“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

Nobel mükafatı laureatı Riçard Feynmanın

1959-cu ildə Amerika Fizika Cəmiyyətində

oxuduğu mühazirələrinin birində peyğəmbər -

cəsinə söylədiyi fikirlər indi də bütün elm

adamlarını heyran edir: “Maraqlıdır, fizik

prinsipcə kimyaçı tərəfindən yazılmış formu -

lanın hesabına istənilən kimyəvi maddəni

sintez edə bilər. Sifarişi yazın və fizik hər şeyi

edəcək. Hansı formada? Kimyaçının göstərdiyi

yerə atomu qoyduqdan sonra maddəni alacaq”.

Nanotexnologiya 1 nanometr (metrin 1

milyardda bir hissəsi) ölçüdə olan obyektlərlə

müasir iş texnologiyasıdır. Belə nanostruk 

-

turlar, adətən, yeni xassələr daşıyır və kvant



mexanikası ilə izah olunurlar. Elə 1959-cu ildə

Amerika fiziki R. Feynman ilk dəfə göstərdi ki,

prosesin miniatürləşməsi (kiçildilməsi) kvant

effektinə gətirib çıxaracaq.

ABŞ Milli Elm fondunun hesabatında

yazılır: “Nanotexnologiya perspektivdə  insan -

la rı daha ağıllı edə bilər. Bu, materialların,

suyun, enerji və ərzağın dayanıqlı yaxşılaşma -

sını təmin etməklə yanaşı, həm də bizi naməlum

infeksiya və viruslardan qoruya bilər”. 

1992-ci ildə məşhur həkim Erik Dreksler

ABŞ Konqresinin Komissiyası qarşısında çıxış

edərək, nanotexnologiyanın bizim dünyanı

yaxın gələcəkdə  dəyişəcəyini belə təsvir etmiş -

dir: “Aclıq, xəstəlik, ətraf mühitin çirklən məsi

və insanlıq qarşısında dayanan digər zəruri

problemlər aradan qalxacaq. Praktik olaraq,

insanın həyatı və fəaliyyəti üçün zəruri olan hər

şey, bilavasitə ətraf mühitin atom və mole kul -

la rından hazırlanmış molekulyar robotlar tərə -

findən həyata keçiriləcək. Torpaq, hava və

bitkilərin qida məhsullarını istehsal etdiyi kimi

silikon çiplər də qumdan düzələcək. 

Ehtimal ki, bu cür istehsal hazırkı sənaye və

kənd təsərrüfatından daha gəlirli və səmərəli

olacaq. Bəşəriyyət nə aclıq, nə xəstəlik, nə də

ağır fiziki əməyin mövcud olduğu son dərəcə

rahat yaşayış mühiti əldə edəcəkdir. İrəlidə isə

bizi "ağıllı ətraf mühit"in (yəni birbaşa məhsul -

dar qüvvəyə çevrilmiş təbiətin) meydana

gəlməsi gözləyir. Nanokompyuterlər və nano -

ma şınlar bütün ətraf aləmi əhatə edəcəkdir:

onlar hava molekulları arasında yerləşəcək,

insan orqanizminin hər bir nəsnəsində, hər bir

hüceyrəsində mövcud olacaqdır. Bütün dünya

nəhəng kompyuterə çevriləcək və ya, daha

doğrusu, insanlıq ətraf aləm ilə vahid ağıllı

orqanizmə daxil olacaqdır (qovuşacaqdır)”. 



Nanotexnologiya və təbabət

Nanotexnologiyanın təbabətdə və kosme -

tikada istifadəsinin ən parlaq və sadə nümunəsi

yuyucu və dezinfeksiyaedici  təsirə malik adi

sabun məhluludur. Onda nanohis sə cik lər, mit -

sel lalar əmələ gəlir, kolloid məhlulun disper

fazasının hissəcikləri mühitin molekul ları və ya

ionları ilə  əhatə olunmuşdur. Hələ heç kim  na -

no hissələrin  mövcudluğundan  xə bər dar  olma -

dıqda nanotexnologiyanın möcüzəsi olan sabun

məlum idi.



Qədimdə nanotexnologiyanın istifadəsini

təsdiq edən digər fakt odur ki, Avstraliya

aborigenlərinin istifadə etdikləri parlaq döyüş

boyaları, həmçinin qədim yunan gözəllərinin

saçları üçün boyalar da nanohissəciklərə malik

olurdu və bu, olduqca uzunmüddətli və davamlı

rəng effektini təmin edirdi:

Artıq Rusiya Federasiyasında çoxları şunqit

suyu adlanan suyu satışda görüb. Bu suyun

istehsalçıları inandırır ki, tərkibindəki təbii ful -

lerenlərin təsirindən o unikal müalicəvi

keyfiyyət daşıyır. Şunqit suyu nədir?

Məsələ ondadır ki, Kareliyada Onej gölü -

nün yaxınlığında bir çox əsrlər müalicəvi su

mənbələri var  idi və onların yaxınlığında hələ

rus imperatoru I Pyotr Rusiyada ilk “Marsial

su” kurortu tikdirmişdi. İnsanlar hələ qədimdən

bu suyun müalicəvi xassələrindən istifadə

edirdilər. Bu suyun xüsusiliyi ondan ibarətdir

ki,  belə suyu uzun müddət saxlamaq olmaz,

çünki bir neçə saatdan sonra o özünün unikal

xassələrini itirir. 

Ukraynada və Kareliyada aparılmış tədqi -

qat lar göstərmişdir ki, marsial su təbii mineral

olan şunqitdəki fullerenlərin suya təsiri nəticə -

sində yaranır. Alimlər belə qənaətə gəliblər ki,

şunqitin mənşəyi çox güman ki, böyük karbon

meteoritin yerə düşməsindədir.

Marsial suyun istifadəsi ilə aparılan tədqi -

qat lar xərçəng, ateroskleroz, diabet, böyrək və

qaraciyər xəstəlikləri, beyinin fəaliyyətində

pozuntular zamanı yüksək müalicəvi effektin

olduğunu göstərmişdir.

Lakin bu tədqiqatların da əleyhdarları var.

Bir sıra alimlər açıq satışda şunqit suyunun

satışından ona görə ehtiyatlanırlar ki, onda

marsial sudan fərqli olaraq, fullerenlərin

fraqmentləri də qala bilər ki, onlar da məlum

olduğu kimi, olduqca davamsızdırlar. Şunqit

üzərində qalmış suyu istifadə edərək insan

təkcə faydalı klasterləri içmiş olmur. Fulleren -

lər və ya onların qəlpələri asanlıqla gemato -

ense falik səddi keçə bilirlər, başqa sözlə, canlı

hüceyrələrə daxil olurlar, o cümlədən də

beyinə. Eyni zamanda bu nanoölçülü hissə -

ciklər əlavə olaraq öz üzərində normal halda

səddi keçməyən və sinir toxumalarına daxil

olmayan olduqca müxtəlif maddələri daşıya

bilir.

Şunqit suyunun istifadəsi çox ciddi tibbi



nəzarət altında, uzun müddət mümkün olan

müsbət və mənfi nəticələrin öyrənilməsi ilə

aparılmalıdır.

Avropa ölkələrində aparılan sosioloji

tədqiqatlar təsdiq edir ki, nanotexnologiyanın

inkişafı bu sahədə yüksək səviyyəli mütəxəs -

sis lərin olmaması və cəmiyyətin, o cümlədən

alimlərin müəyyən ehtiyatlılığı (nanoindustri -

yanın insana və ətraf mühitə mümkün mənfi

təsiri ilə əlaqədar olaraq) səbəbindən ləngiyir.

Bir çox tibbi tədqiqatlar aşkar etdi ki, ölçüləri

ağciyərin daha çox həssas olan toxumalarına

keçmək imkanı verən nanohissəciklər iltihaba

səbəb olur. Belə ki, Hyustonda NASA-nın

Conson Kosmik mərkəzində Con Ceyms (John

James) və həmkarları siçanların nəfəs yoluna

nanohissəcikləri daxil etmiş və sonra üç ay

müddətində müşahidələr aparmışlar. Fulleren -

lər toxumalarda aydın hiss olunan zədələnmə -

lərə səbəb olmamış, lakin karbon nanotrubkalar

ağciyərin fəaliyyətinə təsir etmiş və bir neçə

heyvanın ölümünə səbəb olmuşdur.

Elmi jurnal olan “Science Daily”nin qeyd

etdiyi kimi, müəyyən edilmişdir ki, hətta bizi

əhatə edən hava da çox vaxt insan sağlamlığı

üçün zərərli olan hissəciklərə malik olur.

Lakin bəşəriyyət qarşısında duran qlobal

problemlər bir çox hallarda ləngiməyən kardinal

fəaliyyət tələb edir. Onlardan çoxunun həllində

məhz nanotexnologiya hiss olunacaq köməyi

göstərə bilər. Belə ki, son 20 ildə 30-dan az

olmayan infeksiyalı xəstəliklər aşkar olunmuş -

dur ki, onlardan ölüm halları ümumi ölüm

hallarının 30%-ni təşkil edir.



49

ELM DÜNYASI / Elmi­kütlәvi jurnal / 3 (03) 2013


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə