“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

həmkarları bilirlər. Bu cür münasibətlərə bir neçə

cür haqq qazandırmaq olar: aydın məsələdir ki, elm

bizim gündəlik həyat tərzimizə təsir göstərərək

inkişaf edir. Bununla yanaşı, o, bütünlüklə

anlaşılmır. Elmin müxtəlif sahələrində çalışan

həqiqi praktiklər müəyyən vaxt intervalında  böyük

hissəsi sezilməyən (hiss edilməyən) sferaya daxil

olduqda dərhal başa düşürlər ki, onların kəşfinin

anlaşılması üçün xüsusi dil yaratmaq lazımdır.

Alimlərin çox hissəsi isə maraqlı məqamların adi

dilə tərcümə olunmasını nəzərə alıb narahat olmurlar.

Elm artıq sərbəst peşəyə çevrildi yin dən uzunmüddətli

praktika və ciddi öyrənmə tələb edir. 

Elm institutu əvvəlcə ayrı-ayrı insanların

qabiliyyətinin nəticəsi kimi inkişaf edərək bütöv

halda kollektiv və təşkilat kimi təzə yaranıb və

xüsusi iqtisadi cizgilərə malikdir. Buna baxma -

yaraq, bütün başqa azad sənətlərdən fərqli olaraq,

elmi praktika dolayısı ilə iqtisadi fayda gətirmir.

Hüquqçu müdafiəçi və hökm çıxaran, həkim isə

müalicə edən şəxs kimi çıxış edə bilər. Dindar

insanlara ruhi rahatlıq verə, mühəndis körpü, yaxud

paltaryuyan maşının layihəsini işləyib tez 

liklə


vəsait qazana bilər. Bunlar azad sənətlərdir və

bazarda tələb olunanları təklif edirlər. Elmin bu və

ya digər məhsulu birbaşa satışa çıxarıla bilməz.

Ancaq onların məcmusunun texnika və sənayeyə

tətbiqi başqa azad sənətlərə nisbətən daha artıq

gəlir gətirə bilər.  

Elm qədim dövrlərdə varlıların yanında

məşğuliyyət olub, həm də azad sənət kimi ortaya

çıxmışdı. Məsələn, təcrübəli saray astroloqu həm

də saray həkimi idi. Bu da öz növbəsində elmi,

faktiki olaraq, ali və orta təbəqənin inhisarına

çevirmişdi. Son mərhələdə alimin elmi və onun

əməkhaqqı ənənələr və sosial institutlardan asılı

qalırdı. Bu,  elmin təhqir olunması kimi başa

düşülməməlidir.  

Sonradan elmi himayə edən universitet, kor po -

ra siya və dövlət müəssisələri alimləri maaşla təmin

etməklə yanaşı, həm də onların elmi işlərini davam

etdirmələrinə şərait yaratdı.  

Bernal yazır: “Sosialist cəmiyyətində ağanın

funksiyasını Elmlər Akademiyası əvəz etməklə

radikal dəyişikliklərə imza atmış oldu. Dövlət

uzaqgörən siyasət irəli sürərək alimin qeydinə

qalmağa başladı. Alimin əməyi dövlət büdcəsi



40

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013



AMEA-nın müxbir üzvü Xudu Məmmədov

Professor Con Bernal 


41

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

hesabına ödənilməyə başladı. Alimin cəmiyyət

qarşısında məsuliyyəti artmağa başladı”. 

Elm haqqında institut kimi tam təsəvvür ya rat -

maq istəsək mütləq onun əvvəlki insti tutlardakı

mövcudluğuna baxmalıyıq. Son rakı dövrlərdəki

dəyişiklikləri öyrənmək zərurəti ya ran dıqda elmin

institut kimi başqa institutlara və cəmiyyətin

ümumi fəaliyyətinə təsirinə nəzər yetirmək

lazımdır.   

Elmin institutu – müəyyən məsələləri həll

etmək üçün insanların təşkilatı, ictimai təzahürdür.

Elmin metodu isə bu təzahürlərdən abstraktlaşır. Bu

metoda Platonun bir ideal forması kimi baxmaq

təhlükəlidir. Bu formaya görə, təbiət və insan

haqqında həqiqətlərin tapılmasının bir düzgün yolu

var və alimin vəzi fəsi bu yolu tapmaq və onu

izləməkdir. Elmin metodu–qərarlaşmış deyil,

inkişaf edən bir prosesdir. Elmin metodu elmin

özünə bənzəyir və əvvəlcədən məlum olmur. O,

hələ keçmişdən zehni və fiziki əməliyyatlardan üzə

çıxmış bir sıra kəşflərdən asılıdır. Uzaq keçmişdə

riyazi elmlər, həmçinin astronomiya və fizikanın

sual larından əhəmiyyətli cavablar almaq müm kün

idi. Yerdə qalan elmlərdən təcrübə hesabına qis mən

nəticələr alınırdı. Sonralar elmi metod kim ya və

biologiya sahələrinə tətbiq olundu və video 

-

dəyişikliklərə məruz qaldı. Hal-hazırda elmi



metodların öyrənilməsi elmin özünün inkişafından

ləng gedir. 



Təsnifatlandırma və ölçmə

Zaman-zaman aparılan sadə müşahidələrdən 2

texniki üsul əmələ gəldi: təsnifatlandırma və ölçmə.

Bunların hər ikisi, əlbəttə ki, elmdən yaşlıdır.

Müasir dövrdə bunlar tamamilə başqa məqsədlər

üçün istifadə olunur. Təsnifatlandırma özü-özündə

yeni təzahürlər qrupunun anlaşılması üçün ilkin

addım sayılır. Onu həmişə qaydaya salmaq

lazımdır. Ölçmə isə bu qaydaya salın ma nın növbəti

stadiyasıdır. Məhz ölçmə elmi riyaziy 

yatla

əlaqələndirir. Bunun hesabına ədəd və formulalar



elmə nüfuz etdi.  Elə buradan elmin aktiv tərəfinin

şəkli çəkilir: “Eksperiment” anlayışını necə

xarakterizə etmək olar? “Eksperi ment” sözü son

anlamda “təcrübə”, “sınaq” (“trial”) mənasını verir.

Əvvəlki eksperimentlər, həqiqətən, geniş təcrübələr

(full-scale) idi. Əgər ölçmə həyata keçirilirsə, onda

daha səmimi addım atıb onu miniatürə (smale-

scale) keçirmək lazımdır.  Məhz miniatür təcrübə-

obrazı müasir elmin əsas fərqləndirici cəhətidir.

Məhz miniatürdə ucuz başa gələn və kəmiyyət

baxı 

mından daha çox təcrübələr aparmaq olar.



Bütün eksperimentlər iki sadə əməliyyatda

toplanır: birləşmədə və ayrılmada. Bunlar elmi dildə

analiz və sintez adlanırlar.  

Bu əməliyyatların aparılması üçün əsrlər boyu

alimlər özlərinin elmi cihazlarını düzəlt 

mə 


başladılar. İndi artıq bu cihazlar sirli sayılmırlar.

Cihazların əksəriyyəti gündəlik həyatdan götü rül -

müş və dərin xüsusi məqsədlər daşıyırlar. Elmi

cihazlar iki mühüm funksiyanı yerinə yetirir. Elmi

cihaz kimi götürülən teleskop və mikrofon bizim

dünyada sensor (latınca sensus “hissiyyat”)

qavrayışımızı dəqiqləşdirir və dərinləşdirir. Digər

cihazlar, məsələn, mikromanipulyatorlar, desstilya -

torlar və inkubatorlar isə bizi əhatə edən maddə lərlə

birgə motor (psixoloji anlamda hərəkət) əməliy 

-

yatlarımızı genişləndirir.



Müşahidə, eksperiment və məntiqi təsvirlər

prosesində elmin dili formalaşmağa başladı. Bu

material cihazlar kimi zəruridir. Mahiyyət etibarilə

cihazlar kimi, elmin dili də yabançı deyil:  o da

gündəlik yaşayış dilindən yaranıb və ona tez-tez

müraciət edir.  Məsələn, “circle” (dairə) sözü nə

vaxtsa “kuklos” –“çarx” sözü kimi işlənib və

gündəlik həyatda işlənən “bicycle” (“ikiçarxlı

velosiped”) termininə qayıdana qədər bir neçə əsr

təkrarolunan təzahürləri izah etmək üçün abstrakt

termin kimi səslənib. 

Elmin strategiyası

Bernal yazırdı: “Elmin metodu haqqında

məsələyə baxışın məhdudluğu ondan ibarətdir ki,

biz onu elmin inkişafının taktikası adlandıra

bilmişik. Tam mənzərənin yaradılması üçün elmin

strategiyasının nəyə uyğun gəldiyi haqqında

danışmalıyıq. Aydındır  ki, elmin gələcək inkişafı

üçün şüurlu strategiyaya mütləq lüzum yoxdur.  Biz

bilirik ki, elmdə inkişafın yolu heç vaxt nəyəsə

əsaslanmadan olmayıb, böyük hissəsi şüuraltı

fəaliyyətə və hərdənbir şüurlu fəaliyyətə söykənən

strategiyaya uyğun şəkildə olub.

Kəşflərin əhəmiyyətli xüsusiyyətinin strategi -

yasına həll üçün problemlərin ardıcıllığının təyin




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə