“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   2   3   4   5   6   7   8   9   ...   35

İdarəetmə Sistemləri İnstitutu, Geologiya

İns titutu Geologiya və Geofizika İnstitutu,

Kimya Problemləri İnstitutu Kataliz və Qeyri‐

Üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə

Elmi‐Tədqiqat İnstitutu isə Konfliktologiya

və İnsan Hüquqları İnstitutu adlandı rılmış dır.

Məruzəçi AMEA‐nın Azərbaycan Res ‐

pub likası Prezidentinin müvafiq Sərəncamı

ilə 70 illik yubileyi və Azərbaycan alimlə ‐

rinin I Qurultayı kimi iki mötəbər tədbir

ərəfə sində olduğunu, bununla bağlı bir sıra

elmi‐təşkilati işlərin görüldüyünü demişdir.

AMEA‐nın icraçısı olduğu dövlət proqram ‐

ların dan üçünün artıq başa çatdığı, 13‐nün

davam etdirildiyi vurğulanmışdır.

AMEA‐da həyata keçirilən hüquqi isla‐

hatlardan, gənclər siyasətindən də geniş bəhs

olunduğu məruzədə vurğulanmışdır ki, elm

və təhsilin inteqrasiyası gələcək elmi kadrla ‐

rın Akademiyaya cəlb edilməsinə şərait ya ‐

rat 

 

mışdır. Qurulmaqda olan informasiya



cəmiyyətinin inkişafından və elektron elmin

formalaşması vəziyyətindən danışan R.Әli ‐

qu liyev bildirmişdir ki, 2013‐cü il – «İnfor‐

masiya‐kommunikasiya texnologiyaları ili»

ilə bağlı tədbirlər planında AMEA‐nın da

üzə rinə mühüm vəzifələr qoyulmuş, hazır ‐

lan mış fəaliyyət planı çərçivəsində kom‐

pleks tədbirlər həyata keçirilmişdir. Belə ki

«AzScienceNet»in ölkə üzrə infrastrukturu‐

nun inkişafı istiqamətində mühüm işlər

görülmüşdür. Rabitə və Yüksək Texnolo gi ‐

yalar Nazirliyinin dəstəyi ilə «AzScienceNet»də

100 kilometrə yaxın fiber‐optik kabel çəkil ‐

miş, institut və təşkilatların 88 faizinin fiber‐

optik xətlər vasitəsilə İnter netə qoşulması

təmin edilmiş, əməkdaşların internet trafikə

olan tələbatı təxminən üç dəfə artmışdır.

AMEA‐nın akademik‐katibi qeyd etmiş dir

ki, 2013‐cü ildə mütəmadi olaraq «AMEA‐nın

Məruzələri», «AMEA‐nın Xəbər ləri», «Elm

dünyası», «AMEA‐nın Xəbərləri məc muəsi»

jurnallarının və «Elm» qəzetinin nəşri təmin

edilmişdir.

R.Әliquliyev Akademiyanın maddi‐tex ‐

niki bazasının gücləndirilməsi, sosial və ma ‐

liyyə‐təsərrüfat fəaliyyəti istiqamətində görü lən

işlərdən, alimlərin əməyinin qiymət ləndiril ‐

məsi və stimullaşdırılması ilə bağlı həyata

keçirilən tədbirlərdən danışmışdır.

Hazırda müzakirə prosesində olan «Elm

siyasəti haqqında» Qanunun qəbul edil 

məsi nin elm sahəsində dövlət siyasətinin



normativ‐hüquqi  əsaslarının  gücləndiril mə si

baxımından əhəmiyyəti vurğulanmış və

«Elmin informasiyalaşdırılması haqqında

Dövlət Proqramı»nın qəbul olunması məq ‐

sə dəuyğun hesab edilmişdir.

Daha sonra yığıncaqda AMEA‐nın vitse‐

prezidentləri, akademiklər − İsa Həbibbəyli

və Akif Hacıyev, Biologiya və Tibb Elmləri

Bölməsinin akademik‐katibi, akademik Әhli ‐

man Әmiraslanov, Azərbaycan Respublikası

Rabitə və Yüksək Texnologiyalar naziri, aka ‐

demik Әli Abbasov, Naxçıvan bölməsinin

sədri, akademik İsmayıl Hacıyev, Bakı Dövlət

Universitetinin rektoru, akademik Abel

Məhərrəmov, Nəsimi adına Dilçilik İnstitu‐

tunun direktoru, AMEA‐nın müxbir üzvü

Tofiq Hacıyev və akademik İsmayıl İbrahi‐

mov çıxış edərək mövcud problemlərdən

danışmış və təkliflərini səsləndirmişlər.

Ümumi yığıncağın qərarı ilə AMEA‐nın

hesabat dövründəki fəaliyyəti qənaətbəxş

hesab edilmişdir.

Sonra Azərbaycan Respublikasının Prezi‐

denti yanında Dövlət İdarəçilik Akademiya ‐

sının rektoru, akademik Urxan Әləkbərov

ümumi yığıncağın qərar layihəsini oxumuş ‐



9

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




dur. Qərar layihəsi səsə qoyularaq qəbul

edilmişdir. Daha sonra yığıncaqda elmin

müxtəlif sahələrindəki xidmətlərinə görə

fərqlənən alimlərə Azərbaycanın görkəmli

şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar

təqdim olunmuşdur. Mükafatların əhəmiy ‐

yə 

tindən danışan AMEA‐nın prezidenti



akademik Akif Әlizadə bildirmişdir ki,

onların təsis olunmasında məqsəd elmin

inkişafında mühüm nailiyyətlər qazanan

alimləri daha yüksək səviyyəli tədqiqatlar

aparmağa həvəsləndirmək, həmçinin Azər ‐

bay 


canın görkəmli alimlərinin xatirəsini

əbədiləşdirməkdir. Qeyd edilmişdir ki, AMEA

Rəyasət Heyəti bu il fevralın 5‐də adlı müka ‐

fatların təsis edilməsi haqqında qərar qəbul

etmiş, 9 aprel tarixli iclasında isə təltif olu‐

nan alimlərin adlarını açıqlamışdır. AMEA‐nın

7 alimi Azərbaycanın görkəmli alim 

lərinin


adlarını daşıyan mükafatlara layiq görül ‐

müşdür.


AMEA‐nın prezidenti elmin müxtəlif

sahələrindəki xidmətlərinə görə fərqlənən

alimlərə Azərbaycanın görkəmli şəxsiyyət ‐

lərinin adlarını daşıyan mükafat təqdim

etmişdir.

Akademik Çingiz Qacar fizika elmi sahə ‐

sində fundamental tədqiqatlarına və nailiy ‐

yətlərinə görə Nəsirəddin Tusi adına müka f ata

layiq görülmüşdür. Kənd təsər rüfatı sahə ‐

sində fundamental tədqiqatlarına və nailiy ‐

yət lərinə görə akademik Cəlal Әli yev və

AMEA‐nın müxbir üzvü İradə Hüsey nova

Həsən bəy Zərdabi adına mükafatla təltif

olunmuşlar. Akademik Ömər Eldarov Azər ‐

baycan mədəniyyətinin və monumental

heykəltəraşlıq sənətinin inkişafındakı xid ‐

mət lərinə görə akademik Üzeyir Hacıbəyli

adına, akademik Böyükkişi Ağayev səhiyyə nin

və tibb elminin fundamental, tətbiqi sahə ‐

lərinin inkişafındakı çoxillik xidmətlə rinə və

nailiyyətlərinə görə akademik Mir əsədulla

Mirqasımov adına, akademik Mə 

hər 

 

rəm



Məm mədyarov xüsusi texnika üçün vacib

olan sintetik yağların yaradıl ması və kimya

sahəsində əldə etdiyi nailiy 

yətlərə görə

akademik Yusif Məmmədəliyev adına, ge‐

ologiya‐mineralogiya elmləri doktoru Fərid

Dadaşov isə geologiya sahəsində fundamen‐

tal tədqiqatlarına və nailiyyətlə 

rinə görə

akademik Musa Әliyev adına mükafata layiq

görülmüşlər.

Yığıncağa yekun vuran AMEA‐nın prezi‐

denti akademik Akif Әlizadə gələcəkdə elmin

mühüm yeniliklərinə nail olmaq üçün

müxtəlif istiqamətlərdə bir neçə elm quru‐

munun birgə tədqiqatlar aparmalarının vacib ‐

liyini vurğulamışdır. Bildirilmişdir ki, bu

məq sədə nail olmaq üçün alimlər prioritet

istiqamətlər seçərək bütün imkanlarını həmin

sahəyə yönəltməlidirlər. Akif Әlizadə Prezi‐

dent İlham Әliyevin Azərbaycan elmi qarşı ‐

sında qoyduğu hədəflərə nail olma yolunda

alimlərə uğurlar arzulamışdır.

AMEA‐nın illik ümumi yığıncağının

qərarı:

1. Azərbaycan Milli Elmlər Akade miya ‐

sının 2013‐cü ildəki elmi və elmi‐təşkilati

fəaliyyəti haqqında hesabat təsdiq edilsin.

2. AMEA Rəyasət Heyətinin 2013‐cü

ildəki fəaliyyəti qənaətbəxş hesab edilsin.

3. AMEA‐nın Rəyasət Heyətinə tapşı rıl ‐

sın:


3.1. Ümumi yığıncaqda irəli sürülən tək lifləri

və tövsiyələri öz fəaliyyətində nəzərə alsın; 

3.2. AMEA‐nın 2020‐ci ilədək İnkişaf Kon ‐

sepsiyası işlənib hazırlansın və onun icra ‐



10

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə