“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
  1   2   3   4   5   6   7   8   9   ...   43


“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни  тяърцбя иля бир-

ляшдирян, фикирлярини тятбиг едя билян вя онлардан ямяли нятиъя эютцря

билян,  ъямий йятя, юлкяйя, халга  конкрет файда эятирян инсанлар

алимлярин сырасында хцсуси йер тутурлар”.

Цмуммилли лидер ЩЕЙДЯР ЯЛИЙЕВ


Prezident İlham Əliyevin Sərəncamı

əsasında Azərbaycan Tibb Universitetinin

500 çarpayılıq Tədris-Cərrahiyyə Klinika -

sının müasir səviyyədə inşası dövlətimizin bu

nüfuzlu ali təhsil ocağının inkişafına, onun

maddi-texniki bazasının möhkəmləndiril mə -

sinə diqqət və qayğısının əyani göstəricisidir.

Klinikada tədrislə yanaşı, əhaliyə yüksək

diaqnostik və cərrahi müalicə-tibbi yardım da

göstəriləcəkdir. Klinikada ümumi cərrahiyyə,

uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi,

oftalmologiya, travmatologiya, neyrocər rahiyyə

və digər şöbələr fəaliyyət göstərəcəkdir. Tibb

müəssisəsində müxtəlif cərrahi əməliyyatlar

aparmaq da mümkün olacaqdır. Tibb ocağı ən

müasir avadanlıqla təchiz edilmişdir.

Azərbaycan  Tibb  Universi teti -

nin rektoru, akademik Əhliman

Əmiraslanov  dövlə timizin  başçı -

sına klinika barədə məlumat verdi.

Bildirildi ki, tibb ocağının inşaat

işləri “Azərinşaat Qranit” MMC

tərəfindən həyata keçirilmişdir.

Ümumi ərazisi 45 min kvadrat -

metr olan klinikanın binası oriji nal

memarlıq üslubunda inşa edil miş -

dir. On üç mərtəbəli binanın həyə -

tində geniş abadlıq işləri görül müşdür.

Azərbaycan Prezidentinə klini -

ka dakı kafed ralar və şöbələr haq -

qında məlumat verildi. Bildirildi

ki, burada cərrahi və diaqnostik istiqa mət -

lərdə 18 ka fedra, 20 şöbə fəaliyyət göstərə cək.

İl ərzində burada 2800 tələbənin, 400-dən

çox rezidentin, 20-dən artıq dokto 

ran 


tın

cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40

professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə

doktoru məşğul olacaqdır.

Diqqətə çatdırıldı ki, klinikada imtahan və

kompyuter zalları da müasir avadanlıqla təchiz

edilmişdir. Burada kursların və dövlət

imtahanlarının keçirilməsi üçün kompyuterlə

təchiz olunmuş zallar da vardır.

Yüksək zövqlə inşa edilən binanın foye -

sində Heydər Əliyev guşəsi yaradılmışdır.

Guşədə Ümummilli Liderin Azərbaycan

səhiyyəsinin inkişafı və universitetin həya -

2

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



Azяrbaycan vяtяndaшlarыnыn

saьlamlыьыna bюyцk qayьы

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı

Mehriban Əliyeva Azərbaycan Tibb Universitetinin 

Tədris-Cərrahiyyə Klinikasının açılışında olmuşlar.


tında əvəzedilməz rolu barədə məlumat veri -

lir. Burada Prezident İlham Əliyevin və Heydər

Əliyev Fondunun prezidenti Mehriban

Əliyevanın bu tibb ocağında keçirilən tədbir -

lərdə iştiraklarını əks etdirən fotostend vardır.

Qeyd edildi ki, klinikanın şöbələrində ən

müasir tibbi avadanlıq quraşdırılmışdır. Bu

cihazlar müayinə və müalicə işini ən yüksək

səviyyədə həyata keçirməyə tam imkan verir.

Klinikanın həkim, dərs və kompyuter otaqları

bütün zəruri avadanlıqla təchiz olunmuşdur.

Burada, həmçinin ictimai tədbirlərin keçiril -

məsi üçün xüsusi akustika və müasir mul -

time 


dia sistemlərinin quraşdırıldığı 250

yerlik konfrans zalı da vardır. Ümumilikdə

klinikada hər biri 100 nəfərlik olmaqla 9

mühazirə zalı, 50-dən çox praktik məşğələ

üçün treninq otağı yaradılmışdır. Klinikanın

şöbələrində quraşdırılan avadanlıq dünyanın

aparıcı şirkətlərinin istehsalıdır. Bu cihazlar

vasitəsilə qısa müddətə müayinələrin nəticə -

lərini daha dəqiq əldə etmək mümkündür.

Məlumat verildi ki, klinikanın mərkəzi

laboratoriyası yüksək səviyyədə qurul muş -

dur. Ölkənin yeganə universitet klinikası olan

bu bölmədə biokimya, mikrobiologiya, im -

muno logiya, molekulyar genetika və digər

bölmələr fəaliyyət göstərir. Laboratoriyada

dünya universitetlərinin referens laboratori -

yalarında istifadə olunan tam avtomatlaşdı -

rılmış, ən müasir biokimyəvi, mikrobioloji,

immunoloji, genetik və digər analizatorlar

vardır. Bu isə istənilən laborator müayinələri

maksimum az vaxtda və dəqiq yerinə yetir -

məyə imkan verir. Laboratoriyada ölkəmizdə

ilk dəfə olaraq Ümumdünya Səhiyyə Təşkila -

tının qəbul etdiyi “CLSI” standartlarına uy -

ğun biokimyəvi və immunoloji analizlər

apa rılacaqdır. Pasiyentlər dünyanın istənilən

ölkəsindən şəxsi kodları ilə klinikanın saytına

daxil olaraq laborator analizlərinin nəticə -

lərini əldə edə biləcəklər.

Diqqətə çatdırıldı ki, buradakı avadanlıq

tibbi müayinələrin görüntülərini də yüksək

səviyyədə əldə etməyə imkan verir. Klini -

kada, həmçinin “Tesla” maqnit rezonans

tomoq rafı, 128 kəsikli kompyuter tomoqrafı,

iki yüksək tezlikli rəqəmsal rentgen qurğusu,

universal tipli angeoqraf, 4D rejimli ultrasəs

müayinəsi aparatı quraşdırılmışdır.

Üçüncü mərtəbədə 20 çarpayılıq 5 reani -

masiya zalı, 18 əməliyyatxana yaradıl mışdır.

Reanimasiya zallarında Avropa istehsalı olan

çoxfunksiyalı elektrik yataqlar, mərkəzləş -

dirilmiş qaz sistemləri, monitorlar, süni

tənəffüs cihazları quraşdırılmışdır. Burada

çətinliyindən asılı olmayaraq, reanimasion-

intensiv terapiya xidmətləri xaricdə təhsil

almış təcrübəli reanimatoloqlar tərəfindən icra

edilir. Burada quraşdırılan xüsusi çoxfunk -

siyalı işıqlandırma sistemi və kamera vasi -

təsilə əməliyyat prosesləri dərs otaqlarına,

tədris və konfrans zallarına, həmçinin xaric -



3

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə