“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   2   3   4   5   6   7   8   9   ...   39

Beşinci strateji istiqamәt Azәrbaycan Res -

pub 


likasında iqtisadi cәhәtdәn dayanıqlı vә

dün ya nın aparıcı tәhsil sistemlәrinin standart -

ları ilә eyni sәviyyәyә uyğun tәhsil sisteminin

maliyyәlәşdirilmәsi modelinin qurulmasıdır. Bu

istiqamәt, o cümlәdәn müxtәlif mәnbә lәr dәn isti -

fadә olunmaqla tәhsili maliyyәlәş dirmә mexa -

nizminin tәkmillәşdirilmәsini, tәhsil müәssi sә lәrinin

adambaşına maliyyәlәş diril mәsinә keçidi, ödә -

niş li  tәhsil  xidmәt lәrinin  göstәrilmәsinin  dәs tәk lәn -

mәsini,  Tәh si lin  İnkişafı  Fondunun  yaradıl  ma sını

nәzәrdә tutur.

2. Tәhsil sahәsindә beynәlxalq tәcrübә vә

meyillәr

Tәhsilin sosial-iqtisadi rolu. Yüksәk tәhsil sә -

viy yәsinә malik peşәkar kadrlar ölkәnin intel -

lektual potensialının әsasıdır. Müasir dövrdә

ölkә lәrin uğurlu vә davamlı iqtisadi yüksәlişi

insan kapitalının mәqsәdyönlü inki şafı hesa bına

әldә edilmişdir. Bütün bunlar tәhsilin dövlәt

xәrclәrindә  prioritet liyini  get dikcә  artırmaq da -

dır. Dövlәtin tәhsil xәrclәri cәmiy yәt üçün yük -

sәk iqtisadi gәlirliyә malik dir.

Müasir dövrdә tәhsilin iqtisadi hәyatda rolu

әhәmiyyәtli dәrәcәdә artmışdır. Hazırda tәhsil

iqtisadiyyatda tәlәb olunan bilik vә bacarıqların

aşılanması ilә bәrabәr, vәtәn daşın gәlәcәk hәyata

vә cәmiyyәtә inteqrasi yasına hәrtәrәfli hazırlığı

kimi vәzifәlәri ye rinә yetirmәlidir. İnsanın ömür

boyu tәhsil almaq tәlәbatının ödәnilmәsi isә

tәhsi lin iqtisadi hәyatda rolunu yüksәldәn amil -

lәrdәn әn mühümüdür.

Eyni zamanda sürәtli texnoloji tәrәqqi bilik

vә bacarıqların müntәzәm yenilәn mә sini tәlәb

edir. Bu isә yeni vә daha münasib ixtisasa yiyә -

lәnmәyә vә sәriştәnin inkişafına tәlәbatı artırır.

Tәhsilin keyfiyyәti vә әhatәliliyi. Orta gәlirli

ölkәlәr arasında rәqabәtin güclәn mәsi, sürәtli

texnoloji irәlilәyiş nәticәsindә ixtisas profil 

-

lәrinin tez-tez dәyişmәsi tәhsilin keyfiy yәtinә



tәlәbi daha da artırmışdır. Digәr tәrәf dәn yalnız

tәhsilә  cәlbetmә  sәviy yәsinin  ar tı rıl ması  vә  tәhsil

infrastruktu runun  geniş lәndirilmәsi  insanların

bilik vә bacarıqlarının yüksәl mә sinә tam tәmi -

nat vermir. Tәhsil infrastrukturu zәruri amil olsa

da, bilik vә bacarıqlar tәhsil müәssisәlә ri nin sayı

vә tәhsilin müddәti ilә deyil, öyrәnmә prose si nin

keyfiyyәti ilә әldә olunur. Son dövrlәrdә bir sıra

ölkәlәr  tәrә fin dәn  tәhsilin  inkişafı  mәq  sә dilә

tәhsil  infra struk turuna,  hәmin  infras trukturun

yeni  ava  danlıqla  tәchizatına  xeyli  vәsait  xәrc lәn sә

dә, hәmin ölkәlәrdә tәhsilin nәticә lә rindә müs -

bәt irәlilәyiş әldә edilmә miş dir. Ümumi tәhsil

pillәsini bitirmәsinә baxma yaraq, hesab, oxu vә

yazı  vәrdişlәrinә  malik  ol ma yan  çoxlu  say da  in -

san lar vardır. Hәmin sәbәblәrdәn tәh silin key -

fiy 

yәtinin tәminatı başlı 



ca strateji prioritetә

çevrilmәlidir.

Tәhsilin keyfiyyәtinә vә әhatәliliyinә qoyu -

lan yeni tәlәblәr tәhsil sistemi anla yışına baxışı

da yenilәmişdir. Müasir tәhsil sis temi formal

(dövlәt tәhsil sәnәdinin verilmәsi ilә başa çatan)

tәhsil forması ilә yanaşı, informal (özünütәhsil

yolu ilә bilik lәrә yiyәlәnmә) vә qeyri-formal

(müx tәlif kurslarda, dәrnәklәrdә vә fәrdi mәşğә -

lә lәrdә әldә edilәn vә dövlәt tәhsil sәnәdinin

verilmәsi ilә müşayiәt olun ma yan) tәhsil forma -

larını da nәzәrdә tutmuşdur.

Tәmәl bacarıqlar uşaqlıq dövrünün ilk illә -

rindәn әldә edildiyinә görә uşaqların zehni nin

erkәn yaş dövründәn inkişaf etdi rilmәsi vacib -

dir. Bu sәbәbdәn mәktәbәqәdәr tәhsilin inkişafı

dövlәt siyasәtindә әhәmiy yәtli yer tutur.

Bir çox qabaqcıl ölkәlәrdә tәhsil müddә tinin

tәdricәn artırılması istiqamә tindә addım lar atılır.

Kanada, Fransa, Hollandiya vә Çexi yada ümumi

tәhsilin müddәti 14 il, Almaniya, Böyük Brita -

niya, İsveç, Avstraliya vә Yeni Zelandiyada 13 il,

ABŞ, Finlandiya, Cәnubi Koreya, Polşa vә bir

sıra digәr ölkәlәrdә isә 12 il tәşkil edir. Ümumi

tәhsil müddәti az sayda ölkәdә on bir il tәşkil

edir. İqtisadi Əmәk daşlıq vә İnkişaf Tәşkilatının

mәlumatına görә, hәr hansı ölkәdә istәnilәn

tәhsil pillәsi üzrә tәhsil müddәtinin bir il artırıl -

ması ölkәdә ümumi daxili mәhsulun 3–6 faiz

artımına gәtirib çıxarır.



4

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Tәhsilin mәzmunu. Beynәlxalq tәcrü bәdә

tәhsilin mәzmunu ilә bağlı başlıca meyil lәrdәn

biri tәhsil kurikulumlarının ölkәnin sosial-

iqtisadi inkişaf tәlәblәri vә prioritetlәri ilә sıx

әlaqәlәndirilmәsindәn  iba rәtdir.  Kuri ku lumlar

iqtisadi inkişaf mәqsәdlәrinә xidmәt edәn bilik

vә baca rıqları, sәriştәni aşılayan mәzmuna malik

olmalıdır. İqtisadi uğurlar әldә etmiş ölkә lәrdә

biliklәrә әsaslanan iqtisadiyyatın yara dıl ması

sosial-iqtisadi siyasәtin prioriteti olduğundan,

kurikulum lar da  innovasiya la rın  әhәmiyyәti,

tәhsilalanların müxtәlif so sial fәaliyyәtә tәşviq

olunması vә onların tәdris bacarıqlarının inkişafı

xüsusi  vurğu la nır.

Son 30–40 il әrzindәki elmi-texnoloji tә rәq qi,

innovasiyalar vә modernlәşmә nәti cәsindә prak -

tiki bilik vә vәrdişlәrlә zәn gin lәşmәyәn, sırf nә -

zәri xarakter daşıyan tәhsil öz fundamental

әhә miy yәtini itirmәk dәdir. Bu baxımdan tәhsi -

lin mәzmununun formalaş masında akademik

biliklәrlә ya naşı, praktik bilik vә bacarıqların,

sәriştәnin vacibliyi önә çәkilir. Sәriştә – әldә

olunmuş bilik vә bacarıqları praktiki fәaliyyәtdә

effektiv vә sәmәrәli tәtbiq etmәk qabiliyyә tidir.

O, şәxsin qazandığı bilik vә bacarıqla rın konkret

fәaliy yәtin  nәticәsinә  çevril mә sini  tәmin  edir.

Sәriş tәyә әsaslanan tәhsil sosial-iqtisadi inkişafa

daha effektli xidmәt göstәrir.

Kurikulumların mәzmunu texnoloji irәlilә -

yişin gәtirdiyi yeniliklәri nәzәrә al maqla daim

inkişaf etdirilir ki, bu da müx tәlif tәhsil pillә -

lәrindә spesifik yanaşma tә lәb edir. Burada ümumi

tәhsil pillәsindә şәxsiyyәtin hәrtәrәfli formalaş -

dırılması prioritet olduğu halda, ali tәhsildә

әmәk bazarının cari vә gәlәcәk tәlәblәri әsas

götü 


 

rülür. Ali tәhsil kurikulumunun daimi

inkişafı әmәk bazarı subyektlәrinin tәlәblә rinin

sistematik öyrәnil mәsini vacib edir. Bu proses

әmәk bazarında iş tәklif edәn, istәr dövlәt,

istәrsә dә qeyri-dövlәt sektorunda fәaliyyәt

göstәrәn bütün subyektlәri ali tәhsil prosesindә

başlıca maraqlı tәrәfә çevirmişdir.

Müәllim vә tәdris metodikaları. Müәllim

amili tәhsilalanın öyrәnmәsi vә inkişafı, nailiy -

yәtlәrinin monitorinqi prosesindә hәll edici rol

oynayır. Tәhsilalanın savadlı vә sәriştәli şәxs

kimi formalaşmasına müәlli min tәsiri müәllimin

akademik bacarıqların dan, tәdris tәcrübәsindәn

vә peşәkarlıq sәviyyә 

sindәn xeyli asılıdır.

Müәllimin bu keyfiy yәtlәri ilә tәhsilalanların

5

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə