“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix01.12.2017
ölçüsü0,85 Mb.
#13257
1   2   3   4   5   6   7   8   9   10   ...   35

2012‐ci il tarixli Sərəncamı ilə təsdiq edil 

mişdir. Həmin tarixi sənəddə ənənəvi iqti‐



sadiyyatdan «bilik iqtisadiyyatı»na keçidin

əsasının qoyulması, bunun üçün həlledici amil

olan insan kapitalının adekvat inkişafının ön

plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu,

təhsil sisteminin də kökündən dəyişdiril mə ‐

sinə, əlavə təhsil, ömür boyu təhsil kimi kom ‐

ponentlərin əhəmiyyətinin artırılmasına gəti rib

çıxarır. Eyni zamanda İKT və virtual tədrisin,

kompüter şəbəkə biliklərinin rolunun artırıl ‐

ma sını nəzərdə  tutur. Başlıca strateji məqsədi

davamlı iqtisadi artım və sosial rifah olan

Konsepsiyada təhsildə keyfiyyətin yüksəl dil ‐

məsi və müasir təhsil sisteminin qurulması da

əsas strateji  istiqamətlərdən biri kimi ön plana

çəkilmişdir.

– Məlum olduğu kimi, Azərbaycan Res ‐

pub likasının Prezidenti cənab İlham Әliye ‐

vin 24 oktyabr 2013‐cü il tarixli Sərəncamı ilə

«Azərbaycan Respublikasında təhsilin inki ‐

şafı üzrə Dövlət Strategiyası» təsdiq olunub.

Dövlət Strategiyasının təhsilimizin inkişafı

baxımın dan rolu barədə fikirləriniz maraqlı

olardı.

– «Azərbaycan təhsilinin inkişafı üzrə

Dövlət Strategiyası» təhsil ilə bağlı olan bütün

subyektləri və fəaliyyət sahələrini əhatə edir.

Bu əhatəlilik, həmçinin Azərbaycanın gələcək

inkişafının davamlı xarakter alması üçün peşə ‐

kar bilik və bacarıqlara yiyələnən və rəqabətə ‐

davamlı insan resurslarının yetişdirilməsi

missi yasına xidmət edir, Azərbaycan təhsili ‐

nin yeni keyfiyyət mərhələsinə keçidi istiqa ‐

mətində genişmiqyaslı tədbirlərin həyata

keçi rilməsini nəzərdə tutur.

XXI əsrdə təhsilli insan anlayışı kifayət qədər

yeni meyarlarla ölçülür. Bu gün təhsilli şəxs

yeni əsrin ab‐havasına daha yaxından bələd

olmalı, düşüncə tərzi ilə yeni bilik və kommu‐

nikasiya texnologiyalarını əxz etməli, ömür‐

boyu öyrənməli və ya informasiyanı biliyə,

biliyi isə bacarığa çevirə bilməlidir. Bu yanaş ‐

ma həm də müasir təhsil paradiqma 

larını

özündə ehtiva edir. Bunun üçün nə etməli? İlk



növbədə, təhsildə innovativ idarəetmənin bərqə rar

olmasına nail olmalı, hər bir təhsilalana hər ‐

tərəfli bilik və bacarıqların verilməsi məqsə dilə

təhsil sisteminin institusional əsasları, infra‐

strukturu və insan resursları inkişaf etdi  ril ‐

məlidir. Təhsilin keyfiyyətinin yüksəl dil məsi

üçün isə bir daha qeyd edirəm ki, təhsili idarə ‐

etmə sisteminin yenidən qurulması, bu sahədə

insan resurslarının inkişaf etdirilməsi və müəl ‐

lim peşəsinin nüfuzunun artırılması vacibdir.

Dövlət Strategiyasında qeyd olunan əsas

parametrlər ölkədə keyfiyyət nəticələrinə və

əhatəliliyinə görə beynəlxalq aləmdə öncül

mövqe tutan, səriştəli müəllim və təhsil

menecerlərini, müasir texnologiyaya əsasla ‐

nan infrastruktura malik təhsil sisteminin

yaradılması üçün beş strateji istiqamətdə isla‐

hatyönümlü tədbirlərin həyata keçirilməsini

nəzərdə tutur. Bunları strategiyada göstəril ‐

diyi kimi sadalasaq, belə təsnif edə bilərik:

təhsilin məzmunu, müəllim və tədris metod ‐

ları, idarəetmə, infrastruktur və maliy yələşmə.

Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsi ‐

lin məzmununun yaradılmasını nəzərdə tutan

birinci istiqamət müasir təhsilşünaslığın ən

çox müraciət etdiyi məsələdir. Strategiyada

təhsilin məzmunu ilə bağlı məqam təhsil sis‐

teminin bütün pillələrini – məktəbəqədər,

ümumi, ilk peşə və orta ixtisas, ali təhsil üzrə

kurikulumların inkişaf etdirilməsi kimi vacib

hədəfləri əhatə edir.

Bildiyiniz kimi, «Təhsil haqqında» Azər ‐

bay 

can Respublikasının Qanununa əsasən



ümumi təhsilin dövlət standartları və proq ‐

ramları təsdiq edilmişdir və hazırda tətbiq

olunmaqdadır. Ümumi təhsil üzrə yeni hazır ‐

lanmış fənn kurikulumları I–VI siniflərdə

tətbiq edilir. Digər siniflər üzrə də təhsilin

məzmunu ilə bağlı start götürən proseslər də

davam etdiriləcəkdir. Burada xüsusilə qeyd

olunmalıdır ki, məktəbəqədər təhsil pilləsi

üzrə kurikulumun işlənib hazırlanması çox

vacib amildir və bu, strategiyada diqqət

yetirilən məsələlərdəndir.

Mövcud ilk peşə‐ixtisas və orta ixtisas

təhsili kurikulumları da hazırda dövrün tələb ‐

lərinə cavab vermir. Müəllim hazırlığı üzrə



15

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




yeni kurikulumlar tətbiq edilsə də, bütöv ‐

lükdə ali təhsil müəssisələrinin kurikulumları

əmək bazarının müasir şərtlərinə uyğun

gəlmir. Odur ki, strategiyanın birinci strateji

istiqaməti üzrə, əsasən, kurikulumların daha

da inkişaf etdirilməsi nəzərdə tutulur və bu

prosesin davamlı xarakter alması qeyd olunur.

İkinci istiqamət təhsil sahəsində çalışan ‐

ların bilik, bacarıq və kompetensiyalarının

daim inkişaf etdirilməsini nəzərdə tutur. Bu

istiqamət müasir, innovativ təlim forma və

üsullarını öz işində tətbiq edən, təhsilin

məzmununun səmərəli mənimsənilməsinə

nail olan səriştəli müəllimlərin hazırlanmasına

xidmət edir. İndiyədək səriştəyə əsaslanma ‐

yan, əmək bazarında kifayət qədər rəqabətli

olmayan əməkhaqqı sisteminin mövcud

olması təhsildə müəllim amilinin inkişafına

mənfi təsir göstərib. Ona görə də təhsil sistemi nin

bütün pillələrində müəllimlərin bilik, bacarıq

və peşəkarlıq qabiliyyətlərinin müasir dövrün

tələblərinə uyğun yüksəldilməsi təmin

edilməlidir. Təsadüfi deyil ki, ikinci strateji

istiqamət özündə həm də müəllimlərin peşə ‐

karlığının yüksəldilməsi, təhsilalanların nailiy ‐

yətlərinin qiymətləndirilməsi üzrə yeni sis temin

qurulması, istedadlarının üzə çıxarıl ması və

inkişafı, xüsusi qayğıya ehtiyacı olan la rın inklü ‐

ziv təhsilə cəlb olunması kimi fəa liy yət sahələrini

birləşdirir. Burada xüsusi qayğıya ehtiyacı

olanların inklüziv təhsili anlayışının sərhəd ‐

lərini geniş düşünmək lazımdır. Xüsusi iste ‐

dad 

lı təhsilalanların da bu anlayışa daxil



olması tamamilə yeni yanaşmalar tələb edir.

Bu yanaşmalar isə müasir, innovativ tədris

metodlarının təcrübəyə gətirilməsini, İKT‐dən

təhsildə daha geniş istifadəni də nəzərdə

tutur. Bütün bunlar olmadan müasir dərsi,

çağdaş müəllimin fəaliyyətini təsəvvür etmək

mümkün deyil.

Üçüncü strateji istiqamət təhsildə nəticə lərə

görə cavabdeh şəffaf və səmərəli idarə etmə

mexanizmlərinin  yaradılmasına  yö nəl mişdir.

Hazırda təhsilin idarəolunmasında başlıca

problemlərdən biri tənzimləmə, idarəetmə və

nəzarət funksiyalarının dəqiq müəyyən edil ‐

mə 


məsidir. Dövlət təhsil müəssisələrinin

tabeçilik məsələlərində müəyyən uyğunsuz ‐

luq lar qalmaqdadır. Dövlət Strategiyasında

təhsilin idarəolunması ilə bağlı tamamilə yeni

mexanizm ehtiva olunur. Nəzərdə tutulur ki,

təhsil sistemində tənzimləmə və idarəetmə

qabaqcıl beynəlxalq təcrübə əsasında müasir ‐

ləşdirilsin, təhsil müəssisələrində nəticəyö ‐

nüm lü və şəffaf idarəetmə modeli tətbiq olun  sun,

təhsilin keyfiyyətinin təminatı və ida rəetmə

üzrə yeni məlumat və hesabat sistemləri

yaradılsın. Bununla da təhsilin ida rə olunması

konseptində qərarvermə mexa nizmləri, səla ‐

hiyyət və məsuliyyətin çərçivəsi, hesabat lılıq

meyarları yeni mahiyyət kəsb edir. Səlahiy ‐

yətlə hesabatlılıq arasında uzlaşma, əlaqə

mütə nasibliyi təmin olunur.

Dördüncü strateji istiqamət müasir tələb ‐

lərə uyğun və ömür boyu təhsili təmin edən

infrastrukturun yaradılmasını nəzərdə tutur.

Müşahidələr göstərir ki, tədris prosesində

müasir texnologiyalar məhdud miqyasda

tətbiq edilir. Ona görə də təhsil müəssisə lə ‐

rində İKT əsaslı təlim metodologiyasına uyğun

infrastrukturun yaradılması yaxın perspek‐

tivin prioritet məsələsi hesab olunur. Burada

bir məqama diqqət yetirmək lazımdır. Bu

sənəddə ilk dəfə olaraq ömür boyu təhsil anla ‐

yı şına xüsusi əhəmiyyət verilir. Bu da ondan

irəli gəlir ki, informasiya cəmiyyəti ömür boyu

öyrənmə bacarıqlarına sahib fərdlərə ehtiyac

duyur.


Bu məqsədlə də təhsil müəssisələri şəbə ‐

kə 


sinin rasionallaşdırılması, distant təhsil,

istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaq ‐

lar üçün təhsil, yaşlıların təhsili, regionlarda

təhsil məsələləri üzrə məsləhət xidmətləri

göstərən universal mərkəzlərin yaradılması,

peşə tədris mərkəzləri və komplekslərinin qu ‐

rul ması kimi tədbirlər qeyd olunan isti qamət

çərçivəsində nəzərdə tutulan əsas hədəflər ‐

dəndir.

Nəhayət, beşinci istiqamət ölkəmizdə iqti‐



sadi cəhətdən dayanıqlı və dünyanın öndə ‐

gedən təhsil sistemlərinin standartları ilə eyni

səviyyədə dura bilən maliyyələşdirmə mode ‐

linin qurulmasını özündə ehtiva edir. Bu

istiqamət çərçivəsində təhsilin mövcud maliy ‐

16

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 2 (06) 2014




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə