“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix19.11.2017
ölçüsü0,95 Mb.
#11212
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

– AMEA-da çalışdığınız dövrdә elmi ba -

xım dan yeni ekoloji sivilizasiya konsep siya -

sını işlәyib hazırlamısınız. Çox maraq lıdır,

bu nunla bağlı hansı trendlәri qeyd edә bilәr -

diniz? 

– Ekoloji sivilizasiya inkişaf prosesinin plan -

laş 

dırılması vә idarәedilmәsinә yeni yanaş 



-

madır. Bu, demoqrafik proseslәrdәn vә istehlak

mәdәniyyәtindәn keçir, yaşıl hәyat tәrzinә

әsaslanan yeni istehlak tren dinin formalaş ması -

nı nәzәrdә tutur. Başlıca ideya heç bir mәh -

dudiyyәt tanımayan vә israfçılıq dәrәcәsini

çox dan aşmış müasir istehlak cәmiyyәtindәn

şüurlu istehlak cәmiyyәtinә keçmәkdәdir. Eko -

sivilin әsas mәqsәdlәrindәn biri inkişafda qlobal

miq yasda müşahidә edilәn iki mәnfi tenden si ya -

nın – “gәlәcәksiz inkişaf” vә “bә ra bәr sizliklә

müşahidә edilәn” inkişaf ehtimalının qarşısının

alınmasıdır. Hazırda ekoloji sivilizasiya anlayışı

dünyada geniş yayıl maq dadır. Bir sıra ölkәlәrdә

isә ekoloji sivili zasi yaya keçid dövlәtlәrin inkişaf

strategiyasının vacib bir istiqamәti kimi qәbul

edilmişdir. Bu ölkәlәr arasında hazırda әhalinin

sayına görә birinci vә dünya iqtisadiyyatında

ikinci yerdә olan Çin Xalq Respublikasını göstәr -

mәk olar. O da qeyd edilmәlidir ki, heç kәs

xatırlamaq istәmir ki, konsepsiya özü vә termin

kimi Azәrbaycanda yaradılmışdır.

Texnologiyaların inkişafı vә daim mo dern -

lәşmәsi, iqtisadi mühitin yaxşılaşdırıl ması, әlve -

rişli hüquqi mühitin yaradılması ekoloji

sivili za siyaya keçmәk üçün olduqca vacibdir,

lakin kifayәt deyil. Davamlı insan potensialına

әsaslanan ekoloji sivilizasiyaya keçid prosesindә

әn әsas amil insandır. İndi “yaşıl iqtisadiy yat” -

dan danışmaq dәbdir. Bu haqda çox danışılır,

lakin qlobal miqyasda bir çox hallarda onun

mәnasına varanlar az, bu sahәdә real iş görәnlәr

isә daha da azdır. Yaşıl iqtisadiyyatı yalnız yaşıl

tәfәkkürә malik olan, onun sosial mәsuliyyәtini

dәrk edәn insanlar hәyata keçirә bilәr. Bu

sәbәbdәn ekoloji sivilizasiyaya keçidin idarә

edilmәsindә tәhsil vә mәlumatlan dırmanın rolu

olduqca әhәmiyyәtlidir. İnkişaf üçün imkanlar

barәsindә yaxşı mәlumatlandırıl 

mamış әhali

düzgün seçimlәr edә bilmәz. Eyni zamanda yal -

nız yüksәk peşәkarların formalaş ması nәticә -

sindә cәmiyyәt ekoloji sivilizasiyaya keçidi tәmin

edә bilәr. Azәrbaycan Respubli kasında bu isti -

qa  mәt dә  hәyata  keçirilәn  siyasәt  uğurludur  vә

bu xüsusiyyәt bir sıra beynәlxalq tәşkilatların

sәnәdlәrindә öz әksini tapmışdır. Mәsәlәn,

beynәlxalq statistikada enerjinin istifadә sinin

sәmәrәliliyi göstәricisi mövcuddur. Bu göstәrici

hәr hansı bir ölkәdә miqdarca hәr 1 kq neftdә

olan enerjinin istifadәsi nәticә 

sindә istehsal

olunan mәhsul vә xidmәtlәrin dәyәrini (ABŞ

dol ları ilә) müәy yәn edir. Sözügedәn göstәrici

XXI әsrin prioriteti olan vә yaşıl iqtisadiyyata

keçid mәrhәlәsi sayılan davamlı inkişafın indi -

katorların dan dır. Beynәlxalq tәşkilatların 2003-cü

ilin  nәticә lәrinә  görә  hazırlanmış  hesa bat larında

Azәrbaycanda bu rәqәm yalnız 2,1; 2005-ci ilin

hesabatlarına görә isә 2,7 ABŞ dolları tәşkil edib.

2013-cü ildә dәrc edilәn bilgilәrә görә, bu rәqәm

2010-cu ildә 7,6 dollar olub. Bu rәqәm әksәr neft

vә qaz ixrac edәn ölkәlәrin göstәricilәrindәn

daha yüksәkdir. Yalnız Norveçdә bu rәqәm

Azәrbaycanla müqayisәdә daha yüksәkdir – 10

ABŞ dolları tәşkil edir. Lakin ölkәmizdә artım

dinamikası daha sürәtlidir. Bu isә ölkә pre zi -

denti cәnab İlham Əliyevin strateji hәdәf lәri

düzgün müәyyәnlәşdirmәsinin real nәti cәsidir.

Ölkәnin davamlı inkişaf vә ekoloji sivilizasiya

yolunu tutduğunu vә bu istiqamәtdә liderlәr

sırasında yer aldığını tәsdiqlәyәn daha bir fakt

bu günlәrdә Ba kı da baş tutan Beynәlxalq Huma -

nitar Forum çәrçivәsindә ilk dәfә “Davamlı İnki -

şaf vә Ekoloji Sivilizasiya”ya hәsr olunmuş

dә  yirmi  masanın  tәşkilidir. 



– İnternetdә “Beynәlxalq lider vә seçil 

-

mişlәrin deyimlәri” adlanan bölmәlәrdә Hilari

Klinton, Kofi Annan,  Andjelina Coli, Ceorcio

Armani, Cessika Beyl, Eliye Veysel vә başqa

tanınanlarla bir sırada sizdәn dә sitatlar verilib.

– Bu, sırf mәnim vәtәndaş mövqeyimlә bağlı

mәsәlәdir. Elmi fәaliyyәtimlә әlaqәdar hәm

sovet dönәmindә, hәm dә sonrakı illәrdә

davamlı olaraq xarici ölkәlәrdә ezamiyyәtdә

olmu şam. Azәrbaycan tarixi nin ağır mәrhәlә -

lәrindә bizim gerçәklәri, qaçqın vә didәrgin

düşmüş soydaşlarımızın aqibәti barәdә bilgilәri

beynәlxalq ictimaiy yәtә çatdırmağı özümә borc

bilmişәm. Sirr deyil ki, bәzi hallarda bir çox

konfliktlәr, o cümlәdәn Azәrbaycanda baş verәn -

lәrlә bağlı ikili standartlar  mövcuddur. Azәr -

baycanla bağlı ikili standartlar, yanlış stere  o tiplәrin

aradan qaldırılması dövlәt siya sә tinin prioritetidir.

Bu sahәdә Heydәr Əliyev Fon du nun olduqca

sәmәrәli fәaliyyәti dә xüsusi qeyd edilmәlidir.

Bununla yanaşı,  bu isti qamәtdә fәaliyyәt ictimai

statusundan, vәzi fәsindәn asılı olmayaraq, hәr



16

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




bir ölkә vәtәn daşının borcudur. Tez-tez xaricdә

müx tәlif dairәlәrdә mühazirә keçirәrkәn, tәlәbә,

alim, siyasәt adamları vә vәtәndaş cәmiyyәtinin

nümayәndәlәri ilә tәmasda olarkәn, mәtbuata

müsahibәlәr verәn zaman mәn dә qaçqın

soydaşlarımızın problemlәri, konflikt bölgә sin dә

baş vermiş humanitar faciәlәrlә bağlı öz

fikirlәrimi paylaşmışam. İndi sәslәndirdiyimiz

faktların bir qismi mәtbuatda, o cümlәdәn

elektron mediada, sosial şәbәkәlәrdә tirajlanırsa,

bu, çox sevin dirici haldır. 

– Əksәr әcnәbi müәlliflәr öz elmi әsәr -

lәrindә qlobal neqativ ssenari vә fәlakәt lәrin

önlәn 

mәsi ilә bağlı baxışlarını pay 

la 

şıblar.

Strate giya aşağıdakı tәdbirlәri әhatә edir: bәrpa

olu nan ehtiyatlardan daha geniş istifadәyә ke -

çid, enerjidәn sәmәrәli istehlak, meşәlәrin bәr -

pası, istehsal sikllә rinin qapanması üstәgәl ar tıq

mövcud xarici şәraitә (mәsәlәn, iqlim dәyişik -

liklәrinin nәticәlәrinә) adaptasiya texno logi ya -

ları. Bu tәdbirlәr kompleksindә tәhsilin yeri vә

rolu ilә bağlı nә söylәyә bilәrsiniz?

– Yuxarıda sadalananlar artıq mövcud

problemlәrә adaptasiya tәdbirlәridir. Tәhsil isә

bu problemlәri qabaqcadan görmәk vә önlәmәk

üçün zәruridir. Cәmiyyәtin inkişa 

fının әsas

mәnbәyi ideyalar, mәqsәdi isә hәmin ideyaları

yaradan vә gerçәklәşdirәn insandır. Bu baxım -

dan insan potensialının inkişafı müasir cәmiy -

yәtin tәrәqqisinin zәruri şәrtidir. Bu, indi dә,

uzunmüddәtli perspektivdә dә mütlәq priori -

tetdir. Yaran mış şәraitә adekvat reaksiya verә

bilәcәk, proseslәri idarә edәcәk, risklәri hesabla -

yacaq vә qiymәtlәndirәcәk insan potensi alının

formalaşdırılması istәnilәn ölkә üçün әn vacib

mәqamdır. Hәm bu baxımdan, hәm qısa vә

uzun müddәtli  perspektivlәr  nöqteyi-nәzәrindәn

indiki mәrhәlәdә istәnilәn mәsә lәylә bağlı sis -

temli baxışlar formalaşdıran tәhsilin danılmaz

rolunu xüsusi vurğulamaq lazımdır. Bu gün

plane timizdә yaşayan sayca yeddi milyarddan

çox insan ümumi mәqsәdlәrә çatmaq üçün birgә

fәaliyyәtә başlamalıdır. Bunun üçün isә ekoloji

sivili zasiya prinsiplәrinә müvafiq olaraq tәrbiyә

vә düşüncә tәrzi dәyişmәlidir. Yaxın gәlә cәkdә

tәbii sistemlәr, resursların mühafizәsi vә

bәrpası, әtraf mühitin idarә edilmәsi üzrә tәhsil

proqramları inkişaf etdirilmәli, “davamlı inki -

şaf” mövzusu müxtәlif fәnlәr çәrçivәsindә geniş

araşdırılmalıdır. Qeyd edilmәlidir ki, Azәr 

-

baycan tәhsilindә bu sahәdә bir çox ilklәrә imza



atılıb vә fikrimcә, bu tendensiya davam etdiril -

mәkdәdir.



– Sizcә, dövlәt gәnclәrin kütlәvi şәkildә ali

tәhsil almalarına can atmalıdırmı? 

– Mәn o fikirlә razı deyilәm ki, böyük

әksәriy yәt ali tәhsilli olmalıdır. Müasir dünyada

peşәkar fәhlәlәrin әmәyi heç dә ali tәhsillilәrdәn

az dәyәrlәndirilmir. Ona görә ali tәhsil xüsusi

qabiliyyәti vә arzuları olanlar üçün zәruridir.

Ümumilikdә isә peşә tәhsilinә yanaşma dәyiş -

mә lidir.  Rәsmi  sta tis tikaya  görә,  Azәrbaycanda

bir il әrzindә tәqribәn yüz mindәn çox gәnc

ümumtәhsil mәktәblәrini bitirir vә onların

yalnız 35 minә yaxını ölkәdә vә ya xaricdә ali

mәktәblәrә qәbul olunur. Qalanları isә yetkin

yaşa çatdıqları halda, tәhsil haqqında sәnәdlәri

ola-ola müstәqil hәyata qәdәm basmaq üçün

zәruri bilik vә bacarıqlara malik deyillәr, başqa

sözlә “funksional savadsızlar”dır. Bu, çox ağrılı

bir problemdir. Onu aradan qal dır maq üçün

artıq orta mәktәblәrdә şagird 

lәr real peşә

hazırlığı keçmәlidir. Fikrimcә, kütlәvi ali tәhsilin

xeyirdәn çox zәrәri ola bilәr. Bizә peşә mәk -

tәblәri sәviyyәsindә olan ali mәktәblәr yox, ali

mәktәblәr sәviyyәsindә peşә mәktәblәri daha

çox lazımdır. Dünya statistikası bizi aldatma ma -

lıdır. Göstәrilir ki, bәzi ölkәlәrdә ali mәktәb

tәlәbәlәrinin nisbi sayı, әhali arasında faiz

göstәricisi daha yüksәkdir. Bu, doğrudur. Lakin

eyni zamanda bәllidir ki, elә bu ölkәlәrdә

mәzunlar arasında işsizlik hәddәn artıq yük -

sәkdir. Tәhsilin, o cümlәdәn ali tәhsilin әmәk

bazarının tәlәblәrinә uyğun laş dırılması davamlı

inkişafın vә sosial stabil liyin vacib şәrtidir. Bir

sözlә, tәhsilә qoyulan vәsait sәmәrәli istifadә

olunmalı, özünü doğrultmalıdır. Bu hәm dövlәt,

hәm dә vәtәndaşların tәhsilә yönәltdiyi vәsait -

lәrә aiddir. Yalnız bu halda tәrәqqini müәyyәn

edәn elm üçün layiqli varislәr hazırlana bilәr.

Zaur  Ağamalıyev

17

ELM DÜNYASI

/ Elmi-kütlәvi jurnal / 4 (04) 2013




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə