Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   2   3   4   5   6   7   8   9   10   ...   33

19 
 
kərpicdən  iki  otaqlı  sadə  ev  tikdirir.  TalıĢinskilərdən  evlənir.  Birinci  arvaddan  iki 
uĢağı olur: Səməd bəy və Ġbrahim bəy. 
Səməd  bəy  Sadıq  oğlu  Mehmandarov  16  oktyabr  1856-cı  ildə  Lənkəranda 
anadan olub, ilk təhsilini M. Ġ. Qasirin məktəbində almıĢdır. Sonra Peterburqda ali 
hərbi məktəbi bitirmiĢ və 1904-cü ildə general Əliağa ġıxlinski ilə birlikdə Part – 
Artur döyüĢündə (rus – yapon müharibəsi) iĢtirak etmiĢdir. Generaldır. O, 1931-ci 
ildə Bakıda vəfat etmiĢ, Çəmbərəkənd qəbiristanlığında dəfn olunmuĢdur. 
Ġbrahim  bəy  Sadıq  bəy  oğlu  Mehmandarov  da  Peterburqda  həkimlik 
oxumuĢ  (akademik  Pavlovla  bir  sinifdə),  Rusiyada  evlənərək  qırx  il  orada 
yaĢamıĢdır.  Bir  gün  arvadı  söhbət  zamanı  onu  təhqir  edib  deyir  ki,  ―Ġbrahim,  nə 
qədər  özünü  mədəni  həkim  hesab  etsən  də,  qafqazlısan,  sizin  mədəniyyətə 
çatmağınıza çox vaxt lazımdır‖. Bu sözü eĢidən Ġbrahim bəy ayağa qalxıb, arvadı 
boĢamaq  barədə  xəbərdarlıq  edir  və  on  gündən  sonra  yığıĢıb  boynunda  qızıl  xaç 
Lənkərana gəlir, bir neçə ili Lənkəranda həkimlik edir. Deyilənə görə, Ġbrahim bəy 
çox rəhmdil olub, çox adamdan müalicə haqqı almazmıĢ. Elə hallar da olub ki, bəzi 
kasıb xəstələrə özü dərman pulu verib. Ġbrahim bəy Lənkəranda 1934-cü ildə vəfat 
edib.  Ruhanilər  onun  boyunda  xaç  olduğuna  görə  müsəlman  qəbiristanlığında 
basdırılmağına etiraz ediblər. Buna baxmayaraq, qəbri Sardaxlıda öz bacısı gəlini 
Səbi xanımın yanındadır. 
Sadıq  bəy  Mehmandarovun  arvadı  vəfat  edəndən  sonra  o  iki  arvad  almıĢ, 
onlardan Ġshaq bəy, Baba bəy, Yusub bəy, Nağı bəy, Mehparə xanım və Məryəm 
xanım dünyaya gəlmiĢdir. 
Ġshaq  bəy  Sadıq  bəy  oğlu  Mehmandarov  da  Petroqradda  dəmiryol 
mühəndisliyini  qurtarıb.  Orta  Asiya  dəmiryol  çəkiliĢində  iĢtirak  edib,  böyük  bir 
körpünü  tikəndən  sonra  Ġshaq  bəyi  ailəsi  ilə  birlikdə  həmin  körpünün  altında 
saxlayıb,  iki  ağır  qatarı  üstündən  keçirmiĢlər.  Qəbri  Petroqradda  tatar 
qəbiristanlığındadır. 
Baba  bəy  Sadıq  bəy  oğlu  Mehmandarov  vəkillik  edirdi.  O,  Ġranda  gözəl 
vəkillik etdiyinə görə Ġran Ģahı onu Ġranın ―ġiri - XurĢid‖ niĢanı ilə təltif etmiĢdir. 
Yusub  bəy  Sadıq  bəy  oğlu  Mehmandarov  isə  Masallının  Seyfəddin 
kəndindən  Züleyxa  adlı  qızla  evlənir.  O,  həmin  kəndin  mülkədarıymıĢ,  özü  isə 
həmiĢə Lənkəranda olurmuĢ. Evi indi uĢaq bağçasıdır (N. Nərimanov küçəsində). 
Nağı  bəy  Sadıq  bəy  oğlu  Mehmandarov  Lənkəranın  qradonaçalniki  idi 
(Ģəhər  rəisi).  Arvadı  KeĢlə  kəndindən  idi.  Nağı  bəy  atası  Sadıq  bəyin  evində 
yaĢayırdı. Evdə yatdığı yerdə öldürmüĢdülər. Qəbri Lənkərandadır. 
 
 
 
 
 


20 
 
HƏZĠ ASLANOV 
  
Lənkərandan danıĢarkən Həzi Aslanov  haqqında söz deməmək olmaz. Ġgid 
döyüĢçü,  Lənkəran  torpağının  Ģöhrəti,  Sovet  Ġttifaqı  Qəhrəmanı  haqqında  çox 
Ģeylər hamıya bəlli olsa da, bəlli olmayanları da var. 
Onun atası Aslanov Əhədlə biz qonĢuyduq. Atanın gözümüz önündə keçmiĢ 
güzəranı ilə müqayisədə oğulun göstərdiyi qəhrəmanlıq daha parlaq görünür. 
Əhəd  kiĢi  çox  yoxsul  yaĢayırdı.  Onun  müəyyən  sənəti  yox  idi.  Yay 
mövsümündə  kərpic  kürələrində  fəhləlik,  qıĢ  və  payız  aylarında  isə  bazarda 
dəlləklik  edirdi.  Öz  dükanı  olmadığından  bütün  alətlərini  bir  zənbilə  yığıb,  elə 
bazarın ortasındaca bir kətil qoyub, bir dükan qabağında kəndlilərin baĢını qırxardı. 
Bəzən  də  arvadı  NuĢu  xala  təndir  çörəyi  biĢirib  bazarda  satırdı,  çünki  o  zaman 
kərpic  kəsmirdilər.  Həzi  isə  qatıq  satardı,  atası  üçün  satmağa  ev  çörəyi  aparardı. 
Həzi  yaxĢı  aĢıq  –  aĢıq  (hil  -  hil)  oynar,  dənizdə  çox  yaxĢı  üzərdi.  Limana  gəmi 
gələndə sahildən gəmiyədək üzüb yenə qayıdardı. Bir də Həzi çox dalaĢqandı, heç 
bir Ģeyə güzəĢtə getməz, heç nədən qorxmazdı. 
Onların çiy kərpicdən ikigözlü evləri vardı. Evin birində çox böyük ailə ilə 
Həzigil  olardı,  o  birində  isə  əmisi  Səməd  kiĢi.  Onun  da  ailəsi  böyük  idi.Həzigil 
onsuz  da  çox  yoxsul  idilər.  Atası  Əhəd  kiĢi  1923-cü  ildə  vəfat  edəndən  sonra 
ailənin  əziyyətləri  daha  da  artdı.  Həmin  ilin  yayında  Əlibəy  Qasımov  Lənkərana 
istirahətə  gəlmiĢdi.  Özü  də  Hacı  Əmənullanın  evinə  düĢmüĢdü  (həmin  ev  indiki 
Həzi Aslanov küçəsindədir). O, qayıdanda atamdan bir nəfər qulluqçu istədi, atam 
da  Həzinin  kiçik  qardaĢı  Hacıbabanı  onlara  qoĢdu.  Ġki  ildən  sonra  Hacıbaba 
qayıtdı,  ayrı  –  ayrı  iĢlərdə  iĢləyib,  1940-cı  ildə  tibb  texnikumunu  bitirdi.  Kiçik 
qardaĢı  Kərəməli  isə  uĢaqlıq  dövrünü  qonĢuların  qoyun  –  quzularını,  buzovlarını 
Lənkəran  çayının  düzənlərində  otarardı.  Ġbtidai  məktəbi  çox  gec  bitirdi.  Əsgər 
gedəndən  sonra  sərhəd  keĢikçisi  iĢləyirdi.  Böyük  qardaĢı  Abbasqulu  Həzigilnən 
anadan ögey idi. O, əvvəllər dəllək Ģagirdi, sonralar ömrünün axırına kimi dəlləkli 
etmiĢdi.  Bir  dəfə  Abbasqulu  mənə  dedi:  ―Ay  qonĢu,  bu  Aslanovların  hamısı  indi 
özünü bizə qohum edir, amma 1923-cü ildə atam vəfat etmiĢdi. Bizə on kirvənkə 
(4 kq) düyü lazım idi ki, südlü aĢ biĢirib gələn camaata verək. Almağa pul yox idi. 
Məni qaçırtdılar Gərmətukə, atamın əmisi oğlu Hacı Hüseynin yanına. Dedim, əmi, 
atam  rəhmətə  getdi,  10  kirvənkə  düyü  lazımdır,  yaxud  icazə  ver  dingdən  on 
kirvənkə düyü xırdası (çinə) götürüm. Hacı Hüseyn nə özü gəldi, nə də düyü verdi. 
Hacıbaba tutulanda heç bizi tanımadılar, hətta salamımızı da almırdılar. Ġndi həmin 
Hacı  Hüseynin  bütün  nəvə  və  nəticələri  Həziyə  qohum  çıxıblar  və  mənə  ikiqat 
salam verirlər‖. 
 
 
 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə