“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

34

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

İonlar nəzəriyyəsinin atası, məhlulda

elektrik cərəyanının hərəkətini izah etmiş İsveç

Svante Avqust Arrenius 1859-cu ildə Vikdə,

fermer ailəsində anadan olmuşdur. Onun bir

yaşı tamam olanda valideynləri Upsal şəhərinə

köçmüşlər. Burada Avqustun atası Svante

Qustav Upsal Universitetindəki inspektorlar

şurasında işləməmişdir. 

Məktəb yaşına çatmamış Svante Arrenius

hesabı artıq bildiyindən, atasının tərtib etdiyi

hesabatlardakı rəqəmləri böyük həvəslə top la -

yır dı. Onun səkkiz yaşı tamam olduqda vali -

deyn ləri onu şəhər kafedral məktəbinə  göndə rirlər.

O, yaxşı oxuyurdu, lakin  biolo giya, fizika və

riyaziyyata marağı daha böyük idi. 

Məktəbi bitirdikdən sonra o, Upsal

Universitetinə daxil olur və burada fizika,

kimya və riyaziyyatı öyrənməkdə davam edir.

Təhsildəki uğurunun hesabına ona təbiət

elmləri üzrə bakalavr dərəcəsi verildi.

Bundan sonra o, artıq sərbəst həyata baş la ya

bilərdi. Lakin Arrenius təhsilini  davam

etdirməyi qərara aldı və növbəti üç ildə Upsal

Universitetində fizikanı öyrəndi. 1881-ci ildə

bu ali məktəbi bitirən Arrenius Stokholma

İsveç Elmlər Akademiyasına gəlir. Məqsədi

Erik Edlundun rəhbərliyi altında elektrik

sahəsində tədqiqatlarını davam etdirmək idi. O

dövrdə elektrikin fiziki təbiəti öyrənilməmiş

qalırdı. Məsələn, təmiz suyun və quru duzun

ayrılıqda elektrik cərəyanını keçirə bilmə 

-

məsinin səbəbi bilinmirdi. Buna baxmayaraq,



duzların suda məhlulları elektrik cərəyanını əla

keçirirdi. Arrenius məhlulların elektrik keçirici -

liyinə xüsusi diqqət etməyə başladı.

Müşahidələri əsasında böyük kimyaçı belə

bir ehtimal irəli sürür: bəzi maddələrin molekul -

ları mayedə həll olduqda dissosiasiya olunur,

başqa sözlə, parçalanır. Arrenius onları ion

(yunanca “gələn”) adlandırır. O, həmçinin müəy -

yən etdi ki, bütöv molekulun elektroneytral

olmasına baxmayaraq, onun hissəcikləri müs -

bət və ya mənfi yük daşıyır. Məhz bunların

sayəsində  məhlulların elektrik keçiriciliyi təmin

olunur. Elektrik cərəyanı öz növbəsində aktiv

tərkib hissələri əks yüklənmiş elektroda

istiqamətləndirir. Məsələn, müəyyən edilmişdir

ki, natrium xlorid molekulları suda həll olun -

duqda müsbət yüklənmiş natrium atomlarına

və mənfi yüklənmiş xlor atomlarına  parçalanır.

Arreniusun təklif etdiyi hipotez onun dok -

tor luq dissertasiyasının əsasını təşkil edirdi.

Arreniusun hipotezi gözlənilməz olduğundan,

əksər alimlər onunla razılaşmırdılar. Bu səbəb -

dən fakültə şurası onun dissertasiya işini yük -

sək qiymətləndirmir. Lakin ona mühazirə oxumaq

hüququ verilmədən doktorluq dərəcəsi təsdiq -



lənir. Buna baxmayaraq, Arrenius vaxt itirmə -

dən alınmış elmi nəticələri məqalə şəklində çap

etdirir və Avropanın bir sıra aparıcı alimlərinə,

o cümlədən məşhur alman kimyaçısı Vilhelm

Ostvalda göndərir. Arreniusun məqaləsinin

təsirindən o, durmadan Upsala gəlir. Alman

kimyaçısı gənc Arreniusun təcrübələri ilə tanış

olur və onu yanına, Riqa Politexnik İnstitutuna

işə dəvət edir. Ostvaldın təklifi cəlbedici olsa

da, o, tələb olunan xərcləri ödəyə bilməyə -

cəyini nəzərə alıb, bu təklifi qəbul etmir. Amma

belə məşhur alimin onu müdafiə etməsi onun

işinə münasibəti dəyişir. Arrenius dərhal Upsal

Universitetinə lektor təyin olunur. Lakin doğma

şəhərində o, cəmi iki il işləyir. 

1886-cı ildə Arrenius İsveç Kral Elmlər

Akademiyasının təqaüdünə layiq görülür ki, bu

da onun xaricə getməsinə imkan yaradır. Arrenius

əvvəlcə Riqaya gəlir, Ostvaldın  laboratoriya -

sında bir müddət işlədikdən sonra Vürsburqa

gedir və orada məşhur kimyaçı Frix Kolrauşun

tələbəsi olur. Buna baxmayaraq Arrenius elmi

əlaqələrini genişləndirməkdə davam edir.

İş prosesində o, Valter Nernst ilə tanış olur.

Sonra Arrenius Lüdviq Boltsmanın dəvəti ilə

Qrats şəhərinə gəlir və geriyə qayıdarkən bir

neçə həftə Amsterdamda qalır və Yakob Vant-

Hoffun laboratoriyasında onun işləri ilə maraq -

lanır. Bu laboratoriyada onun maraq dairəsi

osmotik təzyiqlə bağlı idi. O, nazik membran

ilə ayrılmış iki müxtəlif məhlulların qatılıq -

larının bərabərləşməsinin səbəbini öyrənmək

istəyirdi.

İsveçə qayıdan Arrenius Stokholm Univer -

sitetində fizika üzrə mühazirələr oxumağa

başlayır və 1895-ci ildə professor vəzifəsini

tutur. 1897-ci ildə isə universitetin rektoru təyin

olunur. 


XIX əsrin 90-cı illəri ərzində Arrenius

özünün elektrolitik dissosiasiya nəzəriyyəsini

işləyib hazırlayır və osmotik təzyiq üzrə tədqi -

qatlarını davam etdirir. Arrenius tədricən belə

nəticəyə gəlir ki, sonuncu tədqiqatlar, həmçinin

elektrolitik dissosiasiyanın məxsu 

siliyi ilə

bağlıdır. Gələcəyin Nobel mükafatçısı Vant-

Hoff formulunun doğruluğunu təsdiq etməklə

yanaşı, həmçinin israr edirdi ki, osmotik  təzyiq

məhlulda olan ionların sayın 

dan asılıdır.

Əslində, Arrenius elmdə bununla elektrokimya

adlanan yeni istiqamətin əsasını qoydu.  

Svante Avqust Arrenius 1903-cü ildə “kimya

elminin inkişafında özünün elektrolitik dis -

sosiasiya nəzəriyyəsinin xüsusi roluna görə”

Nobel mükafatına layiq görüldü. Mükafatın

təqdimolunma mərasimində İsveç Kral Elmlər

Akademiyasının katibi X.R.Tyepnebld qeyd

etmişdi: “Arreniusun ionlar nəzəriyyəsi elek -

tro  kimyanın keyfiyyət əsasını qoymuşdur, ona

riyazi yanaşmanı tətbiq etməyə imkan ver -

mişdir. Eyni zamanda Arrenius Vant-Hoff tərə -

findən başlanan tədqiqatlar proqramını başa

çatdırmaqla kifayətlənmədi, həm də keyfiyyət

göstəricilərindən kəmiyyət göstəricilərinə

keçdi”. 


Arrenius izohidriqlik haqqında təlim yarat -

mış, duzların hidrolizi nəzəriyyəsini işlə yib

hazırlamışdır. Elektrolitlərin əksər disso siasiya

proseslərinin ekzotermiki xarakterini və bu

proseslərin sürətinin və tamlığının tempe ratur -

dan asılılığını müəyyən etmişdir. 



35

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə