“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   2   3   4   5   6   7   8   9   10   ...   39

– Milli Elmlәr Akademiyası fundamental

elmin inkişafını tәmin edәn әsas intellek tual

mәrkәzdir. Sizin fәaliyyәtiniz hәr zaman Milli

Elmlәr Akademiyası ilә bağlı olub. Zaman

dәyişdikcә Elmlәr Akademi yasında yeni elmi

istiqamәtlәr yaranır, yeni çağırışlar vә bununla

әlaqәdar elmdә yeni prioritet istiqamәtlәr

forma laşır. Sizin fikrinizcә, hazırkı dövrdә elm -

dә hansı istiqamәtlәr prioritet hesab edilә bilәr?

– Şübhәsiz ki, elmdә prioritet istiqamәtlәr

möv cuddur, onların zaman-zaman dәyiş mәsi

tәbiidir vә bu proses daim müşahidә edilib vә

edilәcәk. Bәşәriyyәtin üzlәşdiyi yeni çağırışlar,

ortaya çıxan aktual problem lәr bilik vә bacarığın

әsasını tәşkil edәn elmdә prioritetlәrin dәyiş -

mәsinә, onların ardıcıl әvәzlәnmәsinә böyük

tәsir göstәrir. Lakin fikrimcә, bu proses, әsasәn,

tәtbiqi elmlәr vә texnoloji tәrәqqiyә aid edilә

bilәr. Fundamental elmlәrdә isә vәziyyәt fәrq -

lidir. Əgәr tәtbiqi elm vә texnologiyalarda prio -

ri tet istiqamәtlәr günün tәlәblәrinә vә әn yeni

biliklәrә әsaslanan cavab kimi formalaşır vә öl -

kә lәrin inkişaf sәviyyәsinin vә rәqabәt qabiliy -

yәtinin  güclәnmәsinә xidmәt edirsә, fun da mental

elmdә tam fәrqli vәziyyәt müşahidә edilir. Fun -

da mental elmlәrdә prioritet istiqamәtlәrdәn da -

nış 

maq düzgün olmaz. Burada prioritet



is ti  qa mәtlәr  yox,  prioritet  şәxslәr  mövcuddur.  O

şәxslәr ki, onlar prioritet olmayan bir istiqamәti

öz istedadı, bilik vә bacarıqları hesabına priori -

tetә çevirir, elmdә yeni istiqamәtlәrin forma laş -

masını tәmin edirlәr. Bu isә öz növbәsindә

tәtbiqi elmlәrin vә texnologi ya ların keyfiyyәtcә

yeni sәviyyәyә qalxmasına zәmin yaradır. Azәr -

baycanda tarixәn belә şәxslәr olub, onlar bu gün

dә var vә gәlә cәkdә dә olacaqlar. Bu vәziyyәt

elmin bütün istiqamәtlәrinә, o cümlәdәn inkişaf

proses 

lәrinin planlaşdırılması vә idarәedil 



-

mәsinә dә aiddir. Müasir Azәrbaycanın memarı,

ulu öndәr Heydәr Əliyev vә onun layiqli davamçısı

Prezident İlham Əliyevin fәaliy yәti yeni biliklәrә

әsaslanan innovativ inki şaf prosesindә şәxsiy -

yәtin  rolunun  müs tәs na  әhәmiyyәtinin  bariz

tәzahürüdür. Azәrbaycan Milli Elmlәr Akade -

mi yasının son bir ildә misilsiz sürәtlә inkişafı

ölkәdә gerçәklәşdirilәn innovativ inkişaf siyasә -

tinin ayrılmaz tәrkib hissәsidir. AMEA-nın yeni

seçilmiş prezidenti akademik Akif Əliza dәnin

fәaliyyәti nәticәsindә baş verәn dәyi şikliklәr göz

qabağındadır.

– Urxan müәllim, sizin inkişaf vә әtraf

mühitin planlaşdırılması vә idarә olun masına

dair konsepsiya vә ideyalarınız dünyada

tanınır vә dәstәklәnir. Hәtta xarici mәnbәlәrdә

sizi daha çox inkişaf üzrә ekspert kimi tәqdim

14

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013



JURNALIMIZIN QONAĞI AZƏRBAYCAN

RESPUBLİKASININ PREZİDENTİ YANINDA 

DÖVLƏT İDARƏÇİLİK

AKADE MİYASININ  REKTORU,  AKADEMİK

Urxan Əlәkbәrovdur

Urxan Əlәkbәrov


edirlәr. Ümumiyyәtlә, әtraf mühitin inteqral

bir sistem kimi öyrәnilmәsi, idarә olunmasının

elmi әsaslarının işlәnib hazırlanması hansı

zәrurәtdәn irәli gәlir?

– Mәnim baza tәhsilim tәbiәt elmlәri ilә bağlı -

dır. Ekoloji problemlәrin vә onların törәtdiyi

fәsadların aradan qaldırılması, әtraf mühitin

keyfiyyәtinin idarә edilmәsi seçdiyim әsas elmi

istiqamәtdir. Hәlә tәlә bәlik illәrindәn mәnә ay -

dın idi ki, ekoloji problemlәrin hәllinә yalnız

tәbiәtin müha 

fizәsi hesabına qısa zaman

kәsiyindә nail olmaq mümküm deyil. Bәlkә,

gәlәcәkdә buna nail olunacaq, lakin biz bu gün

yaşa yırıq. Çirklәnmiş vә pozulmuş әtraf mühitin

insanların sağlamlıq vә uzunömürlülüyünә mәnfi

tәsiri, biomüxtәlifliyin tükәnmәsi vә digәr eko -

loji sәbәblәrlә şәrtlәnәn iqtisadi itkilәr bu gün

müşahidә edilmәkdәdir. Bu baxımdan eko loji

problemlәrin hәlli vә onun fәsadlarının ara dan

qaldırılması üçün mәn iki istiqamәtdә hәrә  kәtin

vacibliyini tәsdiq lә yәn elmi konsep siya işlәyib

hazırladım. Bu konsepsiya bir tәrәf dәn әtraf

mühitin  key fiy yәtinin  texnoloji  vas i tәlәrlә

yaxşılaşdırıl masına, digәr tәrәfdәn isә canlı orqa -

nizm lәri, o cümlәdәn onların bütün hәyat pro -

ses lә rini  tәnzimlәyәn  DNT-lәrini  ekstre mal

şәraitdә qorumağa әsaslanırdı. Bu, dünya el -

mindә yenilik idi vә mәn bir sıra beynәlxalq tәş -

ki 

lat 


lardan әmәkdaşlıq tәklifi aldım. Mәnә

dün 


yada tanınmış elm, tәhsil vә beynәlxalq

inkişaf qurumları, o cümlәdәn ABŞ-ın 15-dәn

çox aparıcı universiteti, BMT-nin Nyu-Yorkdakı

baş qәrargahı, Vaşinqtonda Dünya Bankı vә

digәr nüfuzlu beynәlxalq tәşkilat 

lardan bu

istiqamәtdә mәruzәlәr oxumaq vә seminarlar

keçirmәk üçün dәvәtlәr gәldi. Bu proses artıq 30

ildәn çoxdur ki, davam edir. 

Əslindә, әtraf mühit dedikdә bir çox hallarda

tәbii mühit nәzәrdә tutulur. Ətraf mühitin

vәziyyәti dedikdә isә yenә dә tәbii mühitin

vәziyyәti, onun keyfiyyәti, tәbii mühiti tәşkil

edәn hava, su, torpağın xüsu 

siyyәtlәri vә

çirklәnmә dәrәcәlәri, biomüx tәlif liyin mühafizә -

sinin durumu düşünülür. Belә bir yanaşma

şәraitindә tәbii әtraf mühi tin vәziyyәti, yәni

ekoloji şәrait da vamlı inkişafa tәsir edәn amil

kimi qәbul olunur. Bu bir faktdır ki, insanın

cәmiyyәtdә vәziy yәti, onun inkişaf imkanları

tәbii mühitdәn çox asılıdır. Lakin nәzәrә

alınmalıdır ki, insanı әhatә edәn vә onun

inkişafına tәsir edәn mühit amillәri tәkcә tәbii

mühitlә mәh 

dud 


laşmır. İnsan inkişafı, onun

potensialı nın tam şәkildә vә ya maksimum dәrә -

cәdә üzә çıxmasında tәkcә tәbii mühit әhәmiy -

yәtli rol oynamır. Çünki insanı әhatә edәn vahid

bir mühit mövcuddur ki, o da tәbii, iqtisadi,

sosial vә siyasi mühitlәrdәn tәşkil edilmişdir.

Mәhz siyasi mühit әtraf mühitin bütün element -

lәrinin vahid bir sistem kimi optimal şәkildә

idarә olunmasını tәmin etmәkdәdir. Bu sәbәb -

dәn mәnim apardığım tәdqiqatlar, xaricdәki

mәruzәlәrim vә keçir diyim seminarlara univer -

sitetlәrin Tәbiәt Elmlәri bölmәlәri ilә yanaşı,

daha çox Dövlәt İdarәetmә vә Beynәlxalq Müna -

sibәtlәr fakül tә lәri (mәktәblәri), beynәlxalq inki -

şaf qu rum ları maraq göstәrirlәr.  

Ətraf mühitin qorunması vә biomüx tәlif liyin

mühafizәsi tarixәn әn aktual vә qlobal problem

kimi qәbul edilib. Bәşәriyyәt insan cәmiyyәtinin

tәkamülünün ilk illәrindәn başlayaraq vә sivili -

zasiyanın hәr mәrhәlә sindә әtraf mühitin opti -

mal idarә edilmәsi istiqamәtindә biliklәrә malik

olmağa çalışıb. Bu biliklәrin toplanması, cәmlәn -

mәsi, gәlә cәk nәsillәrә ötürülmәsi vә istifadәsi

istiqa mәtindә hәr zaman fәaliyyәt hәyata keçi ri -

lib. Bu problem hazırda da aktualdır vә gәlә -

cәkdә dә aktual olacaq.  Tәbiәt vahid bir sis temdir

vә onun optimal fәaliyyәti bu sistemin bütün

elementlәrinin qorunması üçün müvafiq şәrait

yaradılmasını tәlәb edir. Ətraf mühitin idarә

edilmәsi tarixәn bu prinsipә әsaslanıb. İdeoloji

baxımdan bu prinsip heç zaman dәyişmәyib vә

qәdim vaxtlardan başlayaraq hazırkı dövrә

qәdәr davam etdirilmәkdәdir. Bu istiqamәtdә

baş vermiş dәyişikliklәr, әsasәn, elmi vә texno -

loji tәrәqqi, bu sahәdә qazanılmış nailiyyәt lәrin

tәbiәtin mühafizәsi vә tәbii sәrvәt lәr dәn sәmәrәli

istifadәyә yönәldilmәsi ilә әlaqә 

lidir. Başqa

sözlә, әtraf mühitin davamlı inkişaf naminә

idarә edilmәsi prosesindә zamanla dәyişәn,

әsasәn, bu mәqsәdlәrә xidmәt edәn texnologi -

yaların tәkmillәşmә sidir. Bir daha qeyd etmәk

lazımdır ki, tәbii ehtiyatlardan sәmәrәli istifadә

davamlı inki şafın әn vacib göstәricilәrindәndir.

Bu istiqa mәtdә hәm әnәnәvi, tarixәn toplanmış

tәc rü bәnin, hәm dә müasir elmin әn son nailiy -

yәtlәrinin әhәmiyyәti olduqca böyük dür. Eyni

zamanda bu prosesdә Milli Elmlәr Akademiya -

sının da rolu xüsusi vurğulan ma lıdır.

15

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə