“Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18719
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

bunlarda  25 min elmi əməkdaş çalışır. Bu ölkə

beynəlxalq elmi kooperasiyada aktiv iştirak edir.

Avropa İttifaqının çərçivə proqramında onun

hesabına 1000-dən çox tədqiqat layihəsi daxildir.

Avstriya universitetlərinin dünya universitetlə -

rinin reytinq cədvəllərində tutduqları mövqenin

zəif görünməsini bu ölkədəki elmi tədqiqat

institut larının inkişafı əvəz  edir. 

XIX və XX  əsrlərdə Avstriyada yerləşən böyük

elm mərkəzləri dünyaya çoxlu alimlər bəxş edib. 

Fizika və kimya sahəsində;

Lyudviq Bolsman (20.02.1844

I–05.09.1906)

– statistik mexanikanın və molekulyar-kinetik

nəzəriyyənin banisi, onun həm də əsasən

dielektrik sabitlər, qazların kinetik nəzəriyyəsi,

termodinamika və optika sahələrində də işləri

olmuşdur. 

Ernest Max (18.02.1838–19.02.1916) – fizik

və filosofdur. Eşitmə və görmə proseslərinin

öyrənilməsində məşhur işlərin müəllifi olmuş,

aerodinamik hadisələri dərindən öyrənmişdir. O,

xüsusi dalğa proseslərini öyrənməsi nəticəsində

zərbə dalğaları adlanan dalğaları kəşf etmişdir.

Onun ətalət nəzəriyyəsi Max qanunu kimi elmi

dövriyyəyə daxil olub.

Viktor Hess (24. 06.1883–17.12.1964) – Əsas

işləri radioaktivlik və kosmik şüaların tədqiqatı

olmuşdur. Bu tədqiqatlar nəticəsində Viktor Hess

və Karl Anderson pozitronu kəşf etmişlər. 1936-cı

ildə onların hər ikisi fizika üzrə Nobel mükafa -

tına layiq görülmüşlər.

Kristian Doppler (29.11.1803–17.03.1853) –

əsas işləri optika və akustika sahələrində

olmuşdur. Doppler effektinin müəllifidir. Bu

effekt radarlarda istifadə olunur.

Yohan Loşmidt (15.03.1821–08.07.1895) –

fizik və kimyaçı. Əsas işləri termodinamika və

elektrodinamika sahələrində olmuşdur.  1861-ci

ildə benzolun halqaşəkilli strukturunu vermişdir.

Kurt Hedel (28.04.1906–14.01.1978) –

məntiqçi, riyaziyyatçı və riyaziyyat fəlsəfəçisidir.

Natamamlıq haqqında nəzəriyyənin yaradıcısıdır.

Avstriya alimləri atom fizikası və kvant

mexanikasının inkişafına böyük töhfələr

vermişlər:

Ervin Şredinger (12.08.1887–04.01.1961) –

dalğa tənliyinin kəşfi ilə kvant fizikasına mühüm

töhfə vermişdir. Bu tənlik dalğa funksiyasının

davranışını və subatom sistemlərinin dalğaya

bənzər xassələrini təsvir edir. Pol Dirakla birgə

1933-cü ildə fizika üzrə Nobel mükafatına layiq

görülmüşlər.

Volfanq Pauli (25.04.1900–15.12.1958) – 20

yaşında Ensiklopediya üçün nisbilik nəzəriy 

-

yəsinə aid 200 səhifəlik məqalə yazmışdır. Kvant



fizikasında qadağa prinsipini kəşf edib. Bu

işlərinə görə 1945-ci ildə fizika üzrə Nobel

mükafatına layiq görülüb.

Liza Meytner (7.11.1878–27.10.1968) –

radioaktivlik və nüvə fizikası sahəsində tədqiqat -

çıdır. Böyük fiziklər Qan və Ştrassman sübut

etmişdilər ki, uranı neytronlarla bombardman

etdikdə barium əmələ gəlir. Meytner bu cür

çevril mənin fiziki xassələrini tədqiq etdikdən

sonra fizika üçün yeni olan nüvənin bölünməsi

anlayışını təklif etmişdir. Onun şərəfinə 109-cu

element Meytner adlandırılmışdır.

Fəlsəfə sahəsində:

Lyudviq Vitgenşteyn – analitik fəlsəfənin

banisidir.

Karl Popper – filosof və sosioloq, elm

fəlsəfəsinin yaradıcılarıdan biridir.

Tibb və psixologiya sahəsində:

Bu sahə Avstriya alimlərinin şöhrət qazandığı

mühüm istiqamətlərdən biridir. Şərq tibb elminin

banisi İbn Sina hesab olunduğu kimi, Qərbdə

Paraselsin (11.11.1493–24.09.1541) adı çəkilir.

Parasels “Böyük cərrahiyyə” əsərinin müəllifidir.

O, dövrünü qabaqlayaraq sifilisi müalicə etmiş,

mədən fəhlələrinin peşə xəstəliyi silokozun

yaranma səbəblərini tapmış və ilk dəfə zob

xəstəliklərinin içməli suyun tərkibindəki mineral

maddələrlə əlaqəsini aşkarlamışdır.

Karl Landşteyner (14.06.1868–26.06.1943) –

həkim, kimyaçı, immunoloq, infeksionist. Qan

qruplarının kəşfinə görə 1930-cu ildə Nobel

mükafatına layiq görülüb.

Teodor Billrot (26.04.1829–06.02.1894) –

cərrah, müasir abdominal (qarın boşluğu) cərra -

hiyyəsinin təsisçisi. Qarın boşluğu divarla rını və

üzvlərini örtən seroz qişasının müasir əməliyya -

tının atası. T.Billrot, həmçinin həvəskar musiqiçi

və İohann Bramsın yaxın dostu kimi də məşhur dur. 



57

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Elm və təhsil rubrikası



Klemens fon Pirke (12.05.1874–28.02.1929) –

həkim, mikrobiologiya və immunologiya

sahələrində mühüm işlərin müəllifi. Pirke

reaksiyasına görə dəridəki çapığa tuberkulin

damcısı daxil edildikdə dəridə qırmızı ləkə

yaranırsa, bu, xəstənin vərəmə tutulmasını

təsdiqləyir.  

Anton Eyzelberq (31.07.1860–25.11.1939) –

Teodor Billrotun (müasir abdominal cərrahiy -

yənin yaradıcısı) tələbəsi olmuşdur. Utrext və

Köniqzberq Universitetində tibb professoru kimi

çalışmışdır. Daha sonra Vyana Universitetinin ilk

cərrahiyyə şöbəsinin başçısı seçilmişdir. O,

neyrocərrahiyyənin ilk yaradıcılarından biri hesab

olunur. 1910-cu ildə Avstriyada xərçəng xəstəliyi

üzrə tədqiqat institutunun yaradıcıla rın dandır.  

İqnas Filipp Zemelvays (01.07.1818–

13.08.1865) – macar həkim mama-ginekoloqu,

professor, aseptikanın (yaranı mikroblardan

qorumaq üçün yaraya toxunacaq şeyləri fiziki

vasitələrlə dezinfeksiya etmə) yaradıcıların dan dır.

1855-ci ildən Budapeşt Universitetinin professoru

olmuşdur. O, həkimlərə əllərini xlor məhlulu ilə

dezinfeksiya etməyi tövsiyə etməklə doğum

evlərində ölüm faizini xeyli aşağı salmışdır.

Onun heykəlində “Qadınların xilaskarı”  sözləri

yazılıb.

Robert Barani (22.04.1876–08.04.1936) –

həkim otorinolarinqoloq, 1914-cü ildə fiziologiya

və tibb üzrə Nobel mükafatına layiq görülmüşdür.  

Erik Kandel (07.12.1928) – neyrobioloq,

biokimyaçı, 2000-ci ildə “əsəb sistemində

siqnalların ötürülməsi” ilə bağlı etdiyi kəşfə görə

fiziologiya və tibb sahəsində Nobel mükafatına

layiq görülmüşdür. 

Psixologiya sahəsində:

Ziqmund Freyd (06.05.1856–23.09.1939) –

dünya səviyyəli məşhur psixiatr, psixoanalitik

məktəbinin  banisi, psixologiyada terapevtik istiqa -

mətin banisi

Alfred Adler (07.02.1870–28.05.1937) –

psixoloq, psixiatr, “individual psixologiyanın” banisi

Paul Vaslavik (25.07.1921–31.03.2007) –

psixoterapevt və psixoloq, radikal konstrukti -

vizmin banisi

Viktor Frankl (26.03.1905 – 02.09.1997) –

psixiatr, psixoloq, Vyana psixoterapiya məktə -

binin banisi

Vaqner fon Yulius (07.03.1857–27.09.1940) –

psixiatr, nevroloq. 1927-ci ildə fiziologiya və tibb

üzrə Nobel mükafatı laureatı

Biologiya sahəsində:

Qreqor Mendel (22.07.1822–06.01.1884) –

bioloq və botanik, genetikanın atası

Konrad Lorens (07.11.1903–27.02.1989) –

müasir etologiyanın (heyvanların davranışını

öyrənən elm) banisi, 1973-cü ildə fiziologiya və

tibb üzrə Nobel mükafatı laureatı

İqtisadiyyat sahəsində: 

Avstriya İqtisadiyyat Məktəbi dünyanın

aparıcı məktəblərindən biridir. Bu məktəbin

yaradılmasında Karl Menqer, Yozef Şumpeter,

Lyudviq fon Mizes, Fridrix fon Hayekin (Nobel

mükafatı laureatı) müstəsna rolu olmuşdur.

Texnika sahəsində:

Ferdinand Porşe (11.12.1935–05.04.2012) –

Onun ən tanınmış ixtirası Birinci Porsche 911

olub. O, məhsulun xarici görkəminin yaxşılaş -

dırıl ması hərəkatının banisidir. Porşe özünü heç

vaxt dizayner və rəssam hesab etmirdi. O,

maşınların xarici görkəminin formalaşdı rılması

istiqamətində çalışan ən istedadlı texnika ustası

kimi tarixdə qalacaq.

Ziqfird Markus (18.09.1831–30.07.1898) –

benzin mühərriklə işləyən ilk avtomobilin

ixtiraçısıdır. Onun ixtira etdiyi maqnit-elektrik

alışması sonradan daxili yanma mühərriklərində

istifadə olunmuşdur.

Elm sahəsində böyük kəşflərə imza atmış

böyük alimlər və ixtiraçılar Avstriya Elmlər

Akademiyasında çalışmışlar. Məhz belə alim və

ixtiraçıların hesabına Avstriya Elmlər Akadem iyası

öz nüfuzunu qoruyub saxlamışdır. Avstriya və

digər ölkələrin təcrübəsi göstərir ki, Elmlər

Akademiyası kimi elm mərkəzləri dövlət və

alimlər icması tərəfindən qorunub saxlanmalı və

inkişaf etdirilməlidir. 

A.Tağıyeva

58

ELM DÜNYASI

/ Elmi­kütlәvi jurnal / №03 (03) 2013

Elm və təhsil ruprikası



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə