“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

Hyustondakı Rays Universitetinin profes -

soru, nanofotonika laboratoriyasının direktoru

Naomi Xalas və Piter Nordlender unikal optik

xassəli nanohissəciklər – nanogiliz yaratmışlar.

Onların diametri qırmızı qan cisimlərinin

(eritrositlərin) diametrindən 20 dəfə kiçikdir və

onlar qan-damar sistemində sərbəst hərəkət

edirlər. Gilizlərin səthinə fərqli yolla xüsusi

zülallar – anticisimlər birləşdirilir ki, onlar da

xərçəng hüceyrələrini dağıdır. Onları daxil

etdikdən bir neçə saat sonra orqanizm

infraqırmızı şüalarla şüalandırılır ki, bu da

nanogilizləri istilik enerjisinə çevirir. Məhz bu

enerji xərçəng hüceyrələrini dağıdır və bu

zaman sağlam qonşu hüceyrələr praktiki olaraq

zədələnmir.

Belə unikal nanotexnologiya artıq xərçəng

şişləri olan təcrübə siçanlarında testləşdiril -

mişdir. Şüalanmadan keçən 10 gün müddətində

bütün xəstə heyvanlar xəstəlikdən tam azad

olmuşlar. Həmçinin qeyd edilir ki, sonrakı

analizlər onlarda heç bir yeni bədxassəli şişlə -

rin ocağını (mənbəyini) aşkar etməmişdir.

Boston Universitetinin əməkdaşı Mark

Qrinstaff göz yaralarının müalicəsi üçün nano -

öl 


çülü şaxəli polimerlərin – dendrimer 

lə 


rin

yaradılması sahəsində olduqca uğurlu nəti cə lər

əldə etdiyi haqqında məlumat vermişdir.

Kütləvi informasiya vasitələri, xüsusən də

elektron informasiya vasitələri qeyd edirlər ki,

ABŞ-da nanotexnologiyanın köməyi ilə

siçanlarda və dovşanlarda infarktı müalicə

etmək mümkün olmuşdur. Belə tədqiqatlar

doktor Semyuel Stappın rəhbərliyi altında və

Evanstondakı Şimali-Qərb universitetində olan

həmkarlar ilə birgə aparılmışdır.

Tibbi nanotexnologiyanın dərman preparat -

la rının daxil edilməsi ilə xəstəliyə kimyəvi

təsirdən ibarət olan adi terapiyadan üstünlüyü

ondadır ki, o, orqanizmdə sağalma prosesinin baş

verdiyi lazımi mühiti yaradır.

Rusiya Elmlər Akademiyasının Molekulyar

Biologiya İnstitutunda nanotexnologiya baza -

sında bioçip yaradılmışdır ki, o da bir neçə saat

ərzində bir sıra ictimai təhlükəli olan, o

cümlədən vərəmin diaqnostikasına imkan verir.

Nanotexnologiya və sənaye

Artıq bu sahədə müəyyən uğurlar əldə

olunmuşdur. Nano News Net-in verdiyi

məlumata görə, Sankt-Peterburq, Moskva və

Novoçerkasskın alimləri nanobeton yarat 

-

mışlar. Nanoinisiator adlanan xüsusi əlavələr



onun mexaniki xassələrini hiss olunacaq

dərəcədə yaxşılaşdırır. Nanobetonun möhkəm -

lik həddi adi betondan 1,5 dəfə, şaxtaya

davamlılığı 50% yüksək olub, çat əmələ gəlmə

ehtimalı 3 dəfə aşağıdır. Bununla yanaşı,

nanomateriallar istifadə etməklə hazırlanmış

beton konstruksiyaların çəkisi 6 dəfə azalır. Bu

təklifi verənlər təsdiq edirlər ki, belə betonun

istifadəsi konstruksiyanın son qiymətini 2-3

dəfə azaldır. Həmçinin belə betonun bir sıra

bərpaedici xassələri də qeyd edilir.

Hazırda tikintidə nanotexnologiyanın isti -

fadə istiqamətlərindən biri də “lotos effekt”in

istifadəsidir. Bunun istifadəsi ilə yeni dekorativ

və müdafiə örtükləri və biosid materiallar yara -

dılır.


Belə ki, 1999-cu ildə alman şirkəti Nano gate

technologies GmbH (Saarbryukken şəhəri)

Vunder Glass keramika üçün özü təmizlənən

örtüyün işlənib hazırlanması üzrə tenderin qalibi

olmuşdur. 

Alman firması Alleqator nanotexnologiya

istifadə etməklə unikal xarakteristikalı fasad

slikat boyası olan Kieselit Fusion boyasını

yaratmışdır. Bu boya ilk dəfə 2005-ci ildə aprel

ayında Kölndə sərgidə nümayiş etdirilmişdir.

Nanostrukturlu materiallar örtüyün təkcə

mineral tip altlığa yox, həm də üzvi əsas altlıq

üzərinə də adgeziyasını təmin edir. Hissəcik -

lərin olduqca kiçik olmaları hesabına örtüyün

yüksək möhkəmliyi və xarici təsirə davamlılığı

təmin olunur (həmçinin yaş silinməyə davamlı

olur). Piqment doldurucuların nanostruktur

səthi ilə birgə kombinasiyası boyağın fotokata -

litik təsirində həlledici rol oynayır – işığın təsiri

ilə boyanmış səthdə çirk parçalanır. Nanostruk -

tur ların və işığa davamlı piqmentlərin birgə

istifadəsi həm işığın yüksək doymuşluğunu təmin

edir, həm də bütövlükdə örtüyün ultrabənöv -

şəyi şüaların təsirinə davamlılığını təmin edir



50

ELM DÜNYASI / Elmi­kütlәvi jurnal / 3 (03) 2013


ki, bu da binanın fasadının uzun müddət

əvvəlki görünüşünü saxlamasına imkan verir.

Bu boyağın nəmi udma əmsalı 0,09 kq/m2 saat

yağışdan müdafiəni təmin edir. Nəm iqlim

şəraitli bölgələr üçün bu boyalar çox böyük

əhəmiyyətə malikdir. Bu boyağın buxarke 

-

çirmə əmsalı 0,001 m-ə bərabərdir və divarın



maksimum dərəcədə “nəfəsalmasını” və təbii

nəmlik rejimini təmin edir.

Biokimyəvi üsul əsasında gümüşün məhlul -

larda adsorbsiya olunmuş vəziyyətdə davamlı

olan nanohissəciklərinin alınma texno lo giyası

işlənib hazırlanıb. Gümüş nanohis səcik ləri geniş

spektrli antimikrob təsirə (biosid) malikdir ki,

bu da yüksək bakterisid və virulisid aktivliyə

malik geniş nomenklaturalı məhsullar yarat ma ğa

imkan verir. Onlar ənənəvi məhsulları modifikasiya

etmək, yeni materiallar, dezinfeksiyaedici və

yuyucu vasitələr yarat mağa imkan verir.

Laboratoriya şəraitində gümüşün nanohis -

sə cik lərinin  məhlullarının  kiçikhəcmli  istehsalı

təşkil olunmuş, biosid lak-boya materiallarının

(pentaftal emalları və sudispers boyalar əsasın da)

və diş pastalarının buraxılışı təşkil edilmişdir.

Gümüş nanohissəciklərə malik antimikrob

boyalar tərkibinə poliheksametilenquanidinin

törəmələri əlavə edilmiş analoji boyalarla

müqa 

yisədə istehsalı daha təhlükəsiz və



ucuzdur.

Nanotexnologiyaların istifadəsinin bir

nümunəsi də qatarlar üçün yeni rəngləyici

materialların yaradılmasıdır. Bu boyalar o

qədər hamar olur ki, heç bir əlavə boya ona

yapışa bilmir. 

Fasad boyaları elastik olmalıdırlar ki, kritik

altlıqlar üzərindəki suvağın çatlarını örtə bilsin.

Lakin elastiklik həmişə müəyyən həcmdə

adgeziyanı ehtimal edir, odur ki belə hallarda

güclü çirklənmə əvvəlcədən proqramlaşdırılır.

Bunun qarşısını almaq üçün Caprol firması

tərəfindən uzun illər aparılan sınaqlardan sonra

çirklənməyə davamlı olan yeni mühafizə

örtüyü – Silamur yaradılmışdır. Silamur sulu,

təmiz silikat məhsuludur və onun təsiri

boyanan səthin minerallaşmasına əsaslanır.

Onu da qeyd edək ki, nanotexnologiyaların

tikintidə istifadəsi sahəsində Rusiya Federasi -

ya sında da bir sıra yeni nəticələr var. Rusiya

Federasiyası baş nazirinin müavini Sergey

İvanov məlumat vermişdir ki, ölkədə istehsal

olunan belə tikinti  materiallarının həcmi 8 mil -

yard rubldan çoxdur. Artıq “Severstal” istismar

xassələri iki dəfə yaxşılaşdırılmış unikal ərin -

ti lərin  kütləvi  istehsalına  başla mışdır.  Bu  mate -

riallar ekstremal şəraitlərdə, xüsusi halda, arktik

şelfdə neft-qaz kəşfiyyatı apararkən  kons 

-

truksi yaların  qurulması üçün nəzərdə tutul -



muşdur. Hazırda həmin məhsulun illik satışı 2

milyard rubla yaxındır və bu 100 dəfələrlə  arta

bilər. 

Ekologiya, kənd təsərrüfatı və

nanotexnologiya

Qeyd edək ki, insana, heyvan və bitki

aləminə mənfi təsir baxımından birinci yerdə

mobil texnikanın qaz halında tullantıları durur.

Qlobal miqyasda dünyada avtotraktor parkı

ildə atmosferə 20–27 milyon ton karbon

monooksid, 2–2,5 milyon ton karbohidro 

-

genlər, 6–9 milyon ton azot oksidləri, 200–230



milyon ton karbon dioksid, həmçinin 100 min

ton qurum atılır. Ən təhlükəli tullantılar qurum,

benzapiren, azot oksidləri, aldehidlər, karbon

monooksid və karbohidrogenlərdir.

Ümumi zəhərlik səviyyəsində birinci

yerlərdən birini qurum tutur, çünki birincisi,

onun atmosferə atılan miqdarı kifayət qədər

çoxdur və sərf olunan yanacağa görə 1%-dir.

İkincisi, o, çoxnüvəli aromatik karbohidrogen -

lərin toplayıcısı rolunda çıxış edir.

Qurumun hissəcikləri yüksək dispersliklidir

(diametri 50–180 nm, kütləsi 10–10 mq-dan

çox deyil). Odur ki qurum uzun müddət havada

qalır, nəfəs yollarına və insanın qida borusuna

daxil olur. Hesablamalar göstərir ki, ölçüləri

150 nm olan qurum hissəcikləri 8 sutka ərzində

havada asılqan vəziyyətdə qala bilər. Əgər

nisbətən iri qurum hissəcikləri (2–10 mkn

ölçülü) orqanizmlərdən asanlıqla kənarlaşırsa,

xırda (ölçüləri 50–200 nm olan) qurum

hissəcikləri ağciyərdə qalır və allergiyaya

səbəb olur.



51

ELM DÜNYASI / Elmi­kütlәvi jurnal / 3 (03) 2013


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə