“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

proqramları çərçivəsində apardıqları işlərini, nəşr

olunmuş əsərlərin sayını, istinad göstəricisini,

Akademiya üzvlərinin sayını, cavan elmlər dok -

torlarının tərkibini, beynəlxalq elmi jurnal larda

iştiraklarını, elmi nəşrlərdə nə dərəcədə fəal

olduqlarını nəzərə alaraq qiymətləndirmək vacib -

dir. Zənnimizcə, AMEA-nın fəaliyyətində elmi-

tədqiqat işlərinin maliyyələşdirilməsində məhz

belə metodik yanaşma işlənib hazırlan malıdır.

Digər tərəfdən, biz yalnız dövlət büdcəsindən

maliyyələşməyə ümid bağlamamalı və onun nə

vaxtsa lazım olan səviyyəyə çatacağını gözlə -

məməliyik. Biz özümüz maliyyə vəsaiti əldə

etməyi öyrənməliyik. Büdcəsində kənar mənbə -

lərdən maliyyə vəsaitlərinin payı olan (qrantlar,

kontraktlar, təsərrüfat müqavilələri, konsaltinq

xidmətləri, dövlət-özəl tərəfdaşlığı və i.a.) ayrı-

ayrı elmi təşkilatların təcrübəsi göstərir ki, bunu

etmək mümkündür. Ancaq bu mümkün olsa da,

bizim real şəraitimizdə o qədər də asan deyildir.

Yaxşı bilirsiniz ki, Azərbaycan Milli Elmlər

Akademiyası institutlarının əksəriyyə tində sınaq-

təcrübə bazası yox dərəcəsindədir, mövcud olan -

lar isə elə vəziyyətdədir ki, aparılan tədqiqat

işlərini rəqabət qabiliyyətli elmi məhsul kimi

intellektual mülkiyyət bazarında tələb olunan

səviyyəyə çatdırmağa imkan vermir. Nəticədə

innovasiya tsiklində qırılma baş verir, hətta çox

perspektivli və ola bilsin ki, potensial baxımdan

yaxşı dünya nümunələrindən geri qalmayan iş

rəflərdə yatıb qalır.

Vəziyyətdən çıxış yolunu biz elmi axta rışları -

mızın müəyyən hissəsinin kommersi yaya yönəl -

dilməsində görürük (“kommersiyalaşma” sö zün dən

qorxmaq lazım deyildir, axı biz artıq bazar

iqtisadiyyatı şəraitində yaşayır və işləyi rik). Nə -

zərdə nə tutulur? Birincisi bu, şəxsi kapi talı və

xarici investisiyaları cəlb etməklə, Aka 

de 

mik


institutların tematik planlarında tətbiqi xarakterli

elmi tədqiqatların həcminin artırıl masını; ikincisi

isə innovasiya fəaliyyətini güc lən  dirməyi və bunun

əsasında texnopark şə bə kələrinin, onların ideolo -

gi ya sının və infrastrukturlarının yaradılma sını

nəzərdə tutur. Bu nə üçün lazım dır? Bu, elmi

nəticələrin praktikada daha tez həyata keçirilmə -

sinə yardım edərək, müasir “tət biq etmə zonası”nın

formalaşdırılmasına imkan verəcəkdir.

Bu gün, gəlirin nəticə kimi vacib olduğu bir

zamanda biz innovasiya müəssisələrini geniş

inkişaf etdirməliyik. Bu müəssisələrin, texno -

parkların özlərinin güzəştli abu-havalı investisiya

infrastrukturu olmalıdır. 

Güman edirəm ki, Elmlər Akademiyasının

“tənəzzül vəziyyətindən çıxıb stabil maliyyələş -

məyə keçidi”ni təmin etmək məqsədi ilə maliy -

yələş 


dirmə sahəsində müasir yanaşmaların

tətbiqində olan maneələri aradan qaldırmağı,

qanunvericiliyi zaman baxımından təhlil etməyi

və AMEA ilə birgə respublikada marağı olan

təşkilatlara təkliflərin hazırlanmasını tapşırmaq

vaxtı gəlib çatmışdır. Ümumiyyətlə, Azərbaycan

elmi üçün bu gün tənəzzül dövrünün başa çat -

ması bir fakt olaraq qəbul edilməlidir. Ölkə miz

əhəmiyyətli dərəcədə dəyişmişdir və bizim bu

gün yalnız elmə dəstək vermək barə sində deyil,

həmçinin xarici ölkələrin akademi yaları və elmi

mərkəzləri ilə prioritet tərəfdaşlıq möv qeyindən

münasibətlər qurulma lıdır. Sözsüz ki, bu məq -

sədə nail olmaq üçün elmə sərf olunun xərclərin

həddini tədricən, heç olmasa, ÜMM-in 1,0-1,2 %-nə

qədər çatdırmaq lazımdır (müqa yisə üçün qeyd

edək ki, bu göstərici Ukraynada – 1.2 %, Rusiyada –

1,5 %-dir, Avropa İttifaqı isə elmin və innovasiya

prose sinin maliyyələşdi rilməsini ÜMM-in 3 %-i

səviyyəsinə qaldırmağı bu gün iddia edir). 

Bu müsahibədə səslənən fikirlər Azərbay -

canda Elm və İnnovasiya sahəsində proqram

sənədin hazırlanması üçün güclü ideya mənbə -

yidir.


Müqayisəli təhlil üçün xarici dövlətlərdə

qəbul edilmiş elm və innovasiyalar sahəsində

proqram sənədlərlə tanışlıq mühüm əhəmiyyət

kəsb edir. 



44

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




Cədvəl. Xarici dövlətlərdə qəbul edilmiş elm və innovasiyalar sahəsində proqram sənədləri

45

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




46

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013




47

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Mənbə: OECD Science, technology and İndustry

Outlook, 2006, 2008: veb-sayt: Backingaus.inno-

vation.gov.au; Strategie 2010, 2004; Innovation

Pact for Flanders, 2003; Priority Actions for the

future in Wallonia, 2005; High-Tech Strategy for

Germany, 2006; National Strategic Reference

Framework, 2006; Progress, Innovation and Co-

hesion, 2006; Programma Especial de Ciencia y

Tecnologia, 2001; Research, Science and Tech-

nology in New Zealand, 2005; Commitment to

Research, 2004; Science, Technology, Innova-

tion, 2006; President de la republique Francaise,

2006; Revised Science and Technology basic

Plan, 2003; 3rd Science and Technology Basic

Plan, 2006. 

Leylufər Əliyeva 

t.e.d.,  professor



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə