Ġshaq Axundov xatġRƏLƏRĠMDƏ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix12.10.2018
ölçüsü1,1 Mb.
#73515
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

25 
 
xüsusi  müəllim və  tərbiyəçilər  məĢğul olur, bir sıra  hallarda  savadlı analar da  bu 
iĢə ciddi nəzarət edirmiĢlər. 
Azərbaycan  SSR  EA  RƏF-də  1799-cü  ildə  Lənkəranda  Cəbrayıl  Cahangir 
oğlu tərəfindən  yazılmıĢ  üslubiyyat  və  poetikaya  aid iyirmiyə  vərəqlik bir  əsərin, 
1808-ci ildə Lənkəranda Həsən Ləngərudi tərəfindən həvəslə üzü köçürülmüĢ 270 
vərəqəlik  kitabın (Ģifri:  D  – 354 15050) və 1813-cü ildə Nurulla TalıĢi tərəfindən 
nəfis  Ģəkildə  üzü  köçürülmüĢ  Əbdürrəhman  Caminin  140  vərəqəlik  ―Yusif  və 
Züleyxa‖ əsərini (Ģifri: B – 1263 (7269) sübut edir ki, bu yerlərdə dərs oxuyanlar 
arasında  ailə  təhsili  nəticəsində  belə  yüksək  savad  görmüĢ  xəttatlar  və  katiblər 
meydana  gəlmiĢdir.  Belə  katiblərin  sayı  çoxdur.  Bundan  baĢqa,  keçən  əsrdə 
Lənkəranda  ―Fövcül  –  füsəha‖  ədəbi  məclisi  fəaliyyət  göstərirdi.  Həmin  məclisin 
əksər  üzvləri,  o  cümlədən  məclisin  baĢçısı  Mirzə  Ġsmayıl  Qasir  məktəbdarlıqla 
məĢğul  olmuĢlar.  Əlbəttə,  bu  ədəbi  məclisin  klassikləri  mütaliə  edən,  onların 
Ģerlərinə  nəzirə  yazan,  din,  fəlsəfə,  ədəbiyyat  və.s.  məsələlər  ətrafında  arifanə 
söhbətlər  aparan,  bir  –  birilə  yazıĢan  üzvləri  ilk  təhsillərini  xüsusi  evlərdə  və  ya 
məscid məktəblərində almıĢlar. 
Bütün bu faktlar Lənkəran tarixi üçün dəqiq və tutarlı sayılmasa da, nəzərə 
alınmalıdır. Hər halda XIX əsrin əvvəllərindən, bəlkə daha qədimdən Lənkəranda 
müəyyən  evlərdə  açılmıĢ  köhnə  tipli  məktəblər  və  ya  mollaxanalar  dini  xarakter 
daĢısa da, təhsilin yayılmasında müəyyən rol oynamıĢdır. 
XIX  əsrin  ortalarından  Lənkəran  məktəbindən  çalıĢan  bir  sıra  müəllim  – 
yazıçıların  fəaliyyəti,  onların  bədii  yazıları  və  tədrisə  gətirdikləri  yeniliklər 
mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. 
1850-ci  ildə  Lənkəranda  açılan  ―Müsəlman  məktəbi‖ndə  rus  dili 
müəlliminə,  həm  də  hər  iki  dili  yaxĢı  bilən  azərbaycanlı  mütəxəssisə  ehtiyac 
olmuĢdur. Bütün ərazidə isə belə savad sahibi bir nəfər azərbaycanlı – Ġsgəndər bəy 
Hacinski  idi  ki,  o  da  baĢqa  sahədə  çalıĢırdı  –  Qafqaz  caniĢini  dəftərxanasında 
dilmanc  idi.  Ġ.  Hacinski  1848-ci  ildə  ―Kavkaz‖  qəzetinin  48,  49-cu  nömrələrində 
―Qubalı Fətəli xanın həyatı‖ əsərini çap etdirmiĢdir. 
 Bakı qəza məktəbində XIX əsrin I yarısında tezliklə iki nəfər azərbaycanlı 
müəllim hazırlanır: Cəfər Səlimxanov Bakıda, Məmmədəli Səfiyev isə Lənkəranda 
müsəlman məktəbinə rus dili müəllimi təyin olunurlar. 
 Mirzə Məmmədəli Səfiyevin Lənkəranda müəllimlik fəaliyyəti geniĢliyi və 
əhatəliyi ilə həmiĢə diqqəti cəlb etmiĢdir. Onun ―Zakavkazski vestnik‖də publisist 
yazılarla  çıxıĢ  etməsi  də  maraqlıdır.  Prof.  Fuad  Qasımzadə  yazır:  ―Kavkazski 
vestnik‖  qəzetində  onun  50-ci  illərin  əvvəllərində  bir  –  birinin  ardınca  çoxlu 
məqaləsi  çıxmıĢdır...  Mirzə  Məmmədəli  Səfiyev  cəhalət  və  nadanlığı,  mövhümatı 
kəskin  tənqid  edir,  elmi  məqalərində  dünyəvi  biliklərdən  danıĢır,  qabaqcıl  rus  və 
Avropa mədəniyyətinə yüksək qiymət verir‖. 
Tədqiqatçı alim N. Axundov yazır: ―M. Səfiyevin bu və digər səpkidə olan 
yazıları təsdiq edir ki, o da öz dövrünün ilk maarifçiləri kimi yeni tipli məktəblər 


26 
 
açmağı,  xalqı  savadlandırmağı,  elm  və  mədəniyyətə  yiyələnməyi  vacib 
məsələlərdən saymıĢdır‖. 
1980-ci  il  may  ayının  23-də  ―Azərbaycan  müəllimi‖  qəzetində  Ə. 
Bağırovun  ―Məmmədəli  Səfiyev  kimdir?‖  adklı  məqaləsi  dərc  edilmiĢdir. 
Məqalədə  oxuyuruq:  ―M.  Səfiyevin  Ģəxsiyyəti  haqqında  məlumatımız  azdır. 
Əsərlərinə və bəzi sənədlərinə əsasən təyin etmək olur ki, o, ərəb və fars dillərini 
dərindən  bilmiĢ,  mükəmməl  rus  təhsili  görmüĢdür.  Əsrin  50-ci  illərində 
Lənkəranda iĢləmiĢ, 1869- 1877-ci illərdə Bakıda dövlət  idarələrində  mütərcimlik 
etmiĢdir.  Nə  vaxt,  harada  doğulub,  hansı  ildə,  harada  öldüyünü  müəyyənləĢdirə 
bilməmiĢik‖. 
Mənbələrdən aydın olur ki, M. Səfiyev 1853- 1855-ci illərdə ―Zakavkazski 
vestnik‖ qəzetində bir sıra hekayələr, o cümlədən ―Lənkəranın mineral qaynaqları‖ 
adlı  məqalə  dərc  etdirmiĢdir.  Bu  hekayələr  alimlərimizin  diqqətini  daha  çox  cəlb 
etmiĢdir.  Ə.  Bağırov  yazır:  ―XIX  əsr  rus  mətbuatını  diqqətlə  öyrənilməsi 
nəticəsində  aĢkar  olunmuĢdur  ki,  Bakıxanovla  M.  F.  Axundovun  nəsr  əsərləri 
arasındakı fasilə o qədər də uzun deyilmiĢ. M. F. Axundovu XIX əsr Azərbaycan 
nəsrinin  III  nümayındəsi  yox,  IV  nümayəndəsi  hesab  etmək  olar.  Çünki  1853  – 
1855-ci  illərdə  Tiflisdə  ―Zakavkazski  vestnik‖  və  ―Kavkaz‖  qəzetlərində  (rus 
dilində) M. Səfiyev adlı bir azərbaycanlı yazıçı da hekayələr çap etdirmiĢdir‖. 
Sənədlərdən  məlum  olur  ki,  Mirzə  Məmmədəli  Səfiyevin  ədəbi  irsindən 
onun  ―Xurafat‖,  ―Abbas  oğlu  Abdullanın  hekayəsi‖,  ―Müdrik  Ģahzadə  qız‖, 
―Qazının alim oğlu ilə görüĢməsi‖, ―Lənkəranda müsəlman toyu‖, ―ġah Hüseyn‖, 
―Lənkəranda müsəlman Ģiələrinin bayramı‖, ―Sücaəddin baba‖, ―Səxavətli məchul 
Ģəxs‖,  ―Zəvvar  qadının  tövbəsi‖,  ―Yer  cənnəti‖,  ―ġərq  aĢiqləri‖,  ―Baba  Səməd 
məclisi‖ adlı hekayələri çap edilmiĢdir. 
M. M. Səfiyevin müəllimlik fəaliyyəti haqqında bizə ətraflı məlumatı prof. 
Hüseyn  Əhmədov  verir.  O,  Lənkəranda  müsəlman  məktəbinin  1850-ci  ildə 
meydana gəldiyini söyləyir. 
H. Əhmədov yazır: ―Məhz bunun nəticəsi idi ki, (əhalinin məktəbə marağı 
nəzərdə  tutulur  –  Ġ.  A.)  Lənkəran  müsəlman  məktəbi  Ģagirdlərin  çoxluğuna  görə 
yalnız ġamaxı məktəbindən geri qalır, Tiflis, Gəncə, Nuxa, Bakı, Salyan, Dərbənd, 
TeymurxanĢura müsəlman məktəblərindən irəlidə gedirdi. Ġlk dövrlərdə, yəni 15/1 
–  50-ci  ildə  Lənkəran  müsəlman  məktəbində  32 Ģagird var idisə, sonralar onların 
sayı 72 nəfərə çatır. ―Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1850-ci illərdə bütün 
Lənkəran qəzasında əsrlərdən bəri davam edən ənənəvi məktəblərin cəmi sayı 6 idi 
ki,  burada  oxuyanların  ümumi  sayı  165  nəfər  idi.  Orta  hesabla  hər  məktəbə  27 
Ģagird düĢürdü. Yenicə açılan Lənkəran müsəlman məktəbində təhsilə cəlb edilən 
Ģagirdlərin  sayı  həmin  məktəblərə  nisbətən 3 dəfə  çox idi.  Bu vaxt  Lənkərandakı 
müsəlman məktəbində rus dilini M. Səfiyev məccani olaraq tədris edirmiĢ. Ona və 
Mirəli  TalıĢxanova  məktəbin  müvəffəqiyyətləri  yolunda  göstərdikləri  xidmətlərə 
görə caniĢinliyin təĢəkkürü elan edilmiĢ, onlar qızıl saatla mükafatlandırılmıĢdır‖. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə