Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

- A bəy, gün çıxdı, dur, a bəy. 
- Gərək ki, ikinci gəlişi idi. Ova hazırlaşırdılar.Səməd qağa məni mətbəxdən 
çağırtdırıb dedi: 
- Sara bacı, mənə sulut çarığı və patava tapa bilərsənmi? - Mustafa əminin 
həyat yoldaşı, məşhur Şirvan şairi Ağa Əlihin nəvəsi Sara xanım sevimli qonağı 
Səməd Vurğun haqqında danışır. - Çarıqçı Sərxan kişinin yanına getdim. Ona çarıq 
sifariş verdim. Onlar ovdan qayıdana kimi çarıq da patava da hazır oldu. Səməd 
qağa çarığı geyindi, patavanı da adlayıb bağladı. Evin içində hərlənə-hərlənə: 
- Neçədi, a Mustafa, qız qaytarandımı, ayə? - deyə zarafat edirdi. Səmədin 
başındakı qıvrım papağı, ayağındakı sulut çarığı, səliqəylə doladığı patava ona çox 
gözəl yaraşırdı. Adama nağıllardakı çiyni qızılquşlu xoşbəxt bəy balalarını 
xatırladırdı. 
- Sara xanım, yemək-içməyi necə idi? Nə qoysanız yeyərdi, yoxsa?.. 
- Oğul, biz onu ailəmizin bir üzvü hesab edirdik. Necə deyərlər, o bizə, biz 
də ona qaynayıb-qarışmışdıq. Bəzən qəfildən gələrdi. Mustafa durub olanımızdan 
toyuqdan, qoyundan, birini kəsmək istəyəndə razı olmayıb deyərdi:  
- Yox, yox, lazım deyil, elə mən də siz yeyəndən yeyəcəyəm. Səməd qağa 
armudu stəkanda çay içməyi çox sevərdi. Bir dəfə dedi: - Sara bacı, dördünü 
içmişəm, birini də süz, susuzluqdan ciyərim yanır. 
- Ay qağa, - dedim, -  çayı niyə sayırsan, samovar qaynayır, süzüm də, nə 
qədər istəyirsən iç. 
- Bir evə qonaq getmişdim, - dedi, - ev yiyəsi boş stəkanı qabağımdan 
götürəndə dedim ki, bacı, beşini içmişəm, birini də süz... Ev yiyəsi sərt-sərt: - Yox 
- dedi, - şair, düz altısını içmisən... Çayı saydıqlarına məəttəl qaldım. 
- Plovu da çox sevərdi. Buğlanan plovu qabağına qoyanda - Bəh, bəh - 
deyərdi, - Sara bacı, söz tapmıram sənin plovunu tərifləməyə. 
Kəsmək üçün hindən toyuq tutanda onlar qışqırışardı. Səməd, bayıra çıxıb 
zarafatla deyərdi: 
- Sara bacı, o çığırana toxunma, yazıqdı, o səs-küy salmayan var ha, ondan 
kəs (Şair qoyunu, quzunu nəzərdə tuturdu - Ş.N.). 
- Ay oğul, evdə-eşikdə zümzüməsini kəsməzdi. Bəzən əlinə keçən bir şeyi 
saz kimi sinəsinə sıxıb aşıqsayağı oxuyardı. Deyərdim: 
- Ay qağa, nə yaxşı səsin var? 
- Allah vergisidir, - deyərdi, - Sara bacı. 
- Birdən elə doluxsunardı ki, elə bil kövrək, kimsəsiz uşaqdır. Bəzən də sən 
nə danışırdın, o, üzünə baxa-baxa: “hı, hı” - deyirdi. Başqa heç nə. Sən demə bu 
“hı, hı”ların hamısı yalandan imiş. Bu “hı”larla Səməd qağanın fikri tamam başqa 
yerdə olurmuş. Əlbəttə, şer yazmaqla! Şair beynində özgə nə ola bilərdi? 
Sara xanım üzünü Mustafa əmiyə tutub: 
- A Mustafa, - dedi, -  yadındamı, sənin ov itinə - Kaştana bir şer yazmışdı. 
Mustafa əmi kövrək-kövrək dedi: 
- Niyə yadımda deyil, ancaq şeri unutmuşam. Axı hardan biləydim ki, 
Səmədin ömrü belə gödək olacaq, illər keçəcək, o ancaq xatirələrdə yaşayacaq. 
Oğul, mən ona bir ov iti vermişdim, Səməd onu özü ilə Qazağa ova aparıbmış. 


Nədənsə, it ov axtara-axtara hürürmüş. Səməd bərk hirslənib, iti güllə ilə vurmaq 
istəyir. Əli gəlmir. Hirslənən Səməd ovu yarımçıq qoyub itə satirik bir şer 
yazmışdı. 
Mustafa  əmi sonralar da Səməd Vurğunla Kür üstünə, Dəmirçi kəndinin 
ətrafında, Basqal meşəsində, Ağsu çayının qırağında ovda olub. Onun dediyinə 
görə şairin ən çox Ulu düzündə ov eləməkdən xoşu gələrmiş. 
Bir dəfə yenə Ulu düzündə ov eləyəndə qoruqçu Yurin gəlib çıxır. Qışqırıb 
haray-həşir salır, maşının nömrəsini yazır. 
- Siz kimsiniz ki, burada ov eləyirsiniz, - deyib onların üstünə tüfəng çəkir. 
Şair heç kefini pozmadan asta, ağır addımlarla qoruqçuya yaxınlaşıb 
zarafatla deyir: 
- Ayə, malakan, niyə qışqırıb-bağırırsan? Mən hökumət nümayəndəsiyəm
ov eləməyə də icazəm var. 
Malakan Yurin daha da özündən çıxır: 
- Mən hökumət nümayəndəsi-zad tanımıram. Sən şair Səməd Vurğundan da 
böyüksənmi, məşhursanmı? Mən onu tutub milisə vermişəm... 
Şair özünü qoruqçuya nişan vermir. Qoruqçunu da maşına mindirib ov yerini 
tərk edir. Yolda onunla söhbət eləyir. Məlum olur ki, qoruqçu bir neçə “Səməd 
Vurğun”u tutub milisə təhvil verib, şəhərdən gələn ovçuların çoxusu deyirmiş ki, 
mən Səməd Vurğunam. Çuxuryurd kəndinin yanında qoruqçunu düşürdürlər. 
O, maşına baxa-baxa gedirmiş. Deyəsən, bu adamın Səməd Vurğun 
olduğuna inanmışdı. 
- Sara xanım, şairin daha hansı söhbətlərini xatırlayırsınız? 
- 1950-ci illərin axırlarında biz Sabir küçəsindəki on səkkiz nömrəli evdə 
kirayə qalırdıq. Mənzilimiz bir otaqlı adi. Şair yenə bizə qonaq gəldi. Söhbət 
zamanı o dedi: 
- Sizin də yaradanınız qaçmasın, qəlbiniz nə qədər böyükdürsə, eviniz bir o 
qədər dardır. - O, Şamaxıya gələndə rayon rəhbərləri əl-ayağa düşərdi. Onun 
şərəfinə görüşlər, ziyafətlər təşkil olunardı. Səməd həddindən artıq sadə idi. Onun 
belə dəb-dəbəli, təntənəli qonaqlıqdan xoşu gəlməzdi. Qonaqlıqdan qayıdanda: 
- Sara bacı, bir şey  bişir yeyək, ağzımız dada gəlsin, - deyərdi. Bir dəfə 
zarafatla: 
- A qağa, - dedim, - bəs sən qonaqlıqdan gəlmirsən?  
- Sara bacı, sənin bu balaca evindəki kartof qızartması oradakı kababdan 
dadlıdır. 
- Heç yadımdan çıxmaz, bir dəfə yenə bizə gəlmişdi. - Dedi ki, Londondan 
yenicə qayıtmışam. 
Sara xanım danışdıqca lordlara nifrətlə yazılmış məşhur “Ziyafət” şerindəki 
odlu misraları xatırlayıram. 
Sara xanım Səməd Vurğunun şerlərinin əksəriyyətini əzbərdən bilir. O sanki 
doğma qardaşından, əziz övladından danışır. 
- Səməd qağamla həqiqi qardaş-bacı idik. Onun hər dəfə Şamaxıya gəlişi 
bizim ev üçun, ailə üçun sevinc idi, bayram idi, - deyə Sara xanım yenidən 


söhbətini davam etdirir: - Bir də görürdün ki, durub sarıldı Mustafanın boynuna, 
uşaq atasını öpən kimi marçamarçla o üz-bu üzündən öpdü. 
- Qadan alım, a Mustafa, heç olmasa bircə dəfə Bakıya gəl, Sara bacını da 
gətir bizim evə. Məni evdə tapmasan, ya yazıçılar İttifaqında, ya da Akademiyada 
olacam. Kimdən soruşsan ki, Səməd Vurğunun otağı hardadır, dərhal göstərəcək. 
Eh, siz gəlməsəniz, daha mən də gəlməyəcəyəm, - deyib uşaq kimi küsərdi, 
inciyərdi. Bizim Yusifi (Mustafa əminin böyük oğlu - Ş.N.) qucaqlayıb öpə-öpə 
deyərdi: 
- Bu mənim həm atamdır, həm də oğlum, Bunu özüm oxudacağam. 
- Yusifin orta məktəbi qurtarmağını, görmək ona qismət olmadı. Bir il əvvəl 
Səməd qağam rəhmətə getdi. Eh, oğul, köhnə yaralarımızı təzələdin, - deyib, Sara 
xanım  köksünü ötürdü. Özündən asılı  olmadan büllur kimi təmiz yaş damcıları 
üzü-aşağı axırdı. Təngnəfəs olub, xırıltalı səslə dedi: 
- Bu yaxınlarda Bakıda olanda muzeyə getdim. Orda Səmədin papirosunu,  
külqabısını, köynəyini, bizə dəfələrlə geyib gəldiyi ov paltarını, bir dəstə ağ saçını 
gördüm. Ürəyim elə sancdı ki, ömrümdə belə ağrı görməmişdim. Yusif məni zorla 
evə gətirdi. Nə beynimin uğultusu, nə də ürəyimin ağrısı kəsirdi. Qulaqlarımda 
onun: 
- A Mustafa, dur, ovçu da bu zaman yatarmı, dur, ceyran qaçdı, kəklik uçdu, 
- sözləri səslənirdi. Sara xanım sözünə ara verəndə, baxdım ki, Mustafa əmi otaqda 
yoxdur. Açıq pəncərədən onu bayırda ağac altında oturub fikirli-fikirli papiros 
çəkdiyi aydınca görünürdü. Mən söhbətimizi davam etdirmək üçün onun yanına 
düşdüm. O, isə mənim suallarımı gözləmədən əlini uca dağlara tərəf uzadıb: 
- Gedək, - dedi, - oğul, vaxtilə Səmədlə keçdiyimiz cığırlardan bir də keçək. 
Biz üzüyuxarı dağlara tərəf yol aldıq. Üzüm bağlarının içindən keçib Pirqulu 
dağının ot basmış cığırları ilə addımladıq. 
Dolama cığırlarla uça bir dağa qalxıb onun lap zirvəsində oturduq. 
Qarşımızda ana təbiətin gözəl bir mənzərəsi göz oxşayırdı. Dərin dərələr, yamyaşıl 
meşələr, başı ağ örpəkli Baba dağı, günəşin şəfəqləri altında bərq vuran buz 
bulaqlar... 
Mustafa əmi dağların döşündəki saysız-hesabsız cığırları göstərib dedi: 
- Bax, bunların hamısında Səmədin izi var, oğul. O, buraları gəzməkdən 
doymurdu. 
Mustafa əmi xırıltılı səsilə pəsdən, aşıqsayağı oxuyurdu: 
 
Ovçuluğa meyl saldım, 
Gecə-gündüz çöldə qaldım. 
Dağ başından enib düzə
Bir ox kimi süzə-süzə, 
Neçə ceyran nişan aldım 
Cavab gəldi güllələrdən: 
Şair, nə tez qocaldın sən! 
 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə