“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

29

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Amerika Kimya Cәmiyyәtindә nә düzgün de -

yilsә onları hәll etmәyә çalışacağına söz

vermişdi. O, dәhşәtli dәrәcәdә sadәlövh idi vә

düşünürdü ki, bir il müddә tindә belә әdalәtli

tәşkilatı yaxşılaşdıracaq. Ancaq o, heç nәyi

düzәldә bilmәdi. Ancaq dәqiq bircә şeyә

müyәs 

 

sәr oldu: cәmiyyәtin әksәr hissәsini



inandıra bildi ki, onlar hәlә uzun müddәt belә

şәxsiyyәtә bәnzәr sәdrin olmasını istәmә yә -

cәk lәr. Növbәti il “tәmiz” alimlәr (“aka de -

miklәr”) ili olmalı idi vә mәn namizәdlәrdәn

biri oldum. Digәri Corc Pimen tal idi (1922–1989-cu

illәrdә yaşayıb. Amerika kimyaçısıdır. İşlәri

infraqırmızı spektros kopiyaya, kimyәvi lazer -

lәr sahәsinә aiddir. Əksәr görkәmli kimya -

çılar, o cümlә dәn Nobel mükafatı laureatları

onu öz müәl limi hesab edirdilәr. 1986-cı ildә

Amerika Kimya Cәmiyyәtinin sәdri olub –

qeyd  V.M.Ab ba sovundur).

Biz Corc ilә hәr şeyi açıq müzakirә etdik vә

qәrara aldıq ki, әgәr petisiya ilә daha bir nami -

zәd yaranarsa, bizim birimiz müba rizәdәn

çәkilirik. Biz istәmirdik ki, “aka demik” nami -

zәdlәr üçün sәslәr bölünsün. Eyni zamanda

Corc sonralar “Pimental mәruzә” adlandırılan

mәruzәnin hazırlanması ilә mәş ğul idi, odur

ki o, mübarizәdәn çıxmaq qәra rını qәbul etdi.

Nәticәdә mәn petisiya ilә nami zәd liyi irәli

sürülmüş “istehsalçı” ilә mübarizәdә tәk

qaldım. Mәn bilirdim ki, onu müdafiә edәnlәr

mәnim әksimә sәs verә cәk lәr. Onlar istәmir -

dilәr ki, daha bir “akademik” sәdr olsun,

hesab edirdilәr ki, (onların fik rincә) әgәr Basolo

pisdirsә, onda Kotton, şübhәsiz, daha pis

olacaq. Bunu әsas tutub, gö 

rün 

mәmiş әks



tәbliğata başladılar. Onlar 20 minә qәdәr

mәktub yaz 

dılar. Mәn “akademik 

lәrә” bir

neçә yüz mәk tub yazdım vә әsasәn, qeyd

etdim ki, onlar mütlәq sәs vermәlidirlәr. Mәn

mәktublarımda onu “sәnaye ilә mәşğul olan

aralıq kimyaçı” adlandırmışdım. Bu onun dәqiq

xarakteris tikası idi. Hesab edirәm ki, әgәr

kimyaçı isteh salatda işlәyirsә, o, avtomatik

ola raq aralıqda qalır. Bu mәnә qarşı olduqca

sәmәrәli istifadә olundu.

Seçkilәr qurtardıqdan sonra “Sciece”dә dәrc

olunmuş mәqalәdә qeyd edildi ki, mәnim

rәqibim әvvәlki illәrdә seçilәnlәrin hamı sın -

dan çox sәs alıb. Buna cavab olaraq mәn dә mәk -

tubumda yazdım ki, mәnә dә verilәn sәslәr

әvvәllәr seçilәn sәdrlәrә verilәn sәslәrdәn

daha çox olub. Çünki bu dәfә seçkidә iştirak

edәn insanların sayı daha çox idi.



–Bu yaxınlarda Sizin çap olunmuş elmi

әsәrlәriniz Nobel mükafatı laureatı Laynus

Polinqin әsәrlәrini ötüb keçdi.

– Mәn elmlә mәşğul olduğum bütün dövr -

lәrdә ildә 30-a yaxın mәqalә yazırdım. Söhbәt

yalnız elmi mәqalәlәrdәn gedir. İndi onların

sayı tәxminәn  1275-dir.

Bәzәn bu mәni bir qәdәr narahat edir.

Düşünürәm ki, insanlar mәni ona görә müza -

kirә edirlәr  ki, mәn bu qәdәr çox mәqalә çap

etdirmişәm. Onlardan çoxunu sәthi adlan dır -

maq olar. Başqa sözlә, onlarda ya yeni heç nә,

ya da dәrin fikirlәr yoxdur – yalnız sintez vә

yeni birlәşmәlәrin strukturları var. Son

nәticәdә mәn ona görә çox mәqalә yaza bili -

rәm ki, mәn vә mәnim әmәkdaşlarım dәhşәtli

dәrәcәdә çox işlәyir. Hesab edirәm ki, nә

vaxtsa nә isә edilibsә, onu çap etmәk lazımdır.

Qrant  yeni biliklәrin alınması üçün verilir.

Amma bu biliklәrin әlçatmaz olması yaxşı hal

deyil.

– Sizin hәyatınıza, karyeranıza әn böyük

tәsir göstәrmiş insanın adını çәkә bilәr 

-

sinizmi?

– Mәnim bugünkü sәviyyәdә olmağımda

әn böyük rolu anam oynayıb. Kimyaya gәl -

dikdә bunları demәk istәrdim. Tәxminәn 30 il

әvvәl yazılmış sosiopsixoloji traktatda müәllif

insan ları iki böyük kateqoriyaya bölmüşdür:

ekstra vertlәr vә introvertlәr.

Ekstravertlәri xarici stimullar fәaliyyәtә

sövq edir. İntrovert insanlarda sanki qurulmuş

stimullar olur vә heç nәdәn asılı olmadan

onları fәaliyyәtә yönәldir. Mәn hәmişә klassik



introvert nümunәsi olmuşam. Mәn heç vaxt

nәyisә ona görә etmәmişәm ki, kimsә mәnim

haqqımda yaxşı fikirdә olsun vә ya “hamı belә

edir” desin. Mәndә hәmişә alim olmaq, daha

dәqiqi kimyaçı olmaq istәyi olub. Kimya

hәmişә mәni cәlb edib vә indi dә maraqlan dı rır.



– Hansısa bir müraciәt etmәk istәrdinizmi?

–  Bәli. Son zamanlar mәn müәyyәn dәrә cә -

dә elm sahәsindә siyasәtә cәlb olun muşam. Mәn

Milli Akademiyanın Elm, Texnika vә Açıq Siya -

sәt Komitәsinin üzvü olmuşam. Artıq 10 ildir ki,

mәn Milli Elmi Şuranın üzvüyәm (Milli Elmi

Şura Milli Elm Fondunun idarәedici orqanıdır.

24 görkәmli elm vә ictimai xadimdәn ibarәtdir.

Onlar senatın razılığı ilә ABŞ prezidenti

tәrәfindәn 6 il müddәtinә tәyin olunurlar vә

ictimai әsaslarla işlәyirlәr. Senatın razılığı ilә

ABŞ prezidenti tәrәfindәn 6 il müddәtinә tәyin

olunmuş direktor cari işlәrә rәhbәrlik edir.

Mәnzil-qәrargah  Virci niya  ştatının  Arlinq ton

şәhәrindә yerlәşir. Qeyd: V.M.Abba 

sovun 


-

dur). Mәn hәlә iki il dә bu vәzifәdә qalaca ğam.

Odur ki, Amerikanın elm sahәsindә siya sәtindә

nә baş verdiyini yaxşı bilirәm. Mәhz “tәmiz”

alimlәrin әksәriyyәti kimi mәni dәhşәtli

dәrәcәdә o fakt narahat edir ki, bizim ölkәdә

fundamental elmә dәstәk bir kәnara qoyulur.

Bunun ölkә üçün sonrakı nәticәlәri olduqca

kәdәrli olacaq.

Vaşinqtonda siyasi qüvvәlәr var ki, istәsә

dә, istәmәsә dә bir az pula qәnaәt üçün yaxşı

şeylәri kәnara atırlar. Onların ölkәmizin

büdcәsini balanslaşdırmağa cәhd edәrkәn

gördüyü işlәr hiddәt yaradır. Bunu hәyata ke -

çir mәk üçün mәsrәflәri tәxminәn 200 milyard

dollar azaltmaq lazımdır. Belә hәcmdә azalma

üçün büdcәnin әn iri maddәlәrinә müraciәt

etmәk lazımdır, çünki “orada pul var”. Bu, ilk

növbәdә, ödәnişsiz tibbi yardım vә müdafiә

xәrclәri maddәlәridir. Milli Elm Fondu kimi

dәyәri 3 milyard dollar olan kiçik proqramın

büdcәsini azaltmaq (büdcәni 200 milyard

dollar azaltmaq lazım olduğu halda) o qәdәr

absurddur ki, hәtta beş yaşlı uşaq da başa

düşür ki, bu, heç nә vermәz. Bu, dәnizdә dam -

ladır. Onlar bizim gәlәcәyimiz üçün hәyati

әhәmiyyәtli olanı azaltmaq istәyirlәr, onsuz

da hәtta azaldılma olmadan da bu maddә 1,5

trilyon dollarlıq federal büdcә ilә müqayisәdә

cüzi sәviyyәdәdir. Böyük maddәlәrin azal -

dılması üçün cәsarәt lazımdır, amma siyasәt -

çilәrdәn heç birinin cәsarәti çatmır ki, çıxıb

bunları desin: “Mәn ödәnişsiz tibbi xidmәt vә

müdafiә mәsrәflәrini azaltmaq istәyirәm vә

azaltma böyük olacaq”. Alternativ vergilәrin

artırılmasıdır, amma әlbәt ki, heç bir siyasәtçi

dә bunu tәklif etmәyә cürәt göstәrmәz, çünki

onlar növbәti seçkilәri uduzarlar.

Siyasәtçilәr bizim ölkәmizin gәlәcәyinә

ziyan vururlar, çünki iqtisadiyyatın intellek -

tu al mövcudluğu başlanğıcını texniki innova -

siya lardan götürür. Bu ağacın köklәri gәlәcәk

alimlәrin hazırlanması vә fundamental tәd -

qiqatların aparılmasıdır. Onlar isә bu hәr iki

kökü kәsir. Mәn düşünürәm ki, bu, siyasi

motiv lәşmiş mәsuliyyәtsizlikdir. Əlbәttә, orta

seçici bilmir ki, bu, alimlәrә vә ölkәyә ziyan

vurur, alimlәrin sәsi isә çox zәifdir. Əsas sәs

isә siyasәtçilәrdәdir. Bunu Böyük Fridrixin

(Fridrix II Veliki 1740-cı ildәn Prussiyanın kralı

olmuşdur. Onun istilaçı siyasәti nәticәsindә

Prussiyanın әrazisi tәxminәn iki dәfә artmış -

dır. Avropada әn böyük muzdlu ordu yarat -

mış dır. (Qeyd: V.M.Abbasovundur) “Roma

Papası onun hansısa hәrәkәtinә qarşı kәskin

etiraz edir” ifadәsinә verdiyi bu cavabda:

“Doğrudanmı? Bu Papanın neçә polku var?” –

axtarmaq lazımdır.



30

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə