Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   2   3   4   5   6   7   8   9   ...   93

Çətindi, qardaş, burda, əldən-ayaqdan uzaq bir yerdə məktəb saxlamaq çox 
çətindir. Özün allaha şükür, görürsən ki, nələr çəkirəm. - Əhməd ağa hirslə ürəyini 
boşaldıb susdu.  
Yusif ağa qəlyanını yenidən doldurub odladı. Acı tüstünü uda-uda: 
 
- Əhməd ağa, ilk dəfə məktəb açmağın yadındadımı? 
Ağır düşüncələr içində qovrulan uştel başını qaldırmadan sərt səslə: 
- Əlbəttə, niyə yadımda deyil, - dedi, - məyər mən o günü sevinci qiyamətə 
kimi unudarammı? Tauhiddin Mamlayevin, Əbdüləli bəy Muxtarovun, Beniamin 
Beniaminovun ilk vaxtlar burada işləməyini, onların əvəzsiz xidmətlərini 
unutmaqmı olar? Onlar çox qiymətli və vicdanlı müəllimlər idilər. Bizim Salahlı 
camaatı onların qədir-qiymətini bilmədi... 
- Yox, dostum, burda səhv elədin, - Yusif ağa dostunun sözünü kəsdiyi üçün 
üzr istədi. Salahlı camaatı onların qədrini bilirdi, hörmətlərini də saxlayırdı. Onları 
yuxarıdan Yusif ağa əlini göyə uzatdı - Zaqafqaziya canişini idarəsindən incitdilər, 
məcbur elədilər ki, burdan çıxıb getsinlər. Sənə də, onlara da bir damğa 
vurmuşdular - “siyasi cəhətdən etibarsızlar”. Onları burdan qovmaq üçün bizim 
Salahlı məktəbini yadındamı, 1877-ci ildə Yelizavetpol, sonra da İrəvan 
quberniyaları xalq məktəbləri direktorluğunun tabeliyinə keçirtdilər. Onda səni də 
möhkəmcə sıxışdırmışdılar. Yenə başını götürüb harasa qaçmaq istəyirdin. Yenə 
kim köməyinə gəldi? Səbir, əlbəttə səbir! Ancaq mən səndən bunları 
soruşmurdum. Soruşmaq istəyirdim ki, ilk vaxtlar Salahlı sizə oxutmağa neçə uşaq 
vermişdi? 
- Dəqiq yadımda deyil. İyirmi-iyirmi beş ancaq olardı.  
Yusif ağa sevinclə: 
- Hə, görürsənmi, indi yüz iyirmini keçib eləmi, səhv eləmirəmki... Demək, 
qardaş, sənin bu kənddə yüz iyirmidən çox düşmənin azalıb, özünə yüz iyirmi dost 
qazanmısan. - Yusif ağa gur və uca səslə: - Dost da yox, özünə yüz iyirmi min illik 
ömür qazanmısan. Səni gələcək nəsillər qərinələr boyu xatırlayacaq. 
- Hələ heykəl də qoyacaqlar, bu gözəl vücudumdan, - deyib. Əhməd ağa bir az 
kədərli, bir az da incik gülümsündü. - Siz Vəkilovlar üfürtməli danışmağı əla 
bacarırsınız. 
- Yusif ağa yerini rahatlayıb az qala özündən çıxdı. Sol əlini irəli uzadıb 
barmaqlarını açdı: 
- Gəl sayaq, - dedi, - bu meydan, bu da şeytan, görək kim üfürtməli danışır. 
Qafqaz Tibb Cəmiyyətinin həqiqi üzvü Məmmədrza Vəkilov - bir, sənin tələbən 
olub eləmi? Ay sağ ol, - deyib barmağını qatladı. - Şair Abbas ağa Nazir - iki, ilk 
azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbov – üç. General Əlağa Şıxlinski də 
sizdəmi oxuyub? 
- Bəli, - deyə, ötkəm səslə Əhməd ağa cavab verdi. 
- Yaxşı, lap əla. Cəlil Şərifov, Məmməd bəy Qarayev, İncə dərəsində müəllim 
işləyən Əhməd Seyidov... Əşi, çanım, hansı birini sayım, saymaqla qurtaran deyil. 
- Birisini yaddan çıxartdın, Yusif ağa.. 
- O kimdi, mən unutdumsa, onu da sən de. 


- Bunun üçün gərək baş barmağını qatlayasan. Bu elə-belə oğul olmayacaq 
ki, bunun üçün xırda-para barmağını qatlayasan. 
Yusif ağanın gözü Əhməd ağanın üzündə olsa da Salahlı məktəbini 
qurtaranların hamısını xəyalından keçirirdi. Amma, bir adlı-sanlısını xəyalına 
gətirib, yadına sala bilmirdi. Sağ əlində yarımçıq stəkan quruyub qalmışdı. 
Əhməd ağa əlinin işarəsi ilə məktəb tərəfdən gələn yolu göstərdi. 
- Bir az bəri otur, - dedi, - o çəpərlərin arası ilə gələn uşağı tanıyırsanmı? 
Yaxşı bax, diqqət elə. 
Yusif ağa təəccüblə yola baxıb dərs çantasını oynada-oynada gələn balaca 
bir uşaq gördü. Amma uzaqda olduğundan kimliyini ayırd edə bilmədi. Qocalıqdan 
şikayətləndi. Uşaq döngəni burulub, irəlidəki balaca dikdirdə onlarla qarşı-qarşı 
duranda sevinclə: 
- Bu ki, mənim Səməd balamdı, - deyib, Əhməd ağanın üzünə, baxdı. Ona 
elə gəldi ki, Əhməd ağa zarafat eləyir, onu lağa qoyur. 
Uştel isə gözünü balaca Səməddən çəkmədən aram və təmkinlə: 
- Bizim məktəbə şöhrəti sənin bu cılız Səmədin gətirəcək. Allah ona ömür 
versin, bir yaddaşı, bir dərrakəsi var ki... Mən iyirmi ildən çoxdu dərs deyirəm, 
yuzlərlə uşaq oxutmuşam, hələ belə ağıllısına rast gəlməmişəm. 
Sərtlikdən üzündə nişanə qalmayan Yusif ağa təvazökarlıqla: 
- Dəcəlliyi necə, Əhməd ağa 
- Maşallah ondan da geri qalmır, amma ziyankar dəcəl deyil. Bundan 
muğayat ol, Yusif ağa, bu ağılı, bu yaddaşı itirməsə onun böyük gələcəyi var. Mən 
tam əminəm ki, bizim məktəbə şan-şöhrəti o gətirəcək...  
Yusif ağa sevinc yaşları içərisində zorla eşidiləçək səslə: 
- Sağ ol,- dedi, - Əhməd ağa, ürəyimi dağa döndərdin. 
Onu kövrəldən “muğayat ol” sözü idi. Axı Səməd anasız böyüyürdü. 
 
   İyul, 1979 
 
 
HALALLIQ 
 
Səməd evə qayıdanda artıq qaş qaralmışdı. Dilicanın tozlu-torpaqlı yolu onu 
bərk yormuşdu. O, həyətdəki tut ağacının dibində oturub ağır fikirlərdən ağrıyan 
başını aşağı saldı. Yusif ağanın kədərli baxışları, yaşlı gözləri onun uşaq ürəyini 
hələ də didib-parçalayırdı. 
Səməd anasının ölümünü xatırlayanda isti yaş damlaları yanağı boyunca 
axıb əlinin üstünə düşdü. Aşa qarı eşiyə çıxıb ləyən dolu suyu zibilliyə tərəf atdı, 
geri dönəndə ayaq saxlayıb zəndlə tut ağacının dibinə baxdı. Nurdan düşmüş 
gözlərini geniş açıb: 
- Ədə, ay uşaq, kimsən, orda niyə oturubsan? -  dedi. 
Səməd nənəsinin səsini eşidən kimi tab gətirməyib hönkürtü ilə ağladı. Aşa 
qarı Səmədi tanıyıb, tez ona tərəf yeridi. Onun aşağı əyilmiş başını qaldırıb 
sinəsinə sıxdı: 


 - Ömrüm-günüm, niyə burda oturubsan, nə vaxt qayıtdın, gəl evimizə 
gedək, dur! 
Aşa qarı Səmədin niyə ağladığını yaxşı bilirdi. Yusif ağa Dilicanda xəstə 
yatandan Səməd hər gün ona baş çəkməyə gedirdi. Bəzən iki-üç gün evdə-eşikdə 
tapılmır, gecələr həkimlərdən gizlin xəstə atasının çarpayısı başında, ya da Dilican 
bağındakı skamyalarda yatırdı. Aşa qarı isə bir dəfə də olsun kürəkəninə baş 
çəkməyə getməmişdi. Yusif ağa Məhbubə xanımın ölümündən altı il sonra 
Daşsalahlı qızı ilə evləndi. Elə o gündəi də Aşa qarı oğlu qədər sevdiyi 
kürəkənindən inciyib küsdü. 
Qarı nəvəsinin ağlamağının səbəbini bildiyindən uşağı kiritməyə, ona təsəlli 
verməyə də söz tapmırdı. O, Səmədin başını titrəyən sinəsi üstünə sıxıb: 
- Neyləyim, ay oğul, atan ağzıyanmış gördünmü neylədi... 
Səməd istədi desin ki, elə sənin bu qarğışların, tənəli sözlərin onu yatağa 
salmadımı? Aşa qarı col barmaqları ilə Səmədin titrəyən yanağındakı, qızarmış 
gözündəki yaşı silə-silə: 
- Necədi, nə vaxt evə buraxırlar? Üst-başın toz-torpaqdır. Deyəsən, yanından 
elə indi gəlibsən, - dedi. Bu höcət qarı elə bil Yusif ağanın, adını çəkməyə 
qorxurdu. Kürəkəni xəstə yatandan heç kəsdən onun halını soruşmurdu. Yalnız 
Mehdixanla Səməd bərkdən danışanda onun halından xəbərdar olurdu. Əslində 
Yusif ağaya qarşı oğulluq kürəkənlik məhəbbəti qarının ürəyinin dərinliklərində 
hələ də qalırdı. Lakin Daşsalahlı qızını görəndə, Məhbubə yadına düşəndə qarı 
odsuz-ocaqsız yanırdı. Bu vaxt Yusif ağaya qarşı nifrət birə-on qat artırdı. Aşa qarı 
kürəkənini ikinci dəfə evlənməyinə görə danlayanda Yusif ağa ancaq bunları dedi: 
- Neyləyim, ay ana, uşaqları baxımsız qoya bilmərəm ki... 
- Mən ölmüşəm bəyəm, mən ölmüşəm, hə, - dedi. - Yox, yox! Yusif ağa, sən 
saç-saqqalıyın bu çal vaxtında təzə eşqə duşub, axirətdə özünə gunah qazanırsan. 
Aşa qarının nəvələrindən ən çox istədiyi Səməd idi. O, Səmədi ağzında dili 
bilir, gözünun nuru hesab edirdi. Qarının fikrincə onun fərasəti, hazırcavablığı heç 
kəsdə ola bilməzdi. 
İndi də o, sevimli nəvəsinin könlünü almağın xatirinə kişinin kefini soruşdu. 
Səməd başını qaldırmadan:  
- Halı yaxşı deyil, həkimlər deyir ki, aparın evə. Yusif ağa özü də yalvarır ki, 
məni aparın evimdə ölüm. Bir də... bir də dedi ki... 
Araya  xeyli sükut çökdü. Bu cansıxıcı sükutdan Aşa qarı üzünü yana tutub, 
aşağılarda haray-həşirlə axan çaya baxdı... 
...Uzaqlardakı toran içində bir atlı gedirdi. Avey dağından ovdan qayıdan bu 
qarabəniz, suyuşirin oğlanın çiynindəki tüfəng, belindəki gümüşü xəncər ona gözəl 
yaraşırdı. Oğlan bir-azdan irəlidə gedən iki zənən xeylağına çatdı, ədəb-ərkanla 
salam verdi. 
- Aşa xala, - dedi, - verin bağlamanızı götürüm, yorulmusunuz. 
Aşa arvad yarıkönül: 
     
 
- Yox, ay oğul, çox sağ ol, çıx get yoluna, - dedi. 
Yusif ağa Aşa arvadın cavabına fikir verməyib atın üstündən aşağı əyildi, 
ərklə bağlamaya əl atdı, bir göz qırpımında onu qucağına qoydu. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə