“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   2   3   4   5   6   7   8   9   ...   35

can Milli Elmlər Akademiyasının Gəncə

bölməsinin təsis edilməsi haqqında» 19 dekabr

2012‐ci il tarixli Sərəncamına əsasən Gəncə

Regional Elmi Mərkəzinin bazasında AMEA‐nın

Gəncə bölməsinin yaradıldığını vurğula mış ‐

dır. Bildirilmişdir ki, bölmənin fəaliyyəti

Gəncə şəhərində elmi tədqiqat müəssisələ ri ‐

nin işinin gücləndirilməsi, re gion dakı mövcud

elmi‐texniki potensialın inkişaf etdirilməsi,

bölgənin tarixi, arxeоlо giyası, etnoqrafiyası

və təbii ehtiyatlarının tədqiqi üçün daha

əlverişli şərait yaradıl 

ması kimi mühüm

məsələləri əhatə edir.

Qeyd olunmuşdur ki, görülmüş işlər

sırasına AMEA‐nın elmi müəssisələrinin Direk ‐

torları, İnnovativ Layihələrin Eksper ti zası və

Koordinasiyası, Gənc Alim və Mütə  xəssislər

şuralarının yaradılması da daxildir. Müxtəlif

sahələrdə xüsusi fərqlə nən gənclərin «Gənclər

üçün  Prezident  mü ka  fatı»na  təqdim  olun ‐

ması,  Geologiya  İns  ti  tu tunun  aparıcı  elmi

işçisi Rafiq Səfə rovun bu yüksək mükafata

layiq gö 

rül 

məsi, dövlətimizin başçısının



«Azər baycan Milli Elmlər Akademiyasının

gənc alimlərinin Avropanın elmi mərkəz ‐

lərində doktorantura təhsilinin maliyyələş ‐

dirilməsi haqqında» 9 fevral 2010‐cu il tarixli

Sərəncamının icrası ilə əlaqədar gənc alim ‐

lərin Avropanın elmi müəssisələrində fəlsəfə

doktoru və elmlər doktoru proqramları üzrə

təhsil alması isti qamətində müvafiq işlərin

aparılması AMEA‐nın gənclər və kadrlar

siyasətinin tərkib hissəsidir.

Akademik Akif Әlizadə elmin inkişafına

böyük töhfələr verən və mühüm nailiyyətlər

qazanan alimləri həvəsləndirmək məqsədilə

«Nizami Gəncəvi adına Qızıl medal»ın,

həm  çinin  Akademiyanın  adlı  mükafatla rı ‐

nın təsis olunduğunu, AMEA‐nın fəxri fər ‐

manının yeni formalarının təsdiq edil diyini

demişdir.



7

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




AMEA prezidenti qeyd etmişdir ki, Pre ‐

zident İlham Әliyev tərəfindən təsdiq olun ‐

muş «Azərbaycan 2020: gələcəyə baxış»

İnkişaf Konsepsiyasında ölkəmiz üçün bütün

prioritet istiqamətlərdə, o cümlədən elm

sahəsində əsas inkişaf hədəfləri müəyyən ‐

ləş 

dirilmişdir. Konsepsiyada elmi poten 



sialın inkişafı və ondan ölkəmizin tərəqqisi

üçün səmərəli istifadə olunması mühüm

məqsəd kimi qarşıya qoyulmuşdur. Bu işdə

əsas məsuliyyət ali elmi təşkilat olan Akade ‐

miyanın üzərinə düşür. Ona görə də, ilk növ ‐

 bədə, AMEA‐nın 2020‐ci ilə qədər perspektiv

inkişaf hədəf və istiqamətlərinin dəqiq müəy ‐

yənləşdirilməsinin vacibliyini vurğula yan

Akif Әlizadə bu məqsədlə hazırda Aka 

demiyanın 2020‐ci ilə qədər İnkişaf Kon  sep ‐



siyasının hazırlandığını, elmi tədqi 

qatla 


rın

prioritet istiqamətlərinin yenidən müəy  yən ‐

ləşdirildiyini və bu işlərin artıq yekun laş maq

üzrə olduğunu bildirmişdir.

Bakı Beynəlxalq Humanitar Forumu kimi

dünya əhəmiyyətli tədbirlərin Azərbay canın

beynəlxalq elmi əməkdaşlıq mərkəzinə çev ‐

ril məsi yolunda mühüm nailiyyət olduğunu

vurğulayan Akif Әlizadə demişdir ki, yeni

texnologiyaların və innovasiyaların nümayişi,

elmin təbliği, populyarlaşdırılması, gənc

nəslin elmə marağının artırılması, həmçinin

Azərbaycanın elm potensialının ortaya çıxa ‐

rılması məqsədilə ölkəmizdə və Cənubi Qaf ‐

qazda ilk dəfə elm festivalının keçirilməsi

planlaşdırılır.

Sonra AMEA‐nın akademik‐katibi, müx bir

üzv Rasim Әliquliyev Akademiya nın 2013‐cü

ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə

çıxış etmişdir.

Məruzədə bildirilmişdir ki, hesabat ilində

Akademiyada ölkəmizin sürətli inkişafı ilə

həmahəng olan islahatların yeni mərhələ ‐

sinə başlanılmış, AMEA‐nın strukturu, idarə ‐

etmə və təşkilati sistemi təkmilləşdirilmiş,

elmi müəssisələrin fəaliyyətinin məqsəd ‐

yön lü əlaqələndirilməsi üçün bir sıra mühüm

tədbirlər həyata keçirilmişdir.

Qeyd edilmişdir ki, elmi müəssisələrdə

162 problem çərçivəsində 504 mövzu üzrə

1402 elmi tədqiqat işi aparılmış, 110 mühüm

elmi nəticə alınmış, onlardan 55 iş tətbiq

olunmuşdur. Akademiyanın alimləri tərəfin ‐

dən 604‐dən artıq kitab, 7208‐dən çox məqalə

və tezis, o cümlədən xaricdə 2427‐dən artıq

məqalə və tezis çap etdirilmişdir. İmpakt fak ‐

torlu jurnallarda dərc olunmuş məqalələrin

sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq

526‐nı ötmüş və onlara 3800‐dən çox istinad

olunmuşdur. AMEA‐da 24 elmlər doktoru

və 124 fəlsəfə doktorluğu üzrə dissertasi ‐

yalar müdafiə edilmiş, Akademiyanın elmi

müəssisələri tərəfindən 68 respublika və

45 beynəlxalq səviyyəli elmi tədbir keçiril ‐

miş dir.

R.Әliquliyev 2013‐cü ildə Rəyasət Heyə ‐

tinin işinin səmərəliliyini artırmaq, elmin

idarə edilməsində Mərkəzi Aparatın fəaliy ‐

yətini gücləndirmək və müasir tələblər ba ‐

xımından modernləşdirmək məqsədilə həyata

keçirilmiş bir sıra əhəmiyyətli struktur

dəyişikliklərindən də bəhs etmişdir. Bildiril ‐

mişdir ki, AMEA‐da həyata keçirilən struk‐

tur islahatları çərçivəsində müasir dövrün

tələblərindən irəli gələrək Biofizika və Smart

Materiallar Mərkəzi, Neft və Qaz, Molekul‐

yar Biologiya və Biotexnologiyalar, Elm Tarixi

və Dünya Siyasəti institutları yara dıl mışdır.

Həmçinin Fəlsəfə, Sosiologiya və Hüquq

İns titutunun adından «Sosiologiya» sözü

götü rül müş, Mərdəkan Dendrarisi Den‐

dralogiya İnstitutu, Kibernetika İnstitutu



8

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə