“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

Yeni biliklər bizə özümüzü, ətrafımızda

baş verənləri, bir hissəsi olduğumuz Kainatı

anlamaqda kömək edir. Biliyə olan hərislik

məni bütün ömrüm boyu – ibtidai məktəbdən

indiyə kimi müşayiət etmişdir. Ona görə də

bütün ömrüm boyu universitetlər mənim üçün

azadlıqdan, işıqdan və oxumaqdan həzz

aldığım bir məbəd, müqəddəs bir yer olmuşlar

və belə olaraq da qalır.

Taleyin mənə hədiyyəsi hesab etdiyim

işimə olan həvəsim də çox vacibdir. Eyni

zamanda düşünürəm ki, uğur qazanmaq ətra -

fımdakı insanların hörmətini qazanmaq dan və

daxili məmnunluqdan heç də dəyərli deyil.

Bizdə belə bir misal var: “al-kana a kanz la

yufna” və ya “məmnunluq əbədi xəzinədir”.

Həvəs, məmnunluq və nikbinlik olan yerdə

uğur qazanmamaq təsəvvürə gəlmir. Elə

görünə bilər ki, mən uğur qazanmağın

düsturunu verirəm. Xeyr, mən bütün hallar

üçün yararlı olan universal düstur bilmirəm,

amma mənə bir şey aydındır – adiliyin

sərhədlərini adlayıb keçə bilməyimiz üçün

bizim mütləq istəyimiz olmalıdır.

Xristofor Kolumbun (1451–1509) dəniz

səfərlərində ona arzusu yol göstərirdi. O,

Kanar adalarından 3900 mil Qərbdə “Çin” də

olmasa, “Hindistan”ın yerləşdiyinə əmin idi.

Əlbəttə, orada nə Hindistan vardı, nə də Çin,

amma arzu Kolumbu yeni torpaqlara gətirib

çıxardı. Həmin vaxtlar məlum olan biliklərə

yiyələnərək, Kolumb intuisiyasına söykənirdi,

amma məhz intuisiya, məhz həvəs və dünyaya

öz baxışlarına sədaqət onu mümkünsüz

görünən bir kəşfin müəllifi etdi. Kolumbun

ideyası təsdiqlənməmiş olsa da, onun səfəri

Yeni Dünyanın kəşfinə gətirib çıxartdı. Bəs

Kolumb kim idi – dahi, sərsəm, ya da bəxti

gətirmiş insan? Bəzi tarixçilər deyirlər: eyni

zamanda hər üçü! Lakin kimliyindən və

necəliyindən asılı olmayaraq, o, dünyanın

hamının inandığı mənzərəsini dəyişə bildi. O,

dünyanı görmə üsulunun özünü dəyişdi.

Leonardo da Vinçi (1452–1519), Kolum -

bun müasiri, özünün “Dünya sonunun görün -

tüsü” kitabında təbiətə yeni baxış ifadə etdi.

O, uğurun sirrinə aparan yolu göstərdi – saper

vedere, “bilmək, görmək kimi”.

Həyatda uğur hamının, özü də həyat

yolunun istənilən mərhələsində üzünə gülə

bilər, lakin elmi dərəcədən asılı olmayaraq, bir

kəsin uğur qazanmasına bir sıra başqa insanlar

da, onların kollektiv səyləri də təsir göstərir.

Bu faktı qəbul edərək, varlılar kasıblara

kömək göstərməlidirlər. Sivil ölkədə və sivil

planetdə hər bir insan qiymətli olmalıdır. Əgər

insan, ölkə və hətta bütöv coğrafi regionlar

inkişaf etməyiblərsə, bilik əldə edə bilmir -

lərsə, bunun nəticələri təkcə ehtiyac içində

olanlar və əzab çəkənlər üçün yox, bütövlükdə

bütün dünya üçün dəhşətli ola bilər. Belə

hallar sosial və mədəni dəyərlərin deqradasi -

yasına səbəb olur, zorakılığa və terrora aparıb

çıxarır.


Bu kitabın fəsillərində mən adıçəkilən

problemləri necə gördüyümü təqdim etməyə,

başlıca sualları qaldırmağa və onlara mümkün

cavablar verməyə cəhd göstərdim. Bu sual la -

rın kökündə savadsızlıq, səfalət və azadlığın

boğulması durur.

Bütövlüklə keçdiyim yol haqqında

danışarkən, mən İnsanın Kainatımızın məkan

və zamanındakı miqyası qarşısında baş

əyirəm. Ömrümüzün zamanı da, qoy lap 100

il olsun, Kainatın həyatının zamanı da, lap 100

il olsun, Kainatın həyatının zamanı ilə – 100

milyard ilə yaxın vaxtla müqayisədə bu, bir

saniyənin yüz milyon saniyə ilə və ya üç illə

müqayisədə qısa olduğu qədər qısadır. Məkan

baxımından Yer kürəsi Kainatımızdan atomun



29

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




(0,00000001 sm) Yerdən kiçik olduğu qədərdə

kiçikdir. Biz nəhəng Kainatın bir küncündəki

tozcuğun üzərində yaşayırıq. Qoy həyatımız

qısa, Kainatla əlaqəmiz isə zəif olsun – bizim

çox böyük olan haqqında da, çox kiçik olan

haqqında da, bu iki hədd arasında olan – insan

həyatı haqqında da elmi biliklərimiz

böyükdür. Bu hədlər arasında hər şey –

atomdan kosmologiyaya qədər yeni biliklərin

elmi axtarışlar obyekti kimi çıxış edir,

Xristofor Kolumbla bağlı halda olduğu kimi,

kəşflərimiz mədəniyyətə, fəlsəfəyə, bütöv -

lüklə bəşəriyyətə böyük təsir göstərir. Lakin

biliklərimiz və texnoloji imkanlarımız nə

qədər artmış olsa da, unutmamalıyıq ki, onlar

insanların həyatının yaxşılaşdırılmasına xid -

mət edirlər. Yadda saxlamalıyıq ki, zirvələrə

gedən yolda aşağıda olanlara kömək etmək

lazımdır.

Uşaq vaxtı düşünürdüm ki, Nilin delta -

sında yerləşmiş şəhərim Kainatın mərkəzidir.

Başa düşürəm ki, Kainat haqqında indinin

özündə də çox az şey bilirəm. İndi mən bizə

nə qədər az vaxt verildiyini bilirəm. Uşaq

vaxtı mənim üçün müvəffəqiyyət imtahanda

ən yüksək qiymət almaq idi, indi isə mən

yaxşı səhhəti, ailəmlə və dostlarımla yaxınlığı,

işdə qazanılan nailiyyətləri və başqalarına

kömək etməyi müvəffəqiyyət sayıram. Mənim

zamanın içərisi ilə səyahətim, həyatı mın məni

Nobel mükafatına gətirən bütün mərhələləri

mənə çox şey öyrətdi. Harri S.Trumenin

sözləri ilə desək, mən kim və haradan

olduğumu unutmamağa çalışırdım. Kainat

miqyasında bir zərrə olmağımıza baxmayaraq,

mən imanın və təlimin vacibliyini də yaddan

çıxartmırdım. Mən inanıram ki, biliklərin və

rasional təfəkkürün gücündən istifadə etməklə

biz insanlar, mədəniyyətlər və ölkələr arasında

körpülər sala bilərik və salmalıyıq”.

“Qeyd etmək istərdim ki, Əhməd Zevaylın

bu məqalədə verilən fikirləri onun ingilis

dilindən tərcümə olunmuş və “Zaman içrə

səyahət” adlı kitabından götürülmüşdür. Kitab

2012-ci ildə Azərbaycan Milli Ensiklope 

-

diyası tərəfindən nəşrə hazırlanmış və “Şərq-



Qərb” nəşriyyat evində çap olunmuşdur.

Vaqif Abbasov

30

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə