“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə39/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   31   32   33   34   35   36   37   38   39

80

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Kompyuterlәrin inkişafında ingilis riyaziy -

yatçısı Alan Türinqin (1912–1954) tәdqiqatları

әsaslı rol oynamışdır. İkinci Dünya müha ribәsi

zamanı o, şifrәaçan yaradaraq, mәşhur alman

Eniqma şifrәlәmә maşınının kodlarını aça bil miş -

dir ki, bu da hәrbi әmәliyyatların hazırlanma sın da

mü әfiqlәrә strateji üstünlük vermişdir. Bu nun la

da Türinq milli qәhrәman kimi faşizm üzәrindә

qәlәbәyә öz әvәzsiz töhfәsini vermişdir.

Lakin onun az әhәmiyyәtli olmayan nailiy -

yәtlәrindәn biri 1936-cı ildә tәklif etdiyi hesab -

lama qurğusunun (Türinqin universal maşını)

layihәsi idi. İndiyә qәdәr bütün müasir rәqәm -

sal kompyuterlәr onun konseptual әsasında

işlәyirlәr.

Türinq tam әmin idi ki, onun layihә lәşdir diyi

qurğular tez bir zamanda ″düşüncәli″ olacaqlar

vә 1950-ci ildә ″Türinq testi″ adı ilә çox mәşhur

olmuş EHM-in ″şüurluluğunu″ tәyin etmәk

üçün tәcrübә tәklif edir.

Lakin hәlә indiyә qәdәr heç bir maşın Türinq

testini keçә bilmәyib. Əgәr nә vaxtsa bu baş

versә, onu ″düşüncәli″ hesab etmәk lazım deyil.

Çünki bir çox mütәxәssislәr hesab edirlәr ki,

kom pyuterlәr düşünmәyi yox, müvafiq infor -

ma siyanın işlәnmәsi hesabına insan şüurunu

tәqlid etmәyi öyrәnirlәr.

Şüurluluğun vә ağıllılığın tәyin edilmәsi ilә

bağlı bütün çәtinliklәrә baxmayaraq, ″düşü nәn″

maşın yaratmaq arzusu hәmişә EHM kons truk -

torlarının әn böyük arzularından biri olaraq

qalır. 1954-cü ilin sensasiyası Perseptron qurğu -

sunun yaradılması oldu. Burada fotodetektorlar

mәtndәki sözlәrdә olan ayrı-ayrı hәrflәri seçә

bilirdilәr. Bu kәşf kompyuterlәrin inkişafında

әsas mәrhәlә oldu, lakin heç kim tәsdiq etmir ki,

Perseptron, hәqiqәtәn, mәtni ″oxumağı″ vә

″başa düşmәyi″ öyrәnmişdi. Perseptron ümid -

lәri o qәdәr dә doğrultmadı. Lakin onun kәşfi ilә

nәinki çap mәtnini skay ner edәn vә onu ucadan

oxuyan, hәm dә sәs lәri tanıyan, onlardan sözlәr

düzәldәn, hә a qis mәn insan nitqini ″başa düşәn″

kompyu terlәr ailәsinin intensiv inkişa fına yol

açıldı.


Bu sahәdә әldә olunan uğurlara baxmayaraq,

hә a әn müasir sәsi tanıma proqramları ilә işlә -

yәn hәr bir kәs qәribә sәhvlәrә rast gәlib. Bәzәn

buraxılan belә sәhvlәr üzündәn elә tәsәvvür




81

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

yaranır ki, kompyuterlәrdә yumor hissi var.

Lakin aydındır ki, onlar, hәqiqәtәn, çap olunan

cümlәlәrin vә oxunan mәtnin mә na sını başa

düşmür. Ən yaxşı proqramlarda şifahi danışığın

qeydә alınması vә çap olunması dәqiqliyi bu

gün 80%-ә çatır, lakin nәzәrә almaq lazımdır ki,

onlar hәlә ayrı-ayrı adamların sәsini ayıra

bilmirlәr.

EHM-in şüurlu olması problemi ilә bağlı

mәsәlә cәmiyyәtin hәmişә diqqәt mәrkәzindә

olan kompyuterlә insanın şahmat oynamasıdır.

1997-ci ildә DipBlü kompyuterinin dünya çem-

pionu Harri Kasparov üzәrindә sensasiyalı qәlә -

bә si  (hesab 2:1, 3 heç-heçә ilә) heç dә o demәk

deyildir ki, bu kompyuter Türinq testini keç miş -

dir. Maşın rәqibinin  bütün müm kün gedişlәrini

tapmağa  vә  pozisiyanı  qiy mәtlәn dir mә yә  proq -

ram laşdırılıb. Bu, çox çәtin hesabla ma ların nәti -

cәsidir vә sonda kompyuterә konk ret hallar üçün

dәqiq tәli matlar verilir. Belә yanaşmada şahmat

oyunu sәrbәst intellekt yarışından başa düşül -

mәz dildә yazılmış tәlimat yarışına çevrilir.

Kompyuter yenә ″düşünmәk″ yox, ″danış -

maq″ qabiliyyәti qazanır. DipBlü maşını baş

verәnlәrin mәnası haqda düşünmәdәn ″şah mat

dilindә″ çox danışa bilir.

Ciddi hesablamalar tәlәb edәn sadә oyun ları

maşınlar daha tez oynamağı öyrәniblәr:

mәsәlәn, kompyuter nәrd oyunu üzrә dünya

çempionunu 20 il әvvәl  udmuşdur. Kompyu ter

texnikası sahәsindә әldә olunan bir çox başqa

nailiyyәtlәr dә yaxşı tәrtib olunmuş tәlimatların

vә süni intellektin nәticәsidir. Maşınlar kredit

kartlarının, әczaçılıq resept lәrinin vә s. sadә

dilindә çox gözәl danışırlar (yәni nömrәlәri vә

rәqәmlәri sayırlar, saxta kartları asan tәyin

edirlәr, dәrmanların saxlan ma tarixini yoxla yır -

lar vә hә a hәkimin göstә riş lәrini tibbi sorğu ki -

tab ları ilә müqayisә edir lәr), lakin bütün bunlar

onların ağıllı olduğunu sübut etmir.

Ola bilsin ki, nә vaxtsa kompyuterlәr, hәqi qәtәn,

o qәdәr ağıllı olacaqlar ki,  hә a öz şәxsi hәyat ları

haqqında romanlar vә dram әsәrlәri yazma ğa

başlayacaqlar vә onda biz, hәqi qәtәn, onların nә

hiss etdiklәri vә nә düşün düklәrini başa düşә cәyik.

Digәr tәrәfdәn EHM-in iş prinsiplәrini başa düş -

mәk artıq indi bizә öz şüurumuzla  bağlı bir çox

problemlәrә yeni baxışla baxmağa imkan verir.

Belә  ki,  komp yu terlәrdә  hesablama  әmә liy yatla -

rının tәdqiqi bizә insan beynindә gedәn tәfәk -

kürlә bağlı proseslәr haqqında müәyyәn biliklәr verir.

Vüsalә Mirzәbәyova



82

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

Fövqәladә sensasiyaya sәbәb olan elmi

nailiyyәti – insan genomunun sirrinin açılma -

sını – әhәmiyyәtinә görә atomun parçalanması

vә yaxud da DNT molekullarının quruluşu -

nun açılması ilә müqayisә edirlәr. Bir mәsәlә

aydındır: bu kәşf elmi prinsip etibarilә idrakın

yeni sәviyyәsinә qaldırdı.

Bәlkә dә, müasir elmdә ilk dәfә olaraq qeyri-

adi vәziyyәt  yaranmışdı. Son dәrәcә bahalı vә

mühüm layihә üzәrindә işlәmәyә bir tәrәfdәn

özünә güclü sponsor tapmış fәrdi tәdqiqat -

çılar, digәr tәrәfdәn isә bir neçә ölkәnin

hökumәtlәri tәrәfindәn maliyyәlәşdirilәn

tәsisat vә universitetlәr qatılmışdılar. İlk әvvәl

1988-ci ildә insan genomunun öyrәnilmәsinә

vәsaiti ABŞ-ın Energetika Nazirliyi ayırdı.

“İnsan genomu” proqramının rәhbәrlәrindәn

biri professor Çarlz Kentor oldu. 1990-cı ildә

Ceyms Uotson ABŞ konqresinin lobbilәşmәsi

nәticәsindә insan genomunun öyrәnilmәsinә

tezliklә bir dәfәyә yüz milyonlarla  vәsaitin

ayrılmasına nail oldu. Bu, Sәhiyyә Nazir-

liyinin büdcәsinә  böyük әlavә idi. Pullar bu-

radan ümumi ad – Milli sağlamlıq institutları

adı altında birlәşәn institutlar şәbәkәsinin

direksiyasının ixtiyarına yönәldilirdi.   Milli

sağlamlıq institutlarının tәrkibindә yeni insti-

tut – Milli insan genomunun tәdqiqi institutu

yarandı vә direktoru da Frensis Kollinz oldu.

1992-ci ilin mayında Milli sağlamlıq insti -

tutlarının aparıcı әmәkdaşı  Kreyq Venter is-

tefa әrizәsi yazdı. O, yeni, xüsusi tәdqiqat

müәs sisәsinin – Genom tәdqiqatları institutu-

nun yaradılmasını bәyan etdi. Alim öz

mәhsulunu tәәccüb doğuracaq dәrәcәdә tez

inkişaf etdirib böyütmәyә nail oldu. Artıq İnsti-

tutun ilkin kapitalı sponsorların hesabına

yetmiş milyon dollar tәşkil edirdi. Genom

tәdqiqatları institutunu mәnfәәtsiz, öz nәticә -

lәrini zәnginlik vә ya ticarәt üçün sәrf etmәyәn

xüsusi institut elan etdilәr. Praktiki olaraq eyni

vaxtda “İnsan genomu haqqında elm” şirkәti

yaratdılar. Bu şirkәt Genom tәdqiqatları insti-

tutu әmәkdaşlarının әldә etdiklәri mәlumat -

ları bazara yönәltmәli idi.

1997-ci ilin iyununda Venter yeni dәyişik -

lik lәrә başladı. O, Genom tәdqiqatları institu-

tunu “Elm” ilә әlaqәlәrdәn uzaqlaşdırdı vә

1998-ci ildә Rokvilldә (Merilend ştatı) “Selera

genomiks” adlandırdığı şәxsi kommersiya şirkә -

tini yaratdı. Venter Genom tәdqiqatları insti-

tutunun baş elmi rәhbәri qalmaqla yarat dığı

şirkәtin dә prezidenti oldu. Genom tәdqiqat -

ları institutuna isә onun xanımı Kleyr Freyzer

başçılıq edirdi.



83

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

V.N.Soyferin yazdığı kimi, “Venter özünü

son dәrәcә bacarıqlı rәhbәr kimi büruzә verdi.

O, elmi avadanlıqların istehsalı ilә mәşğul

olan әn böyük şirkәtlәrdәn biri ilә saziş

bağladı. Şirkәt Genom tәdqiqatları institutuna

18–20 avtomatik sekvenator-robot icarәyә verdi.

Bu robotlar işin elә birinci ilindәcә sekven -

lәşmiş ardıcıllığın miqdarını 60 milyon dollara

(insan genomunun hamısının beşdә bir his -

sәsi; bu jest şirkәt üçün dә mühüm idi – öz

mәh 

sulu üçün bundan daha yaxşı reklam



tәsәvvür etmәk çәtindir) çatdırmağa imkan

verәcәkdilәr. Daha sonra Venter DNT-nin

müәyyәn ölçülü parçalarını sekvenlәşdirmәk

üçün tәkmillәşdirilmiş robotların böyük bir

sistemini instituta gәtirmәk haqqında anoloji

müqavilә dә bağladı”. Nәticәdә Venterin sәrәn -

camında gücünә görә dünyada ikinci hesab olu-

nan böyük bir kompyuter parkı yarandı.

Dәyәri 80 milyon dollara yaxın olan üç  yüz

super kompyuter gecә-gündüz böyük hәcmli

mәlumatları emal edirdi.

Nәticәdә İnsan genotipi layihәsi üzrә işlәr

görünmәmiş sürәt kәsb etdi. İlk әvvәl

genotipin tam versiyasını 2010-cu ildә tapmağı

vәd etmişdilәr, sonra işi 2003-cü ildә başa

çatdırmaq nәzәrdә tutuldu. Nәticәlәri isә artıq

2001-ci ildә әldә etmәk mümkün oldu.

Venter müstәqil mәrkәz – Genotipin Tәd -

qiqi İnstitutunu yaratmaqla insan genotipinin

sirlәrini hәr kәsdәn öncә  açacağını vәd etdi. 

2001-ci ildә  genotipin iki milyard işarә -

sinin ardıcıllığını almaq mümkün oldu. Belә

ki, birinci milyardlığın ardıcıllığının müәy -

yәnlәşdirilmәsinә dörd il, ikinci milyard lığa

isә dörd aydan az vaxt lazım oldu. İşin

sürәtlәnmәsi – yüksәk texnologiyanın, mәsә -

lәn, robotların tәtbiqinin nәticәsi idi.

Venterin komandası pulemyot ardıcıllığı

adlanan metoddan istifadә edir. Partlayış

üsulu ilә bütün genotip yetmiş milyon hissәyә

parçalanır. Sonra maşınla ardıcıllıq düzülür,

genotipin  nizamı isә saniyәdә 1,3 trillion

әmәliyyat gücündә prosessorla idarә olunan

super  kompyuterlә işlәnib hazırlanır.

“Selera genomiks” meningit kimi ciddi in-

feksiyalar törәdәn mikrob genotipinin ardıcıl -

lığını yenidәn tәkrarladıqda, elәcә dә meyvә

milçәyinin genotipinin (120 min işarә) sirrini

açanda  Venter pulemyot ardıcıllığının  effektliyini

sübut etdi.

2001-ci ildә bu layihәnin aparıcı iştirakçısı –

“Selera genomiks” biotexnoloji şirkәtiylә yanaşı

Böyük Britaniya, ABŞ, Fransa, Almaniya,

Yaponiya vә Çindәn olan 16 tәşkilatın  da daxil

olduğu  Beynәlxalq konsorsium bu müәzzәm

işin nәticәlәrini elan etdi. Alimlәr müәyyәn

etdilәr ki, DNT molekullarının genetik proqra -

mını adenin, timin, tsitozin vә quaninin azot

әsaslı  3,2 milyard sonsuz tәkrarlanan dörd

cütlüyü tәşkil edir.

Ən tәәccüblüsü isә insanın irsiyyәt

proqramında genlәrin sayının gözlәnildiyi

kimi, 80–100 min deyil, yalnız 30–40 min

olması faktı idi.

Əgәr soxulcanın (18 000)  vә yaxud meyvә

milçәyinin (13 000) genlәrinin sayı ilә

müqayisә etsәk, fәrq o qәdәr dә böyük görün -

mәz!  Bununla yanaşı, müxtәlif canlı orqanizm -

lәrdә bәnzәr genlәr aşkar edilmişdir, bunu isә

yalnız molekulyar evanoniya nәzәriyyәsi tәsdiq

edir.

ABŞ-ın Massaçuset texnologiya institu-



tunda insan genomu üzrә elmi tәdqiqatların

rәhbәri professor Erik Lander belә bir nәticәyә

gәlir: “Əgәr kimsә fikirlәşirdisә ki, bioloji növ -

lәr arasındakı әsas fәrq mәhz genlәrin sayı ilә

müәyyәnlәşir, demәli, o, çox ehtimal ki, sәhv



84

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

etmişdir”. Venter isә sarkazmsız әlavә edir:

“İnsanın genomunda olan cәmi bir neçә yüz

gen siçanların genomunda yoxdur”. Belәliklә,

insanın bioloji nöqteyi-nәzәrdәn mürәkkәb

quruluşa malik olması haqqındakı ilkin

tәsәvvürlәri alimlәr tәsdiqlәyә bilmәdilәr. 

“Onlar deyirlәr ki, insan genlәrinin işi

tәsәv vür etdiklәrindәn xeyli çәtin oldu – “Exo

planetı” (“Planetlәrin әks-sәdası”) jurnalında

Yelena Slepçuk yazırdı. – Bizdә eyni әlamәti,

eyni xәstәliyi bir deyil, bir neçә, hә a qrup

halında  genlәr daşıyır. Amma burası da var

ki, bu genetika haqqında әvvәllәr dә mәlu -

matları var idi. Ola bilsin, bu yolla genlәr bir-

birlәrini sığortalayır vә eyni zamanda da daha

geniş fәaliyyәt sahәsi әldә edirdilәr. Genlәrin

işini sözәbaxan marionetkaları mәharәtlә oy-

nadaraq vә hadisәlәrin gedişinә yeni-yeni per-

sonajlar daxil edәrәk tamaşa göstәrәnlәrin

fәaliyyәti ilә müqayisә etmәk olar. Tәsәvvür

edәk ki, bu vә ya digәr pepditlәrin istehsalına

“sapların” yerinә gen komandaları gedir, nәti -

cәdә bu pepditlәrdәn canlı orqanizmin vücudu

qurulur. Molekulyar bioloqların fikrincә, insan

genlәrinin daha bir xüsusiyyәti dә ondan

ibarәtdir ki,  tәbiәt bizә çoxlu sayda nәza rәtçi-

genlәr bәxş etmişdir. Bunlar da öz “hәmqar -

daş larının” işlәrini izlәyirlәr. Hәqiqә tәn dә, әgәr

qarşıya qoyulmuş mәqsәdә fәrasәtli menec-

ment vasitәsilә çatmaq mümkündürsә, işçilә -

rin ştatını  sonsuzadәk artırmaq nәyә lazım dır?

Bax bu bizim idarәçilәrә bәnzәyәn lәrә misal -

dır. Yeri gәlmişkәn, Kembric Universitetinin

alimlәri artıq xüsusi tәdqiqatlar planlaşdır -

mışdılar. Onlar insan kimi mürәkkәb quruluşa

malik bir varlığın bu qәdәr az sayda genlәrlә

necә rahatca idarә olunduğunu aydınlaş dır -

mağa ümid edirdilәr.

Bәs biz bütün canlı alәmdәn, әsasәn, nә ilә

fәrqlәnirik? Zülallarımızın tәәccüblü dәrәcәdә

müxtәlifliyi ilә. Onlar nә qәdәrdir, heç kim

bilmir. Genetiklәr ehtimal edirlәr ki, ayrı-ayrı

zülal komponentlәri müxtәlif birlәşmәlәr

әmәlә gәtirәrәk öz aralarında qarışa bilәrlәr,




85

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013

necә ki, yeddi әsas rәngin qarışığı saysız-

hesabsız çeşidli boyalar yaradır.

Onlar etiraf edirlәr ki, biologiya genlәr

sәviy yәsindә deyil, zülallar sәviyyәsindә hәll

olunur. Buradan daha bir mühüm nәticә hasil

olur: “hәyatımızda heç dә hәr şey genlәrlә

müәyyәnlәşmir, әtraf alәmdәn dә çox şey

asılıdır”.

Biologiya elmini “küncә dirәyәn”, çaşdıran

digәr sürpriz “dinmәz” adlandırılan DNT-nin

mövcudluğu oldu. Əvvәllәr dә mәlum idi ki,

DNT zәnciri boyunca elә sahәlәr var ki,

zülalların istehsalı üçün heç bir informasiya

vermir. Genetiklәr  onu “genetik zir-zibil”

adlandırırlar. Ancaq budur, sәn demә, belә

sahәlәr bütün DNT-nin 95 faizini tәşkil edir!

Bir qisim bioloqlar belә  fәrziyyә irәli sürürlәr

ki, tәkamül informasiyası mәhz onlarda

gizlәnmişdir. Digәrlәri isә düşünürlәr ki,

genlәrlә idarәetmәnin mühüm rolu bu

sahәlәrә hәvalә edilmişdir. 

Venter hesab edir ki, insan genomunun sir-

rinin açılması bir çox xәstәliklәrin әsl sәbәblә -

rini daha yaxşı anlamağa kömәk edәcәk. Bu kәşf

uzaq gәlәcәkdә irsi xәstәliklәri aradan qaldır -

mağa, elәcә dә yeni dәrmanlar yaratmağa

imkan yaradacaq. Yeni müalicә vasitәlәri “pis

genlәri” “tәmir edә” vә yaxud dәyişdirә bilәr.

Hәr bir insana bu cür fәrdi yanaşmaqla insan

ömrünü uzatmaq mümkün olacaq.

Uaythed biotibbi tәdqiqatlar institutunun

professoru Devid Altşülerin fikirlәri isә belә -

dir: “İki eyni xәstәlik vә iki eyni pasient  (xәstә)

yoxdur. Bu müxtәlifliyin tәxminәn yarısını

mәhz genetik kodun xüsusiyyәtlәri ilә izah

etmәk olar. Vә әgәr biz orada nә kimi infor -

masi yanın saxlandığını dәrk etsәk,  pasientlә -

rimizin genlәrini ideal genlә, “tәmiz” homo

sapienslә (ağıllı insan – tәrc.) müqayisә edә vә

müalicәnin yolunu axtara bilәrik. Bu isә

hәkimin işinin effektivliyini әhәmiyyәtli dәrә -

cәdә artıra bilәr”.

“Müәyyәn genlәrlә nisbәtәn az xәstәlik -

lәrin bağlı olduğunu hesab edәn, Kembricdәn

olan Con Salston bu mәsәlәyә daha şәkk-

şübhә ilә yanaşır – Boris Zaytsev elә hәmin

jurnal da yazır. – Alim hesab edir ki, onların

böyük әksәriyyәti, o cümlәdәn ürәk xәstәlik -

lәri kimi “başlıca qatillәr” bir tәrәfdәn bir çox

genlәrin vә zülalların iştirakı ilә, digәr tәrәf -

dәn isә әtraf mühitin tәsiri ilә meydana çıxır.

Buradan belә bir nәticә çıxır ki,  xәstәliklәri

genetik sәviyyәdә müalicә etmәyә qadir yeni

nәsil dәrmanların yaradılması perspektivi

geriyә çәkilir. Hәlә ki, orqanizmdәki 483 “bioloji

hәdәf”ә tәsir edәcәk preparatlar yaradıl 

-

mışdır. Hәyatın әsaslarına daha dәrindәn



nüfuz etmәk – genlәrin tәxminәn 300 min

zülal yaratmaq üçün necә qarşılıqlı fәaliyyәtdә

olduqlarını dәrk etmәk  lazımdır. Bu isә

proqnozlara görә, genomun özünün sirrinin

açılmasından xeyli çox vaxt tәlәb edir...

...Genetik açılım alimlәrin yeni-yeni nailiy -

yәtlәrinә parlaq imkanlar yaratmaqla yanaşı,

ciddi hüquqi, etik vә sosial nәticәlәrә dә

gәtirib çıxara bilәr. Genetik test, әgәr aparılsa,

insanın meyilli olduğu bütün xәstәliklәri

göstәrәcәk. Əgәr xәstәlikdәn qaçmaq onsuz

da mümkün deyilsә,  bu, xәstә-hәkim münasi -

bәt lәrinә tәsir göstәrmәyәcәkmi? Bәs әgәr bu

mәlumatlar sığorta şirkәtlәrinin әlinә düşәrsә,

onlar bundan gәlәcәk xәstәlәrin maliyyә yar -

dı mından uzaqlaşdırılması üçün istifadә etmә -

 yәcәklәrmi? Vә “tәmiz” genlәri olmayan insan lar

iş tapa bilәcәklәrmi? Embrionlar üzә 

rindә

aparılan testlәr dölü “pis” olan qadınları



mәcburi aborta tәhrik edәcәk. Genetik anoma -

liyası olan insanları, ümumiyyәtlә, nәsildәn

mәhrum etmәk kimi amansız tәşәbbüslәr dә

istisna deyildir. Onların uşaqlarının dünyaya

gәlmәsi isә körpәlәrin dәrhal “genetik izqoy”

(qәdim Rusiyada öz әvvәlki vәziyyәtini itir -

diyinә görә hәyat vәsaitindәn mәhrum olun -

muş adam – tәrc.) kateqoriyasına aid edil mәsinә

gәtirib çıxara bilәr.

Genetika professoru Devid Altşüler qәti

şәkildә bildirir: “Artıq indidәn hökumәt vә qa-

nunverici orqanlarla vәtәndaşları “gen ayrı-

seçkiliyindәn” müdafiә edәn qanunun qәbul

edilmәsi haqqında danışıqlara başlamaq lazımdır”.

Самин Д.К. 100 великих научных откры-

тый. М.:Вече, 2003. стр.427-431 



Çevirәni: Tәhminә Bәdәlova 




MÜNDƏRİCAT

Azәrbaycan Respublikasında tәhsilin inkişafı üzrә Dövlәt Strategiyası ........................2-13

Jurnalımızın qonağı Azәrbaycan Respublikasının Prezidenti yanında 

Dövlәt İdarәçilik Akademiyasının rektoru, akademik Urxan Əlәkbәrovdur...............14-17

2013-cü ilin fiziologiya vә tibb, fizika vә kimya üzrә Nobel mükafatçıları...................18-20

Böyük әdәbiyyat heykәli .........................................................................................................21-26

Dünya şöhrәtli Albert Ko onun İ.Xarqi ai ilә maraqlı müsahibәsindәn qeydlәr......27-30

İnsan kapitalı vә «Azәrbaycan 2020: gәlәcәyә baxış» inkişaf konsepsiyası ..................31-34

Azәrbaycanda cәrrahlıq sahәsindә ilk elmlәr doktoru, Azәrbaycan Elmlәr

Akademiyasının ilk prezidenti olmuş Mir Əsәdulla Mirqasımov .................................35-38

Əsrimizin qlobal problemlәri haqqında ..............................................................................39-41

Bermud üçbucağı.......................................................................................................................42-45

Akademik yubileylәr. Murtuza Nağıyev – 105....................................................................46-53

Azәrbaycanın görkәmli alimlәri ............................................................................................54-55

Hәyat nәdir? ...............................................................................................................................56-57

Sәlahәddin Xәlilov. Elm adamları haqqında.......................................................................58-60

Vahid Mәmmәdov pereqruplaşması .....................................................................................61-63

Birinci 3 dәqiqә..........................................................................................................................64-65

Mәcid Mәrdanovun hәyat yolu ..............................................................................................66-68

Elmә hәsr olunmuş ömür.........................................................................................................69-72

Moskva Dövlәt Universitetinin doktorantı Fәxriyyә Mәmmәdovayla müsahibә........73-75

Yevgenika: keçmişdәn müasirliyә doğru..............................................................................76-79

Türinq vә insan beyninin kompyuterlә yarışı ....................................................................80-81

İnsan genomu.............................................................................................................................82-85

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə