Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

Mehdixan Vəkilov araşdırmalar aparmadığına görə bu sənədlər barədə 
söhbət açmır. Hər ikisinin - Məhəd bəyin və Mehdixan müəllimin yazdığı, nənə-
babalarından eşitdiyi, bildiyi şifahi əhvalatlar olsa da, tarixi həqiqətə tam 
uyğundur. Lakin Gürcüstan Dövlət arxivində bu barədə saxlanan sənədlər şahidlik 
verir ki, vəkilovlar nəslindən təkcə Alı ağa və Yusif ağa deyil, başqaları da vəkil 
olmuşlar. Onun qısaca tarixçəsi belədir: 
Nadir şah Əfşarın ölümündən on doqquz ay sonra - 1744-cü ildə II İrakli 
qərar verib Salahlı elinin başçısı Səfixan bəyi gözdən şikəst olduğuna görə vəkil 
vəzifəsindən azad etdi. Əvəzində Pənah ağa Kosa Məmmədşərif ağa oğlunu onun 
yerinə seçdi. 
1798-ci il yanvarın on birində II İrakli yetmiş səkkiz yaşında Telavidə öldü. 
Yerinə oğlu XII Georgi David Gürcüstan da hakimiyyət başına keçdi. Bu vaxt 
Qazağın vəkili Salahlının Kosalı tayfasından
4
 olan Alı ağa Pənah ağa oğlu idi.  
Bu illərdə (1744-1797) II İraklinin və XII Georgi Davidin sarayında 
eşikağası-xarici işlər üzrə vəzir, Yusif bəy Kosa ağa oğlu idi. 
1799-cu ildə çar XII Georginin əmrilə Qazağın Pərili erməniləri yaşayan 
yuxarı hissəsi - Aslanbəyli, Qaradaş, Qurumsulu kəndləri vəkil Pənah ağaya, 
verilir və həmin kəndlərə o vəkil təyin olunur. 
Qazax-Salahlı dairəsi isə vəkil Alı ağanın ixtiyarında qalır. Pənah ağadan 
əvvəl Salahlının vəkili onun atası Məmmədşərif ağa 1749-cu ildən 1768-ci ilədək 
bu vəzifədə işləmişdir. O, qocalığına görə bu vəzifədən azad olunub. Pənah ağa isə 
vəkil vəzifəsinə üç dəfə seçilmişdir. 
 
Mart, 1995 
 
 
HACI MƏMMƏDXAN AĞA 
 
Vəkil Alı ağanın böyük oğlu Hacı Məmmədxan ağa ərəb kimi qara bir adam 
idi. O, Xədicə Sultan xanım adlı qənirsiz bir gözələ evlənir. Onun tərifi bütün 
mahala yayılıbmış. Qohumunun ağıllı və gözəllikdə tayı-bərabəri olmayan bir qızla 
evlənməsi şair Kazım ağa Salik Şıxlinskiyə (1781-1842) də çatır. Salik, atını 
minib, Xədicə xanımı görməyə gəlir. Hacı Məmmədxan ağa evdə olmadığından, 
Xədicə Sultan xanım ağzı yaşmaqlı onun qabağına çıxır. Buyurub düşməsini təklif 
edir. Salik atdan düşür, onun gözəlliyini yaxından görmək üçün soyuq su istəyir. 
Xədicə Sultan xanım su gətirir. Su içəndən sonra şair Salik deyir: 
 
Evləri var dağ ağzında, 
Gül bitirər bağ ağzında, 
                                                 
4
 Səməd Vurğunun ulu bаbаsı XVII əsrin əvvəllərində yаşаmış Kоsа Mirzəlidir. О, I Şаh Аbbаs Səfəvinin 
хüsusi fərmаnı ilə yеddi pаrа kəndin аğаsı təyin еdilib. Igidliyi və müdrikliyi ilə оbаdа аd-sаn qаzаnmış Kоsа 
Mirzəli Vəkilоvlаrın təməl dаşı sаyılır. Ruslаrın Zаqаfqаziyаnı işğаlınа qədər bu nəsil “Kоsаlı”, “Kоsаzаdələr”, 
“Kоsа оğlu” və “Kоsаlı аğаlаrı” kimi tаnınmışlаr. Vəkilоvlаr sоnrаlаr üc tаğdа kök аtıb böyüyüblər: 
Məmmədşаriflilər, Pənаhаğаlılаr və Mustаfа аğаlılаr Məhəd bəy “Nəslim hаqqındа аltı əhvаlаt”ın hаmısındа 
imzаsını bеlə yаzıb: Məhəd bəy Kоsаlı-Vəkilоv (-Ş. N.). 
 


Bir xınalı kəklik gördum, 
Bir dümqara zağ
5
 ağzında. 
 
Bunu deyib Salik atını sürüb gedir. Axşam hacı Məmmədxan ağa evə 
qayıdanda Xədicə Sultan xanım xəbər verir ki, bu gün şair Kazım ağa Salik 
gəlmişdi. Onu evdə tapmadı, bu bayatını deyib getdi. Hacı Məmmədxan ağa 
gülümsəyir və cavabında deyir: 
 
Ələm qardan olmaqdır, 
Qovğu cana salmaqdır. 
Qara zağın qaydası, 
Xınalı kəklik almaqdır! 
 
 
QABAN OVU 
 
Hacı Məmmədxan ağanın əmisi oğlu Məmmədşərif ağa bir dəfə dostları ilə 
söhbət edərkən deyir: 
- Xədicə Sultan xanımı qoyaydılar qabanın iki qaşının arasına, görəydin onu 
ordan mən alırdım, yoxsa Hacı Məmmədxan ağa. 
Bunu Hacı Məmmədxan ağaya xəbər verirlər. Bir neçə gündən sonra Hacı 
Məmmədxan ağa dostlarını toplayır. Məmmədşərif ağanı da götürüb Qarayazı 
meşəsinə qaban ovuna gedirlər. Əlində sıyırma qılınc, qalın böyürtkən kolları 
arasından keçən cığırı kəsir. Məmmədşərif ağanı da yanında saxlayır. Dostları 
meşədə hay-küy salıb, qabanı yatağından hürküdürlər. Erkək qaban su cığırı ilə 
bunların üstünə cumub gələndə Məmmədşərif ağa qaçmağa başlayır. Hacı 
Məmmədxan onun qolundan yapışır: 
- Hara qaçırsan, Xədicə Sultan xanım qabanın qaşlarının arasındadır, al, -  
deyir, - qılıncı endirib Məmmədşərif ağanı yaralayır. Cəld geriyə dönür, qılıncı 
ustünə hücum edən qabana endirir. Zərblə vurduğu qılınc qabanın üst çənəsini 
kəsir, alt çənəsində ilişib qalır. Qaban diz çöküb yıxılır. 
 
 
*  *   * 
 
 
BOLUŞ BƏY 
 
Qarabağ xanı İbrahimxəlil xanın dövründə Boluş bəy adlı bir cavan xanlığa 
və onun adamlarına boyun əyməyən cəsur bir igid kimi ad-san qazanıbmış. 
Dağlarda mal-qara və qoyun sürüsü saxlayan Boluş bəy yarımqaçaq, öz sürülərinin 
içində dolanarmış. Xan və onun adamlarının əlinə keçməmək üçün tez-tez yerini 
dəyişib sərt və qayalı dağlarda məskən salarmış. 
                                                 
5
 Zаğ - yаylаqlаrdа yаşаyаn zil qаrа qаrğаdır 


İbrahimxəlil xan adamlarına əmr edir ki, Boluş bəyi tutmaq üçün müəyyən 
yerlərə gözətçilər qoyun, çalışın diri tutun, tuta bilməsəniz də öldürün. Xan 
fikirləşirdi ki, Boluş bəyin ona tabe olmamağı, ağayana hərlənməyi qalan 
rəiyyətlərə də rəvac verər. Uzun zaman güdəndən sonra xanın adamları Boluş bəyi 
tutub xanın hüzuruna gətirirlər. Boluş bəy Şuşa qalasına gətiriləndə axşam tərəfi 
imiş. Xan əmr edir ki, onu bu gecəlik dama salsınlar, sabah divanına baxıb, 
cəzasını verər. 
Bu zaman vəzir Molla Pənah Vaqif dostları ilə başmaq seyrinə çıxıbmış. 
Görür ki, xanın adamlarının qabağında ucaboylu, pəhləvan cüssəli, neçə illərdi 
xana meydan oxuyan el qəhrəmanı Boluş bəy gətirilir. Onun tutulmağı Vaqifi bərk 
kədərləndirir. Gözətçilər vəziri görəndə dustağı dayandırıb ona təzim edirlər. Boluş 
bəyə canı yanan vəzir Vaqif ona kömək məqsədilə deyir: 
 
Xan mən olsam, Boluşu sabaha qoymaram,  
Boluş da mən olsam, sabaha qalmaram. 
 
Boluş bəy Vaqifin işarəsindən anlayır ki, işi xarabdır; səhərə qalsa xan onu 
ya qayadan atdıracaq, ya da dar ağacından asdıracaq. Ona görə də bütün gecəni 
yatmır, əlinə keçən dəmir parçası ilə damın arxasından yarıq açıb dağlara qaçır. 
Qəzəbli İbrahimxəlil xan Boluş bəyi nə qədər axtartdırırsa, tapa bilmir. 
Bundan sonra Boluş bəy Vaqifin məsləhətilə oturub-durur. Bir gün Vaqif ona 
xəbər göndərir ki, mal-qarasını, qoyun sürüsünü də götürsün, ev-eşikli köcüb 
Salahlı kəndində yaşasın. 
Məhəd bəy Vəkilov 1941-ci il martın 25-də yazdığı bu əhvalatın sonunda 
qeyd edir ki, o vaxt Qarabağdan köcüb gələn Boluş bəyin nəslindən bizim Salahlı 
kəndində indi də yaşayanlar var. Boluş Əhmədi, Boluş Kərimi və Boluş Nəcəfi 
şəxsən mən yaxşı tanıyırdım. Boluşlular kəndin ucqarında ayrıca məhəllə kimi 
yaşayırdılar. Yayda yaylağa çıxanda da, boluşlular dağın ən sərt yerində 
“Atqırılan” qayasının dibində çətin yollu sarp yerlərdə dəyələrini qurub 
yaşayardılar. Heç bir bəyə, heç bir hökumətə onlar boyun əyməzdilər. Sürü-sürü 
qoyunları, naxırları olsa da nə qubernatoru, nə də pristavı saymazdılar. Onların 
kiçikyaşlı uşaqları da at sürməkdə, ov eləməkdə və oğurluqda ad-sad qazanmışdı. 
Bu onlarda babaları Boluş bəydən qalma irsdir. 
“Vaqif” dramında xalq qəhrəmanı kimi verilən Eldar obrazı əslində Boluş 
bəydir. Eldar Boluş bəyin prototipidir. Səməd Vurğun öz qəhrəmanını ona görə 
Eldar adlandırmışdır ki, o şəxs el arasından çıxmış bir özəkdir. Eldar el qabaqcılı, 
elçəkən, el tərəfdarı deməkdir. 
Heç təsadüfi deyil ki, “Vaqif” dramında Səməd Vurğunun Vaqifinin dililə: 
“Divanı sabaha qalanlardan ol”, - deyimi vaxtilə Vaqifin Boluş bəylə üzbəüz 
gələndə dediyi fikirlə eyni səsləşir. 
Mart, 1995 
  
 
QAYALARI BAŞ-BAŞADIR 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə