Məhəmməd Hüseyn oğlu, 11. Abdulla Məhəmməd oğlu, 
12.  Səfər  Baba  oğlu,  13.  Məhəmməd  Rza  MəĢədi  Əhməd  oğlu  (Bu  siyahını 
Sutəmurdov mollası, 88 yaĢlı Mir Cavadın quranından köçürmüĢəm). 
   
 
 
BALA MƏMMƏD 
 
 
 
Bala Məmməd 1885-ci ildə Zuvandın Mistan kəndində anadan olmuĢdur. 
Bala  Məmməd  çar  dövründə  bir  müddət  qaçaqlıq  etmiĢdir.  Sonra  bu  iĢdən  özü  əl 
çəkib,  Bakıda  olan  böyük  qardaĢı  Ġsrafilin  yanına  gedir,  bir  il  orada  fəhlə 
iĢlədikdən  sonra  yenə  Lənkərana  qayıdır.  Lənkəranda  iki  yerdə  emalatxana  açıb 
primus,  kirasinka,  velosiped  və  baĢqa  Ģeylər  təmir  edirdi.  Birinci  emalatxanası 
MəĢədi Əlinin evinin yanında, ikincisi isə Səmədgilin (Cin Bağır) evinə yaxın, kor 
dərzi  Ġzzətlə  üzbəüz  yerdə  idi.  Orada  Səmədin  çopur  Fatma  adlı  bacısını  aldı  və 
onu saxlamadı, tez boĢadı. 
ADR  dövründə  bolĢeviklərin  tərəfində  olmuĢdu.  Lənkəranda  müsavatın 
qərargahına gələrək Mirzə Səbi ilə sözü tərs gəlir və atıĢma nəticəsində öldürülür.  


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə