Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə7/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   2   3   4   5   6   7   8   9   10   ...   93

və xalqı dolandıran bəylərdən olub... Qazaxda ilk dəfə kimsəsiz uşaqlar üçün qayğı 
evi açıb. Zövcəsi Olya xanım Vəkilova orda direktor olub. İlk dəfə teatr yaradıb, 
xalq mahnılarını toplayıb seminaristlərə və yetim uşaqlara oxuyarmış. 1939-cu ildə 
“Koroğlu” operasını ilk dəfə Qazaxda Məhəd bəy səhnəyə qoyub. Nigar xanım 
rolunu da zövcəsi Olya xanım oynayıb. Məhəd bəy inqilabdan əvvəl ən yaxşı 
maarifçilərdən biri olub. Qazax ziyalılarından ibarət dram dərnəyi yaradıb, 
Tacəddin Vəkilovdan, Teymur bəy Şadlinskidən, Abbasqulu Məhərrəmovdan, 
İsmayıl Qasımovdan, Soltan Vəkilovdan ibarət xor dərnəyi təşkil etmişdi. Onlar 
uşaq evində oxuyur, səhnəciklər göstərirdilər ki, yetimlər darıxmasınlar. Uşaqlara 
qarşı həssas və qayğıkeş olan Olya xanım Vəkilova onlara mahnı oxuyar, 
əyləndirər, analıq edərdi. Bəzi nadanlar belə bir maarifçini “rus Məhəd bəy” deyə 
çağırardılar... 
Əbdüləzim Mirzə Səmədoğlunun söylədikləri nə az, nə çox, düz iyirmi ilə 
yaxın mənim yaddaşımda yaşadı. İllər keçəndən sonra “Vurğun ömrü 
məktublarda” adlı kitab tərtib etməyi qət etdim. Bir gün - 1995-ci ilin sentyabrında 
Respublika Əlyazmalar İnstitutunun elmi arxivində işləyəndə kartotekaların 
birində Məhəd bəyin adına rast gəldim. Min altı yüz iyirmi nömrəli saxlama 
vahidini sifariş verdim. Yarım saat sonra təptəzə mavi qovluğu açdım. Ordan 
Məhəd bəy Qasım ağa oğlu Vəkilova məxsus on iki vərəqli iki şagird dəftəri çıxdı. 
O, ayrı-ayrı illərdə (1936, 1941 - 1956-cı illərdə) “Nəslim haqqında altı əhvalat”, 
“Kəndi-Salahlıya”, “Təbrik”, “Kəltə və şişbuynuz” şerlərini gözəl bir hüsn-xətlə 
yazıb Səməd Vurğun ailəsinin ünvanına göndərmişdi. 
Səməd Vurğunun uşaqlığı və gəncliyi haqqında çox yazılıb. Etiraf etmək 
lazımdır ki, Mehdixan Vəkilovdan başqa bu mövzuda yazanlar çox vaxt yersiz 
şişirtmələrə yol vermişlər. Məhəd bəyin qeydlərinin ən yaxşı məziyyəti şairin 
gəncliyi haqqında verdiyi real əhvalatlardır. O, seminarist Səməd Vəkilovun 
müəllimi olmuşdur. Oxucu üçün yeni fakt ondan ibarətdir ki, gələcəyin müəllimi 
Səməd Vəkilovdan 1924-cü ildə nümunə dərsini Məhəd bəy qəbul etmişdir: 
“Pedtexnikumu (Qazax seminariyası sonralar belə adlanırdı - Ş.N.) qurtaran 
uşaqlar Qazaxda, orta məktəbin müxtəlif siniflərində təcrübə-nümunə dərsi 
verirdilər. Səməd nümunə dərsini mənim sinifimdə verməli oldu. O, sinif 
müəllimindən proqram üzrə sıravi materialı alıb getdi. İki gündən sonra öz 
konspekti ilə gəldi. Konspekti gözdən keçirib, hazırlamağı məsləhət gördük. Dərs 
verəcək günü Səməd gəldi. O başını üç nömrəli maşınka ilə vurdurmuşdu. Təzə 
qara satin, yaxası yandan düymələnən (kosovorotka) köynək geyinmişdi. Şalvarı 
ütülənmişdi. Ayaqqabıları tər-təmizdi. Uşaqlar onu şerlərinə görə tanıyırdılar. 
Boyunun balaca olmasına baxmayaraq dərslərdə tələbələr cınqırlarını belə 
çıxarmadan heyranlıqla ona qulaq asırdılar. Dərs qurtaranda onu sinifdən əl çalaraq 
alqışlaya-alqışlaya çıxardılar. Səmədin həmin nümunə dərsilə kifayətlənib, artıq 
dərs verməyi lazım bilmədilər”. 
İkinci dəftərin ilk səhifəsindəki qeydlər həmin dəftəri şairin uşaqlığı və 
nəslindən yetişən şairlər barədədir. Məhəd bəy 1956-cı il mayın 23-də yazıb. Onda 
son saatlarını yaşayan Səməd Vurğun ölümlə əlbəyaxada idi: (Dörd gün sonra şair 
əbədi olaraq gözlərini yumdu). 


“Balaca vaxtı Səməd orta məktəbdə oxuyanda, öz eşqli şerlərini yazıb, 
“Vurğun” olanda biz ona: “Qara Səməd”, “Dəli Səməd” deyərdik. Onun çallaşmış 
atası Yusif əmi deyərdi: “Səməd bəyə (atası ona Səməd bəy deyərdi) nə üçün elə 
deyirsiniz? O, elə bir oğul olacaq ki, xalq onu barmaqla göstərəcəkdir”. Qoca Yusif 
əminin sözləri düz oldu, heyf ki, özü sözlərinin təsdiqini görmədi
3

Səmədin hər iki tərəfi şair idi. Nə üçün mən belə deyirəm? Əvvəla, Səmədin 
qanında ata tərəfdən şair Kazım ağa Salikin qanı var, ana tərəfdən isə Molla Pənah 
Vaqifin qanı vardır. Səmədin babası hacıməmmədağa şairanə adamdır. Xədicə 
Sultan xanım böyük cici şairanə qadındır. Səmədin atası Yusif ağa sazın, şe'rin 
Vurğunu idi. Həmişə də cürə saz çalardı. Olduqca dərin fikirli adam idi. 
Anası Məhbub xanım özünün bütün məhəbbətini ailənin ən kiçiyi və 
səhhətcə zəif olan Səmədə vermişdi. Ailədə Səməd özünü sevdirən uşaq idi. Hələ 
görpə ikən anası ona el laylaları çalardı: 
 
Güzgünü atdım bayıra, 
A şoqu duşdü çayıra, 
Yığışın, a qohum-qardaş
Səmədin axırı xeyirə. 
 
Uşaqlıqda Səməd balacaboylu, arıq, qara bir uşaq idi. Buna baxmayaraq, 
Səməd çox diribaş, cəld, şadyana, hər şeyin yerini hər adamın layığını bilən bir 
uşaqdı. 
...Səməd məktəbdə çox gözəl oxuyur, oxumağı ilə hamını heyran qoyurdu. 
O, dərs hazırlamağa çox vaxt itirmirdi. Onun beyni o qədər kəskin idi ki, 
müəllimin sinifdə dediyi dərsin məzmunu o saat onun malı olurdu. Dərhal qalxıb, 
təzə dərsi sinifdə söyləyə bilirdi, ya da əzbər deməyə qüdrəti vardı. Müəllimlər 
həmişə onu tərif edərdi: “Onunku oxumaq deyil, bir vergidir” - deyərdilər. Səməd 
Vəkilov həmişə elmi iclaslarda, dərnəklərda fəal iştirak edərdi. Puşkindən “Burya 
mqloyu nebo kroet, vixri snecnıe krutya” və ilaxir şerləri əzbər söylərdi. 
Səməd bir iş görəndə, ya bir şey gətirəndə, Aşa cici: “Şələsi şəkər, cicisinə 
nökər, a qara balam” - deyib, boyunu sevərdi, onu ruhlandırardı”. 
Məhəd bəy “Vəkilov Yusif ağa” və “Müsəlman tulası” əhvalatlarında gürcü 
çarı II İrakli dövründə onun sarayında Yusif ağanın vəkil olduğunu yazır. 
Mərhum Mehdixan müəllimə görə, II İraklinin sarayında Qazax mahalının 
vəkili Alı Ağa olmuşdur. İtiağıllı, natiq və cürətli vəkil Alı ağa vasitəçi vəkil kimi 
dəfələrlə İran nümayəndələri ilə Gürcüstan arasında diplomatik danışıqlar 
aparmışdır. O, II İraklinin şəxsi dostu olmuşdur. 
Mehdixan Vəkilov yazır ki, tarixi romanlar müəllifi Konstantine 
Qamsaxurdia Moskvada Səməd Vurğuna söyləmişdir ki, vəkil Alı ağanın II İrakli 
ilə olan diplomatik danışıqları haqqında Gürcüstan arxivində sənədlər vardır. 
                                                 
3
 Səməd Vurğunun аtаsı Yusif аğа Hаcıməmmədаğа оğlu 1922-ci ildə Dilicаn хəstəхаnаsındа vəfаt 
еtmişdir. (Ş.N.). 
 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə