Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   2   3   4   5   6   7   8   9   ...   93

Məhbubə iri, ala gözlərilə Yusif ağaya baxıb azca gulumsündü. Tükü-tükdən 
seçən Aşa arvad bunu sezdi. Qızının yambızına bir dürtmək ilişdirdi. 
Aşa qarı iyirmi il bundan əvvəl, günün günorta çağı gələn o yaraşıqlı, 
qalınbığlı Yusif ağanı bu axşam toranında yenidən, həm də aydınca görürdü. Qarı 
baxışlarını uzaq toranlıqdan çəkmədən kədərlə köks ötürüb gözlərini yumdu. İsti, 
acı göz yaşları onun quru sifətinin qırışlarına yayıldı. 
- Oğul, bir də nə dedi, deyirsən? 
- Ay nənə, dedi ki, mənim adımdan... 
Səməd sözünü yarımçıq kəsib ayağının birini geri qoydu. Nəmli gözlərini 
qarının üzünə dikdi: 
- De ki, Yusif ağanın və mənim sözümü yerə salmayacaqsan. 
 
- Bu nə sözdü, dərdin alım, mənim səndən başqa istəkli nəvəm varmı ki... 
- Yox, Yusif ağanın adını dilinə gətir və söz ver ki...   
Qarı Səmədin inadkarlığını, sözündən dönməzliyini yaxşı bildiyindən: 
- Ay bala, - dedi, - nə desən mənim gözüm üstə. 
- Nənə, Yusif ağa can üstədir. Ağlaya-ağlaya mənə dedi ki, get nənəni 
göndər, gəlib mənə halallıq versin, yoxsa... 
Səməd sözünün dalısını deyə bilməyib, uşaq kövrəkliyi ilə, ata-ana həsrətilə 
hönkür-hönkür ağladı. 
Aşa qarı bütün gecəni kirpik-kirpiyə toxundurmadı. Tez-tez  yerinin içində 
oturur, uzaq-uzaq fikirlərə dalır, ah çəkib, köks ötürürdü. Hələ dan sökülməmiş 
qarı daş kimi duşmüş Səmədi oyatdı. Əlinə ağac alıb, qurd-quşdan qorunmaq üçün 
cibinə kibrit qoydu. 
Əl-ayaq yığışandan sonra açılmış itlər çəpər arxasında özlərini yeyirdilər. 
Yarıyuxulu Səmədin ayağı çuxurlara duşəndə ayılıb gözünü ovxalayırdı. Qara, 
hündur çəpərlər onun gözünə. əlçatmaz uca dağlar kimi görunürdü. Payız gecəsinin 
səssizliyini ancaq itlər və ara-sıra banlayan-xoruzlar pozurdu. Səməd isti əlini 
nimdaş sırıqlısının cibinə salıb büzüşmüşdü. Aşa qarı ona baxdıqca sanki yana-
yana əriyirdi. Səsini çıxarmadan “atadan-anadan qisməti kəm balam” deyib 
ağlayırdı. Bu səssizlik, bu sükut sanki qarının kövrək, qoca ürəyində nə vardısa 
dağıdıb-parçalayırdı. 
Qazaxdan xeyli aralananda başı dumanlar içində itib-batan Göyəzəni, ağ 
daşları irişən Aveyi görəndə tab gətirməyib dedi: 
- Qurban olum, ay Səməd, sənin yaxşı səsin var, bir mahnı oxu bala, 
yolumuzu başa vuraq, ürəyim partladı. 
Səməd zorla eşidiləcək səslə dilləndi: 
- Nə oxuyum, ay nənə? - İstədi desin ki, atamın ölümünə şadlanırsanmı, 
nədi? Birdən çölün ağır, cansıxıcı sükutunu kədərli səsilə pozdu: 
 
Sürmədim bir həyat canlı dünyada, 
Şövkətli dünyada, qanlı dunyada. 
Bu xəstə könlümdən qopan fəryada, 
Bülbüllər dillənsin, güllər ötüşsün! 
 


Qarı dönüb Səmədə baxdı. Onu qucaqlamaq istədi. Amma taqəti gəlmədi 
ona tərəf yerisin. Ona elə gəldi ki, uşağı qucaqlaya-qucaqlaya canını tapşıracaq. 
...Onlar tozlu yolları keçib Dilican xəstəxanasının həyətində nəfəs dərdilər. 
Pilləkənləri çıxanda qarının həyəcanı daha da artdı. Bir anlığa gəldiyinə 
peşmanladı. Yusif ağanın üzunə baxmaq, onunla görüşmək dəhşəti canına üşütmə 
saldı. Pilləkənin sürahısından möhkəm-möhkəm tutub: 
- Dayan, oğul, bir dayan görüm, - dedi. 
Bu anda yuxarı mərtəbədən: 
- Ay aman, Yusif ağa, atam, atam öldü, - bu Mehdixanın səsi adi. 
Qarı Səmədə, bir də yuxarıya baxıb: 
- Ədə, bu Qarabalanın səsi döyülmü? - deyə soruşdu.  
Aşa qarı içəri girəndə Yusif ağanı üzü divara tərəf uzanmış gördü. Onun 
sinəsi bərkdən qalxıb-enirdi. 
Mehdixan yüyürüb nənəsinin ayaqlarına düşdü. 
- Ay nənə, qurban olum, Yusif ağa öldü, Yusif ağa! - deyə fəryad qopartdı. 
Aşa qarı: - Əvvəli şirin dünyanın axırı zəhrimar imiş, ay Yusif ağa, - 
deyəndə kişi zorla başını tərpətdi, onun köksünün titrəməsi daha da çoxaldı. Səməd 
əl uzadıb atasının başını bəriyə döndərdi. Yusif ağanın dəhşətlə açılmış iri gözləri 
yaş dumanına bürünmüşdü. O nəsə demək istədi, amma nitqi çatmadı. Zorla 
seziləcək dərəcədə başını tərpətdi. Onun iri gözlərində: - Ana, ana, məni bağışla, 
mənə halallıq ver, - kəlmələri oxunurdu. Yusif ağa papirosdan saralmış bığlarının 
ucunu taqətsiz halda yaladı və gözlərini əbədi olaraq yumdu... 
Aşa qarı əvvəli şirin, axırı zəhrimar dünyanı lənətləyə-lənətləyə ağı deyirdi... 
 
Dağlar başı qar imiş, 
Qardan bir anbar imiş, 
Əzəli şirin dünyanın 
Axırı zəhrimar imiş. 
 
Sentyabr, 1975 
 
 
GÖRÜNMƏ GÖZÜMƏ... 
 
Səməd Mirqasımı evə yola salandan sonra seminariyanın həyətində xeyli 
gəzişdi. O, sanki boş qalmış otaqda, geniş həyətdə özünə yer tapa bilmirdi. Səhər 
bazar günü olduğundan uşaqların əksəriyyəti kəndə getmişdi. Səməd əllərini 
sinəsində çarpazlayıb eyvanın dirəyinə söykəndi. Öz acı taleyini düşünür, 
yetimliyini, sevgilisinin dönüklüyünü xatırladıqca yaranışına lənətlər yağdırırdı.. 
O, hər dəfə bu eyvandan axşamın nurlu şəfəqlərini seyr edəndə bədəni bir atəş, bir 
fırtına içində coşub-çağlayır, xəyalı isə geniş, sonsuz fəzalarda süzür, hey 
süzürdü... Bu dəmdə “insan niyə qanadsızdır?” deyir, arzusu gözündə qalmışlar 
kimi qaşlarını çatır və məyus olurdu. Gözlərini sonsuz səmadan çəkmədən bu 


həyatdan uzaq, lap uzaq, sərin rüzgarlı, yamyaşıl dağların arxasında ilahi bir çöhrə 
görür, orda varlığına, dərd və qayğılarına çarə axtararaq deyirdi: 
 
Of... bu yerlər yazıq ruhuma dardır, 
Kəsilmiş yollarım dumandır, qardır. 
Vaxta ki, bu hüdud, bu sərhəd vardır, 
Ömür dedikləri röyaya bənzər. 
 
Səməd üçün Dürrə hər damlası bir şərbət olan həyatın gözəlliklərindən 
yaranmışdı. Onun gözündə çiçəklərin ən şuxu, qürub çağının oynaq şəfəqlərindən 
ən parlağı və bülluru, nur çiçəyi Dürrə idi. O, nəyə baxırdısa, Dürrənin alnındakı 
bir dəstə qıvrım telləri görür, qəmli şerlərində də bunu vəsf edirdi. 
Seminariyada ona təsəlli verən, ovunduran ikicə dostu vardı: birisi yenicə 
evlərinə yola saldığı Mirqasım Əfəndiyev, biri də Əsgər Xasməmmədov. Səməd 
birinciyə Əfəndi, o ikinciyə isə Paşa deyərdi. Onlar da Səmədi Vəkil Səməd 
çağırırdılar. 
...Əsgər paşa səhərdən harasa yoxa çıxmışdı. Səməd yataq otağına qayıdıb 
divardan asılmış balaca skripkasını götürdü. Qapının sağ küncünə çəkilib, yanıqlı 
el havalarından “Yurd yeri”ni çalmağa başladı. O, bu skripkadan tar və saz kimi 
istifadə edər, “Əsli və Kərəm”, “Aşıq Qərib” dastanlarından parçalar çalardı. 
Dürrənin həsrətindən onun balaca, kövrək urəyi şam kimi əriyirdi. 
- Ayə, sənə nə olub, ay Vəkil, yenə kamanı ağladırsan? 
Səməd səsə başını qaldırdı. İkiəlli skripkadan yapışıb onu üzünə söykədi. 
Doluxsunmuş gözlərini Əsgər paşaya zilləyib: 
- Əvvəl sən mənim sualıma cavab ver, - dedi, - hardasan, yağlı əppəyə 
dönüb itmisən? 
- Harda olacam, bilmirsənmi, Ağköynək bağında. Axırıncı dərs Əli 
Əfəndinin idi. O da gəlmədi. Sənə də əlim çatmadı, sizin dərs hələ qurtarmamışdı. 
Özümü verdim bağa, bilirsən, nə cövüz var. Əməlli-başlı yetirib. Ağaclar doludur. 
Al, sənə də gətirmişəm. 
- Əsgər paşa cibindəki cövüzləri çarpayının üstünə tökdü. 
- Ye, niyə durmusan, - deyə o, Səmədə təklif elədi. 
Səməd cövüzlərə gözucu baxsa da birini belə götürüb sındırmadı. 
Əsgər dostunun nədən qəmləndiyini gözəl bilirdi. İstəyirdi ki, zarafatları ilə 
ona hər şeyi unutdursun. 
- Ay Səməd, indicə gələndə yolda kimi görsəm yaxşıdır, - Əsgər tez səsini 
kəsdi. Ürəyində “bu nə idi, desəm Dürrəni gördüm, bütün gecəni yatmayıb 
sərgərdan gəzəçək, adı üçüncü dəfə kondüyün jurnalına (məktəbin rejim, intizam 
jurnalı idi) düşəcək. Bədbəxti seminariyadan yarımçıq qovacaqlar” - deyə 
düşünürdü. 
Əsgər Səmədin seminariyada ən yaxşı musiqiçi olduğunu, əla oxuduğunu, 
şəxsən məktəb müdirinin onun xətrini istədiyini xatırlayıb arxayınlaşdı. 
İntizamsızlığa görə kondüyün jurnalına Səmədin adı onuncu dəfə düşsə də 
qovulmayacağını yəqin etdi. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə