Шәмистан нәзирли



Yüklə 5.01 Kb.

səhifə1/93
tarix11.07.2018
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   93


ŞƏMİSTAN  NƏZİRLİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YADDAŞLARDA 
YAŞAYAN 
VURĞUN 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şərq-Qərb 
Bakı 1996 
 


 
 
 
 
 
 
Redaktoru: Güldanə Əmrullah qızı 
Rəssamı: Nadir Rəhimov 
 
 
 
 
 
Ş 52 Şəmistan Nəzirli - Yaddaşlarda yaşayan Vurğun. B:,  
 Şərq-Qərb, 1996, 292 səh. 
 
 
 
 
Azərbaycanın demək olar ki, elə bir məkanı, eli-
obası yoxdur ki, Səməd Vurğun o yerlərdən keçməmiş 
olsun.  Hər ürəyə, hər könülə mehman olan Vurğun 
yurdumuzun bütün bölgələrində özünə dost, həmdəm, 
qardaş tapmışdı. Hələ sağlığında əfsanəyə dönmüş 
Vurğun ömrü indi də xalqımızın xatirəsində yaşayır və 
gələcək qərinələrdə də yaşayacaq. 
Yazıçı-publisist Şəmistan Nəzirli iyirmi ildən 
çoxdur ki, Vurğunla bağlı silsilə sənədli hekayələr qələmə 
alır. 
“Yaddaşlarda yaşayan Vurğun” Ş.Nəzirlinin Xalq 
şairinin anadan olmasının 90 illiyinə gözəl töhfədir. 
Kitabda şairin qohumlarının, dostlarının, tanışlarının 
Vurğun haqqında xatirələri və müəllifin sənədli 
hekayələri toplanmışdır. 
 
 
 
 
 
 
 
Şərq-Qərb, 1996 
 
 
 


 
M Ü Ə L L İ F D Ə N 
 
1972-ci ilə qədər xırda-para publisistik yazılarla, ara-sıra kiçik hekayələrlə 
mətbuatda çıxış edirdim. Özüm də hiss edirdim ki, işlədiyim bu yazılar geniş 
oxucu kütləsini o qədər də maraqlandırmır. 
Bir dəfə Qubada ezamiyyətdə olanda Səməd Vurğun haqqında danışılan 
xatirə bolluğuna düşdüm. 1926-1927-ci illərdə burda müəllim işləyən, on il (1946-
1956-cı illərdə) bu bölgənin deputatı olan şair haqqında şirin söhbətlər, əhvalatlar 
məni valeh elədi. İstər-istəməz uşaq vaxtı həmsöhbət olduğum böyük şair 
gözümün önündə nur dağı kimi dayandı. İlk dəfə “Mən Vurğunu görmüşəm” adlı 
sənədli hekayə yazdım. İki il mətbuatda “susub” Vurğun dostlarının sorağı ilə oba-
oba, kənd-kənd Azərbaycanı gəzdim. “Ulduz” və “Azərbaycan” jurnalında, 
“Azərbaycan gəncləri” qəzetində dərc etdirdiyim silsilə yazıları oxucular maraqla 
qarşıladılar. 
İlk, oxucu məhəbbətini, ilk uğuru “Ulduz”un səhifələrində qazandım. 
Televiziyanın hərbi şöbəsində işləsəm də “Ulduz”un səhifələrində gedən “Vurğun 
keçib bu yerlərdən” silsilə sənədli hekayələrimə və publisistik yazılarıma görə 
həmin jurnalın ünvanına mənim adıma oxucu məktublarının axını başlandı. Hətta, 
1975-ci ildə “Ulduz” jurnalının ən fəal müəllifi kimi Respublika Komsomolunun 
Mərkəzi Komitəsi məni fəxri fərmanla təltif etdi. Məhz Səməd Vurğun haqqında 
araşdırmalarıma görə aldığım bu mükafat mənə çox əziz və doğma idi. Bu, 
həyatımda sovet imperiyası tərəfindən mənə verilən ilk və son mükafat oldu. 
Sonra müdrik yazıçımız İsmayıl Şıxlının və sevimli şairimiz Əhməd Cəmilin 
məsləhəti ilə yolum keçmiş ittifaqın müxtəlif guşələrində yaşayan Səməd 
Vurğunun sənət dostlarının ünvanına düşdü. 
Nalçikdə Qaysın Quliyevlə, Veşşenskidə Mixail Şoloxovla, Tbilisidə Karlo 
Kaladze, Sandro Şanşaşvili, İrakli Abaşidze, Daşkənddə Qafur Qulamın ailəsilə, 
Moskvada Nikolay Tixonoz, Konstantin Simonov, Pavel Antokolski, həmyerlimiz 
Sabit Orucovla və daha kimlər Səməd Vurğunun poeziya kəhkəşanında 
böyüklüyünün şahidi olubsa, onlarla görüşüb söhbət etmək mənə qismət oldu. Bu 
mövzuda üç: “Vurğun ömrü” və “Vurğun keçib bu yerlərdən” (I və II kitab) 
kitablarının müəllifi oldum. 
Səməd Vurğunun həyatı, poeziyası ömrümə həmişəlik bir mayak olub. Onun 
mənalı ömrünü öyrənməyə beş-üç tədqiqatçı əməyi bəs eləməz. Vurğun ömrü 
bütöv bir akademiyadır. Gələcək tədqiqatçılar, gələcək nəsillər hələ ondan bol-bol 
bəhrələnəcəklər. 
1976-cı ildə Gürcüstan Dövlət Arxivində böyük şairin XVIII əsrdə yaşamış 
ulu babaları vəkil Alı ağa və Yusif bəy Kosalı haqqında bəzi sənədləri araşdıranda 
sərkərdə oğullarımız barədə tədqiq olunmamış sənədlərə də rast gəldim. Ulu 
Səməd Vurğunun ruhu qarşısında səcdə edib bu qatı açılmamış materialları üzə 
çıxarmaq üçün ondan “icazə” istədim. 
Axı, böyük şairin özü bizə vəsiyyət edib ki, keçmşimizi əlifba kimi 
öyrənməliyik... Hər bir həqiqi insan öz irsiyyəti ilə fəxr etməlidir. Tarix elmi bütün 


ictimai elmlərin beşiyidir. Tarixi bilmədən xalqın böyük əzəmətini və onun 
əməllərini müəyyənləşdirmək çətindir. ...Vətənin məhəbbəti ilə alovlanmayan, 
onun tarixini bilməyən alim öz ya tarixçi, yazıçı və ya rəssam öz xalqına layiq heç 
bir şey yarada bilməz. 
Səməd Vurğunun bu tövsiyələrinə əməl edib general oğullarımız haqqında 
“Qəribə talelər”, “Azərbaycan generalları”, “Əfsanəvi Mixaylo”, “Qoridən gələn 
qatar”, “Qacarlar”, “Cümhuriyyət generalları” kitablarını yazdım. Bir də hərb 
sənəti sahəsində böyük ad-san qazanmış tam artilleriya generalı Əliağa 
Şıxlinskinin  “Xatirələrim” hərbi memuarını rus və Azərbaycan  dillərində (1984-
cü ildə) tərtib edib, nəşr etdirdim. 
Bu əsərlərimi yaza-yaza ulu Səməd Vurğunu yenə də unutmadım. Yenə də 
uzaq-yaxın mənzillər gəzdim, yaddaşlarda xeyirxahlığı, insani ucalığı ilə yaşayan 
sevimli şairimiz haqqında tədqiqatlarımı davam etdirdim. “Yaddaşlarda yaşayan 
Vurğun” kitabım yuxusuz gecələrimin, narahat günlərimin oxuculara yeni 
töhfəsidir. 
 
İyul, 1995 
  
 
ATA SEVİNCİ 
 
- Nənə, ay nənə, atam Qaranı
1
 hara apardı? 
Aşa qarı yarıyuxulu gözlərini açıb Səmədin başını sığalladı: 
- Yat, oğlum, yat, - dedi. Uşaq əl çəkməyib sualı-sual dalınca verdi: 
- Atamnan Qara nə vaxt qayıdacaqlar, hara getdilər ki?.. 
Qarı nəvəsinin əl çəkmədiyini görüb, sanki nağıl danışırmış kimi aram-aram 
xırıltılı səslə: 
- Bizim  kənddən uzaqlarda, - dedi, - bir şəhər var, adına Tiflis deyirlər. 
Orda saqqalı dümağ qar kimi bir qoca baba yaşayır. Hüseyn baba. O, uşaqlar üçün 
məktəb açıb, kasıb balalarını oxudur. Atan Qaranı apardı ki, onu da məktəbə 
qoysun. Mənim balam, sən bir az böyü, səni də aparacaq... 
- Bəs mənə dedilər ki, sənə monpas alacağıq... 
- Alacaq, oğlum, konfet də alacaq... 
- Nənə, Tiflis burdan çox uzaqdadır? - Uşaq ağlamsındı. 
- Hə, oğlum, çox uzaqdır. Böyüyəndə, Qara boyda olanda səni də aparacaq. 
  
Hər  ikisi susdu. Uşağın kövrəldiyini görən nənənin nitqi qurudu.  
Narahatçılıqdan yuxusu tamam dağıldı. Dönüb közərən lampaya baxdı. Nefti 
qurtarırdı. Onu tamam söndürməyə qarının ürəyi gəlmirdi. Çıraq sönüb dam 
qaranlıqlaşanda Aşa qarını vahimə basırdı. Eymənirdi. Pərdilərin, dirəklərin hərəsi 
bir qorxunc vəhşi olurdu. O, dönüb Səmədə baxdı. Uşaq sol əli üzündə yuxuya 
getmişdi. Qaraşın sifətinə istidən azca qızartı çökmüşdü. Aşa qarı uşağın alnına 
                                                 
1
 S.Vurğun -böyük qаrdаşı Mеhdiхаnа Qаrа dеyirdi.  
 
 



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə