“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   2   3   4   5   6   7   8   9   ...   39

nailiyyәtlәri arasında sıx korrelyasiya mövcud -

dur.


Bilik vә bacarıqlarını davamlı artıran müәl -

lim lәr tәhsilalanların nailiyyәtlәrinә әlavә töhfә

verirlәr. Peşәkarlığa әsaslanan stimul laşdırıcı

әmәkhaqqı sisteminin olma ması, tәhsil müәs sisәsi

sәviyyәsindә idarәet 

mәnin qeyri-effektivliyi,

müәllim hazırlığı üzrә infras truk turun zәif olması

müәllim amilinә tәsir edәn amillәr sırasındadır.

Bu baxımdan tәhsil islahatı uğurla aparılan ölkә -

lәrdә müәllim peşәkarlığının inkişafı üçün stimul -

 

ların yaradılmasına vә müәllim hazırlığının



tәkmillәşdirilmәsinә xüsusi diqqәt yetirilir.

Tәhsilin inkişafında mühüm irәlilәyişlәrә

nail olmuş ölkәlәrin tәcrübәsi göstәrir ki, infor -

masiya-kommunikasiya  texnologi yala rına  әsas -

la nan, yaradıcı düşüncәni inkişaf etdirәn vә

tәhsilalanın fәrdi xüsusiyyәtlәrini nәzә rә alan

müasir, fәal-interaktiv tәlim me 

tod ları  daha

yüksәk nәticәlәr verir. Hәmin mәq sәdlә davamlı

olaraq mütәrәqqi tәdris metodlarının yaradıl -

ması vә müәllimlәrin sәriş 

tәsinin artırılması

tәhsil siyasәtindә mühüm yer tutur.

İdarәetmә. Tәhsil sahәsindә idarәetmә isla -

hat larının başlıca istiqamәtlәrini tәhsil prose -

sinin iştirakçıları arasında münasibәt lәr siste mi nin,

elәcә dә tәnzimlәmә orqan larının funksiyaları,

sәlahiyyәtlәri vә cavabdehliyinin dәqiq müәy -

yәn olunması, tәhsil müәssisә lәrinin idarәetmә

sәlahiy yәtlә rinin  vә  tәhsilin  nәticәlәrinә  görә

cavab dehliyinin artırılması, fәaliyyәtin moni -

torinqi vә qiymәtlәndirilmәsi, tәhsilin keyfiyyә -

tini ölçәn göstәricilәr sis teminin tәkmillәş di rilmәsi,

tәhsilin  maliy yә lәşdiril mә sinin  onun  keyfiyyәtinә

yönәl dilmәsi,  adambaşına 

maliyyәlәşdirmә

mexanizminin tәtbiqi vә bu zәmindә stimullaş -

dırıcı  mexa nizm lәrin  güclәndirilmәsi,  habelә

maliy  yәlәş mә  mәnbәlәrinin  yetәrliyinin  tәmin

edil mәsi tәşkil edir.

İnkişaf etmiş ölkәlәrin tәcrübәsindәn aydın

olur ki, tәhsildә idarәetmәnin ictimai lәş  mәsi pro -

sesi sürәtlәnmәkdәdir. Tәhsil strate 

giya 


sının

uğurla hәyata keçirilmәsindә vә tәhsilin keyfiy -

yә tinin  dayanıqlı  yüksәli şindә  maraqlı  tәrәflәrin

cәlb olunmasını tәmin edәn sәmәrәli idarәetmә

mühüm rol oynayır. Bu, ilk növ bәdә, bütün növ

tәhsil müәssisәlәrinin müstә qilliyinin artırılma -

sını, valideyn, şagird, tәlәbә vә tәhsil pro se sinin

digәr iştirakçılarını geniş cәlb etmәklә tәhsil

ocaqlarının  idarә  olun ma sını,  nәti cә yönlü  menec -

mentin vә digәr müasir idarә etmә texnologiya -

larının prosesә tәtbiqini tәlәb edir.

Qloballaşma proseslәri müxtәlif dövlәt lәrin

tәhsil sistemlәrinin inteqrasiyasını şәrt lәn dirir.

Hәdәflәr kimi Avropa Şurası tәrә findәn tövsiyә

edilmiş kompetensiyalar qrupu әsas götürülür.

Artan tәlәbә-müәllim mübadilәsi nәzәrә alına -

raq,  tәhsil  standart la rı nın  unifika siyası  mәqsәdi

daşıyan Bolonya prosesi sürәt lәnir. Ali tәhsildә

özәl sektorun rolu tәdricәn güclәnir, dövlәt

maliyyәlәş diril mәsi  özәl  sek to run  maliyyәsi  ilә

әvәz lәnir. Dövlәt maliy yәlәşdirmәsinin hәcmi

Almaniya, Avstriya vә İtaliyada 90 faiz olduğu

halda, ABŞ, Avstra liya, Yaponiya vә Kanadada

cәmi 50–70 faiz tәşkil edir.



3. Azәrbaycan Respublikasında tәhsilin

vәziyyәti

Son illәr әrzindә Azәrbaycan Respublika -

sında tәhsilin inkişafı istiqamәtindә mühüm

nailiyyәtlәr әldә edilmişdir. Hәyata keçirilәn

dövlәt proqramları çәrçivәsindә ölkәnin bütün

regionlarında ümumi tәhsilin infra 

struk 

turu


әhәmiyyәtli şәkildә yenilәn mişdir. Ölkәdә tәhsi -

lin müasir tәlәblәrә ca vab verәn normativ-hüquqi

bazası yara dılmışdır. Ali tәhsildә Bolonya Bәyan -

na mә sindәn irәli gәlәn başlıca prinsiplәrin tәt -

biqi, tәhsil müәssisә lәrinin müasir informa si ya

vә elmi-metodiki tәminatı, tәhsil infrastruktu -

runun  yenilәn mәsi,  dәrsliklә  tәminatın  yaxşı laş -

dırılması, ucqar kәnd mәktәblәrinin pedaqoji

kadr tәminatı, mәktәbәqәdәr vә peşә tәhsili xid -

mәtlәrinin müasir tәlәblәr sәviyyәsindә qurul -

ması mәqsәdilә dövlәt proqramları qәbul

edilmiş, layihәlәr hәyata keçirilmişdir.

Aparılan dövlәt siyasәtinә uyğun olaraq,

tәhsilә ayrılan dövlәt xәrclәri yalnız son beş ildә 1,3



6

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




dәfә artmışdır. Bununla yanaşı, Azәr bay canda insan

kapitalının inkişafı üzrә yeni uzun 

müddәtli

çağırışlar  tәhsil  sahәsinin  maliy yә lәş diril mә sin-

dә mühüm tәdbirlәrin hәyata keçirilmәsini zәru -

ri edir.


Tәhsilin keyfiyyәti vә әhatәliliyi. Birlәş miş

Millәtlәr Tәşkilatının 2010-cu il üzrә İnsan

İnkişafı Hesabatına әsasәn 2005-ci illә müqa -

yisәdә Azәrbaycan 34 pillә irәlilәyәrәk 169 ölkә

arasında 101-ci yerdәn 67-ci yerә yüksәlmiş,

"orta insan inkişafı" qrupundan "yüksәk insan

inkişafı" qrupuna daxil olmuşdur. Azәrbaycan iqti -

sadi inkişaf tempini sürәtlәn dirәrәk yoxsullu ğun

azal dıl ması  vә  orta  ömür  uzunluğu  göstә   ri ci -

sinin artması baxımından böyük nailiy yәtlәr

әldә etmişdir.

Bununla yanaşı, aparıcı beynәlxalq tәşki lat -

ların statistik tәhlillәri Azәrbaycan tәhsi linin

beynәlxalq rәqabәtә davamlılıq gös tә ricilәrinin vә

Azәrbaycan Respublika sının әrazisindә yerlәşәn

ali tәhsil müәssisә lә rinin reytinq sәviyyәsinin

yüksәldil mә sinin  zәruri  olduğunu  göstәrir.

Ümumi tәhsil müәssisәlәrinin şagird vә

mәzunlarının keyfiyyәt göstәricilәrinin yaxşı laş -

dırılması aktual mәsәlәlәrdәndir.

Ali vә ümumi tәhsil üzrә dәrsliklәrin elmi vә

metodiki baxımdan tәkmillәşdiril mә sinә ehtiyac

vardır.

Ali tәhsil müәssisәlәri mәzunlarının tәrkibi



iqtisadiyyatın tәlәbatları ilә tam uzlaşmır. Azәr -

baycanın ali tәhsil müәssi 

sәlәri tәlәbә 

lәrinin


yalnız 1,2 faizi kәnd tәsәrrüfatı ixtisasları qrupu

üzrә tәhsil alır. 25–34 yaş arasında olan ali

tәhsilli mütә xәssislәrin 67 faizi dövlәt sekto -

runda cәm lәn mişdir. Özәl sektorda ixtisaslı işçi

qüvvәsinin çatışmazlığı problemi yaran mışdır.

Ən böyük kadr çatış mazlığı xidmәt sektorunda

vә kәnd tәsәrrüfatı sahәsindә müşahidә olunur.

Hәr 100 000 nәfәrә düşәn ali mәktәb tәlәbә -

lәrinin sayına görә, Azәrbaycan Res publikası

üzrә göstәricilәr әhәmiyyәtli dәrә cәdә artırıl -

malıdır. Əhali tәbәqәlәri vә regi onlar arasında

xüsusәn ali tәhsilә çıxış imkanları genişlәn diril -

mәlidir.

Son illәrdә ilk peşә-ixtisas tәhsili müәs si -

sәlәrinin infrastrukturunun inkişafı sahә sindә

işlәr görülmüş, özәl sektor, işә 

gö 

türәnlәr vә



beynәlxalq tәşkilatlarla әmәkdaşlıq әlaqәlәri

qurulmuşdur. Qeyd olunanlara baxmayaraq, bu

sahәdә hәlli vacib olan ciddi problemlәr hәlә dә

qalmaqdadır. İlk peşә-ixtisas tәhsili müәssisә -

lәrini bitirәn şәxslәrin sayı iqtisadiy yatın tәlәbatı

ilә üst-üstә düşmür. Son illәr ümumi tәhsil

müәssisәlәrini bitirәn mәzunla rın yalnız 11 faizi -

nin ilk peşә-ixtisas tәhsili müәssisәlәrini seç -

mәsi, ümumilikdә hәmin pillәdә tәhsil alan ların

cәmi 25–27 min nәfәr tәşkil etmәsi әhalidә ilk

peşә-ixtisas tәhsilinә marağın aşağı olduğunu

göstәrir.

Mәktәbәqәdәr tәhsilә cәlb olunma sәviyyәsi

dә aşağıdır. Belә ki, mәktәbәqәdәr tәhsillә әhatә

sәviyyәsi şәhәrlәrdә 23,4, kәnd lәrdә 8,7, ölkә

üzrә isә 16,5 faiz tәşkil edir. Son illәrdә Bakı

şәhәrindә yeni mәktәbәqәdәr tәhsil müәssisәlә -

rinin inşası vә ya әsaslı tәmiri istiqamәtindә

atılan addımlar nәticәsindә mәktәbәqәdәr

tәhsillә әhatә sәviyyәsi artaraq 27 faizә çatsa da,

bu sahәdә hәllini gözlәyәn problemlәr qalmaq -

da dır. Ölkәnin yaşayış mәntәqәlәrinin 75 faizin dә

mәktәbәqәdәr tәhsil müәssisәsi yoxdur.

Tәhsilin mәzmunu. Ümumi tәhsilin dövlәt

standartları vә proqramları "Tәhsil haqqında"

Azәrbaycan Respublikasının Qanu nuna uyğun

olaraq tәsdiq edilmişdir. Hәmin istiqamәtdә

yeni fәnn kurikulumları vә dәrs liklәr ümumi

tәhsilin I–VI siniflәrindә tәtbiq edilir, VII–XI

siniflәrindә isә hәmin mәqsәdlә işlәr davam

etdirilir. Mәktәbәqәdәr tәhsil üzrә yeni kuriku -

lumun tәtbiqinin sürәtlәndirilmәsi zәruridir.

İlk peşә-ixtisas vә orta ixtisas tәhsili kuriku -

lumları müasir tәlәblәrә cavab vermir. Müәllim

hazırlığı üzrә yeni kuriku lumlar tәtbiq edilsә dә,

ümumilikdә ali tәhsil müәssisәlәrinin kuriku lum -

ları әmәk bazarında işçi sәriştәsinә olan tәlәb lәrә

uyğun gәlmir. Ali tәhsil pillәsindә kuri 

ku 

-

lumların inkişafı iqtisadiyyatın inkişaf dinami -



ka  sın dan  geri  qalır.

7

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə