17
Mir Əsgər xanın kənizdən olan oğlu Cavad xana toxunmurlar. Çünki onu
Mir Əsgər xan oğulluqdan çıxarmıĢdı. Heç familiyasını da ona verməmiĢdi. Ona
görə də o öz ana babasının adını özünə familiya götürmüĢdü. Sovet dövründə Mir
Əsgər xanın nömrə hamamını təmir etdirib Cavad xanı oraya müdir təyin edirlər.
Bundan sonra Cavad xanın oğlanları TalıĢinski əvəzinə Cavadzadə familiyasını
daĢıyırlar. Cavad xan savadsız idi. Onun dörd övladı var idi. Özü Lənkəranda vəfat
etmiĢdir.
Mir Əsgər xanın mülki Sovet höküməti gələndən sonra dövlətə keçirilir,
prokurorluq və məhkəmə binası kimi istifadə olunur. Bina çiy kərpicdən
olduğundan sonralar onu söküb yerində yeni, gözəl idarə binası tikdilər. Mir
Abdulla xan TalıĢinski. Mir Abdulla xan az savadlı idi, mahalnan dolanırmıĢ.
Övladları: Mir Abbas xan, Mir Qasım xan da az savadlı idilər. Qızları: Mir Tacı
xanım TalıĢinskaya - əri Ağa xandır, Lənkəranda Ģəhər dumasında iĢləyərdi,
övladları yox idi, evi indi H. Aslanov küçəsi № 7-dir.
Mir Pitan xanım əri Mir Əsgərxan TalıĢinskidir. Buna bütün Lənkəran,
Masallı, Cəlilabad, PuĢkin və Yardımlı mahallarının xanlıqları tabe idi. Dörd oğlu
və iki qızı vardı.
Mir Bilqeyis xanım TalıĢinskayanın əri Mir Əbülfət xandır. O, Mir Əsgər
xanla əmi oğludur. Övladlarından: Mir Mehdixan TalıĢinski, Mir Rza TalıĢinski.
Rza xanın övladlarından professor Mir Ağaxan TalıĢinski və xanəndə Mir Cahan
xanım TalıĢinskaya idi.
Mir Mustafa xan ġahvəli xanla qardaĢ idi.
TalıĢinskilərə Ģah tərəfindən xan rütbəsi verilib, amma TalıĢxanovlara
verilməyib, ona görə də onlara ―LığarıĢdan bəyləri‖ deyirdilər.
Bir əmi uĢağı da Mir Bağırxan TalıĢinskidir. Onun övladlarından Mir
Davudxan, Mir Ġskəndər xan, Mir Qasım xan, doktor; Mir Ġsmayıl kamançaçı; Mir
Fəttah xan TalıĢxanovdur. Onun övladlarından Mir Pərviz bəy, Mir HaĢım bəy
(Xanoğlan), Mir Bağır, doktor Mir Həbib. Mir Əsgərxan TalıĢinskinin övladları:
Mir Əsədxan – savadlı, Mir Ġsrafil xan (savadlı, tar çalan), Mir Ġsmayıl xan
(kamançaçı, savadlı), Mir Cavadxan (savadsız, bunlara ögey).
Mir Əhməd xan atanın bir övladı olduğundan atasının vəfatından sonra
bütün Astara mahalı onun malikanəsi və bu mahalda olan bütün xanlar, bəylər ona
tabe idi. Xan özü isə vaxtını Parisdə, Peterburqda keçirərdi. Mir Əhməd xan Mir
Əsgər xanla əmioğlu olmaqla yanaĢı, onun böyük qızı ilə evlənmiĢdi.
Mir Əhməd xanın atasının tikdirdiyi birinci ev taxta bina idi, özü tikdirdiyi
ikinci ev isə indiki Kirov küçəsində yerləĢən birmərtəbəli kərpic evdir. Evlənəndən
sonra 1913-cü ildə Mir Əhməd xan arvadı Tuğra xanımın təkidi ilə üçmərtəbəli ev
tikdirməyə baĢlayır. Ev tikilən zaman Tuğra xanım Kislovodskidə idi. Mir Əhməd
xana gedərkən demiĢdi ki, ―ev nə vaxt hazır olarsa, onda xəbər edərsən gələrəm‖.
Mir Əhməd xan da həmin üçmərtəbəli evi üç ay yarıma bir fransız mühəndisinə
tikdirir. Lakin mühəndisi o qədər tələsdirir ki, ev tərsinə tikilir, yəni küçə üstə olan
18
sağ tin sola düĢür, sol tin isə sağa. Binanın həyət tərəfdə olan ĢüĢəbəndi isə
sökülür. Buna görə də bina içəri tərəfdən öz görkəmini itiribdir. Mir Əhməd xanın
həyətində xüsusi kiçik bir elektrik stansiyası var idi. Bu stansiya Sovet dövründə,
yəni 1926-cı ilə kimi Lənkəranın bəzi idarələrinə, habelə kinoteatra iĢıq verirdi.
Lənkəranda yeni tikilən elektrik stansiyasından sonra bu stansiya balaca
olduğundan ondan istifadə etmədilər, baxımsızlıq üzündən dağıldı. Həyətin
ortasında hörülmüĢ quyu vardı, demək olar həyət tamamilə güllük idi, hətta burada
tovuzquĢu da saxlanılırdı. Yuxarı mərtəbələrə əl nasosu ilə su vurulurdu. Mir
Əhməd xanın arvadı Tuğra xanım 1912-ci ildə Tiflisdə keçirilən gözəllik yarıĢında
birinci yeri tutmuĢdu.
ġahağacda xan od dəyirmanı tikdirmiĢdi ki, 1927-ci ilə kimi iĢləyirdi, özü
də altı cür düyü buraxırdı.
Mir Əhməd xan 1916-cı ildə zöhrəvi xəstəlikdən vəfat etmiĢdir. Qəbri
Sardaxlıdadır. Tuğra xanım Mir Əhməd xandan və özündən ötrü bir yerdə qırmızı
kərpicdən gözəl bir məqbərə tikdirmiĢdi. Bir gün rayonun kommunal təsərrüfat
idarəsinə kərpic lazım olur. GöstəriĢ verilir ki, haman məqbərə sökülsün. Məqbərə
sökülür, oradan çıxan kərpic isə ... istifadə ediləsi olmur! Bu cür gözəl abidə isə
yoxa çıxır. O dövrdə keçmiĢimizə belə münasibət adi hal idi. Məsələn, 1927-ci ildə
bizi yığıb apardılar GamıĢavana, Molla Fəttahın evinə. Onun gözəl əlyazmalarını
yığıb ―köhnə əlifbanı basdırırıq‖ deyə aparıb qəbiristanlıqda basdırdıq. Ġndi
anlayırıq ki, həmən əlyazmaları qızıla bərabər imiĢ.
Sovet höküməti Mir Əhməd xanın evini alandan sonra Tuğra xanım ğgey
qardaĢı Cavad xanın evinə köçür, bir müddət qalandan sonra Bakıda olan mülkünə
(indiki Tolstoy küçəsi) köçüb ömrünün sonuna kimi orada yaĢayır.
Müharibə dövründə Tuğra xanım Poluxin küçəsində olan qadın hamamında
xadimə iĢləyirdi, vəfatı zamanı bacısı KiĢvər xanımın oğlanları – doktor Ġsabəy
Əlibəyovun uĢaqları xalalarını adət - ənənə ilə analarının yanında dəfn ediblər.
MEHMANDAROVLAR
Sadıq bəy Mehmandarov
ġuĢa Ģəhərində doğulmuĢdur və əslən ġuĢalı
idi. Oxumağa Peterburqa gedib, hüquq fakültəsini qurtarmıĢdı. Yuxarıda dediyim
kimi o, Hacı Mir Abbas bəy TalıĢinski ilə tanıĢ olur, Hacı Mir Abbas onu
Lənkərana, öz mülkünə baĢ hüquqçu vəzifəsində iĢləməyə dəvət edir.
Sadıq bəy Mehmandarov Lənkərana gəldiyi ilk vaxtlarda ev kirayə edib
yaĢayır. Bir neçə ildən sonra ona evlənmək təklif edirlər. O deyir ki, yad evində
yaĢayıb evlənmək olmaz. Elə bundan sonra Sadıq bəy həyət yeri alıb, orada çiy
Dostları ilə paylaş: |